Məhkəmə qərarları › İş №2(104)-406/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-406/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-406/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X2 Təsərrüfatı”-nın etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “X2 Təsərrüfatı”nın Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “X2 Təsərrüfatı”na qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X2 Təsərrüfatı” və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı “X2 Təsərrüfatı” Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 2000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da “X2 Təsərrüfatı”na qarşılıqlı iddia ərizəsi verərək, iş üzrə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, “X2 Təsərrüfatı” tərəfindən vurulmuş maddi ziyan olaraq 2540 manat və mənəvi ziyana görə 20000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Təsərrüfatı” tələbini onunla əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilməyən tikililər və torpaq sahəsində təsis etdiyi iddiaçının balansında olan işıq transformatoru və işıq sayğacı cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə ona 2000 manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, cavabdehə özünə ayrıca işıq sayğacının çəkilməsi ilə bağlı həm o, həm də "xxxx" ASC tərəfindən rəsmi olaraq xəbərdarlıq edilmişdir. Hazırda qeyd olunan transformator və işıq sayğacı ipoteka müqaviləsinin predmeti olmadığından cavabdehin qanunsuz olaraq ona aid elektrik enerjisindən istifadə etməsi müəssisəni ağır maddi duruma salır. Həmin işıq transformatoru onun daşınar əmlakıdır və ondan qanunsuz olaraq cavabdeh tərəfindən işlədilərək elektrik enerjisindən qanunsuz istifadə etməklə cavabdeh maddi hüquq normalarının tələblərini pozur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, işıq transformatoru “X2 Təsərrüfatı”na yox, məhz ona məxsus əmlak kompleksinə daxildir və hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Belə ki, sözügedən Gəncə şəhəri, Malik Əliyev küçəsi, 17-də yerləşən əmlak kompleksi qanunvericiliyə uyğun keçirilən hərrac yolu ilə satın alınmış və Gəncə şəhəri, Malik Əliyev küçəsi, 17-də yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********45-12302 nömrəli, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR X3 “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmış qanuni çıxarış var. Eyni zamanda, Cavabdeh tərəfindən “X2 Təsərrüfatı”na işıq transformatorundan naqillərin ayrılması, əmlak kompleksinə baxan 11 ədəd pəncərələrin hörgü ilə bağlanması, Cavabdeh barəsində hüquq-mühafizə orqanlarına əsassız, yalan məlumatlar əsasında şikayətlərin edilməməsi üçün rəsmi qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəf xəbərdarlığa məhəl qoymamaqla əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. İlkin iddiaçı tərəfindən əsassız olaraq dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər olunmuş, bununla da onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, onun əsassız müraciətləri əsasında 2023-cü ilin fevral ayında "xxxx" QSC-nin işçiləri tərəfindən araşdırılmadan ona məxsus qaz sayğacı sökülərək əmlak kompleksinə qaz verilməsi dayandırılmışdır. Bu da ona həm maddi, həm də mənəvi zərərin vurulması deməkdir. Belə ki, qaz sayğacı söküldüyünə görə 6 ay müddətində qazdan istifadə edə bilməmiş, həmin müddət ərzində istiliyi təmin etmək üçün hər ay 3 qaz balonu (1 ədədi 30 manat) olmaqla, cəmi 18 qaz balonu istifadə etmişdir. Nəticədə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona 540 manat məbləğində ziyan vurulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli (hakim Fuad Fərhadov) qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "X2 Təsərrüfatı"nın Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair ilk iddiasının təmin edilməməsi; Cavabdeh "X2 Təsərrüfatı"na qarşı “maddi və mənəvi ziyana görə pul tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X2 Təsərrüfatı” apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X2 Təsərrüfatı”-nın etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, Cavabdeh adına VÖEN mövcuddur və o Gəncə şəhəri, Malik Əliyev küçəsi, 17-də yerləşən əmlak kompleksində sahibkarlıq fəaliyyəti həyata keçirir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, İddiaçı X1 nizamnaməsi Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 25 yanvar 1996-cı il tarixli 16 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Həmçinin iş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə 04 aprel 2005-ci il tarixdən qeydiyyata alınmışdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibini, yəni ilk iddia üzrə iddiaçının hüquqi şəxs və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı “X2 Təsərrüfatı” balansında olan işıq transformatoru və işıq sayğacının cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edildiyindən ona 2000 manat məbləğində maddi zərər vurulduğunu iddia edir. Bununla yanaşı işin hallarından, eləcə də qarşılıqlı iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh Gəncə şəhəri, Malik Əliyev küçəsi, 17-də yerləşən əmlak kompleksində sahibkarlıq fəaliyyəti həyata keçirir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə bilavasitə onların ayrıayrılıqda həyata keçirtdikləri sahibkarlıq fəaliyyətindən doğan mübahisədir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmışdır. Ona görə də, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş materialları aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin hüquqi ünvanı ünvan 2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 263, 264, 384.0.4, 385.1.1, 387.2.1, və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar