Məhkəmə qərarları › İş №2(104)-376/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-376/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-376/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-757/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, kreditor tərəfindən borcalana illik 29 faiz olmaqla 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Mülki işin materiallarına əlavə edilmiş Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışdan görünür ki, sözügedən müqavilə üzrə uCavabdeh İddiaçı ASC-yə 317.39 manat əsas borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat İş üzrə qəbul edilmiş məhkəmə aktı

3. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, Cavabdeh 186,70 ABŞ dolları əsas, 101,21 ABŞ dolları faiz, 1392,63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,44 ABŞ dolları faiz borcu olmaqla cəmi 1711,98 ABŞ dolları borcun və 49,11 manat dövlət rüsumunun LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün illik 29 % olmaq şərtilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə (restrukturizasiya) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3704,11 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir.

5. Ağstafa Rayon Məhkəməsinin 2(015)-757/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: N.Abbasov) hazırki tələbin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-757/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə əlavə saziş imzalanmış, həmin sazişlə kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Belə olan halda iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamaqla, xx.xx.2023-cü il tarixədək təşkil etmişdir. Bank tərəfindən iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Bununla da iddia müddəti ötürülməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin 2(015)-757/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. .

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, bundan əlavə qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüş, hazırda onun həmin kredit müqaviləsi üzrə əsas borcu 317.39 manat məbləğini təşkil edir. Nümayəndə Cavabdeh İddiaçı ASC-yə 317.39 manat əsas borcunun olduğu əks olunan Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışı məhkəmə kollegiyasına təqdim etmişdir.

10. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019cu il tarixli 551 saylı Fərmanı;

16. Bənd 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 8.9. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 18.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 19.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 21.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

26. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 402.1 - Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, iddiaçı tərəf məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmiş və məhkəmə iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə verildiyindən təmin etməmişdir. 31.Kollegiya heab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.

32. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə tərəflər arasında əlavə saziş imzalanmış, həmin sazişlə kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Belə olan halda iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamaqla, xx.xx.2023-cü il tarixədək təşkil etmişdir. Bank tərəfindən hazırki iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Bununla da hazırki işin faktiki halı kimi təsdiq olunur ki, iddiaçı Təşkilat tərəfindən iddianın irəli sürülməsi üçün qanunla müəyyən edilən 3 illik iddia müddəti ötürülməmişdir.

33. Bununla belə bank tərəfindən iddia ərizəsində tələb edilmiş pulun məbləği əsaslı olmamışdır.

34. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur.

35. Fərmanın qeyd edilən müddəasınа görə borcluların kredit borcu üzrə əsas borca əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq, iddiaçı tərəfindən faiz və cəriməyə aid hissədə hər hansı silinmələr həyata keçirilməmişdir.

36. İddia ərizəsində cavabdehdən tələb edilən cəmi borc məbləği 1711.98 ABŞ dolları göstərilsə də, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışından görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh İddiaçı ASC-yə 317.39 manat əsas borcu qalmışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının müddəalarına əsaslanaraq cavabdehdən 317.39 manat məbləğində əsas borcun iddiaçı Bankın xeyrinə tutulmalı, qalan hissələrdə iddianın rədd edilməli olması qənaətinə gəlir.

37. Bundan başqa iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 49,11 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün 24,56 manat məbləğində dövlət rüsumu olmaqla, iş üzrə cəmi (49,11+24,56)=73,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşdüyü üçün İddia tələbi qismən əsaslı sayıldığından, MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumları cavabdeh tərəfə aid edilməli və ondan tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.

38. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatda az məbləğdir. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-757/2023 saylı mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İrəli sürülən iddia qismən təmin edilsin. Cavabdeh 317.39 (üç yüz on yeddi) manat 39 qəpik məbləğində pul və bundan əlavə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73,67 (yetmiş üç) manat 67 qəpik məbləğində pul tutularaq, LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Kredit borcunun ödənilməsi tələbinin qalan hissəsində iddia təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar