Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-374/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 (o həm də digər İddiaçı2 nümayəndəsidir (atası)) iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 1080 (bir min səksən) manat olan bir cüt 583 əyyarlı çəkisi 13.5 qram olan sırğanın, qiyməti 700 (yeddi yüz) manat olan 585 əyyarlı çəkisi 8.2 qram olan boyunbağı və qolbağı dəstinin və qiyməti 380 (üç yüz səksən) manat olan 1 ədəd 585 ǝyyarlı çəkisi 4.5 qram olan qadın üzüyünün, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların ümumi qiyməti olan 2160 (iki min yüz altımış) manat məbləğində pulun, 5112 (beş min yüz on iki) manat məbləğində verdikləri pulun vǝ 93 (doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7365 (yeddi min üç yüz altımış beş) manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Fəxri Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 4012 (dörd min on iki) manat pulun alınıb İddiaçı2, 1100 (bir min yüz) manat pul və qızıl-zinət əşyalarının dəyəri olan 850 manat pulun alınıb İddiaçı1 verilməsi, Cavabdeh 93 (doxsan üç) manat dövlət rüsumunun alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Qazax Rayon Polis şöbəsində izahat verərək bildirmişdir ki, İddiaçı1 1100 manat və 850 manat borcu olmuşdur. Lakin polis əməkdaşları və məhkəmə tərəfindən ciddi araşdırmalar aparılmamış və "xxxx" QSCdən kamera görüntülərini əldə etməmişlər. Hakim görüntüləri əldə etsə, açıq-aşkar görünərdi ki, pul köçürülən zaman İddiaçı1 onun yanında olmuş və pulu elə ona bankda təqdim etmişdir. Çünki İddiaçı1 onu aldatmış, guya şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün ona bankdan pul verməyəcəklər. Ona görə də, pulun onun adına göndərilməsinə razılaşmış, İddiaçı1lə birlikdə Tbilisi prospektdə yerləşən “Accessbanka” gedib pulu çəkib bankın içərisində onun özünə vermişdir. İddiaçı1 əvvəllər onun dostu olmuşdur. O, Qazax rayonunda məhşur sələm verən və qızıl-zinət əşyaları satan kimi tanınır. O, ondan qızının toyu ərəfəsində qızıl-zinət əşyaları götürsə də, 850 manat borcu qalmışdır. Bundan əlavə ondan 1100 manat sələmlə pul götürmüşdür. Hesab edir ki, hakimin qəbul etdiyi qətnamə ləğv edilməli, iddia tələb 1100 manat və 850 manat hissəsində təmin edilməli idi. Ona görə də Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, yəni 4012 maant pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 nümayəndəsi (atası) olan digər İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh Qazax rayon İcra Hakimiyyətində tikinti işləri üzrə müavin işləmiş, belə hərəkətlərinə görə işdən azad edilmişdir. 2019-cu ilin oktyabr ayında cavabdeh onun anasının Qarabağ müharibəsi əlili olduğu üçün, sosial ev vəd etmiş və bunun müqavilində qızıl zinyət əşyaları, pul almışdır. O, xx.xx.2020-ci il tarixində Bakı şəhərində olarkən adı gedən işlə bağlı Cavabdeh zəng vurmuş və işinin, yəni evin nə vaxt tikiləcəyini ondan soruşmuşdur. Həmin vaxt Cavabdeh təklifi ilə görüşmüş,Tahir ona bildirmişdir ki, bu iş üçün sonuncu olaraq 4000 (dörd min) manat məbləğində pul istəyirlər. O, oğlu İddiaçı2 zəng edərək, yenidən Cavabdeh adına 4000 (dörd min) manat məbləğində pul göndərməsini ondan xahiş etmişdir. Təxminən bir saatdan sonra Tural "xxxx" vasitəsi ilə Tahir Müsayevin adına 4000 (dörd min) manat məbləğində pul göndərmiş və həmin pulun göndərilməsi üçün 12 (on iki) manat xidmət pulu ödəmişdir. Sonraedan ona məlum olmuşdur ki, onlar Tahir tərəfindən aldadılmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsinin Cavabdeh 4012 (dörd min on iki) manat pulun alınıb İddiaçı2 verilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş Qazax RPŞ-nin HK-1/1093 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş iş üzrə Cavabdeh Qazax RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı1 Qazax rayon İcra Hakimiyyətində işlədiyi müddətdə tanımışdır. İddiaçı1 qızıl alqı-satqısı ilə məşğul olmuş, eyni zamanda sələmə də pul vermişdir. 2019-cu ilin noyabr-dekabr ayları arasında o qızının toyu ərəfəsində ondan borca qızıl-zinyət əşyaları götürmüşdür. Sonradan həmin qızılın pulunu hissə-hissə qaytarmışdır. Lakin 800 manatdan artıq borcu hələ də qalır. 2020-ci ilin noyabr ayında İddiaçı1 Bakı şəhərində olan zaman ona yaxınlaşıb şəxsiyyət vəsiqəsinin yanında olmadığını, Qazax rayonundan oğlu tərəfindən ona oğlunun işə düzəlməsi məqsədi ilə 4000 (dörd min) manat pul gələcəyini, pulun onun adına göndərilməsini və bankdan götürməsini xahiş etmiş, o razılaşıb İddiaçı1lə birlikdə Tbilisi prospektdə yerləşən “Accessbanka” gedib pulu çəkib bankın içərisində onun özünə vermişdir. Əlavə olaraq ondan 1100 manat sələmə pul almışdır. İddiaçı1 onun barəsində qeyd etdiyi xüsusatlar hamısı şər və böhtan xarakterlidir. Qarabağ əlilləri, şəhid ailələri mənzil almaq üçün rayon icra hakimiyyətində mənzil növbəsinə dayanır və həmin siyahı ildə bir dəfə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilir. Fərdi ev tikintisinin aparılması üçün torpaq sahəsi rayon icra hakimiyyətləri tərəfindən təmin olunur, mənzillərin tikintisi isə ƏƏSMN tərəfindən əvvəlcədən təsdiq olunmuş növbəlilik əsasında tikilir. Ona görə də işdən çıxdıqdan sonra və ya işlədiyi dövrdə həmin siyahını dəyişmək və ya pozmaq səlahiyyəti daxilində olmadığından İddiaçı1 müraciəti tam yalandır. Onun ümumilikdə İddiaçı1 qızıllardan 850 manat və sələmə götürülən 1100 (min yüz) manat borcu var. Əvvəl ona borcunu hər ay hissə-hissə ödəmiş, lakin bir müddət sonra onun barəsində şikayət verdiyini öyrəndiyi üçün şikayətin əsasını öyrənmək üçün indiyədək qalıq borcunu ödəməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pul köçürmələri - mədaxil orderindən görünür ki, İddiaçı2 4000 manat pulu AccessBankın Qazax filialı vasitəsi ilə Cavabdeh göndərmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pul köçürmələri- məxaric orderindən görünür ki, Cavabdeh 4000 manat pulu AccessBankın Mərkəzi filialından imza edərək götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pul köçürmələri göndərmək üçün ərizədən görünür ki, İddiaçı2 4000 manat pulu Cavabdeh göndərmək üçün 12 manat komissiya ödəmişdir İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yönəlmiş iddia tələblərini onunla əsaslandırırlar ki, Cavabdeh Qazax rayon İcra Hakimiyyətində üçüncü müavin vəzifəsində işlədiyi müddətdə, yəni 2019-cu ilin oktyabr ayında onunla görüşərək anasının Qarabağ müharibəsi əlili kimi sosial mənzil növbəsində olması barədə soruşmuş, o, anasının 2017ci ildən ev növbəsinə yazıldığını bildirmişdir. Həmin vaxt Cavabdeh onun Sosial Müdafiə Nazirliyində yaxın adamı olduğunu bildirərək, “istəsəniz sizin ev növbənizi növbədən kənar edərik və tezliklə sizə sosial ev tikərlər” demişdir.Bundan sonra Tahir ona bildirmişdir ki, “bu iş üçün sonuncu olaraq 4000 (dörd min) manat məbləğində pul istəyirlər, əgər bu gün həmin pulu çatdırıb versək, bir neçə günə gəlib evi tikməyə başlayacaqlar”. O, çıxılmaz vəziyyətdə ona inanmış və 4000 (dörd min) manat məbləğində pulu ona verməyə razılaşmışdır. O, oğlu İddiaçı2 zəng edərək, yenidən Cavabdeh adına 4000 (dörd min) manat məbləğində pul göndərməsini ondan xahiş etmişdir. Təxminən bir saatdan sonra Tural "xxxx" vasitəsi ilə Tahir Müsayevin adına 4000 (dörd min) manat məbləğində pul göndərdiyini və həmin pulun göndərilməsi üçün 12 (on iki) manat xidmət pulu ödədiyini bildirmişdir. Cavabdeh isə ona qarşı yönəlmiş tələbi qəbul etməyərək, göstərmişdir ki, 2020-ci ilin noyabr ayında İddiaçı1 Bakı şəhərində olan zaman ona yaxınlaşıb şəxsiyyət vəsiqəsinin yanında olmadığını, Qazax rayonundan oğlu tərəfindən ona oğlunun işə düzəlməsi məqsədi ilə 4000 (dörd min) manat pul gələcəyini, pulun onun adına göndərilməsini və bankdan götürməsini xahiş etmiş, o razılaşıb İddiaçı1lə birlikdə Tbilisi prospektdə yerləşən “Accessbanka” gedib pulu çəkib bankın içərisində onun özünə vermişdir. İddiaçı1 onun barəsində qeyd etdiyi xüsusatlar hamısı şər və böhtan xarakterlidir. Məhkəmə kollegiyası iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə təhlil edərək, hesab edir ki, iddiaçılar öz iddialarında haqlıdırlar. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdə 4000 manat pulu AccessBankın Qazax filialı vasitəsi ilə Cavabdeh göndərmiş, həmin vaxt əlavə 12 manat komissiya ödəmiş və Cavabdeh 4000 manat pulu AccessBankın Mərkəzi filialından imza edərək götürmüşdür. Digər tərəfdən, cavabdeh İddiaçı1 Bakı şəhərində olan zaman ona yaxınlaşıb şəxsiyyət vəsiqəsinin yanında olmadığını, Qazax rayonundan oğlu tərəfindən ona oğlunun işə düzəlməsi məqsədi ilə 4000 (dörd min) manat pul gələcəyini, pulun onun adına göndərilməsini və bankdan götürməsini xahiş etdiyini, o razılaşıb İddiaçı1lə birlikdə Tbilisi prospektdə yerləşən “Accessbanka” gedib pulu çəkib bankın içərisində onun özünə verdiyini, iddiaçının onu aldatdığını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsassız və qeyri-səmimi hesab edir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin gətirdiyi arqumentləri işin həqiqi hallarına uyğun hesab etmir və belə qənaətə gəlir ki, iddiaçılar Cavabdeh 4012 (dörd min on iki) manat pulun tutulması barədə tələblərində haqlıdırlar. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçılar tərəfindən 4012 məbləğində pul vəsaitinin Cavabdeh göndərilməsi və eyni zamanda həmin pulun Cavabdeh tərəfindən «AccessBankın» vasitəsi ilə alınması və cavabdehin həmin pulu iddiaçıya qaytarmaması iş materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-383/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-374/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-374/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver