Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-385/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah zamanı ümumi ailə ehtiyaclarına ödədiyi “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank”dan aldığı kreditləri, “Kontakt Home” və “Word Telekom” mağazalarından cavabdehin onun adına aldığı elektrik məhsullarının ödənişlərinin hesablanaraq yarıya bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmiş və Ağdam Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Ağdam rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayət müddəti ərzində atası əməlliyyat olunmuş və sonra atasına qulluq etdiyindən prosessual müddəti ötürmüşdür. Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadı ilə qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək müraciətini qərardaddan şikayət kimi adlandırsada məhkəmədən prosessual müddətin bərpasına xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti geri qaytarıldıqdan sonra həmin qətnamədən şikayət şirkətin əməkdaşları tərəfindən elektron kabinetə yerləşdirilməli və məhkəməyə göndərilməli idi. Lakin şikayət elektron kabinetə yerləşdirilsə də, dövlət rüsumu əvvəlcədən ödənilsə də, elektron qaydada imzalanmamış və nəticədə vaxtında məhkəməyə göndərilməmişdir. Həmin şirkətin əməkdaşlarının yanlış hüquqi məsləhətlərinə əsasən iddiaçı tərəfindən apellyasiya şikayətinin əvvəl kağız formasında göndərilməsi, daha sonra onun geri qaytarılması, habelə elektron kabinetə yerləşdirilsə də, aylarla şikayətin elektron kabinetdə imzalanmaması və məhkəməyə göndərilmədən saxlanılması apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinə səbəb olmuşdur. Apellyasiya şikayəti şirkətin əməkdaşlarının səhvi və məsuliyyətsizliyi ucbatından daha gec, yəni xx.xx.2024-cü ildə məhkəməyə göndərilmişdir. Prosessual müddətin ötürülməsi birbaşa olaraq şirkətin əməkdaşlarının qeyri-peşəkar hərəkətlərinin və səhlənkarlıqlarının nəticəsində baş vermişdir. Eyni zamanda iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş qərardaddan şikayət imzalanmadığından şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli 2(013)-2458/2023 nömrəli qərardadına əsasən geri qaytarılmışdır. İddiaçı yenidən buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair qərardaddan şikayətlə məhkəmə müraciət etsə də Ağdam Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadından şikayət kimi qiymətləndirmiş və təmin etməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(104)-1832/2024 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 nömrəli 23 iyul 2024-cü il tarixli qərardadı ləğv edilmiş və Ağdam Rayon Məhkəməsinin 2(013)- 2458/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında İddiaçı ərizəsinin mümkünlüyünə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsi 26 avqust 2024-cü il tarixli, 2(104)-1832/2024 nömrəli qərardadında mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Ağdam rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə versə də Ağdam rayon Məhkəməsi səhvə yol verərək 15 may 2024-cü il tarixli 2(013)-2458/2023 nömrəli qərardadından şikayət verilməsi kimi işə baxmışdır. Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(013)-2458/2023 nömrəli tarixli qərardadı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdə Ağdam rayon Məhkəməsinin 2(013)-2458/2023 nömrəli 17 noyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin mümkünlüyünə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Ağdam Rayon Məhkəməsi xx.xx.2024-cü ilı tarixli, 2(013)-2458/2023 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qətnaməsindən İddiaçı apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi baxılmadan İddiaçı qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı Ağdam Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin ərizə daxil olduqdan sonra qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmiş və tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Həmin ərizəyə 15 may 2024-cü il tarixdə İddiaçı iştirakı ilə məhkəmə iclasında baxılmış və Ağdam Rayon Məhkəməsinin 2(013)- 2458/2023 saylı 15 may 2024-cü il tarixli qərardadı ilə qeyd olunan buraxılmış prosessual müddətin bərpası haqqında ərizə təmin edilməmişdir. Göründüyü kimi Ağdam Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qətnaməsindən İddiaçı apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsinə baxılmış və ona hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadından xəbəri olmuş, həmin qərardadın sürəti onun ünvanına göndərilmiş, lakin İddiaçı narazı qaldığı halda həmin qərardaddan qanunda göstərilən müddətlərdə və qaydada şikayət vermək əvəzinə yenidən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü ilı tarixli, 2(013)-2458/2023 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, müddətin bərpa olunması üçün Ağdam rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş, lakin Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadına əsasən onun ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi əsassız olaraq təmin edilməmişdir. O, həmin məhkəmə qərardadından narazı olduğu üçün qərardaddan məhkəməyə şikayət vermişdir, həmin şikayətdə prosessual müddətin hansı səbəbdən ötürüldüyü aydın, ətraflı şəkildə qeyd olunmuş və üzrlü səbəbdən ötürülmüş prosessual müddətin bərpa olunması da xahiş olunmuşdur. Məhkəmə çıxardığı xx.xx.2024-cü il tarixli qərardadında qeyd etmişdir ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadından xəbəri olmuş, həmin qərardadın sürəti onun ünvanına göndərilmiş, lakin İddiaçı narazı qaldığı halda həmin qərardaddan qanunda göstərilən müddətlərdə və qaydada şikayət vermək əvəzinə yenidən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə məhkəməyə göndərmişdir. O, nümayəndə vasitəsilə xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadan narazı qaldığı üçün məhkəməyə şikayət ünvanlamış və həmin şikayətdə prosessual müddətin üzrlü səbəbdən ötürüldüyünü əsaslandıraraq, müddətin bərpasını da məhkəmədən xahiş etmişdir. Həmin şikayət əsasında məhkəmə onun şikayətimi baxılmaq üçün qəbul etmiş, şikayətini ərizə olaraq deyil, məhz şikayət olaraq icraata qəbul etmiş və bununla da xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardad çıxarmış və həmin qərardadı çıxarmaqla şikayəti prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü hallar nəzərə alınmadığı üçün yenidən təmin edilməmişdir. Belə ki, məhkəmə şikayətini şikayət olaraq icraata götürmüş, şikayətə baxmış və belə qənaətə gəlmişdir ki, müddətin bərpası mümkün olmayacağına görə şikayət əsassız hesab edilsin. Halbuki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsi onun səhvi və ya səhlənkarlığı ucbatından baş verməmiş və bu hal şikayətdə kifayət qədər əsaslandırılmışdır. Prosessual müddət onun hüquqlarının təmsil edilməsini həvalə etdiyi şirkət tərəfindən ötürülmüşdür. Buna görə də xx.xx.2024-cü il tarixli qərardaddan şikayət vermək və müddətin bərpa edilməsini məhkəmədən yenidən xahiş etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, işə hərtərəfli və obyektiv baxılmamışdır. Prosessual müddətin hansı hallara əsasən bərpa edilməli olduğunu əsaslandırsa da, buna məhəl qoyulmamışdır. Hesab edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmalı, tərəfindən ötürülmüş prosessual müddətin bərpası təmin olunmalıdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadını xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemindən əldə etmişdir. Şikayətə baxmış Ağdam Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmiş və mövqeyini xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2024 nömrəli qərardadında nümayiş etdirdiyi mövqeyə uyğun əsaslandırmışdır. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. İddiaçı ilk dəfə birinci instansiyası məhkəməsinə müraciət edərkən prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayət müddəti ərzində atası əməlliyyat olunmuş və sonra atasına qulluq etdiyindən prosessual müddəti ötürmüşdür. Birinci instansiyası məhkəməsi iddiaçının dəlillərini üzürsüz səbəb kimi qiymətləndirmiş və 15 may 2024-cü il tarixli, 2(013)-2458/2023 nömrəli qərardadı ilə qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçı müddətin bərpasının imtina edilməsi barədə qərardaddan şikayətlə məhkəməyə müraciət etsə də şikayət imzalanmadığından və elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçının sonrakı müraciətləri isə qərardaddan şikayət kimi adlandırılsa da məhkəmədən yenidən prosessual müddətin bərpası xahiş olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir (Azərbaycan Respublikası Konstitusiyası maddə - 72). İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (Mülki Prosessual Məcəllə maddə - 47.1). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının prosessual müddətin bərpasına dair müraciətinə baxılmış və qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini almışdır. İddiaçının bununla bağlı sonrakı müraciətləri isə hər hasnı sübuta və əsasa söykənməyərək nümayəndənin məsuliyyətsizliyi və sair hallarla əsaslandırılır. İddiaçının eyni məzmunlu müraciətlərinə birinci instansiyası tərəfindən baxıldığından və qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldığından birinci instansiyası məhkəməsi prosessual müddətin bərpasına dair sonraki müraciəti geri qaytarmaqda haqlı olmuşdur. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin mübahisə predmeti olan qərardadı qanunvericiliyin tələblərinə uyğun olduğundan və şikayətin dəlilləri əsasız olduğundan şikayət təmin edilməməli və barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2458/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-385/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-385/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver