Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-42/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: şifahi kredit müqaviləsi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(061)-628/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərtər rayon Polis Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Tərtər rayon Azadqaraqoyunlu kənd sakini İddiaçı polis şöbəsinə müraciət edərək həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 ona müxtəlif vaxtlarda hədə-qorxu gəlməklə ümumilikdə 19500 manat pul verdiyini, pulunu geri tələb edəndə isə onu ölümlə hədələdiklərini bildirmişdir. İddiaçı şikayəti əsasında araşdırma aparılmış və izahatlar alınmışdır. Nəticə etibarı ilə həmin qərarla Cavabdeh2 Elgfaq oğlunun İddiaçı hədə qorxu ilə 19500 manat miqdarında pul tələb edib əldə etməsi faktı öz təqdiqini tapmamış, Cavabdeh2 verdiyi izahatında isə İddiaçı 7000 manat borcu olduğunu təsdiqləmiş, lakin həmin pulu İddiaçı qaytardığını qeyd etməmişdir. Ona görə də İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsı, sonuncuya borc tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir;
2. "xxxx" ASC-dən sorğu əsasında alınmış 14 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 məxsus seriya **********201358 saylı çörək pulu kartı vasitəsi ilə 2022-ci ilin yanvar ayından 2023-cü ilin mart ayına kimi xx.xx.2022-ci ildə - 117 manat, xx.xx.2022- ci ildə -117 manat, xx.xx.2022-ci ildə - 22 manat, xx.xx.2022-ci ildə - 90 manat, xx.xx.2022-ci ildə -15 manat, xx.xx.2022-ci ildə - 10 manat, xx.xx.2022-ci ildə - 6 manat, xx.xx.2022-ci ildə -120 manat, xx.xx.2022-ci ildə - 41 manat və xx.xx.2022-ci ildə - 22 manat pul vəsaitləri çıxarılmışdır;
3. "xxxx" ASC-dən sorğu əsasında alınmış 14 iyun 2023- cü il tarixli cavab məktubuna əlavə edilmiş diskə baxış keçirilərkən Cavabdeh2 məxsus seriya **********201358 saylı çörək pulu kartı vasitəsi pul çıxardan şəxsin görüntülərinə baxış keçirilmiş və görüntülərdə Cavabdeh2 əks olunduğu göstərilmişdir;
4. CD diskdə olan AUD 20231209-WA0040 səs yazısının 55-ci saniyəsində «K1» kimi işarə olunmuş diktor «Atam sənə dedi mi ki, bala, Nazirdən bu 15000 manatı nəyə alıbsan» deyə sual verir; Verilmiş suala cavab olaraq «K2» kimi işarə olunmuş diktor bildirir ki, «Sən mənə dedin ki 15000 (on beş min) de, elə de, belə de, mən də atana dedim ki, almışam qaytaracam»;
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli 3-16-16/2-4/416-4/341 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı diskdə olan tədqiqatı tələb olunan “AUD-20231209-WA0040” adlı mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı məxsusdur. Eksperizaya təqdim olunmuş 01 ədəd “Bingo” markalı diskdə olan tədqiqatı tələb olunan “AUD-20231209-WA0040” adlı mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmamış, mübahisəli fonoqramdakı danışıqlar bütövlükdə bir fonoqramın tam olmayan bir hissəsidir. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 4/1385 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Bingo” markalı CD diskdə tədqiqatı tələb olunan “AUD-20231209- WA0040” adlı mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətndə «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh2 məxsusdur. Tərəflər arasında qeydə alınmış səs yazısındakı danışıqların yazılı mətnləri ekspert rəyinin təsviri hissəsində göstərilmişdir. Həmin mətn aşagıdakılardan ibarətdir: K1 - 15.000 oldu, bildin Səməndər? K2 - Hm K1 - Yadındadı burda gəldin oturdun qəssabxanada söhbət elədin, nə danışdıx biz atannan K2 - Atanan da mənə faiz-maiz demədi\ K1 - Hə K2 - Dedi ki, aylıq işdə pulu ver yavaş-yavaş K1 - 15.000 olda da sənin mənə borcun düzdümü Səməndər? K2 - Dedi ki, 15.000 pulu var borcum var, yəni 15.000 pulİİİ K1 - Hə həmin gün də yadındadı Səməndər, mən saa dedim ki, dedin atan nətər bildi bu söhbəti maşında K2 - Hə K1 - Mən də dedim ki, sən maa yazmısan, atam da ekrannan görüb, düzdü? K2 - Hə K1 - Hə K2 - Hə atan maa dedi ki K1 - Sən də sora de bircə dəyqə qulaq as, sən də sonra maa dedin ki, Nazir atan bilməsin K2 - Hə K1 - Bəs yerin pul verməliyəm 1000 manat K2 - Hə K1 - Yadındadı? Mana köməklik elə K2-Hə K1 - Mən onu da saa köməklik elədim. Anamıya dedin işə girirəm təzdən 15.000-dən sora K2-Hə K1 - Yadındadı, onnan sora nə dedin də təzdən elədim K2-Hə K1 - Düzdü düz döyül? K2 — Hə K1 - Hə, indi onnan sora sən nağardın Səməndər maa qarşı? K2 - 15000-dən sora nə qədər pul verdim mən Səməndər sən maa 1000 manat dedin, onnan sora təzdənnən mən saa o pulu verdim vermədim bala? Nə qədər pul dedin, nə dedin, nə vaxt dedin verdim də. Gəlif gejə darvazama zəng eliyirdin ki, Nazir çıx doqqaza, doqqazdan ver K1 - Verdin hə K2 - Düzdümü? K1 - Mən sən özün elə oluv evdə olmusan demisən gəl bu tərəfə verim hə götürmüşəm indi o///
"AUD-20231209-WA0039" K1 - Gəl bəri burda dur K2 - Alo K1 - Alo K2 - Birazdan yığıram səni K1 – Alo K2 - Alo K1 - Hə Səməndər K2 - Axşamın xeyir K1 - Axşamın xeyir K2 - Nətərsən? K1 - Yaxşı, yaxşı olasan K2 - Soz deyirəm sən o... K1 - Nətər? K2 - İstiyirsən onu? K1 - Nəyi? K2 - Lap atana da denən atan da bilsin K1 - Nəyi Səməndər? K2 - Ə, o oyunu da helə istiyirsən onnan? K1 - İndi də qumarnan pul qaytarassan Səməndər sən mənə? K2 - Nətər? K1 - Qumarnan pul qaytarırsan indi sən mənə? K2 - Qumar deyəndə oyundu da, günə 50 manat istiyirsən Oruc, sən mən orda deyim danışaq gündəlik 50 manat öz nömrəndə həll elə, özün də çıxart K1 - Yo K2 - Ə, yanı onu istəsən eləməy olar, yanı o beş dəyqalıx, 10 dəyqalıx işdi, mən o 50 manatı iki dəyqiyə çıxardaram, onu prosdu qanuni oynuyuf uduzuram, gündəlik havax ürəyin istiyən vaxtı bir dəfə 50 manat verək K1 - İndi onnan ötəri zəng vurmusan mənə? Yaxşılıx eləmək istiyirsən mənə? K2 - Yanı diyirəm istiyirsənsə günə 50 manat? K1 – Yanı deyirəm onnan ötəri zəng vurmusan? Yaxşılıx eləmək istiyirsın maa? K” – Həə K1 – Bu axırıncı səfər də elədiyin yaxşılıx idi orda? K2 – Qaqa K1 - Hm K2 - Mən saa zəng vurmuşam ki K1 - Yox da mən də sual verirəm də, sən sual verdin, mən də cavab verdim, mən də sual verdim sən cavab ver K2 - Neçə yaşın var, 22-23 yaşın var, mənim də 22-23, sinif yoldaşıyıx elə, Oruş da bizim bir tayımız, deyirəm Oruc, sən, mən oturax maşında danışax K1 - Bildim də onu başa düşdüm K2 - Hm K1 - deyirəm ki, mən də saa söz deyirəm də, deyirəm K2 - Hə K1 - Yaxşılıx eləmək istiyirsən də maa indi sən, axırıncı səfərki yaxşılığınnan sora indi də bu yaxşılığı eləmək istiyirsən? K2 - Axırıncı səfər nə yaxşılığım mənim? K1 - Mən saa bir o boyda pul vermişəm, gedib deyirsən ki, sələm verib K2 - A qaqa eşidirsən məni, yəqin ki, sələm elə deyilib də mən dediyim sənə pisdiy eləmirəm, sən durub gedib orda mənə deyirsən ki, pisdiy eliyir mənə, nə bilim məni hədəliyir, elə bir şeylər olmuyub, mən bunları zəng vurub sənnən danışmıram K1 - Yox e K2 - Nə də ki, düşman döyülük. Dünənə kimi danışırdıx elə, indi körpüyə düşmürük körpüdən çıxannan sora durub indi genə də kəntçiyik, belə pis çıxmasın genə də sinif yoldaşıyıx. Mən saa zəng vurmuşam, mənim məqsədim başqadı, sən başqa məqsədnən yanaşırsan K1 - Başqa məqsəd yox e, deyirəm yəni axırıncı səfər də mən saa yaxşılıx eləmişdim da, sən maa da sən də maa yaxşılıx elədin ki, o boyda mən saa yaxşılıx eləmişdim, sən də axırda maa dedin ki, hə bu pul maa pul vermiyif K2 - Mən səə nəyə zəng eləmişəm bə? K1 - Yox, sualıma cavab verirsən mənim? K2-Hə K1 - Sələmiydi o pul? K2 - Nətər? K1 - O pul sələmiydi? K2 - Yəqin sələmiydi sələm verilif də K1 - Hay? K2 - Yəqin sələmiymiş ki, sələm verif də K1 - Sələmiydi heləmi Səməndər? K2 - Ayə sələmiydi hə, sən sələmi/// lap sələm vermisən məə, pulunu istəmirsən? K1 - Yox e, sələm vermişəm mən sənə? K2 - Ə, lap sələm vermisən, sələm verifsən də pulun K1 - Yox e, sən maa nə vaxtsa sələmüstü vermisən? K2 - Hay? K1 - Sələmüstü vermisən sən maa nə vaxtsa K2 - Ayə vermişəm e, kartım da səndəydi qaqa, onu nəyə qatırsan ki, bura? K1 - Yox kartınnan mən pul çıxartmışam Səməndər? K2 - Ayə, çıxartmısan ki, o kartım səndədi də K1 - Hələ heş kartın krediti kutarmıyıf e, Səməndər K2 - Ayə, kartımın son vaxt krediti yarandı dana, kart iki ilə yaxındı səndədi K1 - İki ilə yaxındı Səməndər sənnən mənim aramda bu söhbət olaydı sən maa deyirsən kart iki ildi səndədi. K2 – Bir ildən çoxdu da, sən mən saa nə vaxt kart demişəm, demisən atamdadı K1 – Yox e, mən atam o kartdan pul çıxrtmışıx? Onu denən e, neynirsən ki, o birisini K2 – Kartdan çıxartmısan hə K1 - Neçə çıxartmışam Səməndər? K2 - Vallah taa nə bilim 20 köçürtdü soradan iki-üç ay şey tutdu kredit tutdu onnan sora çıxardammadım. Ə, sən də di mən nəyə zəng eləmişəm deyirəm K1 - Yox e, deyirəm axırıncı səfər sən maa bu yaxşılığı eləmisən də, axırıncı səfər sən maa qarşı bu yaxşılığı eləmək istədin, indi də bu yaxşılığı eləmək istiyirsən? K2 - Yox e, mən sənə bu yaxşılığı eləmək istiyirəm deyəndə ki, mən dediyimi deyirəm ki, bunu istiyirsən eliyək, gündəlik 50 manatını götür K1 - Nətər? K2 - İstiyirsən gündəlik 50 manat götürəsən? K - Denən istəmirəm, bir də məni yığsan 102-ni yığajam ki, əl çək mənnən K1 - Vallah taa sənin axırıncı səfər///
"AUD-20231209-WA0040" K1 - Belə şey kimi K2 - Ay sağ ol, haçarı aldı əlimə maşını qoydu ora, deyir get pulu tap gətir K1 - Hə K2 - Nə isə, sora getdim xahiş-minnət K1 - Hə K2 - Dedi bir aya puiu verərsən, maşını götür get, mən sənin maşınını burda saxlıyası döyləm K1 - Hə K2 - Bir ay oldu iki ay K1 - Hm K2 - İki aydan sora deyir siznən belə bir haqq-hesab oldu, uje üç aydı K1 - Hə K2 - Üç aydı o günü iki günnən bunnan qabaq görüşmüşük dedi heş bir görükmürsən bir söz demirsən K1 - İsmayıl 1750 manatdı İsmayıla? K 2 - 1700 manat K1 - Hə 1700 manata görə maşını əlinnən aldı, atam 15.000-i biləndə nağardı Səməndər saa? K2 - Atan məə qayıtdı gəldi çağırdı yanına dedi şey eliyib K1 - Hə qəssəbxanada stolda oturdunuz K2 - Heş nə söhbət olmadı, səniydin məniydim atanıydı K1 -Hə K2 - Məə qayıtdı ki, işdə ayda pulu ver, dedim yaxşı əmi. Mən də söyüş söydüm orda ki, əmi pul qəpiyinə kimi çatajax K1 - Hə K2 - Dedi ki, həə nolar K1 - Dedinmi ki, atam sənə dedi ki, bala Nazirdən bu 15.000-i nəyə almısan, sən nə dedin? K2 - Atan məə dedi ki K1 - Hə dedi ki, 15.000-i Nazirdən nəyə görə almısan? Sən nə başdadın dedin? K2 - Sən məə dedin ki, 15.000-di belədi helədi, mən də atana dediyin kimi dedim, dedim ki, həə dedim ki, əmi almışam qaytarajam K1 - Yox e, dedinmi ki, alıv oyunda uduzmuşam, iqrada uduzmuşam? X4 məni iqrıya sarı meyilli elətdirif iqrada uduzmuşam K2 - Mən demişəm hə uduzmuşam, mən onu şöbədə də dedim ki, oyun varıydı orda dedi bə bunnar hər nədisə 100 manat da demirik nə qədərdi məbləği bilmirik, neynəmisən, demişəm oyunda uduzmuşam telefonda K1 - Hə atam 15.000-i biləndə sənnən razjläşdı^ kif<hə 15.000-i get dedin ki, gələn aydan işə girəjəm, işdiyif aylıx 500-600 manat gətirif verəjəm K2 - Hə atan məə dedi ki, o da çağırdı normal şəkildə|;|ıə orda artığ-əskik heş bir hərəkət olmadan dedi ki, ayiıx işdə yavaş-yavaş pulu ver, dedim yaxşı K1 - Atam saa qarşı bir hörmətsizdiy elədi orda? K2 - Yo yox eləmədi, dedi ki, işdə aylıx pulu məə de///
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 19000 manat və Cavabdeh1 800 manatın və ödənilmiş 147 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonu Azadqaraqoyunlu kəndində yaşayır. Cavabdeh2 onun sinif yoldaşı olmuşdur, digər Cavabdeh1 isə onun qardaşıdır. Cavabdehlə aralarında ədavət olmamışdır. 2022-ci il mart ayında Cavabdeh2 ondan 600 manat, sonra isə iki dəfə 500 manat olmaqla, ümumilikdə 1600 manat pul almışdır. Cavabdeh2 ona bankdan kredit götürüb pulu verəcəyini söz vermişdir. Təqribən bir ay sonra 2022-ci il aprel ayında Cavabdeh2 ilə Bərdə şəhərində bir qadınla görüşməyə getmişlər. Həmin vaxt Səməndər ona binaya daxil olmasını və gözləməsini demişdir. O da onun dediyi kimi etmiş və gözləmişdir. Binaya daxil olmuş, aradan az bir müddət keçmiş Səməndər gəlmədiyindən ona zəng etmişdir. Səməndər cavabında onu polislərin saxladığını, binadan düşməməyi və işi özünün yola verəcəyini demişdir. O da Səməndərə inanıb binadan çıxmamış, bir müddət sonra çıxmışdır. Cavabdeh2la görüşəndə ona 3000 manat polisə vermək lazım olduğunu, əks halda onu polisə aparacaqlarını bildirmişdir. Bundan sonra onun həyəcanlı günləri başlamışdır. Belə ki, Səməndər özünün müxtəlif problemlərini həll etmək üçün ondan mütəmadi olaraq Bərdə şəhərində olanları atasına deyəcəyini bildirməklə qorxuzub cəmi 19000 manat pulunu almışdır. Həmin pulu o, öz adına 1000 manat, xalasının əri Elşadın adına 1000 manat bankdan kredit götürüb, Qarabağ qazisi Ömər Musayevin götürdüyü 5000 manat krediti alıb, özünün 30 baş balalı qoyun heyvanını 7000 manata satıb, qalanını da atası ilə birlikdə işlətdiyi ərzaq mağazasından olan alverdən gizlin götürüb Cavabdeh2 vermişdir. Beləliklə onun mağazaya ərzaq və digər məhsulları verən şirkətlərə külli miqdarda borcu yaranmışdır. Həmin borcları vermək üçün anasının qızıllarını, yeni evləndiyi həyat yoldaşının qızıllarını satıb borcuna vermişdir. Artıq satmağa heç nəyi qalmamışdır. Bununla yanaşı Cavabdeh1 da ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul olmaqla, cəmi 800 manat pul almışdır. O, bankdan kredit götürüb pulu qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Təqribən 15000 manat pul borcu ilə bağlı cavabdehlərlə Whatsapp sosial şəbəkə yazışmaları mövcuddur. O, cavabdehlərdən pulunu tələb etmiş, lakin onlar pulu qaytarmaq əvəzinə Cavabdeh1 hədə-qorxu gəlmiş, pulu qaytarmamışdır. O, pulunu ala bilmədiyi üçün Tərtər rayon Polis Şöbəsinə müraciət etmiş, şikayəti ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür.
9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə etiraz verərək qeyd etmişlər ki, Cavabdeh2 iddiaçıdan 5000 manat pul almış, həmin mələği də 2000 manat faizi ilə birlikdə olmaqla, cəmi 7000 manatı iddiaçıya qaytarmışdır. Cavabdeh1 isə iddiaçıdan 800 manat almış, həmin vəsaiti də iddiaçıya ödənilmişdir. Beləlikə, onların iddiaçıya borcları qalmamışdır.
10. Tərtər Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(061)-628/2023 nömrəli (hakim Kamil Rzayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 7000 (yeddi min) manat və Cavabdeh1 800 (səkkiz yüz) manat pul vəsaiti alınıb İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; İddiaçı tərəfindən ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və xeyrinə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 2022-ci mart ayında ondan 600 manat, sonra isə 500 manat olmaqla ümumilikdə ondan 1600 manat pul almışdır. Cavabdeh2 bankdan kredit götürüb borcunu qaytaracağını və bir ay sonra onunla Bərdə rayonuna gedərək bir qadınla görüşəcəklərini bildirmişdi. Həmin vaxt Səməndər onu aldadaraq 3000 manat polisə verəcəyini bildirmiş və ondan pul almışdır. Onu qorxudaraq ümumilikdə 19000 manat pul almışdır. Bu pulları 1000 manat bankdan götürərək, xalasının yoldaşı Elşadın adına 1000 manat götürüb, Qarabağ qazisi Ömər Musayevin götürdüyü 5000 manat kredit, 30 baş balalı heyvanı 7000 manata satıb qalanını da atası ilə birgə işlədiyi ərzaq mağazasından olan alverdən gizlin götürərək Cavabdeh2 vermişdir. Hətta borcları yarandığından anasının və həyat yoldaşının qızıllarını sataraq borclarını ödəmişdir. Bundan sonra da Cavabdeh1 da ondan müxtəlif vaxtlarda ümumilikdə 800 manat almışdır. Hətta o da bankdan pul götürüb borcunu qaytaracağını bildirmişdir. Cavabdehlərlə aralarında Whatsapp sosial şəbəkə yazışmaları mövcuddur, ancaq onlar aldıqları pulları geri qaytarmamaq üçün məhkəmədə yalan izahat vermişlər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Hesab edir ki,cavabdehlər ona olan borclarını tam şəkildə qaytarmalıdılar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişlər ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2 19000 manat, digər Cavabdeh1 isə 800 manat olmaqla, ümumilikdə cavabdehlərin ona 19800 manat borcu var. Həmin pulları cavabdehlərə hissə-hissə olmaqla təxminən 10 ay müddətə vermişdir. Cavabdeh2 bir dəfəyə verdiyi ən çox pul məbləği 5000 manat olmuşdur. Qalan məbləğlər 3000, 1000 manat, habelə 100-200 manat civarında olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, Cavabdeh2 məxsus çörək pulu kartı onda olub, ancaq heç vaxt həmin kartdan pul çıxartmayıb, çünki kart hesabında vəsait olmamışdır. Başına hadisə gəlmiş və bunu ailəsindən gizlətmişdir, Cavabdeh2 isə bundan istifadə edib hədə-qorxu gələrək mütəmadi olaraq ondan borca pul tələb etmişdir. Pulların verilməsini sübut edən Cavabdeh2la aralarında olan səs yazıları mövcuddur.
16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 hissə-hissə olmaqla, ümumilikdə 19000 manat pul verilmişdir. Cavabdeh2 müxtəlif bəhanələrlə iddiaçıdan borc pul almışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci madəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
25. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 15000 manat, digər Cavabdeh1 800 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müxtəlif vaxtlarda borc, habelə digər məqsədlərlə pul vəsaiti verilmişdir. İddiaçı cavabdehlərə verdiyi pul vəsaitinin qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış münasibətləri yanlış olaraq mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirmişdir.
43. Hazırkı işin faktiki halları Mülki Məcəllənin mülki hüquq pozuntusundan (delikt) bəhs dən 1096 və 1097-ci maddələrnin dispozisiya şərtlərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni yanlış olaraq mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirmiş və iddia tələbini qismən təmin etmişdir.
44. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
45. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
46. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi iki cavabdehə qarşı yönəlir və onlardan pul vəsaitinin qaytarılması tələb edilir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi üzrə cavabdehlərə münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə iddia tələbinin Cavabdeh2 münasibətdə əsaslığı araşdırılmalıdır.
48. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
49. İşin hallarından göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh2 pul vəsaiti verilməsi barədə tərəflər arasında kredit müqaviləsi, habelə əlyazma sənəd, akt və s. tərtib edilməmişdir. Lakin, iş materiallarında olan sübutlar əlaqəli şəkildə tədqiq olunduqda müəyyən olunur ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh2 müxtəlif vaxtlarda pul vəsaiti vermişdir.
50. Belə ki, işə əlavə olunmuş CD diskdəki AUD 20231209-WA0040 səs yazısının 55-ci saniyəsində «K1» kimi işarə olunmuş diktor «Atam sənə dedi mi ki, bala, Nazirdən bu 15000 manatı nəyə alıbsan» deyə sual verir; Verilmiş suala cavab olaraq «K2» kimi işarə olunmuş diktor bildirir ki, «Sən mənə dedin ki 15000 (on beş min) de, elə de, belə de, mən də atana dedim ki, almışam qaytaracam».
51. Cavabdeh2 məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə işə baxılması dəfələrlə təxirə salınsa da, lakin o, məhkəmə iclaslarına gəlməmişdir. Bu səbəbdən qeydə alınmış səs yazısındakı söz və ifadələrin Cavabdeh2 məxsus olub-olmamasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Ona görə də, apellyasiya baxışı zamanı kollegiya tərəfindən iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmiş və iş üzrə verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi də Cavabdeh2 məxsusdur.
52. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
53. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, rəy əsaslıdır. Belə ki, mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmamış, mübahisəli fonoqramdakı danışıqlar bütövlükdə bir fonoqramın tam olmayan bir hissəsidir. Verilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmiş, habelə rəyin qeyriobyektivliyi barədə iş üzrə tərəflərin də hər hansı arqumenti olmamışdır.
55. Məhkəmə kollegiyası işin obyektiv tədqiqi baxımından qeyd etməyi zəruri sayır ki, Cavabdeh2 həmin səs yazısında «Sən mənə dedin ki 15000 (on beş min) de, elə de, belə de, mən də atana dedim ki, almışam qaytaracam» deyə bildirir. Bu sözlərin hərfi mənası ilə belə nəticə hasil olur ki, sanki Cavabdeh2 iddiaçının ona dediyi sözlərə (təkidə) görə iddiaçıdan 15000 manat vəsait aldığını bildirir. Lakin, tərəflər arasında qeydə alınmış səs yazısının sistemli tədqiqi nəticəsində, həqiqətən də, Cavabdeh2 iddiaçıdan 15000 manat vəsait almış olması öz təsdiqini tapır. Kollegiya gəlmiş olduğu bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.
56. Tərəflər arasında qeydə alınmış səs yazısındakı danışıqların yazılı mətnləri ekspert rəyinin təsviri hissəsində göstərilmişdir. Həmin mətndən aydın olur ki, tərəflər arasındakı danışıqda İddiaçı («K1» kimi işarə olunmuş diktor) tərəfindən Cavabdeh2 («K2» kimi işarə olunmuş diktor) verilmiş pul vəsaitindən, habelə həmin vəsaitin qaytarılmasından bəhs olunur. «K1» kimi işarə olunmuş diktorun ilk sözü «15000 oldu, bildin Səməndər?» olur. «K2» kimi işarə olunmuş diktor isə cavab olaraq «Hm» bildirir. Daha sonra «K1» kimi işarə olunmuş diktor bildirir ki, «Mən onu da sa köməklik elədim, ANAMA-ya dedin işə girirəm təzdən 15000-dən sonra». «K2» kimi işarə olunmuş diktor isə «hə» deyərək söylənilənlərlə razılaşır. «K2» kimi işarə olunmuş diktor əlavə olaraq bildirir ki, «15000-dən sonra nə qədər pul verdim mən Səməndər sən ma 1000 manat dedin onnan sonra təzdən mən sa o pulu verdim, vermədim bala? Nə qədər pul dedin nə dedin nə vaxt dedin verdim də, gəlib gecə darvazama zəng edirdin ki, Nazir çıx doqqaza, doqqazdan ver».
57. Məhkəmə kollegiyası tərəflər arasında qeydə alınmış səs yazısındakı danışıqları ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Həqiqətən də İddiaçı tərəfindən Cavabdeh2 15000 manat vəsait verilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, İddiaçı Cavabdeh2 verilmiş vəsaitin 19000 manat məbləğdə olduğunu iddia etsə də, lakin verilmiş vəsaitin məhz həmin məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.
58. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı olan məsələ - həmin pul vəsaitinə görə Cavabdeh2 tərəfindən İddiaçı hər hansı vəsait qaytarılıb-qaytarılmamasının müəyyən edilməsidir. Çünki, Cavabdeh2 iddia ərizəsinə etirazda, habelə birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında iddiaçıya olan borcunu ödədiyini bildirmişdir.
59. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının Cavabdeh2 15000 manat pul verməsi işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır; həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə bu dəlili irəli sürən Cavabdeh2 üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
60. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
61. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
63. Lakin, Cavabdeh2 bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
64. Qeyd edilməlidir ki, İddiaçı Cavabdeh2 hissə-hissə ümumilikdə verdiyi 15000 (on beş) manat vəsaiti konkret olaraq hansı məbləğlərdə olması aydın deyildir. İşin məlum olan tərəfi odur ki, iddiaçı tərəfindən Cavabdeh2 15000 (on beş min) manat vəsait verilmiş, lakin sonuncu həmin vəsaiti qaytarmamışdır. Bununla yanaşı, Cavabdeh2 iddiaçıdan aldığı vəsaiti borc şəklində aldığını bildirmişdir.
65. Göstərilən hallarla bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, 15000 (on beş) manat vəsaitin borca verilməsi ilə bağlı tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmamışdır. Həmin vəsait şifahi kredit müqaviləsi əsasında verilmişdir və həmin vəsaitin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. Borc məbləğinin 3000 manat hissəsinin şifahi kredit müqaviləsi əsasında verilməsi mülki qanunvericiliyin tələbləri baxımından yolveriləndir. Lakin, 15000 (on beş min) manat borc məbləğinin 3000 (üç min) manatdan yuxarı 12000 (on iki min) manat hissəsinin borca verilməsi ilə bağlı yazılı kredit müqaviləsi bağlanmadığından borc məbləğinin 3000 (üç min) manatdan yuxarı hissəsində işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, həmin vəsaitin miqdarı 3000 (üç min) manatdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından 3000 (üç min) manatdan yuxarı iddia olunan məbləğ Cavabdeh2 tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da Cavabdeh2 iddiaçının (məhrum olanın) hesabına həmin məbləğdə əsassız varlanmışdır.
66. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, adı qeyd olunan cavabdehə münasibətdə iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh1 iddia ərizəsinə etirazında iddiaçıdan 800 manat borc aldığını və həmin vəsaitin iddiaçıya ödənildiyini bildirmişdir. Beləliklə, işin faktiki halı kimi Cavabdeh1 iddiaçıdan 800 manat borc pul aldığı müəyyən edilmişdir. Cavabdeh1 həmin vəsaiti iddiaçıya ödəmiş olması barədə arqument irəli sürsə də, lakin bunu sübuta yetirə bilməmiş, habelə işin faktiki halları ilə də bu hal öz təsdiqini tapmmaışdır.
67. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 15000 (on beş min) manat, digər Cavabdeh1 isə 800 (səkkizyüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
68. Həmçinin işdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh2 135 (bir yüz otuz beş) manat, digər Cavabdeh1 isə 12 (on iki) manat vəsait tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş fonoskopik ekspertizaların tədqiqatının ümumi dəyəri (150+150=300) 300 (üç yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 300 (üç yüz) manat vəsait Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(061)-628/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 15000 (on beş min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 15135 (on beş min bir yüz otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 800 (səkkiz yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 12 (on iki) manat olmaqla, cəmi 812 (səkkiz yüz on iki) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) (iddiaçı) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.