Məhkəmə qərarları › İş №2(104)-345/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-345/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-345/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 2400 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qohumudur. Ona pul lazım olduğundan bir miqdar pul istəmişdir. O da cavabdehə 2400 manat borc pul vermişdir. Cavabdeh müqavilə bağlandığı gündən etibarən 6 ay ərzində geri qaytaracağını bildirmiş, lakin bu günə kimi ona olan borcunu müxtəlif bəhanələr gətirərək hələ də qaytarmaqdan boyun qaçırır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək, Cavabdeh1 onun xeyrinə müqavilə üzrə ödənilməli olan 2400 (iki min dörd yüz) manat məbləğində pulun və 4800 (dörd min səkkiz yüz) manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim: M.Allahverdiyev) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən ona heç bir pul qaytarılmamışdır. Həmçinin, o, məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Çünki, cavabdeh ondan 2016-cı ildə borc pul almış, 2019-cu ilin may ayında 50 manat, 2020-ci ilin yanvar ayında 50 manat olmaqla, cəmi 100 manat məbləğində pul qaytarmışdır. Odur ki, ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunda izahat verdi, бир дана qeyd etdi ki, cavabdeh ondan borc kimi aldığı pulun 2300 manat hissəsini ona qaytarmamışdır. Məhkəmədə ifadə vermiş şahid də cavabdehə qohumluq münasibəti olan adamdır, ona ğörə də həqiqəti söyləməmişdir. Sonda iddiaçı apellyasiya şikayətinin təmin edilməsi, ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb, ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Мящкямя Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ъи maddəsinə əsasən ишя онun иштиракы олмадан бахылмасыны мцмкцн щесаб едяряк ишя бахмышдыр. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, mərizəçi hakimi, işdə iştirak edən iddiaçını dinləyib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materiallarında olan 27 aprel 2016-cı il tarixli borcun etirafı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı1 2400 (iki min dörd yüz) manat məbləğində borcunun olduğunu etiraf edir. -Cavabdeh1 İddiaçı1 olan 2400 (iki min dörd yüz) manat məbləğində borcunu 27 oktyabr 2016-cı il tarixədək hissə-hissə və ya tam həcmdə ödəməyi öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2016-cı il tarixli borcun etirafı ərizəsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Bundan əlavə, cavabdehin və ifadə vermiş şahidin ifadəsi ilə müəyyən edilir ki, cavabdeh aldığı borcu ödəmişdir. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı). İş materiallarından görünür ki, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmış, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamışdır ki, iddiaçı həmin vaxtdan etibarən üç il müddətində iddia qaldıra bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı xx.xx.2016cı il tarixdən başlamış və iddiaçı həmin tarixdən hesablanmaqla üç illik iddia müddətini ötürmüşdür вя щазырки ишдя иддиа мцддятинин ахымынын кясилмяси щаллары мцяййян едилмямишдир. İddiaçı şikayətində cavabdehin 2019-cu ilin may ayında ona 50 manat, 2020-ci ilin yanvar ayında isə 50 manat olmaqla, cəmi 100 manat məbləğində pul qaytarmasını iddia etsə də, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının bu dəlilinə hüquqi qiymət verilmiş və məhkəmə həmin dəlili əsassız saymışdır. Bütün qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası göstərir ki, iddiaçının cavabdehə 2016-cı ildə 2400 manat məbləğində borc verməsi mötəbər sübutlarla tam təsdiq olunur. Cavabdehin isə iddiaçıdan 2016-cı ildə borc aldığı pulu qaytarması barədə yalnız özünün izahatı və uşağını müalicə etdiyinə görə, onunla tanışlıq münasibəti olan şahidin ifadəsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə kollegiyası işdə olan sübutlara onların mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 2016-cı ildə borc aldığı pulu qaytarması mötəbər sübutlarla tam təsdiqini tapmasa da, birinci instansiya məhkəməsi iddia müddətinni tətbiqi ilə bağlı normalara istinad etməklə iddia tələbini təmin etməməkdə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə мювъуд sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə ясасян, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Щазырки ишдя дя бу мябляь 5000 манатдан аз мябляьдир. Она эюря дя бу гятнамядян кассасийа шикайяти вериля билмяз. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1 mülki iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Бу гətnamədən kassasiya şikayəti verilə bilмяз. Qətnamə qəbul еdildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar