Məhkəmə qərarları › İş №2(104)-339/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-339/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-339/2025 13.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “5901.48 manat məbləğində əsas, 192.15 manat faiz borcu olmaqla, cəmi 6093.63 manat kredit borcunun” tutulması tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)- 218/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “5901.48 manat məbləğində əsas, 192.15 manat faiz borcu olmaqla, cəmi 6093.63 manat kredit borcunun” tutulması tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-218/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-218/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-218/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən 2153 manat pul ödənilmişdir. Lakin məhkəmə araşdırma aparmadan iddianı təmin etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və bunun nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmə iş materialları və cavabdehin apellyasiya şikayətindən imtinası araşdırıb hesab edir ki, apellyasiya şikayətindən imtina olnduğundan imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-218/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar