Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-364/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: nikahın pozulması, uşağın himayədə saxlanması və aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(045)-279/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 02 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 026833 nömrəli nikah haqqında şəhadətnamə üzrə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2015-ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində 64 nömrə ilə qeyd edilmişdir.
2. Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 736778 nömrəli doğum haqqında şəhadətnamə üzrə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
3. Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 095301 nömrəli doğum haqqında şəhadətnamə üzrə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
4. Goranboy rayonu Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Həsənova X4 rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatdadır, üzv olduğu ailə tərkibi aşağıdakı kimidir: Əri – Cavabdeh, oğlu – X10, qızı – X11.
5. Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 28 aprel 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X6, xx.xx.2018-ci ildə doğulmuş X7 anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 bir-birinə dərin bağlılıqları üzrə çıxmır. xx.xx.2018-ci il təvəllüdlü X7 atası Cavabdeh və anası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. xx.xx.2016-cı il təvəllüdlü X5 hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla atası Cavabdeh bağlılığı daha çoxdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 15 iyul 2024cü il tarixli, 11/258 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 əsas fərdi-psixoloji xüsusiyyətləri və idrak prosesləri rəyin tədqiqat prosesinin təsviri hissəsində (səh. 7) göstərilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X6 hal-hazırda psixikasında və davranışlarında anası İddiaçı olan münasibəti, anası ilə ünsiyyətdə olması ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Valideynləri və digər yaxın qphumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2016-cı il təvəlludlü X6 emosionaliradi sferasına neqativ təsir göstərmişdir. İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X6 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağılılığı müəyyən olunmaqla, Cavabdeh bağlılığı daha çoxdur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. xx.xx.2016-cı il təvəllüdlü X6 bacısı xx.xx.2018-ci il təvəllüdlü X8 hissi-emosional tələbatı olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmaması emosional-iradi sfreasına neqativ təsir göstərə bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində bağladıqları 64 saylı nikahın vaxt verilmədən pozulması və hər ay cavabdehdən sabit pul məbləğində azyaşlı uşaqları xx.xx.2016-cı il tarixdə doğulmuş X6, xx.xx.2018-ci ildə doğulmuş X7 onun yanında saxlanılması üçün hər ay cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahını xx.xx.2015-ci tarixdə Goranboy rayonu Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə iki övladı olmuşdur: xx.xx.2016-cı il tarixdə doğulmuş X10, xx.xx.2018-ci ildə doğulmuş X11. Cavabdehlə ilk gündən münasibətləri normal olmuşdur. Cavabdeh onun şəxsi işlərinə qarışmış, buna görə də onların sözü düz gəlməmişdir. Cavabdeh dəfələrlə uşaqların gözü qarşısında onu döymüşdür. Əvvəllər cavabdehə güzəştə getsə də sonradan ona güzəştə getməmişdir. Uşaqları da götürərək atasının evinə getmişdir. Barışmaq fikri yoxdur.
10. Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(045)-279/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Məmmədov), iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Goranboy rayonu Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2018-ci ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında, xx.xx.2016-cı il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması, iddia tələbi üzrə ödənilmiş 50 manat dövlət rüsumu və ödənilmiş 50 manat mediasiya xərci İddiaçı özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməsi, iddia qalan hissədə rədd edilməsi, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tərəflərin tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu İddiaçı və Cavabdeh izah edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1, 22.1, 52 və 60.4-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(045)-279/2023 nömrəli qətnaməsinin uşağın atanın himayəsinə verilməsi hissəsində ləğv edilərək həmin uşağın ananın himayəsinə verilməsi və hər iki uşağa görə aliment tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, nikahlarının pozulması üçün məhkəməyə müraciət edəndə böyük uşaqları Sahibin 7 yaşı belə tamam olmamışdır. Cavabdeh uşaqlarla görüşmək məqsədilə ərizə ilə məhkəməyə müraciət etmişdir, onun uşaları ilə ünsiyyətdə olması təmin edilmişdir. Çox təssüflər olsun ki, cavabdeh uşaqlarla ünsiyyət qərarından istifadə edərək uşaqları götürüb aparmış, uşaqlarını ona geri qaytarmamış, sonda körpə qızlarını zorla ondan almışlar, lakin körpə, azyaşlı oğlu Sahibi hələ də ondan geri ala bilməmişdir. Bu hallar məhkəmə iclaslarları gedişində baş verir, İ instansiya məhkəməsi bu hala heç bir münasibət bildirmir. Cavabdeh qanunları pozaraq özbaşınalıq edir, məhkəmə və məhkəmə icraçıları da bu barədə hər hansı tədbir görmür, bu azmış kimi sonda İ instansi məhkəməsi körpə uşağı anasının yox, atasının himayəsində saxlanılması barədə qərar qəbul edir. İ instansiya məhkəməsi qəbul etdiyi qərarla körpə uşağa nəyinki anasından, eyni zamanda qardaş-bacını bir-birindən ayırır. O, sözügedən qətnamənin uşaqlarından azyaşlı Sahibib atasının himayəsində saxlanılması hissəsi ilə razı deyildir. Həmin hissədə qətnamə tam əsassız və qanunsuzdur, hesab edir ki, həmin hissədə sözügedən qətnamə ləğv edilmə azyaşlı uşaqlarının hər ikisi onun himayəsində saxlanılmalıdırlar, həmçinin həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır azyaşlı uşaqlarının hər ikisi onub himayəsində saxlanılmalıdırlar, həmçinin həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır.
14. Həmçinin, qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(045)-279/2023 nömrəli qətnaməsinin ləğv dəyişilməsini və hər iki övladının onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı hazırda Goranboy rayonu Mənəşli kənd 9 illik orta məktəbində riyaziyyat müəllimi işləyir və Goranboy rayonu Mənəşli kəndində uşaqlarla birlikdə kirayədə, tam şəraitsiz bir məkanda – qazsız, işıqsız , televizorsuz bir yerdə yaşayır. Goranboy rayonu Mənəşli kəndi rayon mərkəzindən 70 km aralıdadır . Gediş – gəliş üçün cəmi 8 saat vaxt lazımdır, 4 saata gedib – 4 saata gəlməlisən. Goranboy rayonu Mənəşli kəndi dağın başında yerləşir. Yağmurlu və qarlı havalarda orada yaşamaq cəhənnəm əzabı deməkdir. Onun kifayət qədər tam təmirli, hər bir şəraitə malik evi vardır. Normal şəraitdə yaşayır. Onun azyaşlı qızı, hansı səbəbdən dağın başında – qazsız, işıqsız, şəraitsiz bir yerdə yaşamalıdır. Atanın tam şəraitli bir evi, yaşayışı olduğu halda, övladı niyə əziyyət çəkməlidir. Eyni zamanda, qızının artıq vərdiş etdiyi, öyrəşdiyi, alışdığı bir şərait, ev vardır ki, qızı orada özünü rahat, sərbəst və xoşbəxt hiss edir. Məhkəmə, azyaşlı qızını anasının yanında qalması ilə bağlı nəticəyə gəldikdə, əslində uşaq üçün əlverişsiz olan bir seçim etmişdir. O valideyn nolaraq uşağı anaya qarşı qoymaq və ya ananı cəzalandırmaq məqsədilə uşağı anadan ayırmaq niyyətində deyildir. Lakin, açıq-aşkar övladlarının uçurumun kənarında qalmalarına da razı ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdur. Daha sonra ailədaxili münaqişələr olduğu üçün ayrılmışlar. Belə ki, birgə nikahlarından doğulmuş uşaqları evdən götürüb atası evinə getmişdir. Bundan sonra xx.xx.2016-cı il təvəllüdlü Sahib adlı uşağı cavabdeh 2023-cü ilin avqust ayında aparmış, lakin sonra qaytarmamışdır. Hazırda isə xx.xx.2018-ci il təvəllüdlü Mələk adlı uşaq isə onun himayəsindədir. Goranboy rayonu Mənəşli kənd 9 illik orta məktəbində riyaziyyat müəllimi işləyir və 600 manat əmək haqqı alır. Uşaqları isə özü saxlayıb böyüdə bilər. xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması əsassızdır. Çünki, uşağın ana qayğısına ehtiyacı vardır və bacısı da onunla birgə yaşamaq istəyir. Uşağa atası tərəfindən təsir göstərilmişdir və buna görə də onu istəmir. Odur ki, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və iddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin göstərdiyi xüsusatlara oxşar izahat verərək, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və iddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdur. Bundan sonra aralarında narazılıqlar olduğu üçün ayrılmışlar. xx.xx.2016-cı il təvəllüdlü Sahib adlı uşaq hazırda onun yanındadır. Belə ki, uşaq anasının yanına qayıtmaq istəmir. İddiaçı Goranboy rayonu Mənəşli kəndində müəllimə işləyir və yaşadığı ev şəraitsizdir. Baxımsızlıqdan oğlunun səhhətində problemlər yaranmış və buna görə də əməliyat olunmuşdur. Ona görə də digər xx.xx.2018-ci il təvəllüdlü Mələk adlı uşağın da onun himayəsində saxlanılmasını istəyir. Odur ki, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
22. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
24. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
25. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
26. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
27. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
28. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
29. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
30. Maddə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir.
31. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
32. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
33. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
34. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
35. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
36. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Uşaq hüquqları haqqında” Konvensiya
37. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
38. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
39. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
40. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
41. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
42. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
43. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
44. Bənd 7.6. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir.
45. Bənd 7.7. Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir.
Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
46. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
47. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
48. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
55. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
56. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
57. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
58. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
59. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
62. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, tərəflər verdikləri şikayətdə qətnamənin yalnız xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı uşaqlarının yaşayış yerinin müəyyən edilməsi hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
64. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il tarixdə doğulmuş X6 cavabdehin himayəsində saxlanması hissəsində düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
65. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması - hissəsində ləğv edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 Cavabdeh alınaraq İddiaçı verilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından iki övladı olmuşdur: xx.xx.2016-cı il tarixdə doğulmuş X10, xx.xx.2018-ci ildə doğulmuş X11. Daha sonra ailə daxili münaqişələrə görə tərəflər ayrılmış və faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı uşaqlardan xx.xx.2018-ci ildə doğulmuş X11 anası İddiaçı yanında, xx.xx.2016-cı il tarixdə doğulmuş X10 isə hazırda atası Cavabdeh yanındadır.
67. İşə birinci instansiya məhkəməsində baxılarkən tərəflər məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını müəyyən edən saziş təqdim etməmişdir. Məhkəmə boşanmadan sonra uşağın kimin yanında qalması məsələsini tərəflərlə araşdırarkən iddiaçı uşaqların özünün yanında saxlanılmasını xahiş etmişdir. Bu məsələ ilə bağlı məhkəmə iddiaçının uşaqların kimin yanında qalması barədə cavabdeh ilə fikir ayrılığını araşdırmış, bu məqsədlə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə orqanını işə cəlb etmiş, uşaqların hansı valideynin yanında qalmasının məqsədəuyğunluğu məsələsini araşdırmaqla rəy verilməsini tələb etmişdir.
68. Çünki, uşaqların valideynlərindən və ya şəxslərdən hansının yanında qalması məsələsi yalnız tərəflərin izahatları əsasında həll oluna bilməz. Hər bir halda, məhkəmə tərəfindən qəyyumluq və himayə orqanının müvafiq əsaslandırılmış rəyi alınmaqla, tərəflərin hər birinin uşaqlara baxmaq və onları tərbiyə etmək, onların tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanları araşdırılmalı, bu zaman valideynlərin işləyib-işləməmələri, iş rejimləri, yaşayış yeri üzrə mövcud vəziyyət, uşaqların valideynlərinə bağlılığı nəzərə alınmalıdır.
69. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Ailə Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
70. Bu normadan göründüyü kimi, qəyyumluq və himayə orqanı tərəfindən verilən rəy əsaslandırılmalıdır. Bu cür əsaslandırma üçün meyar kimi Ailə Məcəlləsinin 60.4-cü maddəsində müəyyən olunmuş hallar çıxış edir. Lakin, bu hallar qəti deyildir və hər bir işin fərdi xüsusiyyətləri də nəzərə alına bilər.
71. Ailə Məcəlləsinin 73.2-ci maddəsində əksini tapmış «həyat şəraiti» anlayışı, bu normanın məqsədləri baxımından valideynin maddi-məişət şəraiti ilə məhdudlaşmayan daha geniş mənaya malikdir. Komissiya rəy verərkən valideynlərin mənəvi-əxlaqi keyfiyyətlərini, dünyagörünüşünü, uşağın gələcəyi ilə bağlı düşüncələrini və buna nail olmaq üçün göstərdiyi əməli səylərini, uşağın yanında qaldığı halda onun normal mənəvi və fiziki inkişafını təmin etmək üçün imkanlarını (həm mənəvi, həm fiziki-sağlamlıq, həm də maddi və məişət), uşağın valideynə, həm də valideynin uşağa bağlılığını, uşağın fərdi ehtiyaclarını və sair kimi halları aşkar edib göstərməyə borcludur.
72. Baxılan işdə olan qəyyumluq və himayə orqanının rəyindən görünür ki, rəy bu cür əsaslandırılmışdır. Rəydə işin faktik halları sadalanmaqla yanaşı, mənzil-məşiət həyatının öyrənilməsi üçün müayinə keçirilmişdir. Göründüyü kimi, qəyyumluq və himayə orqanının rəyi kifayət qədər və əlaqəli şəkildə əsaslandırılmışdır
73. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən məhkəmə psixoloji ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 11/258 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 əsas fərdipsixoloji xüsusiyyətləri və idrak prosesləri rəyin tədqiqat prosesinin təsviri hissəsində (səh. 7) göstərilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X6 hal-hazırda psixikasında və davranışlarında anası İddiaçı olan münasibəti, anası ilə ünsiyyətdə olması ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Valideynləri və digər yaxın qphumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2016-cı il təvəlludlü X6 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X6 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağılılığı müəyyən olunmaqla, Cavabdeh bağlılığı daha çoxdur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. xx.xx.2016-cı il təvəllüdlü X6 bacısı xx.xx.2018-ci il təvəllüdlü X8 hissi-emosional tələbatı olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmaması emosional-iradi sfreasına neqativ təsir göstərə bilər.
74. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
75. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
76. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, azyaşlı uşaqların ata və anasına bağlılığını müəyyən etmək üçün azyaşlı uşaqlarla Obraza görə hafizə, 10 söz, Sujetli şəkillər, “Hekayə fikirləş”, Natamam cümlələr, Uşaq apperseptiv testi, “Bizim ailə”, “Rene Jil” və “Ailənin sosioqramı” metodikalarından istifadə edilmişdir.
77. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən atılmış bu addımlar uşaqların şüurunda ananın yeri olmayan həyatı yaşamaq ideyasını formalaşdırmağa çalışmışdır və buna nail olmuşdur. Uşaqların atasının yanında qalmaq istəməsi və anaya mənfi münasibəti məhz bunun nəticəsidir ki, bu da diqqətdən kənarda qalmamalıdır. Həmçinin, yuxarıda qeyd edilən ekspert rəyindən də görünür ki, uşaqların analarına qarşı istəkləri müəyyən mənada vardır və anası ilə ünsiyyətdə olması barədə cəhdləri müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar analarına qətiyyətli şəkildə nifrət etmirlər. Yalnız, uşaqlar anasından ayrı düşdüyü üçün anasına qarşı soyuq münasibət bəsləyirlər. Lakin, ananın uşağa əvvəlki məhəbbəti və qayğı göstərmək səyi azalmamışdır. Əgər, ötən dövr ərzində ana uşaqları ilə mütəmadi olaraq görüşə bilsəydi və ata tərəfindən mənfi düşüncələr uşaqlara təbliğ edilməsəydi, uşağın anasına bağlılığı bu günkü dərəcəyə enməzdi. Buna görə də uşağın mövcud vəziyyət barədə tam adekvat anlayışı yoxdur və həlledici dərəcədə atanın təsiri altında olduğu müəyyən olunur.
78. Bir məqamı da vurğulamaq lazımdır ki, ekspert rəyində İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmamış və valideynlər arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik uşaqlar – Sahib Həsənova və Mələk Həsənliyə emosional-iradi sferasına neqativ təsir göstərmişdir.
79. Sadalanan normalar əsasında işin müəyyən olunmuş faktik hallarını araşdırdıqda bu nəticəyə gəlmək olur ki, azyaşlıların, yəni xx.xx.2016-cı il təvəllüdlü Sahib və xx.xx.2018-ci il təvəllüdlü Mələk adlı uşağın analarının yanında qalması daha məqsədəuyğundur. Belə ki, qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir.
80. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
81. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.“Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə dəqqət etməlidirlər.
82. BMT-nın Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir və azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır.
83. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 7.1 və 7.2-ci bəndlərində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla, uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
84. Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları və onların rəyi nəzərə alınmaqla həll edilməlidir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır.
85. Yaddan çıxarmaq olmaz ki, hər bir uşaq təkrar olunmaz varlıqdır. Uşaqla bağlı mübahislər həll edilərkən əsas vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum dərəcədə təmin edə bilən valideyn seçilsin və bu zaman uşağın xarakteri, psixoloji vəziyyətinin səciyyəvi cəhətləri nəzərə alınsın. Əsas məqsəd uşağın daimi olaraq ana sevgisini, qayğısını, nəvazişini hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Heç şübhəsiz ki, hər bir uşaq doğma ana himayəsində bu kimi qayğı ilə əhatə olunmaqla hərtərəfli inkişaf edə bilər və fəal ictimai həyata hazırlanmış şəkildə böyüyər.
86. Kollegiya qeyd edir ki, uşaqlar azyaşlı olmaqla, onların təlim-tərbiyyədə, qayğısının çəkilməsində ananın rolu danılmaz olmaqla, azyaşlı uşaqların mütəmadi olaraq ana nəvazişinə ehtiyacı vardır. Nəzərə alınmalıdır ki, azyaşlı uşaqların daha çox ana qayğısına, nəvazişinə ehtiyacı vardır və uşaqların analarının yanında böyümələri onların mənafelərinə, inkişaflarına, mənəvi və psixoloji vəziyyətinə daha uyğundur.
87. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
88. Baxılan iş üzrə məhkəmə ötən müddət ərzində uşağın fasiləsiz olaraq atanın himayəsində qaldığını, uşağın yaşını və fikrini, tərəflərin məişət şəraitini, qəyyumluq və himayə orqanının rəyini, uşaqların analarına psixoloji bağlılığının olmasını, uşağın mənafelərini, gələcək inkişafı və şəxsiyyət kimi formalaşması üçün zəruri şərtləri yuxarıda istinad olunan müstəsna halların mövcudluğu kimi qiymətləndirmişdir. Bununla da məhkəmə uşaq hüquqları haqqında beynəlxalq aktları və ailə qanunvericiliyinin müddəalarını düzgün təfsir etməmiş, qəbul edilmiş qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasına dair qanunvericiliyin tətbiqi təcrübəsinə dair məsələlər üzrə izahına uyğun olmamışdır.
89. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən uşaqların üstün hüquqları və mənafeləri nəzərə alınaraq, hazırda uşaqlar analarının yanında saxlanıldığından onların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı tərəfindən tələb olunan aliment hissəsinə də qiymət verilməlidir.
90. Belə ki, uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
91. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
92. Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
93. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
94. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
95. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.
96. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.
97. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
98. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir.
99. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay Sahib və Mələk adlı uşağa 180 manat olmaqla, 360 manat məbləğdə müəyyən edilməsini əsaslı hesab edir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir.
100. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il təvəllüdlü X11 iddiaçının himayəsində olduğundan alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, xx.xx.2016-cı il təvəllüdlü X9 münasibətdə isə uşaq atadan alınaraq anasına verildiyi vaxtdan hesablanmalıdır.
101. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
104. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
105. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə dair baxılan işdə heç bir subut olmadığından və əsassız olduğundan həmin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə təmin, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
106. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçıya hər ay cavabdeh tərəfindən ödənilməli olan 360 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 4320 manat təşkil edir.
107. Göründüyü kimi, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən iddianın alimentin tutulması hissəsindən kassasiya şikayəti verilə bilməz.
108. İş üzrə ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən dövlət hesabına tutulmalıdır.
109. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1.2, 385.1.4, 388, 392, 393, 402.1, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(045)-279/2023 nömrəli qətnaməsi – tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin hesablanması uşağın iddiaçının himayəsinə verildiyi vaxtdan hesablansın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 15 iyul 2024-cü il tarixli, 11/258 nömrəli ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Bu qətnamədən iddianın alimentin tutulması hissəsindən kassasiya şikayət verilə bilməz. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamənin uşağın ananın himayəsində saxlanması hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.