Məhkəmə qərarları › İş №2(104)-348/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-348/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-348/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia qismən təmin edilərək Cavabdeh1 10329,40 (on min üç yüz iyirmi doqquz manat 40 qəpik) manat, Cavabdeh2 13539,67 (on üç min beş yüz otuz doqquz manat 67 qəpik) pul və ödənilmiş dövlət rüsumunun 25 manatının müştərək qaydada alınaraq İddiaçı MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən 08 dekabr 2022-ci il tarixdə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(021) 1485/2022 nömrəli qərardadına əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra 22 fevral 2023-cü il tarixdə Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsindən аpellyаsiyа şikаyəti vermə müddətinin bərpası ilə əlaqədar ərizə vermiş Bərdə Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. 19 iyul 2023-cü il tarixdə Cavabdeh2 tərəfindən iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadından şikayət verilmiş, Bərdə Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikаyət iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Gəncə Аpellyаsiyа Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(104)-2124/2023 nömrəli qərardadı ilə iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-1485/2019 nömrəli mülki iş üzrə 02 mart 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 21 iyul 2023-cü il tarixli qərardadı qismən şikayətin təmin olunmaması hissəsində ləğv edilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 münasibətdə apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir Gəncə Аpellyаsiyа Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(104)-2813/2023 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)- 1485/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. 03 iyul 2024-cü il tarixdə Cavabdeh2 tərəfindən iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadından şikayət verilmiş, Bərdə Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə verilmiş şikayət, şikayət vermə müddəti buraxıldığından geri qaytarılmışdır. Bundan sonra 03 iyul 2024-cü il tarixdə Cavabdeh2 tərəfindən iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv olunması və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hesab edilməsi, apellyаsiyа şikаyəti və оnа əlаvə edilmiş sənədlərin bаxılmаsı üçün 7 gün müddətində mülki işlə birlikdə Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 35738.11 (otuz beş min yeddi yüz otuz səkkiz manat 11 qəpik) manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq hər aya 1% olmaqla, 20 aya görə borcun 20%-i həcmində, yəni 3500 (üç min beş yüz) manatın, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh3 əməllərinə hüquqi qiymət verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək olan dövrdə Cəmiyyətdən ümumilikdə 207627 (iki yüz yeddi min altı yüz iyirmi yeddi) manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almışdır. Müqavilənin şərtinə görə aldığı malın dəyərini 30 gün gec olmamaq şərtilə ödəməli idi. Ayrıca Cavabdeh3 ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinin 5-ci bəndində tərəflərin birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıması qeyd edilmişdir. Qeyd olunan dövrdə Cavabdeh3 satışdan müxtəlif tarixlərdə 171889 (yüz yetmiş bir min səkkiz yüz səksən doqquz) manat məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə Cavabdeh3 maddi məsuliyyətində 35738.11 (otuz beş min yeddi yüz otuz səkkiz manat on bir qəpik) borcu - mal qalığı qalmışdır. Həmin çatışmazlığı Cavabdeh3 iştirakı ilə yenidən araşdırmaq məqsədilə 20 fevral 2018-ci il tarixdə İddiaçı MMC tərəfindən cavabdehin yaşadığı ünvan 1i ünvanına teleqram göndərilmiş, əlavədən onunla telefon əlaqəsi saxlanılaraq V.A.Abdullayev audit yoxlamada iştirak etməsi üçün İddiaçı MMC-yə dəvət edilmişdir. Lakin xx.xx.2018-ci il tarixədək V.A.Abdullayevin İddiaçı MMC-yə gələrək audit yoxlamada iştirakı gözlənilsə də V.A.Abdullayev naməlum səbəbdən yoxlamaya gəlməmiş və iştirak etməmişdir. Bu səbəblə də təkrar araşdırma onun iştirakı olmadan aparılmışdır. (Azərbaycan Respublikası Auditorlar Palatası ilə İddiaçı MMC-nin direktoru X6 ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0021 saylı müqavilə əsasında xx.xx.2016-cı il tarixdən- xx.xx.2016-cı il tarixlərini əhatə edən dövr ərzində satış nümayəndəsı vəzifəsində işləmiş Cavabdeh3 fəaliyyətinə dair aparılmış audit təhlili 35738 (otuz beş min yeddi yüz otuz səkkiz) manat malın hansı müştərilər və hansı mal qruplarından Cavabdeh3 hesabında qalmasına dair qruplaşma cədvəli tərtib edilmişdir. Bundan başqa Cavabdeh3 cinayət əməlləri barədə İddiaçı MMC tərəfindən Nərimanov rayon prokurorluğuna müraciət edilmişdir. Nərimanov rayon prokurorluğunun 20 avqust 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdeh ilə İddiaçı MMC arasında olan hüquq münasibətinin mülki xarakterli olması səbəbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İddiaçı MMC tərəfindən dəfələrlə Cavabdeh3 şifahi və rəsmi qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində İddiaçı MMC-yə ödənilməsi lazım gələn 35738 (otuz beş min yeddi yüz otuz səkkiz) manat borc qaldığı bildirilsə də Cavabdeh3 hər dəfəsində qalıq borcunu ödəyəciyi bildirmiş, lakin bu günə kimi heç bir ödəniş həyata keçirməmişdir. Onlar hesab edir ki, həmin vəsait vaxtında qaytarılmış olsa idi dövriyyədən xeyli fayda əldə etmiş olardılar. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir. Daha sonra İddiaçı MMC məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh3 11869.07 manat, Cavabdeh1 10329.40 manat, Cavabdeh2 13539.67 manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq hər aya 1 % olmaqla, 20 aya görə borcun 20 %-i həcmində, yəni 3500 manatın, vurulmuş mənəvi ziyana görə 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən, ərizə icraata qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(021)-1485/2019 nömrəli qərardadı ilə mülki iş üzrə Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına ərizə vermiş, Cavabdeh3 iddia ərizəsi üzrə cavabdeh olmasından imtina etdiklərini bildirərək cavabdehlər Cavabdeh1 10329.40 manat, Cavabdeh2 13539.67 manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq hər aya 1 % olmaqla, 20 aya görə borcun 20 %-i həcmində, yəni 3500 manatın, vurulmuş mənəvi ziyana görə 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən bu ərizə də icraata qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, işin hazırda mübahisəli hissəsi tələbin ona münasibətdə təmin olunmuş hissəsidir ki, hesab edir ki, qətnamə ona münasibətdə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, o evdar qadındır, himayəsində 3 (üç) övladı var və bu günədək o, heç bir yerdə rəsmi işləməmiş və hər hansı qeyri-rəsmi işlə məşğul olmamışdır. Daim olaraq evdə olmuş və övladlarının təlim-tərbiyyəsi ilə məşğul olmuşdur. O, hazırda iddaçı olan İddiaçı MMC adında olan şirkət tanımır və onunla arasında hər hansı rəsmi və qeyri-rəsmi iş münasibətləri olmamışdır. Onun belə bir qətnamənin olmasını yalnız sahə müvəkkilinin ünvanlarına gələrək Ucar rayon İcra və Probasiya şöbəsindən axtarış verildiyi bildiriləndən sonra məlumatı olmuşdur. Hesab edir ki, onun adının iddiaçıya bağlılığı yoxlanılmalı, tam araşdırılmalı, adının necə və kim tərəfindən iddiaçının borclu olan siyahısına salınması araşdırılmalı və buna hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməlidir. Bütün bu səbəblərdən də ona münasibətdə iddia tələbi rədd edilməlidir. Daha sonra məhkəmənin sübut kimi qiymətləndirdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş audit yoxlamasının nəticələrinə dair cədvəl olmuşdur ki, məhkəmə yalnız cədvələ qiymət vermiş və ona aid sənədləri iddiaçıdan tələb etməmişdir. Hesab edir ki, onunla iddiaçı arasında hər hansı borc öhdəliyi yaranması üçün hər hansı əsas olmadığından və mülki işdə də bunu sübut edən rəsmi sənəd olmadığından birinci instansiya məhkəməsi iddianı ona münasibətdə təmin etməsi əsassızdır. Məhkəmə yalnız "xxxx" MMC tərəfindən tərtib edilmiş audit yoxlamasının nəticələrinə dair cədvəlinə əsaslanmışdır ki, həmin cədvəllədə iddiaçı ilə onun müqavilə öhdəliyi olub-olmaması müəyyən edilməmişdir. Ona görə də, hesab edir ki, iddia bu hissədə əsaslı ola bilməz. Qanunvericiliyin normalarının mənasından görsənir ki, tərəflər məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməli və onların özlərini müdafiə etmək üçün iştirakları təmin edilməlidir. Onun belə bir qətnamənin olmasını yalnız sahə müvəkkilinin ünvanına gələrək Ucar rayon İcra və Probasiya şöbəsindən axtarış verildiyi bildiriləndən sonra məlumatı olmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinə gedərək qətnaməni rəsmi olaraq xx.xx.2022-ci il tarixdə məhkəmə binasında qəbzə imza edərək almış və şikayət üçün prosessual müddəti öürməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 şikayətinə münasibətdə ləğv edilməli və ləğv edilmiş həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respubilkasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh3 İddiaçı MMC-də əmək müqaviləsi üzrə ekspeditor-satış üzrə təmsilçi vəzifəsində çalışmışdır. Onunla İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.1987-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubunun surətındən müəyyən edilir ki, E.İİyasova işlədiyi dövrdə İddiaçı MMC-yə 35230 (otuz beş min iki yüz otuz) manat məbləğində borcu olması ilə bağlı məlumat verilmiş, malların və pul məbləğlərinin müəssisəyə təhvil verilməsi tələb edilmişdir. Həmin xəbərdarlıq məktubuna əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, məktub Cavabdeh3 ünvanına çatmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh3 ünvanlanmış bir digər məktubdan müəyyən edilir ki, Cavabdeh3 İddiaçı MMC-dəki fəaliyyətinin audit yoxlanması ilə əlaqədar həmin yoxlamada iştirak etməsi üçün dəvət edilmişdir. İş materiallarında olan 01 mart 2018-ci il tarixli Aktdan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin direktoru X7 ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 00021 saylı müqaviləyə əsasən İddiaçı MMC-də12 aprel 2016-cı il tarixdən xx.xx.2016-cı il dövrdə satış nümayəndəsi vəzifəsinə işləmiş Cavabdeh3 fəaliyyətinə dair araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh3 İddiaçı MMC-nin 20 aprel 2016-cı il tarixli ərizəsinə əsasən 09 saylı əmrlə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. 20 aprel 2016-cı il tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barəsində müqavilə bağlanmışdır. Əmək müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi məsuliyyət daşıması qeyd edilmişdir. MMC-yə məxsus malları anbardan qəbul edib, alıcılara satıb, malın pulunu Cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyırlar. Qeyd olunanlara baxmayaraq Cavabdeh3 onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, anbardan qəbul etdiyi malların pulunu Cəmiyyətin kassasına təhvil verməmişdir. Yoxlamaya Cavabdeh3 faktiki işlədiyi 12 aprel 2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövrdə təqdim olunmuş mühasibat uçotu sənədlərinə əsasən maddi-məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Həmin tərtib olunmuş cədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh3 anbardan ümumilikdə 207627 manat 40 qəpik məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 171889 manat 29 qəpik məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə xx.xx.2017ci il tarixə Cavabdeh3 maddi məsuliyyətində 35738 manat 11 qəpik mal qalığı qalmışdır. Təhlil zamanı 35738 manat 11 qəpik ırıalın hansı müştərilər və ya mal qruplarından Cavabdeh3 hesabında qalmasına dair qruplaşma cədvəli tərtib edillmişdir. Həmin cədvələ əsasən son nəticədə borclu şəxslər üzrə xx.xx.2016-cı il tarixə müəyyən olnumuşdur ki Cavabdeh3 borcu qalan şəxslər üzrə onlara 65125 manat 67 qəpik məbləğində satdığı maldan 29895 manat 17 qəpık satış pulu kimi kassya təhvil verilmiş və 35230 manat 50 qəpik mal uçotu məlumatlarına əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh3 maddi məsulıyyətındə qalmışdır. 507 manat 61 qəpik fərq (357xx.xx-35230.50) müəssisənin məlumatına əsasən sonradan ödənildiyi üçün cədvəldə göstərilməmişdir. Dəfələrlə Cavabdeh3 rəsmi və şifahi xəbərdarlıq edilərək omnun maddi məsuliyyətində qalmış 35230 manat 50 qəpik vəsaitin ödənilməsi tələb olunsa da o, hesabında qalmış 35230 manat 50 qəpik çatışmazlığı ödəyəciyini vəd etsə də, xx.xx.2017-ci il tarixə kimi həmin borc vəsaitinin ödənilməsinə dair hər hansı bir nəticə olmamışdır. Cavabdeh3 iştirakı olmadan onun maddi məsuliyyətində xx.xx.2017-ci il tarixə qalmış 35230 manat 50 qəpik çatışmazlığın barəsində 27 ivul 2017-ci il tarixdə akt yazılmışdır. Həmın çatışmazlığın Cavabdeh3 iştirakı ilə yenidən araşdırılması məqsədilə 20 fevral 2018-ci il tarixdə onun yaşadığı Bərdə rayon Qazıqurdalı kəndinə teleqram göndərilmisdir. 01 mart 2018-ci il tarixə kimi gözlənilsə də naməlum səbəbdən gəlib iştirak etməmişdir. Təkrar araşdırma onun iştirakı olmadan aparılmışdır. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydıyyatı ıdarəsı tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********917800 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında qeydiyyata alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdə kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş iltizamdan müəyyən edilir ki, o, 18 fevral 2016-cı il tarixdə İddiaçı MMC-yə məxsus 10329.40 dəyəri olan “Predo” pampersi satmaq üçün almış, satılan malın 10329.40 məbləğində İddiaçı MMC-yə borcu var. O, həmin iltizamı 26 dekabr 2016-cı il tarixdə imza etməklə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən 15 aprel 2017-ci il tarixdə imzalanmış itizamdan müəyyən edilir ki, o, 15 aprel 2017-ci il tarixdə İddiaçı MMC-yə məxsus 10329.40 dəyəri olan uşaq bezlərini satmaq üçün almış, satılan maldan 10329.40 məbləğində İddiaçı MMC-yə borcu var. O, həmin iltizamı 15 aprel 2017-ci tarixdə imza etməklə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən X4 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 04/7516 nömrəli məktubun surətindən müəyyən edilir ki, İddiaçı MMC-nin ekspeditorları tərəfindən MMC-yə məxsus 300.000 manat pul vəsaitinin mənimsənilməsi barədə olan şikayəti əsasında Nərimanov rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması barədə Baş Prokurorluğa daxil olmuş təkrar müraciətlərə baxılmışdır. Müəyyən edilmişdir ki, eyni məzmunlu müraciət əsasında Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərizədə adları qeyd edilən şəxslərlə İddiaçı MMC arasında əmək münasibətləri mövcud olmuş və həmin şəxslərin İddiaçı MMC-dən işdən çıxmaları nəticəsində MMC-nin satış üçün mağazalara paylanmış məhsulların pulunun ödənilməsi ilə bağlı yaranmış mübahisələr əmək mübahisələri olduğundan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki icraat qaydasında həll edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən X4 xx.xx.2018-ci il tarixli, X1 xx.xx.2018-ci il tarixli cavab məktubları ünvanlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokurorunun koməkçısı, İİİ dərəcəli hüquqşünas X2 20 avqust 2017-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, faktda mənimsəmə cinayətinin tərkibinin olmasının müəyyənləşdirilməsi üçün İddiaçı MMC tərəfindən audit yoxlaması keçirildikdən sonra nəticəsindən asılı olaraq Azərbaycan Respublıkası Baş Prokurorluğuna mənimsəmə faktı ilə bağlı müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018ci il tarixli, 6(005)-9/2018 nömrəli qərarının surətindən müəyyən edilir ki, İddiaçı MMC məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqsunas Elfanə Bayramovanın “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2017-ci il tarixli qərarının ləğv edilməsı və İddiaçı MMC-nin maliyyə vəsaitlərinin külli miqdarda mənimsənilməsi faktlar uzrə araşdırma aparılması üçün toplanmış materialın Nərimanov rayon prokurorluguna gondərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə İddiaçı MMC-nin şikayəti təmin edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Elfanə Bayramovanın “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2017-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı MMC-nin göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş audit yoxlamasının nəticələrinə dair cədvəldən görünür ki, Cavabdeh2 13539.67 manat məbləğində malın pulunu İddiaçı MMC-yə ödəməmişdir. Eyni cədvəldə qeyd edilmişdir ki, Cavabdeh1 10329.40 manat məbləğində malın pulunu İddiaçı MMC-yə ğöndərməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh həmin MMC-də ekspeditorsatış üzrə təmsilçi vəzifəsində çalışmış, iddia ərizəsinə görə cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə Cəmiyyətdən ümumilikdə 207627 (iki yüz yeddi min altı yüz iyirmi yeddi) manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almış, satışdan müxtəlif tarixlərdə 171889 (yüz yetmiş bir min səkkiz yüz səksən doqquz) manat məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmış, maddi məsuliyyətində 35738.11 (otuz beş min yeddi yüz otuz səkkiz manat on bir qəpik) borcu - mal qalığı qalmışdır. İddiaçı daha sonra iddia tələbininin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 da cavabdeh qismində göstərərək cavabdehlər Cavabdeh3 11869.07 manat, Cavabdeh1 10329.40 manat, Cavabdeh2 13539.67 manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq hər aya 1 % olmaqla, 20 aya görə borcun 20 %-i həcmində, yəni 3500 manatın, vurulmuş mənəvi ziyana görə 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, lakin bununla belə Cavabdeh2 qarşı tələbini əsaslandırmamış, onunla əgər bağlanmışsa əmək müqaviləsinin surətini, onunla bağlanmış alqı-satqı müqavilələrinin surətlərini, ümumiyyətlə Cavabdeh2 borcunun yaranmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, daha sonra iddia tələbinin həcmini azaldaraq Cavabdeh3 qarşı tələbindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-cü maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2- ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericilik öhdəliyin yaranması əsas kimi bəzi istisnalarla müqavilələri müəyyən etmişdir. İstisnalar isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardır. Qanunvericilik həm də müəyyən etmişdir ki, tərəflər arasında öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizə ilə müraciət etmiş olsa da, Cavabdeh2 iddiaçı qarşısında öhdəliyinin hansı əsasla və nə vaxtdan yarandığını göstərməmiş, Cavabdeh2 isə iddiaçı MMC-də heç bir vaxt işləmədiyini, onunla hər hansı alğı-satqı münasibətlərində olmadığını bildirmişdir. Qeyd olunanlara baxmayaraq məhkəməisi işi hərtərəfli araşdırmadan Cavabdeh2 da iddiaçıya borclu olması qənaətinə gəlmiş, lakin onun iddiaçıya borcunun hansı sübutla təsdiq olunduğunu göstərməmişdir. İş materiallarında da həmin xüsusatı təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 münasibətdə iddianı təmin etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə qətnamə ləğv edilməli və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılaraq Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(021)-1485/2019 saylı qətnaməsi iddianın təmin edilmiş - Cavabdeh2 13539,67 (on üç min beş yüz otuz doqquz manat 67 qəpik) pul və ödənilmiş dövlət rüsumunun 25 manatının müştərək qaydada alınaraq İddiaçı MMC-yə verilməsi hissəsində ləğv edilsin və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar