Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-317/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zərər tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(125)-4513/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 28 noyabr 2023-cü il tarixli, AH 054760 nömrəli sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində onkologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
2. 07 aprel 2023-cü il tarixli “X2 Sitomorfologiya laboratoriyasına göndərişdən görünür ki, xəstə İddiaçıdır və klinik diaqnozu iltihablaşmış nevusdur, həmin göndəriş üzrə 18 aprel 2024-cü ildə X2 Patositomorfologiya Laboratoriyası tərəfindən aparılmışdır.
3. “Baku CİTY Hospitalın” 29 mart 2024-cü il tarixli Laboratoriya göndərişindən görünür ki, İddiaçı məxsusdur və rəy: epitelioid piqmentli melanoma metastazi – sağ qoltuqaltı limfa düyünü, tru-cut biopsiya.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyana görə cavabdehdən 17000 manat kompensasiya alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, süd vəzində olan yaranın yoxlanılması üçün Gəncə şəhər Onkoloji xəstəxanada işləyən həkim Cavabdeh müraciət etmişdir. Həkim onu müayinə edərək bildirmişdir ki, təcili əməliyyat olunmalıdır. O, həkimdən bu əməliyyatın olunub-olunmamasını soruşduqda, həkim apardığı müayinələrə əsaslanaraq əməliyyat olunmalı olduğunu israrla ona demişdir. 07 aprel 2023-cü il tarixdə əməliyyat olunmuş və alınmış analizlər əkilməsi üçün laboratoriyaya göndərilmişdir. 18 aprel 2023-cü il tarixdə həkim xəstəliyin dəri iltihabı diaqnozu rəyini vermişdir. Rəyi verdikdə onda onkoloji xəstəlik aşkar olunmadığını bildirmişdir. Lakin müəyyən müddətdən sonra vəziyyətində ağırlaşma baş vermişdir. Məcbur olub Bakı şəhər Tibb Universitetinin Onkoloji xəstəxanasına müraciət etmiş və aparılan yoxlamalar nəticəsində onkoloj xəstəliyin olması diaqnozu qoyulmuşdur. Cavabdeh səhv əməliyyat etməsinə və səhv diaqnoz qoymasına görə xəstəliyin digər orqanlarına da yayılmasına səbəb olmuşdur. Buna görə də 09 aprel 2024-cü il tarixdə ikinci dəfə Bakı şəhərində Tibb Universitetinin Onkoloji xəstəxanasında yenidən əməliyyat olunmuşdur. Tibb Universitetinin onkoloji xəstəxanasının tələbi ilə 07 aprel 2023-cü il tarixdə Cavabdeh əməliyyat etdiyi material Gəncə şəhəri Onkoloji xəstəxanasının arxivindən alınaraq təkrar əkilməyə göndərilmişdir. Həmin materialdan götürülən analizin cavabı eyni ankoloji xəstəliyin olmasını təstiq edilmişdir. Cavabdeh etdiyi səhv əməliyyata görə onun hal hazırda vəziyyəti günü-gündən ağırlaşır. 07 aprel 2023-cü il tarixdən bu günədək müalicə olunub və hal-hazırda da müalicələri davam edir. Bu günə kimi 17000 manatdan çox vəsait xərclənib.
6. Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 2(125)-4513/2024 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı Cavabdeh qarşı “düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iş üzrə tibbi ekspertiza təyin edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 1096-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıəxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhкəmə öz təşəbbüsü ilə еkspеrtizа təyin еdə bilərdi. Eləcədə Gəncə şəhər Оnкоlоji Хəstəхаnаsı dа onun iddiаsı üzrə cаvаbdеh hеsаb еdilməli idi, çünki cаvаbdеh F.Хəlilоv həmin хəstəхаnаnın işçisidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, arvadının süd vəzində olan yaranın yoxlanılması üçün Gəncə şəhər Onkoloji xəstəxanada işləyən həkim Cavabdeh müraciət etmişlər. Həkim yaranı müayinə etdikdən sonra təcili əməliyyat olunmasını bildirmişdir. 07 aprel 2023-cü il tarixdə arvadı əməliyyat olunmuş və alınmış analizlər əkilməsi üçün laboratoriyaya göndərilmişdir. 18 aprel 2023-cü il tarixdə xəstəliyin dəri iltihabı diaqnozu olması və onkoloji xəstəliyin aşkar olunmadığı məlum olmuşdur. Lakin müəyyən müddətdən sonra arvadı Ahunun vəziyyətində ağırlaşma baş verdiyindən Tibb Universitetinin Onkoloji xəstəxanasına müraciət etmişlər və aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, yoldaşı onkoloj xəstədir. Həkim Cavabdeh səhv əməliyyatı nəticəsində xəstəlik digər orqanlarada keçmişdir. Yoldaşının müayinə və müalicəsi üçün 17000 manat xərc çəkmişlər.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Kəlbəcər rayon sakini İddiaçı sağ süd vəzi dərisində olan yara şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Müayinə aparılmış və yaranın ilthablaşmış (irinli) olduğu müəyyən olunmuşdur. İlkin olaraq xəstəyə antibiotik məlhəm on gün müddətinə təyin edilmişdir. 07 aprel 2023-cü il tarixdə xəstə şöbəyə təkrar müraciət etmiş və “sağ süd vəzi dərisinin iltihablaşması nevusu” diaqnozu klinik olaraq qoyulmuşdur. Diaqnozun dəqiqləşdirilməsi üçün xəstəyə və onun həyat yoldaşına eksizion biopisiya, yəni yaranın sağlam dəri sərhəddindən kəsilib xaric edilməsi və patomorfaloji müayinəsi təklif edilmiş və razılıqları alınmışdır. 07 aprel 2023-cü il tarixdə yerli keyləşmə ilə sağ süd vəzi dərisi nevusunun elektroeksiziyası əməliyyatı aparılmış və xaric edilmiş toxuma histoliji müayinəyə verilmışdır. Xəstəyə iltihablaşmış nevus qoyulmuşdur. Xəstəyə və həyat yoldaşına xəstəliyin bədxassəlı olmamasını, irinləmiş xal olduğunu izah etmişdir. Təxminən 3-4 ay sonra xəstə sağ qoltuqaltı sahədə düyün olması şikayətləri ilə müraciət etmişdir. Xəstənin qoltuqaltı sahəsinin müayinə etmiş və ulturasəs müayinəsinin aparılmasını məsləhət vermişdir. Sonra xəstəni və həyat yoldaşını görməmiş, yəni onlar USM müayinəsindən keçib gəlməmişdirlər. Təxminən 7-8 ay sonra xəstənin həyat yoldaşı gəlib ona bildirmişdir ki, yoldaşında xərçəng xəstəsliyi varimiş onu düzgün müalicə etməmişdir. Daha sonra isə ona qarşı iddia qaldırmışlar.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və prosessual hüquq normalarının pozuklması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
26. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı sağ süd vəzi dərisində olan yara ilə əlaqədar Gəncə şəhər Onkoloji xəstəxanada işləyən həkim Cavabdeh müraciət etmiş, həkim tərəfindən müayinə aparılmış və yaranın ilthablaşmış (irinli) olduğu müəyyən olunduqdan sonra ilkin olaraq xəstəyə antibiotik məlhəm on gün müddətinə təyin edilmişdir. 07 aprel 2023-cü il tarixdə İddiaçı təkrarən xəstəxanaya müraciət etmişdir. Xəstəyə sağ süd vəzi dərisinin iltihablaşması nevusu diaqnozu qoyulmuşdur. Diaqnozun dəqiqləşdirilməsi üçün eksizion biopisiya, yəni yaranın sağlam dəri sərhəddindən kəsilib xaric edilməsi və patomorfaloji müayinəsi təklif edilmişdir. İddiaçı razılıq verdiyi üçün 07 aprel 2023-cü il tarixdə həkim Cavabdeh tərəfindən yerli keyləşmə ilə sağ süd vəzi dərisi nevusunun elektroeksiziyası əməliyyatı aparılmış və xaric edilmiş toxuma histoliji müayinəyə verilmışdır. Xəstəyə iltihablaşmış nevus qoyulmuşdur. Təxminən 3-4 ay sonra İddiaçı sağ qoltuqaltı sahədə düyün olması şikayəti ilə yenidən həkimə müraciət etmiş, həkim tərəfindən qoltuqaltı sahə müayinə edilmiş və ulturasəs müayinəsinin aparılması məsləhət bilinmişdir. Təxminən 7-8 ay sonra isə İddiaçı həyat yoldaşı hakim Cavabdeh müraciət edərək yoldaşında xərçəng xəstəsliyi olmasını və onun tərəfindən düzgün qoyulmayan diaqnoz nəticəsində xəstəliyin başqa orqanlarada keçməsi bildirilmiş, daha sonra isə çəkilmiş zərərlə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
32. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manatı Gəncə şəhər Onkoloji xəstəxananın həkimi Cavabdeh tələb etmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1. maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2. maddəsində isə qeyd olunmuşdur ki, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
35. Qeyd olunan Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
36. İş üzrə Cavabdeh əmək müqaviləsi əsasınd Gəncə şəhər Onkoloji xəstəxanada işləyir. Belə olan təqdirdə İddiaçı səhhətinə dəymiş zərərlə bağlı onu əməlyat edən həkimə qarşı deyil, tibb müəssəsinə qarşı iddia qaldırmalıydı.
37. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası da təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 01 aprel 2025-ci il tarixli KEŞ-210 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, "X4"sında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 30 mart 2023-cü il tarixdə xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona "İltihablaşmış nevus" diaqnozu təyin edilmişdir. 07 aprel 2023-cü il tarixdə xəstənin növbəti müraciəti zamanı histoloji müayinə üçün törəmənin xaric edilməsi əməliyyatı məsləhət görülmüşdür. Xəstənin üzərində "Törəmənin elektroeksiziyası" cərrahiyyə əməliyyatı icra edilmiş, makropreparat histoloji müayinəyə göndərilmiş və "Dermal nevus" diaqnozu təyin edilmişdir. 25 aprel 2024-cü il tarixli "Histoloji tədqiqat"ının nəticəsinə əsasən, İddiaçı "Sağ süd vəzi dərisinin melanoması"nın olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, "X4"da İddiaçı göstərilmiş tibbi xidmət düzgün olmamışdır. Belə ki, xəstədə süd vəzi dərisinin melanoması olsa da, bu vaxtında düzgün qiymətləndirilməmiş, iltihablaşmış nevus kimi qiymətləndirilmiş və xəstənin üzərində zərurət olmadan "Törəmənin elektroeksiziyası" cərrahiyyə əməliyyatı icra edilmişdir. Tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı "Sağ süd vəzi dərisinin melanoması" icra edilmiş cərrahiyyə əməliyyyatı nəticəsində yaranmamışdır. Belə ki, xəstədə olan sağ süd vəzi dərisinin melanoması, səhvən iltihablaşmış nevus kimi qiymətləndirilmişdir. "Sağ süd vəzi dərisinin iltihablaşmış nevusu" "Süd vəzi dərisinin melanoması" xəstəliyinin əlaməti deyil. Hər ikisi fərqli xəstəliklərdir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(125)-4513/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, İddiaçı Cavabdeh qarşı düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(125)-4513/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı düzgün qoyulmamış diaqnoza görə səhhətə dəymiş ziyanla bağlı 17000 manat kompensasiya tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.