Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-307/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2501/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Kreditor İddiaçı1 Açıq Səhmdar Cəmiyyətiərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9950,74 manatəsas və 3021,7 manat faiz borcu olmaqla cəmi 12972,44 manat borcun və ödənilmiş 20,0 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsinə dair əmr çıxarılmasına xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 2(043)-2940/2017 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9950,74 manat əsas və 3021,7 manat faiz olmaqla cəmi 12972,440 manat kredit borcunun və 20,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə əmr çıxarılmışdır. Həmin əmrdən narazı qalan borclu Cavabdeh2 məhkəmə əmrinə etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrinə qarşı etiraz verdiyi üçün qeyd olunan məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2501/2019 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli, RO/84733/54/29 nömrəli kredit sazişi üzrə 9950,74 manat əsas, 3021,7 manat faiz borcu olmaqla, cəmi: 12972,44 (on iki min doqquz yüz yetmiş iki manat 44 qəpik) manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 20,0 manat alınaraq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və onun ödədiyi pullar hesablanmaqla əsas borcdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə bağlanmış RO/84733/54/29 saylı kredit sazişinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 26,66 faizlə 10607,94 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli RO/84733/54/29 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən yayınmışlar. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürdükləri öhdəliyi yerinə yetirməmişlər, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. Mülki iş materiallarında olan: xx.xx.2015-ci il tarixli, RO/84733/54/29 saylı kredit sazişindən görünür ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26.66 faizlə 10607,94 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyin yerinə ytirilməsi məqsədi ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı1 ASC arasından bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 ASC-yə 9950,74 manat əsas, 3021,7 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixlio 4/482 saylı ekspert rəyindən görünür ki, mülki işin 7-ci vərəqində olan 19 noyabr 2015-ci il tarixli, RO/84733/54/29 nömrəli kredit Sazişinin 3-cü bəndində “Zamin” qrafasındakı imza, 54cü vərəqində Cavabdeh2 Nəbi qızının adından olan qəbzdə “İmza:” qrafasındakı imza, 71-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qeydiyyatdan keçmiş ərizədə “İmza:” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli məhkəmə qəbzindəki “İmza:” qrafasındakı imza, 73-76-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli Apellyasiya şikayətinin 4-cü vərəqində “Cavabdeh2” ad və soyadın qarşısındakı imza və 102-ci vərəqində olan ƏN-İ seriyalı 913216 nömrəli 17 iyun 2022-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı imza –eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 20-ci vərəqində olan xx.xx.2019-cu il tarixli etirazda “İmza: Cavabdeh2” yazıları qarşısındakı imza ilə mülki işin 7-ci vərəqində olan 19 noyabr 2015-ci il tarixli RO/84733/54/29 nömrəli Kredit sazişinin 3-cü bəndində “Zamin” qrafasındakı imza, 54-cü vərəqində Cavabdeh2 adından olan qəbzdə “İmza” qrafasındakı imza, 71-ci vərəqində olan xx.xx.20232-ci il tarixli qeydiyyatdan keçmiş ərizədə “İmza:” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli məhkəmə qəbzində “İmza:” qrafasındakı imza, 73-76-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli Apellyasiya şikayətinin 4-cü vərəqində “Cavabdeh2” ad və soyadın qarşısındakı imza və 102-ci vərəqində olan ƏN-İ seriyalı 913216 nömrəli 17 iyun 2022-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı imza- müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən çəkişmə prinsipini pozmuşdur. Belə ki, o, əsas borclu olan X1 tanımır və heç vatx bu insana zamin durmamışdır. Bu baxımdan hesab edir ki, qəbul edilmiş qətnamə əsassızdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı1 ASC-nin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 onun anasıdır və hazırda Rusiya Federasiyasında müalicə alır. Anası ilə iddiaçı olan bank arasında heç bir zaminlik müqaviləsi bağlanmamışdır və zamanlik müqaviləsində olan imza Cavabdeh2 tərəfindən imzalanmamışdır. X7 əsas borclu olan Cavabdeh1 isə tanımır. Hazırda isə verilən apellyasiya şikayətini anası imzalamışdır. Ona görə də, məhkəmə kollegiyasından iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zaminin şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və əsas borclunun şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi əsas borclunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin Cavabdeh2 tərəfindən verilmiş şikayətdə qətnamənin ləğv olunması xahiş olunsa da, şikayətin məzmunundan görünür ki, o, qətnamənin əsaslığını zaminə aid hissədə mübahisələndirir. Belə ki, şikayətin məzmunundan görünür ki, dəlili zaminlik müqaviləsinin onun tərəfindən imzalanmamasından ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 şikayətinin məzmunu qətnamənin əsas borcluya münasibətdə yoxlanılmasına əsas vermir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh2 aid yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 26,66 faizlə 10607,94 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsin üzrə öhdəliyin icrasının təmin üsulu kimi xx.xx.2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 9950,74 manat, faiz borcu 3021,7 manat təşkil edir. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, heç vaxt iddiaçı Bankdan kredit götürməmiş, əsas borclu olan Cavabdeh1 tanımır və həmin zaminlik müqaviləsi onun tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 qarşı irəli sürülmüş tələblər əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Cavabdeh2 dəlilləri isə əsassızdır. Belə ki, qeyd olunan halın araşdırılması üçün, məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 4/482 saylı ekspert rəyindən görünür ki, mülki işin 7-ci vərəqində olan 19 noyabr 2015-ci il tarixli, RO/84733/54/29 nömrəli kredit Sazişinin 3-cü bəndində “Zamin” qrafasındakı imza, 54-cü vərəqində Cavabdeh2 Nəbi qızının adından olan qəbzdə “İmza:” qrafasındakı imza, 71-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qeydiyyatdan keçmiş ərizədə “İmza:” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli məhkəmə qəbzindəki “İmza:” qrafasındakı imza, 73-76-cı vərəqlərində olan xx.xx.2022ci il tarixli Apellyasiya şikayətinin 4-cü vərəqində “Cavabdeh2” ad və soyadın qarşısındakı imza və 102-ci vərəqində olan ƏN-İ seriyalı 913216 nömrəli 17 iyun 2022-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı imza –eyni şəxs tərəfindən icra olunmuşdur. Həmçini, ekspertizaya təqdim olunmuş, mülki işin 20-ci vərəqində olan xx.xx.2019-cu il tarixli etirazda “İmza: Cavabdeh2” yazıları qarşısındakı imza ilə mülki işin 7-ci vərəqində olan 19 noyabr 2015-ci il tarixli RO/84733/54/29 nömrəli Kredit sazişinin 3-cü bəndində “Zamin” qrafasındakı imza, 54-cü vərəqində Cavabdeh2 adından olan qəbzdə “İmza” qrafasındakı imza, 71-ci vərəqində olan xx.xx.20232-ci il tarixli qeydiyyatdan keçmiş ərizədə “İmza:” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli məhkəmə qəbzində “İmza:” qrafasındakı imza, 73-76-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli Apellyasiya şikayətinin 4-cü vərəqində “Cavabdeh2” ad və soyadın qarşısındakı imza və 102-ci vərəqində olan ƏN-İ seriyalı 913216 nömrəli 17 iyun 2022-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı imza- müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(043)-2501/2019 saylı qətnaməsi Cavabdeh2 aid yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-307/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-307/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver