Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-356/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(021)-268/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müşətərək qaydada 2362,81 ABŞ dolları əsas borc, 5804,73 ABŞ dolları faiz, 5796,27 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 344,19 ABŞ dolları faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 ASC tərəfindən 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh4 ilə 29 dekabr 2014-cü il tarixli ZM-1023003 saylı zaminlik müqaviləsi bağlanılmışdır. 20 may 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borc alana verdiyi kreditin qalıq məbləği 5526,97 ABŞ dolalrı təşkil etmişdir, kreditin müddəti 20 sentyabr 2018-ci il tarixinə kimi uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etmkəndən imtina edir. 29 iyul 2021-ci il tarixinədək Cavabdeh2 Ləğv prosesində olan Cavabdeh1 ASC-yə 2362,81 ABŞ dolları əsas borc, 5804,73 ABŞ dolları faiz, 5796,27 ABŞ dolları cərimə, kredit müqaviləssi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 344,19 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(044)-126/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2362.81 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 4723.13 ABŞ dolları faiz, 296,27 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 344,19 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 7726,4 ABŞ dollarının (yeddi min yeddi yüz iyirmi altı dollar 40 sent) və 30 manat ödənilmiş dövlət rüsumunun LPO Cavabdeh1 ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərcinin tutularaq X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 29 dekabr 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ASC tərəfindən 24 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, 29 dekabr 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsi öhdəliyin icrasının son müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. 29 dekabr 2014-cü il tarixli ZM-1023003 saylı Zaminlik müqaviləsindən görünür ki, 29 dekabr 2014-cü il tarixli, ******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 2362,81 ABŞ dolları əsas borc, 5804,73 ABŞ dolları faiz, 5796,27 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 344,19 ABŞ dolları faiz borcu, ümumilikdə 14.308 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3796 nömrəli, 23 iyun 2022-ci il tarixli ekspertiza rəyində göstərilmişdir ki, Cavabdeh2 Cavabdeh1 ASC-yə olan borcu 20 sentyabr 2019-cu il müqavilə bitən müddətə əsas borc 4973,36 ABŞ dolları, faiz borcu 4723,13 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(044)-126/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunazidd olaraq qəbul edilmişdir. İddia ərizəsində qeyd edilənlər qanunsuzdur. Məhkəmə tərəfinsən onlara məhkəmə iclası barədə xəbərdarlıq gəlməmişdir. O, bankdan götürdüyü kreditin müəyyən hissəsini vaxtında ödəmişdir. Lakin bank yenidən ondan həmin məbləği tələb edir. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilməmiş, ümumilikdə 7726,4 ABŞ dolları ondan tələb edilmişdir. Maddi vəziyyətiləri olduqca çətindir. Ona görə də hesab edir ki, onun hüquqları kobudcasına pozulmuşdur. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi banklara tövsiyyə edilsin. 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(021)- 268/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(021)-268/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli, digər cavadbehlərə münasibətdə isə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh2 iddiaçı kredit təşkilatına 01 mart 2019-cu il tarixinə borcu 4016,77 manat olmaqla, restrukturizasiya məbləği də 4016,77 manat təşkil etmişdir. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq hesablanmış faizlərin və cərimə məbləğlərinin silinməsi nəzərədə tutulmuşdur. Buna görə də cavadbehdən 4016,77 manat və 01 mart 2019-cu il tarixdən iddia qaldırılan 27 sentyabr 2021-ci il tarixədək olan dövr üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faiz olmaqla (4016,77 x 5% = 200,83, 200,83 : 12 = 16,73 manat bir aylıq, 16,73 x 31 ay=518,63) 518,63 manat, ümumilikdə isə 4535,4 manat tutularaq, iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini zaminlərə münasibət təmin edən birinci instansiya məhkəməsi həmin hisəsədə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, daha sonra həmin kredit müqaviləsi əsasında xx.xx.2015-ci il tarixli Əlavə Saziş bağlanmış və xx.xx.52015-ci il tarixli Əlavə Saziş üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2018-ci il tarixinədək şərtləndirilmişdir. Beləliklə, iddiaçı öhdəliyin icrası müddətinin başa çatdığı 20 sentyabr 2018-cı il tarixdən ən geci bir il ərzində, yəni 20 sentyabr 2019-cu il tarixədək zaminlərə qarşı iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmişdir ki, bununla da cavadbehlərin zaminliyinə xitam verilmişdir. Hərçənd ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4cü bəndində də zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının başa çatdığı gündən 1 (bir) il ərzində kreditroun zamnilərə qarşı iddia sürülmədiyi halda zaminliyə xitam verilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddia tələbinin zaminlərə münasibətdə təmin edilməsi əsassız olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(044)-126/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(044)-126/2022 saylı qətnaməsi ləvğ edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli, digər cavadbehlərə münasibətdə isə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(021)-268/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(021)-268/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 4016.77 manat kredit müqaviləsi üzrə borc məbləği, öhdəliyin icrasının gecikdirilməsinə görə 518,63 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4565,4 manat (dörd min beş yüz altımış beş manat, 40 qəpik) tutularaq və iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Məhkəmə xərci qsimində ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməsin. İddia cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.