Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-331/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-115/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbi həcminin artırılması barədə ərizə verərək Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşaış evinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-115/2022 saylı qətnaməsi ilə (K.Hüseynov) İddiaçı1, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi, Cavabdeh1 qarşı daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı1nın özünə aid edilməsi, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitin İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi, Sahib Təbrizi küçəsində yerləşən Quşçu Bələdiyyə fonduna aid 0.06 ha torpaq sahəsini Quşçu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı qərarı ilə alqısatqı yolu ilə almış və həmin torpaq sahəsi ona məxsusdur. Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınan 0.02 ha torpaq sahəsi onun ərazisinə düşür və guya həmin torpaq sahəsində ev inşa olunmuş, lakin faktiki olaraq həmin 0.02 ha torpaq sahəsində heç bir tikili olmamış, hazırda da yoxdur. Həmin 0.02 ha torpaq sahəsinin qonşuluğunda yerləşən Quşçu Bələdiyyəsinin ona satdığı torpaq sahəsində yerləşən onun evi səhvən xx.xx.2020-ci il tarixli çıxarışda yerləşən torpaq sahəsinə aid edilməklə rəsmiləşdirilmişdir. Bunun ardınca ona məxsus həmin evə də Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə **********4 qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehin adına rəsmiləşdirilmiş torpaq sahəsi və ev 2006-cı ildən ona məxsusdur. Sonda o, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarından görünür ki, həmin bələdiyyənin fodunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı1 0,06 ha torpaq sahəsi satılması qərara alınmışdır. - xx.xx.2006-cı il tarixdə torpaq alan İddiaçı1, Daşkəsən rayon Quşçu bələdiyyəsinin nümayəndəsi X13 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri X12 tərəfindən tərtib edilərək imzalanmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cəfərov X9 rayon Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərar əsasında 143,70 manat haqq ödəmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və təqdim edilmi sənədlərdən görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən X4 adına Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin topaqları təyinatlı torpaq sahəsinə dair xx.xx.2006-cı il tariyli JN184A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Daşkəsən rayon notariat kontorunun xx.xx.2008-ci il tarixli 49-1-116 saylı alqı-salqı müqaviləsinə əsasən X7 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsini X2. X6 Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.02 ha torpaq sahəsinə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə 181 saylı alqı-satqı müqaviləsinə əsasən 0.02 ha torpaq sahəsi X8 tərəfindən X1. Alıcıya xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra X3 ünvanı Gəncə şəhəri, Nizami rayonu, Rizvan Nağıyev küçəsi, 19 olan bu mülkə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə 45 saylı alqı-satqı müqaviləsinə əsasən Rizvan Nağıyev küçəsi, 19-da yerləşən torpaq sahəsi Cavabdeh1 satılmışdır. X16 küçəsi, 19 saylı ünvanda yerləşən 0.02 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra Cavabdeh1 ünvanı dəyişdirilərək ünvan 3inə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Memarlayihə MMC tərəfindən Cavabdeh1 bu torpaq sahəsində inşa edilən yaşayış evinə eskiz-layihə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2020-ci il tarixli M-223-091 saylı məktubunda Saib Təbrizi küçəsi, 17 saylı ünvanda inşa edilmiş ümumi sahəsi 119.5 kvm olan 2 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 adına mülkiyyət hüququnun qeydiyyata alınmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh1 0.02 ha torpaq sahəsində yerləşən tikili “A”-da 35.6 kvm iki yaşayış otaqları, 33.7 kvm köməkçi sahə, tikili “B”-də 20.7 kvm hamam, tikili “C”-də 25.2 kvm əl damından ibarət fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - Gəncə şəhəri 1 saylı Notariat Ofisinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 4Ə-45 reyestrli alqı-satqı müqaviləsi işinin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə verilmiş **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən 0,02 ha torpaq sahəsini Cavabdeh1 1200 manat qiymətinə satmışdır. - **********90 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, AA № 529070 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - **********90-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, 75812 inventar nömrəli, xx.xx.2021-ci il tarixli Texniki pasportun surətindən görünür ki, ünvan 1 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları yəni cavabdehə məxsus torpaq sahəsinin başqa yerdə (kordinantda) yerləşməsi, həmin torpaq sahəsinin əvvəllər vahid 0.06 ha torpaq sahəsindən 0.02 ha hissəsi ayrılaraq hazırkı iş üzrə Cavabdeh1 satılması, bu torpaq sahəsinin ayrılmasına dair bölgü sənədinin olmamasına dair DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məktubu və iş materiallarında olan digər sənədlər məhkəmə tərəfindən araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Həmin torpaq sahəsinin ünvanı və kordinantları başqa əraziyə aid olmasına baxmayaraq qanunsuz olaraq sürüşdürülməsi araşdırılmadan iddia tələbi rədd edilmişdir. Məhkəmənin iddianı rədd etməkdə yeganə əsası isə iddiaçının subyektiv hüququnun olmamasını göstərməsi olmuşdur. Məhkəmənin bu mövqeyi ilə də heç cür razılaşmaq olmaz, belə ki, işin hallarından və məhkəməyə təqdim edilmiş Bələdiyyə tərəfindən verilmiş sənədlərdən aydın görünür ki, o, həmin torpağı 2006-cı ildə Bələdiyyədən pul ödəməklə satın almış, həmin vaxtdan da orada ev tikib yaşamaqda davam edir. Məhkəmə hansı əsasla belə qənaətə gəlir ki, onun bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Axı bu torpağı o, zəbt etməmiş, qanuni əsaslarla Bələdiyyəyə pul ödəməklə əldə etmiş, buna dair ilkin sənədləşdirmə işləri də aparılmışdır. Məhkəmənin subyektiv hüququnun olmamasına dair mövqeyi işin hallarına uyğun deyil. Həmçinin bildirir ki, hazırda cavabdehə məxsus olan torpaq ilkin olaraq vətəndaş Mahmud Orucova torpaq islahatları zamanı Dövlət Aktı ilə 0.06 ha verilmişdir, sonuncu həmin torpaqdan 0.02 ha hissəsini Nazilə Musayevaya satmış, X11 satmış, sonuncu da Cavabdeh1 satmışdır. Sonradan Cavabdeh1 sənədlər verilərkən torpaq sahəsi sürüşdürülərək onun Bələdiyyədən satın aldığı, qonşuluqda yerləşən və ona məxsus olan, ev tikdiyi ərazinin kordinantlarına əsassız və qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində işlənmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Prosessual məsələlər Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə qarşı daşınmaz əmlaka dair çıxarşın etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem, eskiz və s. olmadığından həmin torpaq sahəsinin sərhədlərini, harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin zəruri texniki göstəricilərini əks etdirən sənədlərin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Kollegiya göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, mülki iş materiallarında olan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti – texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/4240 nömrəli rəyindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan 200.0 kv.m torpaq sahəsindən, Cavabdeh1 faktiki istifadə halının mövcud olmadığı, belə ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan 200.0 kv.m torpaq sahəsinin faktiki olaraq İddiaçı1 istifadəsində olduğu müəyyən olundu. Daxil olmuş mülki iş materiallarına, Quşçu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı qərarı və həmin qərar əsasında tərtib olunmuş hər hansı sxematik plan əlavə edilmədiyindən 2-ci və 3-cü sualların cavablandırılması mümkün deyildir. 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 adına qeydiyyata alınmış fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları faktiki vəziyyətə uyğundur və həmin fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan 200.0 kv.m torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edildi. 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirdiyi faktiki istifadəsində olan 1471.59 kv.m torpaq sahəsi və həmin torpoaq sahəsinin daxilində yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 200.0 kv.m torpaq sahəsi üzərində, fərdi yaşayış evi, hamam və əl damı müşahidə olundu. Beləliklə də, ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə İddiaçı1 subyektiv hüquqa malik deyildir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-115/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-331/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-331/2023
23.02.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver