Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-379/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2345/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmədə baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Ərizəçi BOKT "xxxx" MMC Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 163-EMB-0124- 18 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 334.20 AZN əsas borc, 40.76 AZN faiz borcu, 22.08 AZN cərimə pulu və 20 (iyirimi) manat ödənilmiş dövlət rüsumu, 40 qəpik xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli, 163-EMB-0124-18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən illik 34 faizlə 24 ay müddətinə 2290 AZN məbləğində kredit verilmişdir. Borclu Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh1 banka kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 334.20 AZN əsas borc, 40.76 AZN faiz borcu, 22.08 AZN cərimə borcu yaranmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2345/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) ərizə təmin edilmiş, Cavabdeh1 334.20 AZN əsas borc, 40.76 AZN faiz borcu, 22.08 AZN cərimə pulu, 20 (iyirimi) manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının alınaraq, iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, 16 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən təşkilatdan 34 faiz olmaqla 24 ay müddətinə 2290 manat məbləğində kredit götürmüş və həmin kredit borcunu ödənişdir. Banka yalnız hesablanmış faiz borcu qalmışdır. Hesab edir ki, borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsiri dairəsinə düşdüyündən faiz borcu silinməli idi. Ona görə də, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2345/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən müba hisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-ərizənin təmin edilmiş, Cavabdeh1 334.20 AZN əsas borc, 40.76 AZN faiz borcu, 22.08 AZN cərimə pulunun alınaraq, iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli 163-EMB-0124-18 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə 34 faiz olmaqla 2290 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdehin əsas borc üzrə 334.20 manat, faiz borcu üzrə 40.76 manat, cərimə borcu üzrə 22.08 manat olmaqla, cəmi 397.04 manat məbləğində borcu yaranmışdır. Ona görə də məhkəmə ərizəni təmin etmişdir. Apellyator şikayətində kredit borcunu ödədiyini, təşkilata yalnız faiz borcu qalmasını bildirmişdir. Məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində belə qərara gəlir ki, birinci instansiya məhkəməsi irəli sürülən tələbi tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, iddiçı təşkilat tərəfindən cavabdehə 2290 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən cəmi 3187.42 manat ödəniş edilməli olduğu halda (897.42 manat faiz borcu hesablanmaqla) 3120 manat ödəniş edilmiş, həmin ödənişin 911.03 manatı faiz borcundan, 253,17 manat məbləği isə cərimə borcundan silinmişdir. Göründüyü kimi, müqavilə ilə nəzərdə tututlan faiz borcu cavabdeh tərəfindən BOKT "xxxx" MMC-nin hesabina ödənilmişdir. Bundan əlavə, hesabdan çıxarışdan müəyyən edilir ki, cavabdehdən 253,17 manat məbləğində cərimə borcu tutulmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçı təşkilata kredit müqaviəsi üzrə faiz borcu qalmamışdır. Adi riyazi hesablamadan müəyyən edilir ki, Cavabdeh1 iddiaçı təşkilata kredit müqaviəsi üzrə əsas borcu 2290-(ödənilmiş 3120 manat-253,17 manat cərimə -897,42 manat faiz bircu=)1969,41=320,59 manat məbləgini təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.» Məhkəmə kollegiyası cavabdehin kredit borcundan ödədiyi pulların 253.17 manat məbləği hissəsinin cəriməyə silindiyini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etmiş olduğu hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cərimə tələbi hissədə iddia əsaslı sayılmamalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-in 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Hazırda Cavabdeh1 BOKT "xxxx" MMC-yə olan kredit borcu 320,59 manat məbləgini təşkil edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2345/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və ərizə qismən təmin edilməli, 320,59 manat məbləgində pul Cavabdeh1 alınıb, BOKT "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2345/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən-ərizənin təmin edilmiş, Cavabdeh1 334.20 AZN əsas borc, 40.76 AZN faiz borcu, 22.08 AZN cərimə pulunun alınaraq, iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ərizə qismən təmin edilsin. 320.59 (üç yüz iyirmi) manat 59 qəpik məbləğində pul Cavabdeh1 alınaraq, iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qalan hissəslərdə qətnamə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-379/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-379/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver