Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-410/2023 16.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(021)-3018/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 1700 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(021)-3018/2022 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1700 manat alınaraq İddiaçı verilməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus 26 baş iribuynuzlu erkək heyvanları Bərdə rayonu, Qasımbəyli kəndində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 43600 manata satmışdır. Cavabdehlər heyvanları yük maşınına yükləyərkən həmin heyvanlardan bir başı özləri ilə gətirdikləri fəhlənin əlindən qaçaraq yoxa şıxmışdır. Cavabdehlərin səhlankarlığı nəticəsində 1700 manat dəyərində olan iri buynuzlu heyvan yoxa çıxmışdır. Dəfələrlə iri-buynuzlu heyvanın dəyəri olan 1700 manatı tələb etsədə heç bir nəticəsi olmamışdır. Ona görə də cavabdehlər barəsində Bərdə rayon Polsi Şöbəsinə müraciət etmiş və sonuncular polis şöbəsində izahat verərkən etiraf etmişlər ki, bir baş iri-buynuzlu erkək dana özləri ilə gətirdikləri fəhlənin əlindən qaçaraq itmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, həmin mal iddiaçının qapısından qaçmışdır. Sonradan mal tapılsada, lakin malın necə olması aydınlaşdırılmamış və bu barədə onlara heç bir məlumat verilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra ərizə təqdim edərək, cavabdehlərdən maddi ziyanın yarısını, yəni 850 manat tələb etdiyini və iddianın həmin hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçıdan 26 baş iri-buynuzlu heyvanları almaq məqsədilə 43600 manata razılaşmışlar. Həmin heyvanları İddiaçı həyətində özləri ilə apardığı fəhlə iləbirlikdə maşına yığarkən bir baş erkək dana əllərindən çıxaraq qaçmış və tapmaq mümkün olmnamışdır. Ona görədə onlar razılaşdırılmış 43600 manatdan 1700 manat çıxılmış və pulun çox hissəsini həmin gün, qalan məbləği isə heyvanları satdıqdan sonra iddiaçıya ödəmişlər. Lakin buna baxmayaraq iddiaçı itmiş heyvanın pulunu da onlardan tələb edir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 385, 386, 389, 405, 407, 409, 411, 426, 442, 443, 448, 567, 570, 571, 571, 608-ci maddələrinə istinadən iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.2. maddəsinə görə, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1. maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ümumi dəyəri 43600 manat olan 26 baş iri-buynuzlu erkək heyvanların alqı-satqısı barədə razılığa gəlmişlər. Cavabdeh1 və Cavabdeh2 özləri ilə birlikdə apardığı fəhlənin köməkliyi ilə heyvanları İddiaçı həyətində maşına yükləyərkən dəyəri 1700 manat olan birbaş erkək dana əllərindən çıxaraq qaçmışdır. Sonuncular 25 baş heyvanın pulunu İddiaçı ödəsədə, lakin əllərindən çıxaraq qaçan bir baş dananın pulunu ödəməmişlər. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə işə baxna birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. İddiaçı razılaşdırılmış qiymətə satdığı 26 baş heyvanlardan dəyəri 1700 manat olan bir baş erkək dana onların özünün iştirakı ilə gətirdikləri fəflə tərəfindən maşına yığılan vaxt əllərindən qaçaraq itməsi sonuncuların təqsiri (ehtiyatsızlığı) nəticəsində baş vermişdir. Kollegiya hesab edir ki, 26 baş iri-buynuzlu heyvanlar cavabdehlərə təhvil verildiyindən 1700 manat dəyərində itmiş heyvanın dəyərinin də cavabdehlərdən tələb olunması istisna olunmur. Apellyasiya icraatı zamanı İddiaçı məhkəmə kollegiyayasına ərizə verərək cavabdehlərdən tələb etdiyi 1700 manat maddi ziyanın yarısını sonunculara güzəşt etdiyini və cavabdehlərdən 850 manat alınıb ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə,apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(021)-3018/2022 nömrəli qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1700 manat alınaraq İddiaçı verilməsi” hissədə dəyişdirilməli, həmin hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 850 manat alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(021)-3018/2022 nömrəli qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1700 manat alınaraq İddiaçı verilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 850 manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-410/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-410/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver