Məhkəmə qərarları › İş №2(104)-419/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-419/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-419/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: alimentin artırılması tələbinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-2478/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3955/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(062)-1336/2019 saylı qətnaməsinin dəyişdirilərək 22 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay Cavabdeh 130 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin müəyyən olunur ki, Cavabdeh uşaqlıqdan ikinci qrup əlildir və Cavabdeh X3 adlı qadınla ikinci nikahından xx.xx.2013-cü ildə doğulmuş Əsmər adlı daha bir uşaqları vardır. İşdə olan xx.xx.2010-cu il tarixli AZ İİ 564166 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 22 sentyabr 2010-cu il tarixdə anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 1557 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmişir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından 22 sentyabr 2010-cu ildə anadan olmuş Aynişan adlı uşağın saxlanması üçün müəyyən olunmuş alimentin məbləğini artırılaraq cavabdehdən hər ay 220 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında evlənib nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 sentyabr 2010-cu ildə Aynişan adlı uşağı anadan olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3955/2019 saylı qətnaməsinə əsasən birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Lakin, cavabdeh təyin olunun alimenti vaxtı vaxtında ödəmir. O uşağın saxlanılmasında çətinlik çəkir. Uşağın xərcləri artırmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2478/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023cü il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Hünmətov) iddia qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3955/2019 saylı, 10 oktyabr qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh 22 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 2478/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, o, ikinci qrup əlildir, heç bir yerdə işləmir. Bundan başqa ayrı nikahdan xx.xx.2013-cü il təvəllüdlü Əsmər adlı uşağı vardır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimenti ödəməkdə çətinlik çəkir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyaslna məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2478/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi “xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilərək 160 (bir yüz altmış) manat məbləğdə müəyyən edilməlidir. Мəhkəmə kollegiyası qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi cavabdehin ikinci qrup əlil olmaqla işləməməsini, onun öhdəliyində başqa nikahdan bir azyaşlı uşağının olmasını, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimenti ödəməkdə çətinlik çəkməsini nəzərə almadan, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin aylıq məbləğini artıraraq, 90 manat məbləğində aliment müəyyən etmiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdehin ikinci qrup əlil olması və onun öhdəliyində başqa nikahdan daha bir azyaşlı uşağının olması işin faktiki halları kimi işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3955/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur. Cavabdehin əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq alimenti ödəməkdə çətinlik çəkməsi isə cavabdehin həm özünün şikayətində göstərdiklərindən, həm də iddiaçının iddia ərizəsinin məzmunundan müəyyən edilir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Lakin, aliment təyin olunarkən uşaqların mənafelərinə üstünlük verilməklə tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Bundan başqa, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı tərəflərin maddi vəziyyəti və diqqətəlayiq halları ilə müqayisədə qanunauyğun və əsaslı hesab olunmur. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin 2(062)- 2478/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi “xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilərək 160 (bir yüz altmış) manat məbləğdə müəyyən edilməlidir. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin artırmış olduğu (160 manat hazırki-130 manat əvvəlki)=30 manat aylıq alimentin bir illik məcmusu (30 manat x 12ay)=360 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2478/2023 saylı mülki iş üzrə 25 oktyabr 2023cü il tarixli qətnaməsi “xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qalan hissələrdə qətnamə dəyişdirilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar