Məhkəmə qərarları › İş №2(104)-40/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-40/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-40/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1382/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə Bank borcalana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32500 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC ilə bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ona məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” minik markalı avtomobil ipoteka ilə yüklü etmişdir.

3. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Bank tərəfindən 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimə, illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış fayda, ümumilikdə 48.803.51 ABŞ dolları borc hesablanmışdır.

4. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 339.41 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

5. Məhkəmə kollegiyasına təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-114/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizələri qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək xitam verilməsi, dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməsi, iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-114/2024 saylı qətnaməsi dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməsi hissəsində ləğv olunmuş, Cavabdeh2 dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi tələbi təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmkə kollegiyası qeyd etmişdir ki, bu həm də, o deməkdir ki, Cavabdeh1 Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmamışdır və onlar, hazırkı qətnamə ilə müəyyən olunan halları əsas götürərək, hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında olan 01 iyul 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin quruma müraciət edə bilərlər.

7. Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış, ərizə və ərizəyə əlavə edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borcluların bank qarşısında öhdəliklərinin tam icra olunması müəyyən olunduğundan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2402/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 31 iyul 2008ci il tarixli kredit müqaviləsi üzrə banka 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 48803.51 ABŞ dolları borcun və 338.90 ABŞ dolları ödənilmiş dövlət rüsumunun tutulması; Cavabdeh1 tutulmalı olan məbləğ, yəni cəmi 48803.51 ABŞ dolları borcun və 338.90 ABŞ dolları ödənilmiş dövlət rüsumunun İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki **-GF-*** dövlət eydiyyat nişanlı, 2001-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı (ban:WDB2200261A202629) avtomobilin açıq hərrac vasitəsilə satılması və hesabına yönəldilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırki İddiaçı1 ASC) illik 24 faizlə 60 ay müddətinə 32500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki 10-GF320 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” minik markalı avtomobilə xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, kredit borcu tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir.

10. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 24 noyabr 2022-ci il tarixli 2(125)-1382/2022 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 60 ay müddətinə bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2016-cı ildə edilmiş olsa da, xx.xx.2013-ci il tarixində başlayan 3 illik iddia müddəti xx.xx.2016-cı il tarixində başa çatdığı üçün bu hal iddia müddətinin axımının kəsilməsi və yenidən başlanması üçün əsas hesab edilə bilməz. Əksi hesab edilməli olsa belə, xx.xx.2016-cı ildən başlamalı olan 3 illik iddia müddətini ötürməklə iddia qaldırılmış olacaqdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 385.1, 442, 448.1, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.3cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1382/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2013-cü il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Bundan əlavə olaraq şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2013-cü ildə başa çatmışdır, ona görə də birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, beləliklə də məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı olaraq tələb etdikləri illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. Cavabdeh öz üzərinə götürmüş öhdəliyini tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Bu tələb müqavilədən yox, qanundan irəli gəlmişdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat 16.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-637/2023 nömrəli iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 17.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2013-ci il tarixində bitmişdir. İddiaçı həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir.

18. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin “Cavabdeh1 İddiaçı1 ASCnin xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15359.1 ABŞ dolları əsas, 27393.71 ABŞ dolları faiz, 1233.70 ABŞ dolları cərimənin tutulması; Cavabdeh1 tutulmalı olan borcun İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki 10GF-320 dövlət qeydiyyat nişanlı, 2001- ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı GF-320 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxlışlı, «Mercedes Benz 320» minik markalı (ban:WDB2200261A202629) avtomobilin açıq hərrac vasitəsilə satılması və hesabına yönəldilməsi; İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh1 tutulması” hissəsində icraata xitam verilməsi, iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın” tələb olunması hissəsində isə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2739/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(104)-637/2023 nömrəli qətnaməsi «Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 31 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15359,1 ABŞ dolları əsas, 27393,71 ABŞ dolları faiz, 1233,70 ABŞ dolları cərimənin tutulması, Cavabdeh1 tutulmalı olan borcun İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki ** GF *** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, «Mercedes Benz 320» minik markalı avtomobilin açıq hərrac vasitəsi ilə satılması və hesabına yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh1 tutulması hissəsində iddiaçının iddiadan imtinası qəbul olunaraq, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.

20. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2739/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(104)-637/2023 nömrəli qətnaməsi «iddia tələbinin «kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın» tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, avtomobil hazırda onlardadır.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2739/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə «iddia tələbinin «kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın» tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edildiyindən və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığından birinci instansiya məhkəməsi qətnaməsi həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1382/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc, faiz, gecikməyə görə cərimə, cəmi 35.000,06 ABŞ dolları tutulmuş, tələb ipoteka predmetinə yönəldilmiş, qətnamə qanuni qüvvəsini almış və icvraya yönəlmişdir. Hazırda iddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanı tələb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-114/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizələri qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək xitam verilməsi, dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməsi, iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-114/2024 saylı qətnaməsi dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 verilməsi hissəsində ləğv olunmuş, Cavabdeh2 dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi tələbi təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmkə kollegiyası qeyd etmişdir ki, bu həm də, o deməkdir ki, Cavabdeh1 Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmamışdır və onlar, hazırkı qətnamə ilə müəyyən olunan halları əsas götürərək, hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında olan 01 iyul 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin quruma müraciət edə bilərlər. Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış, ərizə və ərizəyə əlavə edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3473/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borcluların bank qarşısında öhdəliklərinin tam icra olunması müəyyən olunduğundan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2402/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırki İddiaçı1 ASC) qarşısında pul məbləğinin ödənilməsini gecikdirdiyinə istinad edərək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Halbu ki, qeyd edilən məhkəmə aktları ilə borlunun bank qarşısında öhdəliyinin icra edilməsi müəyyən edilmiş və hödəliyin icra edilmiş hesab edilərək xitam verilməsi hissəsində tələbi təmin edilmiş və həmin məhkəmə aktları qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, borclunun bank qarşısında öhdəliyi vaxtında icra edildiyindən və borclunun bank qarşısında pul məbləğinin ödənilməsini gecikdirməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən və bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-1382/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1382/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar