Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-306/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı, X5 və Cavabdeh akt imzalayaraq göstəriblər ki, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün İddiaçı götürülən pulu 23 ay müddətibə hər ayın 28-də hər ay 2521 manat ödəmək şərtilə ümumilikdə 53839 manatı X5 və Cavabdeh ödəmək öhdəliyi götümüşlər.
2. Diskdəki səs yazısından görünür ki, Cavabdeh İddiaçı olan borcu qaytaracağına dair söz verir.
3. Qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə İddiaçı 416973******6747 hesab nömrəli kartına 2000 manat pul köçümüşdür.
4. xx.xx.2024-cü il tarixli A.R.D.N. Baş Yol Plos İdarəsinin məktubundan görünür ki, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşın xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeyd edilmişdir. X2 adına heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır.
5. Etiraz ərizəsindən görünür ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək göstəmişdir ki, iddiaçının irəli sürdüyü tələbi əsassız və qanunsuzdur. Belə ki, X7 onun yeznəsidir. İddiaçı onunla dost olmuşdur. X.Lalayev ölənə qədər o İddiaçı tanımamışdır. O İddiaçı heç vaxt borc pul almamışdır. Əgər o avtomaşın üçün borc pul vermişdirsə yəqin ki, yeznəsi X.Lalayevə vermişdir. Onun bundan heç bir xəbəri yoxdur. Yeznəsi avtomaşın almağa getməmişdən əvvəl ona demişdir ki, o Bankıdan kredit götürmüş və ona avtomaşın almaq üçün 50000 manat pul vermişdir. Eyni zamanda iddaçı məntiqsiz bir şərt irəli sürür ki, onun razılaşmasına görə guya onlar həm ondan borc aldığınızı etiraf etməli idi ki, o da avtomaşını onun adına almalı idi. Əslində isə yeznəsi ona bidirmişdir ki, o Access Bankdan 50000 manat kredit olaraq pul götürmüş və onlar həmin pula Bakı şəhərində 45000 manat dəyərində DAF markallı ** LX *** qeydiyyat nişanlı avtomaşın və 25000 manat dəyərində qoşqu alacaqdır, ancaq qoşqu sahibinə 15000 manat borclu qalmışdır. Avtomaşınla yük daşınmanı o həyata keçirirdi. Yeznəsi tələbi ilə hər ay banka ödəmək üçün ona 2500 manat pul ödəyirdi. O yeznəsinə iki ay 2500 manat pul ödədikdən sonra iş olmadığına görə və qoşqu sahibinə də 15000 manata görə əlavə pul ödəmək məçburiyyətində qaldı üçün qoşqunu qaytarmalı olmuşdur. Qoşqu sahibi qoşqu üçün ondan aldığı 10000 manat pulu geri qytardı.O da həmin məbləği X.Lalayevə vermişdir. Bundan sonra qoşqu olmadığına görə işləyə bilməmiş və yeznəsinə pul verə bilməmişdir. Eyni zamanda iş olmadığına görə o avtomaşını X9 adlı şəxsə içarəyə vermişdir. Avtomaşın 3 ay müddətində onda icarədə oldu həmin müddətdə yeznəsi İddiaçı nə qədər pul verdyini bilməmiş o, İddiaçıla özü heşablaşmışdır. İddiaçı təqdim etdiyi akt onun iştirakı ilə tərtib edilməmiş və onun harada nə vaxt tərtib edilməsindən heç bir məlumatı olmamşdır. Həmin aktı yeznəsi 2022- ci ilin fevral ayında gətirib ona təqdim etmiş və imza etməyini xahiş etmişdir. O, akta nə yazıldığını oxumadan yeznəsinin xatirinə imza etmiş və ona demişdir ki, onun bankdan borç götürdüyü pula görə o, zamin kimi akta imza edir. Yeznəsi X.Lalayev 2022-ci ilin aprel ayında vəfat etmişdir. O, həmin vaxtadək İddiaçı tanımamışdır. Yeznəsinın yas mərasiminin 7-si günü İddiaçı ona demişdir ki, o avtomaşın üçün yeznəsinə 50000 manat pul vermiş və bundan sonra o, hər ay ona 2500 manat pul verməlidir. O da, bildirmişdir ki, onu tanımır və o, hər ay işlədiyi müqabilində nə qədər puldursa baçısına verəcəkdir. O, bacısı ilə hesablaşaçaqdır. Həmin vaxtdan sonra demək olar ki o qoşqu olmadığı üçün işsiz qalmışdır. Həmin vaxtdan hal hazıradək o İddiaçı bacısının tələbi ilə müxtəlif vaxtlarda 1500 manatı onun kartına ödəmiş, 1000 ABŞ dollarını onun özünə, Qazax şəhərindəki ofisində vermiş, 600 ABŞ dollarını Birinci Şıxlı kəndində ona məxsus Yanacaq doldurma məntəqəsində işçisinə vermişdir. 500 ABŞ dollarını Heydər Əliyev adına parkda yenə İddiaçı özünə vermişdir. Eyni zamanda 2000 manat pulu 2024-pü ilin aprel ayında İddiaçı məxsus karta ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı Qasımov X1 Qoşqar Alı oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün ödənilmiş, cavabdeh tərəfindən ödənilməmiş qalıq qalan 53839 manat pulun eləcədə dövlət rüsumu 251.52 manat məbləğində pulun cavabdeh X3 alınaraq ona ödənilməsinə barədə barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 onun dostudur, X6 isə onun yaxın qohumu olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayınca Qoşqar və Xanlar ona yaxınlaşaraq maddi imkanlarının yaxşı olmadığını, yük daşımaq məqsədi ilə yük avtomobili almaq istədiklərini və bunun üçün onlara borca pul verməyini xahiş etmişlər. Münasibətləri yaxşı olduğundan o, onlara etiraz etməyərək tələb olunan pulu verəcəyini, lakin alınacaq avtomobilin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Qoşqar və Xanlar buna etiraz etməmişlər. O, cəmi 60504 manat məbləğində pulu borc olaraq Qoşqara vermişdir. Aralarında olan razılığa əsasən hər ayın 28-də borcdan 2521 manat pulu ödəməyi öhtəsinə götürmüşdür. Lakin Cavabdeh Bakı şəhərində 17 dekabr 2021-ci il tarixdə DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının öz adına rəsmişlədirmiş, bundan xəbər tutduqdan sonra o, Qoşqara avtomobili onun mülkyyətinə keçirməsini tələb etmişdir. Lakin Qoşqar bundan müxtəlif bəhanələrlə yayınmağa nail olmuşdur. O, bunun müqabilində Xanlar və Qoşqarı dəvət edərək əqd bağlamağı tələb etmiş, olnar da, heç bir etiraz etməyərək 07 fevral 2022-ci il tarixdə onunla əqd bağlamışlar. Aralarında bağlanmış əqdə əsasən Qoşqar və Xanlar hər ayın 28-i, 23 ay müddətində 2521 manat məbləğində pulun avtomobil alınması üçün onlara verildiyini, həmin pulun ödənilmədiyi təqdirdə avtomobilin satılaraq həmin pul məbləğinin ödənilməsini təmin edəcəklərini öz öhdələrinə götürmüşlər. Ümumi müqavilə 24 ay müddətinə olsa da, Qoşqar 28 yanvar 2022-ci il tarixdə 2521 manat ona ödəniş etdiyindən həmin ayın ödənişi aralarında bağlanmış əqddə göstərilməyərək 23 ay müddət müəyyyən edilmişdir. Bundan sonra Qoşqar 2022-ci ilin fevral ayında 1000 manat və iyun ayında isə 1500 manat pul ödəniş etmişdir. Daha sonra dəfələrlə müraciət etməyinə baxmayaraq Qoşqar 2024-cü ilin yanvar ayında 1020 manat və aprel ayında 624 manat olmaqla əqd bağlandığı gündən hazırki vaxtadək cəmi olaraq 4144 manat pul ödəmişdir. Hazırda DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının borcundan 53839 manat Cavabdeh borcu qalmışdır. Ona görə də, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün ödənilmiş, cavabdeh tərəfindən ödənilməmiş qalıq qalan 53839 manat pulun eləcədə dövlət rüsumu 251.52 manat məbləğində pulun cavabdeh X3 alınaraq ona ödənilməsinə barədə barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.
8. Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh 51839 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 245,52 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh ümumilikdə 23 ay müddətində hər ay 2521 manat ödəmək şərtilə 57983 manat məbləğində borc pul vermişdir. Həmin pulun müqabilində cavabdeh DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomobili alaraq mülkiyyətinə keçirmişdir. Həmin borc puldan cavabdeh ümumilikdə 6144 manat pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Hazırki vəziyyətdə Cavabdeh İddiaçı 51839 manat borcunun qaldığı iş materiallarında olan sübutlarla öz təsdiqini tapır.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.3, 448.2-ci və 739.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilərək, işin hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin ikinci səhifəsinin 3-cü abzasında cavabdehin nümayədəsinin iddianı qismən qəbul etməsini qeyd etməklə güya nümayəndə iddiaçının cavabdehə 50.000 manat pul verməsini etiraf etmişdir. Tam yalan bir ifadədir. Nümayədə cavabdehin iddiaçını yalnız yeznəsinin 7 yas mərasımində tanıdığını, iddiaçı ilə cavabdeh arasında heç bir borc və ya kredit müqaviləsi olmadığını və onların birlikdə hər hansı bir akt tərtib etmədiklərini bütün proses boyunca təkrar etdiyi audio yazıda qeyd edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında olan telefon danışığını məhkəmə baxışı zamanı tədqiq etmədən həmin danışıqda cavabdenin danışığını etiraf edici sübut vasitəsi kimi qiymətləndirmişdir. Məhkəmə baxışı zamanı iddiaçının kimə, nə vaxt və hansı məbləğdə və hansı şərtlərlə verilməsini aydınlaşdırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş aktın və ona əlavə edilən cədvəlin harada, nə vaxt, kim tərəfindən tərtib edilməsi, cavabdehin ona imza etməsi və iradə ifadəsinin məğzi aydınlaşdırılmamışdır. Məhkəmə araşdırma zamanı iddiaçını kimə və nə qədər boc verməsini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktın və ödəmə cədvəlinin kim tərəfindən, nə vaxt tərtib edildiyini, həmin akta cavabdehin nə vaxt imza etməsini araşdırmamışdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçını yeznəsi Lalayev Xanların yas mərasiminə kimi, yəni 2023-cü ilin may ayınadək tanımamışdır və onların arasında hər hansı bir münasibət olmamışdır və onların arasında hər hansı bir borc və ya kredit müqaviləsi bağlanmamışdır və onların iştirakları ilə hər hansı bir akt tərtib edilməmişdir. İddiaçının borc pulu Xanlar Lalayevə verib-verməməsi araşdırılmamışdır. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən iddianın hansı həcmdə etiraf etməsini və hansı məbləğdə pulu ödəmək barədə iradə ifadəsini aydınlaşdırmamışdır. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi xüsusatları demək olar ki, tədqiq etməmiş və göstərilən xüsusatlara aydınlıq gətirməmişdir. İş materiallarından görünür ki, cavabdeh mərhum X.Lalayevlə yaxın qohumluq münasibətində olduğu üçün onun borcunu iddiaçıya ödəməyə razılıq vermişdir. Ancaq o, etiraz ərizəsində və məhkəmə baxışı zamanı bildirmişdir ki, X.Lalayev ona avtomaşın alan zaman 50.000 manat pul vermişdir. Məhkəmə iddiaçının cavabdehdən 60.000 manat pul tələbinin əsasını aydınlaşdırmamışdır. Məhkəmə baxışı zamanı kifayət qədər sübut edilmişdir ki, cavabdeh avtomaşın alınması üçün X.Lalayevdən 50.000 mant pul almışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş akt və ona əlavə edilən cədvəldə qeyd edilən məbləğin cavabdehə və ya X.Lalayevə verilməsini sübut etməmişdir. Cavabdehin etiraz ərizəsində qeyd etdiyi fakrları tədqiq etməmiş və onların iş üçün sübut əhəmiyyəti kəsb etdiyi halda onları sübut etməmişdir. Məhkəmə cavabdehin borcu etiraf etməsini və buna iradə ifadəsi bildirməsini sübut vasitəsi kimi qəbul etsə də, onun iddianı hansı məbləğdə etiraf etməsini və həmin məbləğə dair iradə ifadəsinin nədə ehtiva edilməsini sübut etməmişdir. Məhkəmə cavabdehlə iddiaçı arasındakı telefon danışığında olan təsdiq və etiraf edici ifadələri ümumiyyətlə məhkəmə baxışı zamanı tədqiq etməmiş və o, səs yazılarına dair diski harada və necə tədqiq etdiyini aydınlaşdırmamışdır. Məkəmə qətnamədə qeyd edir ki, cavabdeh iddiaçının iddia tələbini qəbul edib buna iradə ifadəsi bildirmişdir. Ancaq məhkəmə cavabdehin iddianı hansı həcmdə qəbul etdiyini və hansı məbləğdə ödəməyə iradə idadəsi bildirməsini aydınlaşdırmadığından məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki halına uyğun gəlmir. Məhkəmə qətnamədə əsasız olaraq qeyd edir ki, guya cavabdehin nümayəndəsi iddianı qismən qəbul edib və məhkəmə baxışı zamanı qeyd edib ki, cavabdeh həqiqətən iddaçıdan avtomaşın alınması üçün 50.000 manat pul almışdır. Ancaq nümayəndə tərəfində məhkəmə baxışı zamanı dəfələrlə hakimin nəzərinə çatdırılmışdır ki, cavabdeh iddiaçını yeznəsinin yas mərasiminə kimi tanımamışdır və ondan heç bir borc almamışdır. Borcu ona yeznəsi vermişdir. O, yeznəsi öldükdən sonra bacısının xahişi ilə iddiaçı ilə tanış olmuş və yeznəsinin ona olan borcunu ödəməyə razılıq bildirərək iradə ifadəsi etmişdir. Eyni zamanda o, həmin vaxtdan sonra ona müxtəlif vaxtlarda 2100 ABŞ dolları və 2000 manat pul ödəmişdir. Həmin vaxtdan sonra iş olmadığı üçün bir müddət ödəmə edə bilməmişdir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, aktı sonradan X13 imzalatmışdır. Əvvəl maşını Xanlara təhvil vermişdir. Qoşqar pulu Lalayevin əli ilə almışdır. Xanlar maşını arendaya vermişdir. Əslində aktdan Qoşqarın xəbəri yox olmamışdır. O, ancaq yeznəsinin xətrinə imza etmişdir. Etirazda da, göstərilmişdir ki, dəfələrlə pul ödənilmişdir. Onlar yalnız 2000 manatı sübut edə bilir. 5042 manatı onlar şəxsən iddiaçının özünə vermişlər.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Qazax Rayon Məhkəməsinin 2(023)- 989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin akt əslində 24 aylıq olmuşdur. İlk ayı onlar göstərməmişlər. 2351 manat 23 ay ərzində ödənilməli idi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X7 ilə X6 yaxın qohum olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayınca Qoşqar və Xanlar iddiaçıya yaxınlaşaraq maddi imkanlarının yaxşı olmadığını, yük daşımaq məqsədi ilə yük avtomobili almaq istədiklərini və bunun üçün onlara borca pul verməyini xahiş etmişdirlər. İddiaçı pulu verəcəyini, lakin alınacaq avtomobilin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Qoşqar və Xanlar buna etiraz etməmiş, iddiaçı cəmi 60.504 manat məbləğində pulu borc olaraq Qoşqara vermişdir. Aralarında olan razılığa əsasən hər ayın 28-də borcdan 2521 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh yük avtomaşının öz adına rəsmilədirmişdir. 07 fevral 2022-ci il tarixdə borcun verilməsini və qaytarılması şərtlərinə dair akt tərtib etmişlər. Aralarında bağlanmış əqdə əsasən Qoşqar və Xanlar hər ayın 28-i, 23 ay müddətində 2521 manat məbləğində pulun avtomobil alınması üçün onlara verildiyini, həmin pulun ödənilmədiyi təqdirdə avtomobilin satılaraq həmin pul məbləğinin ödənilməsini təmin edəcəklərini öz öhdələrinə götürmüşlər. Ümumi müqavilə 24 ay müddətinə olsa da, Qoşqar 28 yanvar 2022-ci il tarixdə 2521 manat ona ödəniş etdiyindən həmin ayın ödənişi aralarında bağlanmış əqddə göstərilməyərək 23 ay müddət müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan borca pul almaması və aktdan xəbərinin olmaması ilə bağlı dəlillərini əsassızdır. Belə ki, cavabdeh aktın ona bacısının əri Xanlar tərəfindən təqdim edilərək götürdüyü kreditə zamin durması ilə bağlı olduğunu qeyd etdiyini və onun həmin aktı oxumadan imzaladığını qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, borc əsasında əldə edilmiş avtomobil cavabdehin mülkiyyətindədir. Əlavə olaraq kollegiya qeyd edir ki, cavabdeh özü də Xanların dəfnində iddiaçının ona borcla bağlı bildirdiyini və onun isə borcu ödəyəcəyini qeyd etmişdir. Cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixdə iddiaçının 416973******6747 hesab nömrəli kartına 2000 manat pul köçüməsi borc münasibətlərinin mövcudluğunu təsdiq edir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsində İddiaçı bacısının tələbi ilə müxtəlif vaxtlarda 1500 manatı onun kartına, 1000 ABŞ dollarını onun özünə Qazax şəhərindəki ofisində verdiyini, 600 ABŞ dollarını Birinci Şıxlı kəndində ona məxsus Yanacaq doldurma məntəqəsində işçisinə verdiyini, 500 ABŞ dollarını Heydər Əliyev adına parkda yenə İddiaçı özünə verdiyini, eyni zamanda 2000 manat pulu 2024-cü ilin aprel ayında İddiaçı məxsus karta ödənilməsini göstərmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərində borcun dəfələrlə ödənilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı araşdırma zamanı iddia tələbində tələb olunan qalıq 53.839 manat puldan cavabdeh tərəfindən ödənilmiş 2.000 manat məbləğində pul çıxılmışdır. Lakin cavabdehin ödədiyini iddia etdiyi digər məbləğdə pullar ilə bağlı cavabdeh tərəfindən apellyasiya şikayətinə və kollegiyaya heç bir mötəbər sübut təqdim edilməmişdir.
35. Apellyasiya şikayətinin borcun məbləğinin 50000 manat olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında borcla bağlı aktda tərəflərin hansı məbləğdə borcu ödəyəcəkləri aydın qeyd edilmişdir və həmin aktdakı imzalara mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir.
36. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.