Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-349/2023 27.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 ASC-nin xeyrinə 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 6876,69 manat əsas, 641,87 manat faiz, 9,13 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7527,69 manat borcun və 95,28 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı1 ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 ğlunun və digər şəxslərin Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi uaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 04 sentyabr 2019- cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2019cu il 04 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 24%-lə 48 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi 2019-cu il 04 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2019-cu il 04 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-cu il 04 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və borcludan tələb edir. 2021-ci il noyabrın 05-dək Cavabdeh1 2019-cu il 04 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 6876,69 manat əsas, 641,87 manat faiz, 18,26 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7536,82 manat borcu vardır. Cavabdeh1 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 18,26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 9,13 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Məhərrəm Allahverdiyev ) İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6876,69 (altı min səkkiz yüz yetmiş altı manat altmış doqquz qəpik) manat məbləğində əsas, 641,87 (altı yüz qırx bir manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu, 9,13 (doqquz manat on üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 7527,69 (yeddi min beş yüz iyirmi yeddi manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 95,28 (doxsan beş manat iyirmi səkkiz qəpik) dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh3 həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılması, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin ilik dəyəri 40000 (qırx min) manat müəyyən edilməsi, mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisia hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülməsi qət edlmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş, faizin düzgün hesablanıb-hesablanmamasını aşkar edilməmişdir. Bundan başqa, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməmiş, ipoteka qoyulan əmlakın qiyməti düzgün müəyyən edilməmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qismən müdafiə edərək, göstərdi ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 377/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, faizin düzgün hesablanmamasını və ipoteka qoyulan əmlakın qiyməti hissəsini mübahisələndirsə də, əslində həmin qətnamənin ipoteka predmeti olan fərdi yaşayış evinin ilik dəyəri hissəsindən narazıdır və qətnaməni yalnız həmin hissədə mübahisələndirir. Qətnamənin faizlə bağlı hissəsi ilə isə razıdır. Belə ki, o, qətnamədən sonrakı müddətdə də ödənişlər etmiş və ümumən borcunu ödəmək istəyir. Bununla belə, qətnamənin ipoteka predmeti olan fərdi yaşayış evinin ilik dəyəri hissəsində dəyişdirilərək, əldə edilmiş ekspertiza rəyinə uyğun olaraq, ilkin satış qiymətinin müəyyən edilməsini xahişı etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 641,87 (altı yüz qırx bir manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qətnamə ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin ilik dəyəri 40000 (qırx min) manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin fərdi yaşayış evinin likvid dəyəri 52.000 manat məbləğində müəyyən edilməli, ekspertiza xərci olan 100 manatın 50 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 manatı isə Cavabdeh1 alınıb X1, kodu 210005,VÖEN **********,SFİFT BİK CTREAZ22, Müxbir hesabı AZ41NABZ********************, Benefisiarın adı Məhkəmə Ekspertiza Mərkəzi, Benenfisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 apellyasiya şikayətindən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya dəlillərində faizin düzgün hesablanmamasını və ipoteka qoyulan əmlakın qiyməti hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilmədiyindən həmin hissələrlə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan : 04 sentyabr 2019-cu il tarixli 12-Z1G1-1-0-833-19 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 24% dərəcəsi ilə, istehlak məqsədləri üçün, 10000 manat məbləğində kredit verilmişdir. 04 sentyabr 2019-cu il tarixli 12-Z1G1-1-0-833-19 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, bu Müqavilənin predmeti 04 sentyabr 2019- cu il tarixli 12-Z1G1-1-0-833-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 17 iyul 2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Rəsul Rza küçəsi 37-də, 0,05 ha torpaq sahəsində yerləşən 108,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06 sentyabr 2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 məxsus, Bərdə şəhəri, Rəsul Rza küçəsi 37 b-də, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 0,05 ha torpaq sahəsi ilə birlikdə 04 sentyabr 2019cu il tarixli 12-Z1G1-1-0-833-19 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 60 ayadək ipotekaya vermişdir. 05 noyabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 12-Z1G1- 1-0-833-19 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə 05 noyabr 2021-ci il tarixə 6876,69 manat əsas, 641,87 manat faiz, 18,26 manat cərimə, cəmi 7536,82 manat borcu vardır. 25 oktyabr 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh3 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 27 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borclu məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(104)349/2023 05 iyun 2023-cü il tarixli rəyinə əsasən Bərdə şəhəri, Rəsul Rza küçəsi 37 b-də Cavabdeh3 məxsus fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 58.000 manat, likvid dəyəri isə təqribən 52.000 manat məbləğində müəyyən edilmiş, ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1 12-Z1G1-1-0-833- 19 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə 05 noyabr 2021-ci il tarixə 641,87 manat faiz yaranmışdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsi üzrə faizin düzgün hesablanmamasını mübahisələndirsə də, məhkəmə kollegiyasının iclasında əslində həmin qətnamənin ipoteka predmeti olan fərdi yaşayış evinin ilik dəyəri hissəsindən narazı olmasını və qətnaməni yalnız həmin hissədə mübahisələndirdiyini, qətnamənin faizlə bağlı hissəsi ilə isə razı olduğunu bildirmişdir. Digər tərəfdən, qətnamənin faiz borcu hissəsinin qanuniliyi şübhə doğurmur. Ona görə də, qətnamə faiz borcu hissəsində dəyişdirilmədən saxlanılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; İşə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, 12-Z1G1-1-0-833-19 saylı 04 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsində Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin dəyəri 45000 manat qeyd edilsə də, "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli rəyi ilə, Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə likvid qiyməti 40 000 (qırx min) manat müəyyən edilməsini nəzərə alaarq, ipoteka predmetinin dəyərini həmin mütəxəssis rəyinə uyğun qaydada, yəni 40 000 manat dəyərində qiymətləndirmişdir. Cavabdeh həmin ilkin satış qiymətini mübahisələndirmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmeti olan fərdi yaşayış eviniun ilkin satış qiymətinin, yəni hazırkı likvid dəyərinin müəyyən olunması üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(104)349/2023 05 iyun 2023-cü il tarixli rəyinə əsasən Bərdə şəhəri, Rəsul Rza küçəsi 37 b-də Cavabdeh3 məxsus fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 58.000 manat, likvid dəyəri isə təqribən 52.000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən ipoteka predmeti olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid dəyəri 52.000 (əlli iki min) manat dəyərində müəyyən edilməlidir Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə müvafiq olaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində xərc iş üzrə tərəflərə aid edilməklə, onlar arasında bölüşdürülməli, 50 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 manatı isə Cavabdeh1 alınıb X1, kodu 210005,VÖEN **********,SFİFT BİK CTREAZ22, Müxbir hesabı AZ41NABZ********************, Benefisiarın adı Məhkəmə Ekspertiza Mərkəzi, Benenfisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-377/2022 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 641,87 (altı yüz qırx bir manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin ilik dəyəri 40000 (qırx min) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid dəyəri 52.000 manat məbləğində müəyyən edilsin. Ekspertiza xərci olan 100 manatın 50 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 manatı isə Cavabdeh1 alınıb X1, kodu 210005,VÖEN **********,SFİFT BİK CTREAZ22, Müxbir hesabı AZ41NABZ********************, Benefisiarın adı Məhkəmə Ekspertiza Mərkəzi, Benenfisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-349/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-349/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver