Məhkəmə qərarları › İş №2(104)-346/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-346/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-346/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, (o, həm də qardaşı X5 nümayəndəsidir), Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə 40.000 manat və ödədiyləri 210 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən R.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh 40000 (qırx min) manat pul və 210 (iki yüz on) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı və X8 verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların tələb etdiyi pulun ona heç bir aidiyyatı yoxdur. Belə ki, o, özünə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini satmış, həmin pulu müalicə xərclərinə ödəmişdir. Ata anasından miras qalmış əmlakda hazırda iddiaçı qardaşı Mirzə yaşayır. Hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh özünə məxsus evi satmışdır və həmin evin miras evə aidiyyatı yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı həm öz adından, həm də, nümayəndəsi olduğu digər cavabdeh X5 adından məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh qardaşları Cavabdeh mərhum anaları X6 miras qalan, ünvan 1 ünvanda yerləşən mülkü onlardan xəbərsiz olaraq təkbaşına adına keçirib, faktiki olaraq 80000 manata X4, notariatda təsdiq edilmiş müqavilədə isə 60000 manat göstərilmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)- 2477/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X7 cavabdehlər Cavabdeh, X14, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mərhum X6 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evindən ibarət miras mülkdən Cavabdeh tam pay hüququ verilməsinə dair Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V—291 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin miras mülk üzərində Cavabdeh mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı və X5 həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktı müəyyən edilmiş, həmin miras əmlakdan İddiaçı payı 1/2 hissədə, X5 payı 1/2 hissədə müəyyən edilmiş, iddia tələbi miras əmlakın Cavabdeh X1 dair Şəmkir rayonu 1 saylı notrait ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə təmin edilməmiş, iddiaçılar İddiaçı və X8 gələcəkdə xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2355/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 saylı qətnaməsi İddiaçı və X5 həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı payı 1/2 hissədə, X5 payı 1/2 hissədə müəyyən edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, X6 miras qalmış ünvan 3 ünvanında yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın birinci növbə vərəsələr İddiaçı, X12 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi və miras əmlakda hər birinin payı 1/3 hissədə müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1529/2023 saylı qərarında görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2355/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı üzrə notariat işində olan sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə ilə Cavabdeh X9 vərəsəsi kimi tanınmışdır. xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə, Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus hissəsini X10 60000 manata satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X14 xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 60000 manat ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə ilə X9 vərəsəsi kimi tanınmış, ünvan 4ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə keçmiş, bundan sonra xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0948 ha olan torpaq sahəsini və ümumi sahəsi olan 182.5 kv.m fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus hissəsini 60000 manata X3. X14 xx.xx.2021ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 60000 manat ödəmişdir. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçılar İddiaçı və X7 cavabdehlər Cavabdeh, X14, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən edilmiş, ünvan 2 ünvanında yerləşən mərhum X6 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evindən ibarət miras mülkdən Cavabdeh tam pay hüququ verilməsinə dair Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V—291 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin miras mülk üzərində Cavabdeh mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmiş, miras əmlakın X1 dair Şəmkir rayonu 1 saylı notrait ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi qüvvədə saxlanılmış, X6 miras qalmış ünvan 3 ünvanında yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın birinci növbə vərəsələr İddiaçı, X12 və Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda hər birinin payı 1/3 hissədə müəyyən olunmuşdur. Hazırda iddiaçılar İddiaçı və X11 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın satışından əldə olunmuş puldan, onların payına münasib olaraq 40.000 manat pulu Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı, X12 və Cavabdeh hər birinin 1/3 hissədə payı olan miras əmlak, digər payçıların razılığı olmadan Cavabdeh tərəfindən 60000 (altmış min) manata satıldığından, cavabdeh tərəfindən miras əmlakın satılmasından 60000 (altmış min) pul vəsaiti hər bir vərəsənin payına uyğun 1/3 olaraq ayrılmalı, iddiaçıların payına düşən 40000(qırx min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı və X7 cavabdehlər Cavabdeh, X14, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddia tələbi miras əmlakın Cavabdeh X1 dair Şəmkir rayonu 1 saylı notrait ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə təmin edilməmiş, iddiaçılar İddiaçı və X8 gələcəkdə xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, MM-nin 337.5-ci maddəsində nəzərəd tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüququ əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu baxımdan iddiaçı tərəf cavabdeh tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, hazırkı iddia tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi düzgün olaraq əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etməklə, iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və nümayəndəsinin məhkəmə kollegiyasının iclasında cavabdehin özünə məxsus evi satması, həmin evin miras evə aidiyyatının olmaması ilə bağlı izahatı öz təsdiqini tapmır və həmin dəlillər qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2355/2022 saylı qətnaməsi ilə təkzib edilir. Belə ki, həmin qətnamə ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mərhum X6 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh tərəfindən Şəmkir rayonu 1 saylı notrait ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi ilə X2. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(076)-2477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar