Məhkəmə qərarları › İş №2(104)-37/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-37/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-37/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X9 və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(044)-26/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh, X9 və X4 qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 06R000010735 nömrəli kredit razılaşması üzrə 12378,37 ABŞ doları əsas, 2156,92 ABŞ dolları faiz, 4724,21 ABŞ dolları cərimə olmaqla, cəmi 19259,50 ABŞ dolları borcun; 06R000019495 nömrəli kredit razılaşması üzrə 54438,49 ABŞ dolları əsas, 9485,87 ABŞ dolları faiz, 22184,06 ABŞ dolları cərimə olmaqla, cəmi 86108,42 ABŞ dolları borcun; 006R********** nömrəli kredit razılaşması üzrə 5950,27 ABŞ dolalrı əsas, 1034,02 ABŞ dolları faiz, 2258,6 ABŞ dolalrı cərimə olmaqla, cəmi 9242,89 ABŞ dolları borcun, ümumilikdə 114610,81 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödəmilmiş 30 manat dövlər rüsumunun, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin paylı mülkiyyət hüququ üzrə Cavabdeh və X7 məxsus Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracadan satılması və cəmi 114640,81 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmentinin açıq hərracdan satışından əldə olunun vəsait hesabına "xxxx" QSC-nə yönəldilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X9 və X1 müştərək tutulması; Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması, eləcədə "xxxx" QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh, X9 və X1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 06R000010735 nömrəli kredit razılaşması üzrə 12378,37 ABŞ doları əsas, 2156,92 ABŞ dolları faiz, 4724,21 ABŞ dolları cərimə olmaqla, cəmi 19259,50 ABŞ dolları borcun; 06R000019495 nömrəli kredit razılaşması üzrə 54438,49 ABŞ dolları əsas, 9485,87 ABŞ dolları faiz, 22184,06 ABŞ dolları cərimə olmaqla, cəmi 86108,42 ABŞ dolları borcun; 006R********** nömrəli kredit razılaşması üzrə 5950,27 ABŞ dolalrı əsas, 1034,02 ABŞ dolları faiz, 2258,6 ABŞ dolalrı cərimə olmaqla, cəmi 9242,89 ABŞ dolları borcun, ümumilikdə 114610,81 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin paylı mülkiyyət hüququ üzrə Cavabdeh və X7 məxsus Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0714 ha torpaq sahəsinə yönəldilməsinə, həmin əmlakın açıq hərracadan satılması və cəmi 114640,81 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmentinin açıq hərracdan satışından əldə olunun vəsait hesabına "xxxx" QSC-nə yönəldilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X9 və X1 müştərək tutulması; Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0714 ha torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması, eləcədə "xxxx" QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(044)- 26/2020 nömrəli (hakim G.Şirinov) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh, X9 və X1 müştərək qaydad 06R000010735 npmrəli kredit razılaşması üzrə əsas 11337,50 ABŞ dolları əsas, 1948,79 faiz, 10 ABŞ dolları cərimə olamqla cəmi 13296,29 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 06R000019495 nömrəli kredit razılaşması üzrə 54132,60 ABŞ dolları əsas, 9304,75 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə cəmi 63447,35 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 006R********** nömrəli kredit razılaşması üzrə 5917,64 ABŞ dolları əsas, 1014,38 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla cəmi 6942,02 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqı "xxxx" QSC-nə ödənilməsi; Tutmanın öhdəliyinin təmini kimi ipoteka ilə yüklü edilmiş paylı mülkiyyət hüququ üzrə Cavabdeh və X7 məxsus Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması; İlkin satış qiyməti 220000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin və 0,0714 ha torpaq sahəsinin satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi; Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılması və "xxxx" QSC-nə təhvil verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; İş üzrə məhkəmə ekspertiza xərci 165 manat Cavabdeh, X9 və X1 müştərək qaydada tutularaq X2, KOD 210005 VÖEN ********* m/h AZ41NABZ******************** SWİFT BİK: CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** büdcə səviyyəsinin kodu 3 hesab AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə təkrar əmlakın qiymətləndirilməsini və nəticəsindən asılı olaraq əmlakın qiymətinin müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 27 may 2008-ci il tarixli 06L000000861 nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətində 100000 ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsinə 13 mart 2009-cu il tarixli 861 nömrəli saziş əsasında dəyişiklik və əlavələr edilmiş, bank tərəfindən Cavabdeh 500000 ABŞ dolları kredit xətti açılmışdır. Eləcədə 05 noyabr 2015-ci il tarixli 06L000000861S nömrəli sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilərək bank tərəfindən Cavabdeh 204 ay müddətinə 500000 ABŞ dolları kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə tərəflər arasında 26 aprel 2013cü il tarixli 06R000010735 nömrəli kredit razılaşması bağlanmış və "xxxx" QSC tərəfindən Cavabdeh 36 ay müddətində 1,5 faiz olmaqla 160000 ABŞ dolları kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 16 aprel 2015-ci il tarixli və 22 fevral 2016-cı il tarixli şazişlər bağlanmışdır. Sözügedən kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli 06R000019495 nömrəli kredit razılaşmaya əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətində 60000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 noyabr 2015-ci il tarixli və 22 fevral 2016-cı il tarixli şazişlər bağlanmışdır. Həmçinin bankla Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 006R********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətində aylıq 1,5 faiz olmaqla 10000 ABŞ dolları kredit verilmişdir. Sonradan həmin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 22 fevral 2016-cı il tarixli şaziş bağlanmışdır. Kredit xətti üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" QSC ilə X9 və X5 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin 27 dekabr 2011-ci il tarixli 06M000000730 nömrəli ipoteka müqaviləsinə əsəsasən Cavabdeh və X8 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu Nizami küçəsində yerləşən 0,0714 ha torpaq sahəsi və həmin torpaq sahəsində liter A-da yerləşən 1 mərtəbəli 2 otaqlı 52,9 kv.m yaşayış, 39,4 kv.m yardımçı, 92,3 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin borclu kredit razılaşmalarının tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış və nəticədə öhdəliyi vaxtında icra etməmişdir. İpoteka saxlayan ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş və sonuncular bildirişlər qəbul etmişlər. Eyni zamanda ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər həmin idarədə qeydə alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, "xxxx" QSC-dən aldığı kreditin təminatı olaraq Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində yerləşən 10 nömrəli daşınmazəmlak və yerləşdiyi 0,0714 ha torpaq sahəsini girov qoymuşdur. 0,0714 ha torpaq sahəsində inşa olunmuş tikilidən əlavə 7 ədəd qeyri yaşayış obyektləri var və hər birinə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sərancam verilmişdir. Həmin obyektlər və fərdi yaşayış evi şəhərin mərkəzində yerləşdiyinə görə ümumilikdə hazırki bazar dəyəri 500000-600000 manat təşkil edir. Buna baxmayaraq "xxxx" MMC-nin qiymətləndirmə hesabatında ipoteka predmeti 220000 manat dəyərində qiymətləndirilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ipoteka predmetinin likvid dəyərinin 274100 manat müəyyən olunması barədə sonuncu rəy qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh, X9 və X5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə araşdırılmalıdır. Beləki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 27 may 2008-ci il tarixli 06L000000861 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 120 ay müddətində 100000 ABŞ dolları kredit xətti açılmışdır. 13 mart 2009-cu il tarixli 861 nömrəli sazişin surətindən görünür ki, kredit xətti mnüqaviləsinə dəyişiklik və əlavələr edilmiş, bank tərəfindən Cavabdeh 500000 ABŞ dolları kredit xətti açılmışdır. 05 noyabr 2015-ci il tarixli 06L000000861S nömrəli sazişin surətindən görünür ki, kredit xətti mnüqaviləsinə dəyişiklik və əlavələr edilmiş, bank tərəfindən Cavabdeh 204 ay müddətinə 500000 ABŞ dolları kredit xətti açılmışdır. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 noyabr 2015-ci il tarixli şaziş bağlanmışdır. 26 aprel 2013-cü il tarixli 06R000010735 nömrəli kredit razılaşmanın surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 36 ay müddətində 1,5 faiz olmaqla 160000 ABŞ dolları kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 16 aprel 2015-ci il tarixli və 22 fevral 2016-cı il tarixli şazişlər bağlanmışdır. 01 oktyabr 2014-cü il tarixli 06R000019495 nömrəli kredit razılaşmasının surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 36 ay müddətində 60000 ABŞ dolları kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 noyabr 2015-ci il tarixli və 22 fevral 2016-cı il tarixli şazişlər bağlanmışdır. 16 aprel 2015-ci il tarixli 006R********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 24 ay müddətində aylıq 1,5 faiz olmaqla 10000 ABŞ dolları kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 22 fevral 2016-cı il tarixli şaziş bağlanmışdır. 13 mart 2009-cu il tarixli 06S000001922 nömrəli və 13 mart 2009-cü il tarixli 06S000001910 zaminlik müqavilələrin surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh verilmiş kreditin təminatı kimi bank ilə X9 və X5 arasında zaminlik müqaviləsi bağlanmışdır. 27 dekabr 2011-ci il tarixli 06M000000730 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh və X8 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu Nizami küçəsində yerləşən 0,0714 ha torpaq sahəsi və həmin torpaq sahəsində liter A-da yerləşən 1 mərtəbəli 2 otaqlı 52,9 kv.m yaşayış, 39,4 kv.m yardımçı, 92,3 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 05 noyabr 2015ci il tarixli 06M000000730S nömrəli sazişlə dəyişiklik və əlavələr edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X9 və Cavabdeh mülkiyyətində olanb Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0714 ha torpaq sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2018-ci il tarixli 1987 nömrəli rəyindən görünür ki, 26 aprel 2013-cü il tarixli, 06R000010735 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından və 27 may 2008-ci il tarixli 06L000000861 saylı kredit xətti müqaviləsinə əsasən 26 aprel 2013-cü il tarixli 06R000010735 nömrəli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh 19 sentyabr 2017-ci il tarixə banka 11337,50 ABŞ dolları əsas, 1948,79 faiz, 2620,80 ABŞ dolları cərimə olmaqla cəmi 15907,09 ABŞ dollar, 01 oktyabr 2014-cü il tarixli 06R000019495 nömrəli kredit razılaşması üzrə ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından və 27 may 2008-ci il tarixli 06L000000861 nömrəli kredit xətti müqaviləsinə əsasən 01 oktyabr 2014-cü il tarixli, 06R00001945 nömrəli kredit razılaşması müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 19 sentyabr 2017-ci il tarixə banka 54132,60 ABŞ dollar əsas, 9304,75 ABŞ dollar faiz, 2934,88 ABŞ dolları cərimə olmaqla cəmi 66372,23 ABŞ dollar, 16 aprel 2015ci il tarixli 006R********** nömrəli kredit razılaşması üzrə ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından və 27 may 2008-ci il tarixli 06L000000861 nömrəli kredit xətti müqaviləsinə əsasən 16 aprel 2015-ci tarixli 006R********** nömrəli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 19 sentyabr 2017-ci il tarixə 5917,64 ABŞ dollar əsas, 1014,38 ABŞ dollar faiz, 461,01 ABŞ dolları cərimə olmaqla cəmi 7393,03 ABŞ dollar borcu var. "xxxx" QSC ilə Cavabdeh arsaında bağlanmış 27 may 2008-ci il tarixli 06L000000861 nömrəli kredit xətti müqaviləsinə əsasən 26 aprel 2013-cü il tarixli 06R000010735 nömrəli kredit razılaşması, 01 oktyabr 2014-cü il tarixli, 06R000019495 nömrəli kredit razılaşması və 16 aprel 2015-ci il tarixli 006R********** nömrəli kredit razılaşması müqavilələri üzrə bağlanmış sazişlərin 1ci bəndlərində qeyd olunan şərtləri nəzərə alınmaqla tərtib edilmiş cədvəl məlumatlarında 22 fevral 2016-cı il tarixdən sonrakı hesablamalar illik 17 faiz dərəcəsi olmaqla hesablanmışdır. "xxxx" MMC-nin 11 mart 2020-ci il tarixli 0313/20/AB nömrəli rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0714 ha torpaq sahəsinin hazırki bazar dəyəri 220000 manat təşkil edir. “İpoteka haqqında” Qanunun 11-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1. maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41-ci maddəsinə görə,ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 36.1. maddəsinə görə,ipoteka saxlayan bu Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3. maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən,. ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 59.3.maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evdə və ya mənzildə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə Cavabdeh və X9 arasında bağlanmış 27 dekabr 2011-ci il tarixli 06M000000730 nömrəli ipoteka müqaviləsindən müəyyən olunur ki, sonuncular mülkiyyətləırində olan Gəncə şəhəri, Nizami rayonu Nizami küçəsində yerləşən 0,0714 ha torpaq sahəsi və həmin torpaq sahəsində liter A-da yerləşən 1 mərtəbəli 2 otaqlı 52,9 kv.m yaşayış, 39,4 kv.m yardımçı, 92,3 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evini "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər və tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmeti 202000,550 manat dəyərində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı isə ipoteka ilə yüklü edilmiş əmlak "xxxx" MMC tərəfindən 220000 manat dəyərində qiymətləndirilmiş, birinci instansiya məhkəməsidə qiymətləndirmə rəyini əsas götürərək ipotekanın ilkin satış dəyərini 220000 manat müəyyən etmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyi üçün apellyasiya icraatı zamanı həmin əmlakın yenidən qiymətləndiriməsi barədə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC-nin 28 iyun 2022-ci il tarixli rəyi ilə ünvan 2 ünvanında 0,0714 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 570000 manat müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsinə dair rəylər arasında kifayət qədər fərq olduğundan təkrar tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 10/5783-9/6437 nömrəli ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (torpaq sahəsi ilə birlikdə) hazırki vaxtda mövcud olan orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 274100 manat müəyyən edilmişdir. Kollegiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 10/5783-9/6437 nömrəli ekspert rəyi ilə müəyyən olunmuş likvid dəyəri, əvvəlki qiymətləndirmələrdən fərqli olaraq əsaslı hesab edir. Belə ki, “Likvid qiymət” dedikdə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə ipotekaya qoyulmuş əmlak) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Ona görədə kollegiya hesab edir ki, qətnamə ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən olunması hissədə dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 274100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(044)-26/2020 nömrəli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat dəyərində qiymətləndirilməsi” hissədə dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin likvid satış qiyməti 274100 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 10/5783-9/6437 nömrəli ekspertiza xərcinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(044)- 26/2020 nömrəli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat dəyərində qiymətləndirilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə ipoteka predmetinin likvid satış qiyməti 274100 manat müəyyən olunsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar