Məhkəmə qərarları › İş №2(104)-379/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-379/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-379/2024 08.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosessində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra lpo KB ASC LƏSF) cavabdehlər “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan MMC) və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, sübuetmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı lpo "xxxx" KB ASC-nin LƏSF-nun nümayəndəsi Nümayəndə və cavabdeh “X13 Azqida” MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı lpo "xxxx" KB ASC-nin LƏSF-nun cavabdehlər “X13 Azqida” MMC-yə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 nömrəli qətnaməsindən cavabdeh “X13 Azqida” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli, 24 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh “X13 Azqida” MMC-yə 84 ay müddətinə illik 6% olmaqla ******* (iki milyon) manat məbəğində kredit verilmişdir.

2. xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh X13 Azqida MMC-yə 120 ay müddətinə illik 4% olmaqla, ******* (bir milyon beş yüz əlli iki min) manat məbəğində kredit verilmişdir.

3. 22.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 Azqida MMC-nin xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 2000000.00 manat əsas borc, 629796.17 manat faiz borcu olmaqla, ümumilikdə 2629796.17 manat borcu vardır.

4. 22.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 Azqida MMC-nin xx.xx.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 1552000.00 manat əsas borc, 221071.54 manat faiz borcu olmaqla, ümumilikdə 1773071.54 manat borcu vardır.

5. Mülki işə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı” barədə xəbərdarlıq edilmişdir.

6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 4/776-5/602 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzalar; 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar (05 ədəd); 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru X9” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imzalar; 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzadan, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzalar-X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. - Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.

7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 4/1546 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru X7 ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza, 30 iyul 2014cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətininin 1-3-cü vərəqlərində “Borc alan” qrafasında əks olunmuş imzalar, 30 iyul 2014-cü il tarixli ərizə blankında Cavabdeh1 MMC-nin direktoru X9” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza, 30 iyul 2014-cü il tarixli l"1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, 24 dekabr 2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan”” qrafalarındakı imzalar (05 ədəd), 24 dekabr 2015-ci il tarixli ərizə blankında Cavabdeh1 MMC-nin direktoru X9” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, 01 dekabr 2015-ci il tarixli 128 saylı, 03 dekabr 2015-ci il tarixli 129 nömrəli (02 ədəd), 04 dekabr 2015-ci il tarixli 130 nömrəli (05 ədəd) və 05 dekabr 2015-ci il tarixli 131 nömrəli (02 ədəd) əmrlərdə Cavabdeh1 MMC-nin direktoru” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru X7 ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı Bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza - X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Nəticənin “1.1”, “1.2” və “1.3” bəndlərində göstərilən tədqiq olunan imzalar müvafiq olaraq öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, X6 03 vərəqədə olan eksperimental imza nümunələrində - imzaların hər hansı qeyri-adi vəziyyətdə və ya qeyri-adi şəraitdə (yorğunluq, ayaq üstə, qəsdən dəyişdirmə, xəstəlik və s.) icra olunma əlamətləri müşahidə olunmadı.

8. İddiaçı Ləğv prosessində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC "xxxx" X10 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat (həmin müqavilə üzrə qalıq borc mövcud deyildir), 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürmüşdür.

9. Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1-ci bəndlərindən görünür ki, 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)-35/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1ndən ******* (üç milyon dörd yüz min) manat əsas borc, 84999 (səksən dörd min doqquz yüz doxsan doqquz) manat faiz, 200000 (iki yüz min) manat cərimə məbləği olmaqla, cəmi ******* (üç milyon altı yüz səksən dörd min doqquz yüz doxsan doqquz manat) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı lpo "xxxx" KB ASC-nin LƏSF-nun cavabdehlər “X13 Azqida” MMC-yə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X13 Azqida” MMC-dən Ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat kredit borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Ləğv prosesində olan "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC tərəfindən X13 Azqida MMC-yə xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsinə əsasən 84 ay müdddətinə, ilik 6% olmaqla 2000 000 (iki milyon) manat məbləğində, xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsinə əsasən Cəmiyyətə 10 ay müddətinə illik 4% ilə ******* (bir milyon beş yüz əlli iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Cavabdeh3 mülkiyyətidə olan ünvan 3 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin fərdi yaşayış evinin ipoteka qoyulması barədə bank ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu ödəməmişdir. Hazırda xx.xx.2019-cu il tarixə X13 Azqida MMC-nin xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 200000 manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, 71 qəpik) manat kredit borcu yaranmışdır.

13. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, ipoteka müqaviləsi bağlanan zaman qeyd olunan əmlak onun adına olmamışdır. O ipoteka müqaviləsinə qol çəkməmiş, iddia tələbi ona aid deyildir.

14. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia qismən təmin edilərək, cavabdeh “X13 Azqida” MMC-dən xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas, 629796.17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat əsas borc, 221071.54 (iki yüz iyirmi bir min yetmiş bir manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4402.867,71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manatın və 30 manat dövlət rüsumunun cavabdeh “X13 Azqida” MMC-dən tutularaq, Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə kredit borcunun tutulması hissəsində qeyd etmişdir ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh “X13 Azqida” MMC müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini pozmuşdur.

16. Məhkəmə iddia tələbinin borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması hissəsində qeyd etmişdir ki, həmin qeyd olunan əmlak faktiki olaraq girov qoyulmadığından, müqavilə bağlandığı zaman həmin əmlak Cavabdeh3 mülkiyyətində olmadığından və həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evinin ipotekanının dövlət qeydiyyatı xx.xx.2017-ci il tarixli ********** nömrəli "xxxx" ASC –nin müraciətinə əsasən ləğv olunduğundan təmin oluna bilməz.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 445, 448.1, 739.1. 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh “X13 Azqida” MMC apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, proses iştirakçılarının hər iki subyekt tərkibi - istər iddiaçı Bank və istərsə də Cavabdeh1 MMC kommersiya hüquqi şəxlərdir. Belə olan təqdirdə onlar arasında yaranmış mübahisənin predmetini müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi təşkil etdiyi və tərəflər arasında hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün həmin mübahisə yalnız Kommersiya Məhkəmələrinin yurisdiksiyasına aid edilməli və işin baxılıb həll edilməsi məqsədi ilə o, Gəncə Kommersiya Məhkəməsinə göndərilməli idi. Bundan başqa vəkil sorğusu ilə əldə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, 200000 (iki yüz min) manat dəyərində qiymətləndirilən Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evi X8 tərəfindən ipoteka qoyularaq 26 iyul 2013-cü il tarixli, “Kredit müqaviləsi № 605”-ə əsasən "xxxx" KB ASC-dən 200000 (iki yüz min) manat həcmində kredit götürülmüşdür. Göründüyü kimi Bankın məsul şəxsləri Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evinin X8 tərəfindən həmin banka ipoteka qoyulduğunu bildikləri halda, sənədləri və imzaları saxtalaşdıraraq 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi № 24”-ün təminatı kimi həmin fərdi yaşayış evinin guya Cavabdeh3 tərəfindən “ipoteka qoyulması”-na dair görüntü yaratmışlar. Bununla da onlar X3 aldadaraq həmin fonddan külli miqdarda - ******* (iki milyon) manat həcmində dövlət vəsaitini mənimsəmişlər. 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi və 30 iyul 2014-cü il tarixli kredit müqaviləsi hansısa birində və yaxud da hər ikisində və ÇEK T № 105387 çekdə də (hətta həmin çekdə Sücayət adı səhv olaraq Sucaət kimi göstərilmişdir) borc alan olaraq Cavabdeh1 MMC-nin direktoru X6 imzası saxtalaşdırılmışdır. İşin mühüm faktiki halını təşkil edən bu xüsusat birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. Belə saxtalaşdırma əsas verir ki, 30 iyul 2014-cü il tarixində Cavabdeh1 MMC tərəfindən iddiaçı Bankdan ******* (iki milyon) manat məbləğində pul vəsaiti kredit kimi götürülməmişdir. Digər tərəfdən “Vəkil sorğusu”-na əsasən əldə edilmiş “Kredit dosye”- lərində 24 dekabr 2015-ci il tarixli, “Kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat həcmində kredit məbləğinin Bank tərəfindən Cavabdeh1 MMC-nə verilməsini sübut edən hər-hansı bir sənəd olmamışdır. Bu da öz növbəsində həmin kredit müqaviləsi üzrə iddiaçı Bank, Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı iddiasının əsassız olduğunu sübut edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 may 2023-cü il tarixli, 2(105)-105/2023 nömrəli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi 20 avqust 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə verilmişdir ki, həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi inzibati-iqtisadi məhkəməyə aid idisə həmin tələblərə ümumi məhkəmədə baxılmalı idi. Hazırkı iş üzrə isə ipoteka predmetinin yönəldilməsinə dair tələb Cavabdeh3 qarşı yönəldiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə məhkəmə aidiyyəti qaydasını pozmamışdır. Mülki Prosessual Məcəllnin 30-cu maddəsi 09 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir ki, həmin qanun 2-ci maddəsinə əsasən qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. İddia ərizəsi məhkəməyə verildiyi vaxt, o cümlədən hazırda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

23. Məhkəmə kollegiyası borcun cavabdeh tərəfindən götürülməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 20 iyun 2022-ci il tarixli rəyi ilə 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzaların, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı 05 ədəd imzaların, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru X9” yazılarının qarşısında yerləşən “İmza” qrafasındakı imzaların, 30 iyul 2014cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzanın, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzaların X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əkslərinin relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulması, tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhürün əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeyd olunan sənədlərdəki möhürün Cavabdeh1 MMC-yə məxsus möhür vasitəsi ilə möhürlənməsi öz təsdiqini tapmışdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan sənədlərdəki imzanın həmin vaxt Cavabdeh1 MMC-nin direktoru olmuş X7 məxsus olmaması, o cümlədən 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric çekinin mövcud olmamasını apellyasiya şikayətinin əsaslı olması və iddianın rədd edilməli olması nəticəsinə gəlməyə əsas verməməklə, kredit təşkilat tərəfindən tələb edilən borc məbləğinin cavabdeh tərəfindən götürülməsini istisna etməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1-ci bəndlərindən görünür ki, Cavabdeh1 MMC-yə 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. İddiaçı Ləğv prosessində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC Dekabank” X10 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat, 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürülməsi qeyd olunmuşdur ki, həmin siyahıda göstərilən, o cümlədən hazırkı iddia üzrə tələb olunan kredit müqavilələri üzrə məbləğlər barədə Cavabdeh1 MMC tərəfindən vergi orqanına bəyannamələrlə məlumat verməsi təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş siyahıda 30 iyun 2014-cü il tarixli müqavilə üzrə ******* manat götürülmüş kredit müqaviləsi üzrə qalıq borcun mövcud olmaması nəzərə alındıqda, 2015-ci il üzrə hesabat dövrünün sonuna olan ******* manat kredit borcu məhz hazırkı iddia tələbinin premeti olan xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə götürülmüş ******* (iki milyon) manat və xx.xx.2015-ci il tarixli, 213 saylı saylı kredit müqaviləsi üzrə isə götürülmüş ******* (bir milyon beş yüz əlli iki min) manat, o cümlədən hazırkı iddianın predmeti olmayan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi 100000 manat kredit məbləğinin cəmi olmuşdur. Əlavə olaraq isə qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)- 35/2020 saylı qətnaməsi ilə də Cavabdeh1 MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə 06 may 2016-cı il tarixli 08/06 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon dörd yüz min) manat məbləğində borcun tutulması qət edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutlarla cavadbehin iddiaçı Ləğv prosessində olan "xxxx" X10 Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc pul götürməsi sübut olunmuşdur.

25. Məhkəmə kollegiyası həmçinin əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat borc məbləği illik 6 faiz, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc məbləği illik 4 faiz ödənilməklə verilmişdir ki, həmin kredit müqavilələri üzrə ödənişlərin demək olar ki, olmaması nəzərə alındıqda həmin kredit müqavilələri üzrə hesablanmış faiz məbləğlərinin də əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, əsas borcdan ödənilmədiyi təqdirdə ******* manat üçün illik ödənilməli olan faiz məbləği 120000 manat, ******* manat üçün isə 62080 manat təşkil edir ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 22 iyul 2019-cu il tarixnə tələb olunan faiz məbləğlərinin əsassız olması da şübhə doğurmamışdır.

26. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 386, 421, 442, 448 və 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

27. Cavabdeh1 MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 3799/2023 nömrəli qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 may 2023-cü il tarixli, 2(104)-105/2023 nömrəli qətnaməsi ləğv edilməsi və işi yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlar əsasında hər iki kredit müqaviləsinin Bankla MMC arasında qanunvericiliyə uyğun qaydada bağlanıbbağlanmamsına, əgər müqavilə qanunla müəyyən edilmiş formada bağlanmışsa tərəflərin üzərlərinə götürdükləri əsas və əlavə öhdəliklərin (verilməli olan borcun məbləği, onun qaytarılma tarixi, faiz barədə razılaşmaların şərtləri və s.) nədən ibarət olmasına, həm kreditor, həm də borclu tərəfindən öhdəliklərin icra edilib-edilməməsinə hüquqi qiymət verilməli, hər hansı müqavilənin etibarsızlığı aşkar edilsə belə, iddiaçı Bank tərəfindən MMC-yə faktiki olaraq pul vəsaitinin verilib-verilmədiyi aydınlaşdırılmalı, əgər verilmişsə sonuncunun iddiaçı qarşısında qanunda irəli gələn öhdəlik çərçivəsində məsuliyyət daşıyıb-daşımadığı müəyyənləşdirilməli, yekun olaraq cavabdeh MMC-nin Bank qarşısında icra edilməmiş öhdəlikləri təsbit edilərsə bu öhdəliklərin qanuni əsası dəqiq göstərilməklə hər bir tələb (əsas borclar və faizlər) müvafiq normaya uyğun şəkildə həll edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X13 Azqida” MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı lpo "xxxx" KB ASC-nin LƏSF-nun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

İnsan Hüquqlarının və X5 X4:

34. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

36. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

42. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

47. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

48. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

49. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

50. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

51. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

53. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

55. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

56. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

57. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

58. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

59. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

60. Maddə 741 (əvvəlki redaksiya). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

61. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

62. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

63. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

64. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

71. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

73. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

77. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

78. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

79. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

80. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

81. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar

82. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“

“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar

83. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı

84. “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

85. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

86. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

87. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

88. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

89. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

90. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

91. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

92. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

93. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

94. Bənd 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

95. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

96. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

98. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

99. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri ilə müəyyən edilir ki, iddianın təmin edilmiş hissəsi mübahisələndirilmişdir. İddianın təmin edilməmiş hissəsi onun mənafeinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı cavabdehə münasibətdə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanmalıdır.

100. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

101. Çünki, Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

102. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

103. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, işdə iddiaçı lpo "xxxx" KB ASC-nin LƏSF, cavabdeh “X13 Azqida” MMC-yə qarşı pul tələbinin əsası kimi aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 24 nömrəli və xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqavilələrinə istinad edərək, həmin əqdlərdən irəli gələn, lakin icra edilməmiş öhdəliyin yerinə yetirilməsini, yəni kredit borcunun müqavilə faizləri ilə birlikdə qaytarılmasını tələb edir (11-12&).

104. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən xx.xx.2014-cü il tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2 və 741-ci maddələrini tətbiq etmişdir (14-17&).

105. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları həmin hissədə düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.

106. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

107. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

108. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

109. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.

110. Bu kontekstdə, apellyasiya şikayətində Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və aralarında heç bir yazılı müqavilə bağlanmadığından, borc münasibəti araşdırılmamalı idi.

111. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı lpo "xxxx" KB ASC tərəfindən xx.xx.2014-cü il tarixdə kredit kimi 2.000.000 manat pul vermiş, lakin sonuncu həmin krediti qaytarmamışdır. Buna görə də iddiaçı bank tərəfindən 629.796,17 manat faiz borcu hesablanmışdır (11-12&).

112. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Əqdin tərəfinin iradəsi müqavilənin qurucu ünsürüdür. Başqa sözlə, tərəf arzu olunan hüquqi nəticəni əmələ gətirmək barədə razılığını-iradəsini bəyan edilmədiyi halda müqavilənin bağlanmasından söhbət gedə bilməz. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qayda olaraq, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müavilələrdə iradə tərəfin imzası ilə təsdiqlənir və həmin əqd imzalandığı andan andan bağlanmış hesab edilir (37- 38, 46-47, 50-51&).

113. Habelə, Mülki Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2014-cü il tarixdə 2.000.000 mədləğdə kreditin verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur.

114. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

115. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

116. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir illik iddia müddəti ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 375-ci maddəsi isə məhkəmələrdən tələb edir ki, onlar hüququn müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq baxılmağa qəbul etsinlər, iddia müddətini isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq etsinlər. Lakin, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsində verilməmişdir.

117. Göründüyü kimi, 2.000.000 manat məbləğin iddiaçı tərəfindən cavabdehə kredit kimi verilməsi halında şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

118. Belə ki, iddiaçı cavabdehə 2.000.000 manat məbləğində borcunun qalması barədə xx.xx.2014-cü il tarixli, 24 nömrəli kredit müqaviləsini təqdim etsə də, həmin müqavilənin və ya notarial qaydada təsdiqlənməməklə sadə kserosurət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Belə ki, iddia ərizəsinə yalnız həmin kredit müqaviləsi hüquqi şəxsin əsli ilə düzdür möhürü ilə təsdiqlənmiş kserosurəti əlavə edilmişdir.

119. Azərbaycan Respublikasının MPM-in 73.4.-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

120. Azərbaycan Respublikasının MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz.

121. Azərbaycan Respublikasının MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

122. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.

123. Lakin, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 2.000.000 pulun kredit kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və əvvəlki məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur.

124. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında 2.000.000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və əvvəlki məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.

125. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

126. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

127. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

128. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

129. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

130. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

131. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

132. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

133. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

134. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

135. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

136. Apellyatorun dəlillərindən görünür ki, iddiaçı tərəfindən təqdim edilən 30 iyul 2014-cü il tarixli kredit müqaviləsini ümumiyyətlə bağlamadığını (imzalamadığını) bildirmiş və onların hesabına heç bir məbləğin mədaxil olunmadığını bildirmişdir.

137. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1ci bəndlərindən görünür ki, Cavabdeh1 MMC-yə 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir.

138. İddiaçı lpo "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC Dekabank” X10 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat, 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürülməsi qeyd olunmuşdur ki, həmin siyahıda göstərilən, o cümlədən hazırkı iddia üzrə tələb olunan kredit müqavilələri üzrə məbləğlər barədə Cavabdeh1 MMC tərəfindən vergi orqanına bəyannamələrlə məlumat verməsi təsdiq olunmuşdur.

139. Məhkəməyə təqdim edilmiş siyahıda 30 iyun 2014-cü il tarixli müqavilə üzrə ******* manat götürülmüş kredit müqaviləsi üzrə qalıq borcun mövcud olmaması nəzərə alındıqda, 2015-ci il üzrə hesabat dövrünün sonuna olan ******* manat kredit borcu məhz hazırkı idda tələbinin premeti olan xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə götürülmüş ******* (iki milyon) manat və xx.xx.2015-ci il tarixli, 213 saylı saylı kredit müqaviləsi üzrə isə götürülmüş ******* (bir milyon beş yüz əlli iki min) manat, o cümlədən hazırkı iddianın predmeti olmayan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi 100000 manat kredit məbləğinin cəmi olmuşdur.

140. Əlavə olaraq isə qeyd edilmədilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)-35/2020 saylı qətnaməsi ilə də Cavabdeh1 MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə 06 may 2016-cı il tarixli 08/06 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon dörd yüz min) manat məbləğində borcun tutulması qət edilmişdir.

141. İddiaçı bank tərəfindən təqdim edilmiş sənədlərdən və vergi bəyannamələrindən görünür ki, cavabdeh MMC-nin hesabına 2014-cü il tarixdə 2014-cü il üzrə hesabat dövründə 4.500.000 manat kredit vəsaiti daxil olmuşdur. 30 iyul 2014-cü il tarixdə 2.000.000 manat və 30 iyun 2014-cü il tarixdə isə 2.500.000 manat.

142. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank tərəfindən cavabdeh MMC-nin hesabına 2.000.000 manat məbləğində pul köçürülmüş və sonuncu isə həmin pulu qəbul etmişdir. Lakin, həmin pulun iddiaçı (və ya başqa şəxs(lər)) tərəfindən köçürülməməsi barədə cavabdeh tərəf mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir.

143. Bundan əlavə, apellyatorun iddiaçı tərəfindən tələb edilən borc məbləğlərinin cavabdeh tərəfindən götürülməməsi ilə bağlı isə əvvəlki apellyasiya baxışı zamanı məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 4/776-5/602 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzaların, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı 05 ədəd imzaların, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru X9” yazılarının qarşısında yerləşən “İmza” qrafasındakı imzaların, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzanın, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzaların X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əkslərinin relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulması, tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti “Bərdə YağPendir Azqida” məzmunlu möhürün əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeyd olunan sənədlərdəki möhürün Cavabdeh1 MMC-yə məxsus möhür vasitəsi ilə möhürlənməsi öz təsdiqini tapmışdır.

144. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə əsasən, ekspertizanın məqsədi Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.

145. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (69&)

146. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.

147. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. (70&).

148. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən, ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur (66&).

149. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmişdir. Habelə, rəy verilən zaman ərazinin Cavabdeh1 MMC-nin direktoru olmuş X6 imza və sərbəst xətt nümunələrinə, cavabdeh olan MMC-yə məxsus olan möhürün eksperimental əks nümunələri istinad edilmişdir.

150. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan sənədlərdəki imzanın həmin vaxt Cavabdeh1 MMC-nin direktoru olmuş X7 məxsus olmasa da, borcun rəsmiləşməsi zaman yazılmış sənədlərin (ərizə blankları, çek və s) təsdiq edilməsində istifadə olunan möhürün cavabdeh MMC-yə məxsus müəyyən edilmişdir ki, bu da borc verilən zaman hüquqi şəxsin iradəsini olmasını təsdiq etmişdir.

151. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlarla cavadbehin iddiaçı lpo "xxxx" KB ASC-dən 2.000.000 (iki milyon) manat borc pul götürməsi sübut olunmuşdur.

152. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddia 2.000.000 (iki milyon) manat pulun qaytarılmamasına görə hesablanmış 629.796,17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz.

153. Belə ki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

154. Həmin Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.

155. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

156. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.

157. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

158. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı müqavilə mövcud olmadığından, verilən borc üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər və s. barədə məlumatlar göstərilmədiyindən tələb edilən faiz məbləğinin tutulması əsassızdır.

159. Birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni kollegiya əsaslı və qanuni hesab edir.

160. Belə ki, iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

161. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

162. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

163. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

164. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

165. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

166. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

167. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.

168. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

169. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

170. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

171. Həm bu əsasa, həm də Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.

172. Tərəflərin dəlillərinin təhlili əsasında iddiaçının cavabdehə pul verməsi tam sübut olunur. Bu halda, cavabdehin ona verilən pulun qaytarması barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur.

173. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (66&).

174. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.

175. Göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilməmiş və borcunun olmaması, kredit müqaviləsi üzrə verilən pulun onların hesabına mədaxil edilməməsi və ya MMC tərəfindən qəbul olunmaması barədə dəlilləri yuxarıda qeyd olunan hallara görə əsassızdır (137-141&).

176. Apellyatorun birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, götərilən dəlil əsassızdır. Çünki, hazırkı iş üzrə iddia ərizəsi 20 avqust 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə verilmişdir ki, həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllnin 30-cu maddəsinin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi inzibati-iqtisadi məhkəməyə aid idisə həmin tələblərə ümumi məhkəmədə baxılmalı idi. Hazırkı iş üzrə isə ipoteka predmetinin yönəldilməsinə dair tələb Cavabdeh3 qarşı yönəldiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə məhkəmə aidiyyəti qaydasını pozmamışdır. Mülki Prosessual Məcəllnin 30-cu maddəsi 09 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir ki, həmin qanun 2-ci maddəsinə əsasən qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. İddia ərizəsi məhkəməyə verildiyi vaxt, o cümlədən hazırda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

177. Beləliklə, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizə olmaqla iş materiallarında olan sənədlərdə təkzib edilir. Ona görə də, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə kollegiyası tərəfindən qismən əsassız hesab olunur.

178. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən və onlara qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

179. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (23-34&).

180. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

181. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

182. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

183. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, halların sübut edilməsi yükünün bölüşdürülməsi zamanı, iddiaçı bank tərəfindən 2.000.000 manat pulun və xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə 1.552,000 manat pulun cavabdehin hesabına köçürülməsinin təsdiq edilməsi barədə sübutların təqdim edildiyini, lakin cavabdeh MMC-nin verilən pulun kreditora geri qaytarmadığı, üzərinə düşən öhdəliləri yerinə yetirmədiyi və pulun hesablarına mədaxil edilməməsi (və ya başqa şəxs(lər) tərəfindən köçürlən məbləğ olması) barədə mötəbər sübutları məhkəməyə təqdim etmə vəzifəsinin üzərindən gələ bilmədiyi müəyyən edilmişdir.

184. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

185. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

186. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

187. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

188. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarıl, iddia həmin hissədə qismən təmin edilərək, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

189. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən 248 manat ekspertiza xərci cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

190. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 nömrəli qətnaməsi qismən – cavabdeh “X13 Azqida” MMC-dən xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas, 629796.17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcunun tutulması – hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Həmin hissə üzrə iddia qismən təmin edilsin. Cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.000.000 (iki milyon) manat pul tutularaq, iddiaçı ləğv prosessində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia 629.796,17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcunun tutulması hissəsində təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 248 (iki yüz qırx səkkiz) manat pul cavabdeh “X13 Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətindən tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar