Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-355/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı QSC-nin BOKT-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin BOKT-nın cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Məmmədov Şahin Bəxtiyar oğluna 24 (iyirmi dörd) ay müddətinə, illik 22 faiz ilə (iyirmi iki) olmaqla 6000 (altı min) manat məbləğində kredit verməyi, Məmmədov Şahin Bəxtiyar oğlu həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh3 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəlik götürmüşdür.
2. "xxxx" ASC ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 30 avqust 2017-ci il tarixli S-FK-MİN-68 saylı təhvil-təslim Aktına əsasən, Məmmədov Şahin Bəxtiyar oğluna qarşı müqavilə üzrə cəmi 4173,74 manat məbləğində problemli borcu üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir.
3. xx.xx.2015-ci il tarixli, FJB**********421 nömrəli, məxaric orderindən görünür ki, Məmmədov Şahin Bəxtiyar oğlu "xxxx" ASC- tərəfindən ödənilmiş 5790 manat məbləğində pulu qəbul etmişdir.
4. "xxxx" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmiş məlumatından görünür ki, Məmmədov Şahin Bəxtiyar oğlunun xx.xx.2021-ci il tarixə, əsas borc üzrə 3102,11 manat, faiz borcu 655,13 manat, cəmi 3757,24 manat borcu vardır.
5. Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 01 nömrəli, 06 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Məmmədov Şahin Bəxtiyar oğlu 2015-ci il tarixdə vəfat etmiş, vəfatından sonra atası Cavabdeh2 və anası Cavabdeh1 vərəsələri qalmışdır.
6. Hökümət ödəniş portalının ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən iddia verilməsi üçün 58 manat dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 1-23 saylı kredit müqaviləsi üzrə əsas borc 3102,11 manat, faiz borcu 655,13 manat, cəmi borcu 3757,24 manat manat borc və ödənilmiş 57.57 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə zamin Cavabdeh3 tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Məmmədov Şahin Bəxtiyar oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-MİN-68 saylı təhviltəslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Bildirir ki, "xxxx" ASC ilə Məmmədov Şahin Bəxtiyar oğlu arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 1-23 nömrəli kredit müqaviləsinə əsasən Məmmədov Şahin Bəxtiyar oğluna istehlak məqsədi üçün 24 ay müddətinə illik 22 faizlə 6000 (altı min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında 23 fevral 2015-ci il tarixli1-23/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin, kredit müqaviləsinin şərtlərinə cavabdeh Məmmədov Şahin Bəxtiyar oğlu tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. xx.xx.2020-ci il tarixli DİN BPMQMİ-nin MAPS Arayışına əsasən Məmmədov Şahin Bəxtiyar oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 yanvar 2022-ci il tarixli 01 saylı məktubuna əsasən Məmmədov Şahin Bəxtiyar oğlu vəfat etdikdən sonra onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 onun hüquqi varisi olmuşdur. Cavabdeh2 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 1-23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 3518,61 manat, faiz borcu 655,13 manat, cəmi borcu 3757, 24 (üç min yeddi yüz əlli yeddi manat 24 qəpik) manat təşkil edir.
9. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh3 23 fevral 2015-ci il tarixli 1-xx.xx.2015- MİN57 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 3102,11 manat, faiz borcu üzrə 655,13 manat borc olmaqla, ümumilikdə 3757,24 manat borc pul və iddia ərizəsinə görə ödənilmiş 57,57 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına tutulması, iddianın digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (mirasın qəbulu faktını rəsmiləşdirən sənəd) verilməsi üçün müraciət olunmamışdır. Bu mənada, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməsi istisna edilir.
11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558, 1153, 385, 442, 445, 448 və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1, 77.1 və 89.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiq etməmişdir. İddiaçının Cavabdeh3 qarşı irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti ötürülüb. İddiaçının cavabdeh olaraq ondan tələb etdiyi məbləğlə bağlı iddianın əsasını "xxxx" ASC ilə Məmmədov Şahin Bəxtiyar oğlu arasında 23 fevral 2015-ci il tarixli 1-23 nömrəli kredit müqaviləsi təşkil edir. Müqavilə 24 ay müddətinə - 23 fevral 2017-ci il tarixədək bağlanıb. Müqavilədən yaranan mübahisə üzrə isə iddiaçı məhkəməyə 7 il sonra müraciət edib. Beləliklə, iddiaçı iddia müddətini ötürüb. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki ilərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; 25. - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cümaddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; 26. - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir iklüM) Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; 27. - iddia müddəti dayandırıla iklüM) Məcəllənin 379-cumaddəsi), kəsilə iklüM) Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə iklüM) Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasınışəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi halelə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkanmüəyyənmüddətlə məhdudlaşır. İddiaçının Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən iddia müddəti tətbiqi barədə ərizəyədə ehtiyac qalmamışdır. Belə ki, kreditor zaminliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia irəli sürməmiş və zaminliyinə qanuna əsasən özü-özlüyündən xitam verilmişdir. Xitam verilmiş bir öhdəliyə yenidən ərizə ilə xitam verilməsinə zərurət qalmamışdır. Zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmüş olsa idi, yenə də, iddia müddəti ötürülmüş hesab olunur. Odur ki, iddiaçının cavabdehdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə kredit borcunun qaytarılması tələbi təmin edilə bilməz. Lakin məhkəmə bu hüquq normalarını tətbiq etməyib, nəticədə əsassız qətnamə çıxarılıb və iddia tələbi zamin olan Cavabdeh3 münasibətdə təmin edilib. Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe ondan ibarətdir ki, məhkəmə təqdim edilmiş sənədləri, sübutları düzgün araşdırmayıb. İş sənədləri araşdırılmış olsaydı, məhkəmə üçün məlum olardı ki, kəsici müddət olduğu üçün iddia tələbi təmin edilə bilməz. Məhkəmə sübutlara düzgün qiymət verməyib və əsassız qətnamə çıxarmışdır.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı QSC-nin BOKT-nın nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Kredit 2015-ci ildə ABB bank tərəfindən verilib. 2017-ci ildə artıq problemli kredit kimi İddiaçı QSC-nin BOKT-a keçmişdir. Vərəsələr müəyyən edilməmişdir. Sonuncu dəfə Rayon İcra Hakmiyyətinə müraciət etmişik. Qanun üzrə vərəsəliyin qəbul edilməsini gözləmişlər.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Cavabdeh3 vəkili Vəkil məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını yaxud işə iştirakları olmadan baxılaraq apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
18. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
19. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
25. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
26. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
27. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
28. 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
29. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:
30. 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı:
31. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
32. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
33. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
40. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
41. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
42. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
43. Maddə 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
44. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
49. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Məmmədov Şahin Bəxtiyar oğluna "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22 faiz olmaqla müqavilə 6000 (altı min) manat məbləğində kredit verilmiş, Cavabdeh3 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Məmmədov Şahin Bəxtiyar oğlu kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, borclu vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır.
50. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Məmmədov Şahin Bəxtiyar oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-MİN-68 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında 23 fevral 2015-ci il tarixli1-23/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə cavabdeh Məmmədov Şahin Bəxtiyar oğlu tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Məmmədov Şahin Bəxtiyar oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı QSC-nin BOKT iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə gec müraciət etmələrini mərhum, əsas borclu Məmmədov Şahin Bəxtiyar oğlunun hüquqi varislərinin müəyyən edilməməsi ilə əlaqələndirmişdir.
51. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, Məmmədov Şahin Bəxtiyar oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-MİN-68 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Bu hal isə iddiaçının hüquqlarının pozulmasının həmin tarixdə bilməsini göstərir. Lakin iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunvericiliklə müəyyən edilən bir illik müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də, kəsici müddəti tətbiq edərkən səhvə yol vermişdir.
52. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
53. Digər tərəfdən kollegiyası qeyd edir ki, krediti götürən Məmmədov Şahin Bəxtiyar oğlu xx.xx.2015-ci ildə vəfat etsə də, həmin tarixdən sonra bank tərəfindən vərəsələrin müəyyən edilməsi və həmin vərəsələrə, həm də zaminə qarşı iddia qaldırmaq üçün müəyyən edilmiş müddətləri ötürmüşdür.
54. Məhkəmə kollegiyası Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında qeyd olunan mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydasının Azərbaycan Respublikasının Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edilməsi ilə əlaqədar həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddətin məhkəmə qərardadında qeyd edilməməsi ilə bağlı mövqeyinə münasibətdə isə qeyd edir ki, iddiaçı müddətinin ötürülməsinin müəyyən edilib-edilməməsi məsələsində həmin qərardad hazırkı
55. Göründüyü kimi, iddiaçı zaminə qarşı 1 illik müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, həmin tarixdən sonra da qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir.
56. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1234/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.