Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-430/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3996/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-34/2023 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək 01 gün həbsdə saxlanılması nəzərə alınaraq ona qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə mülki iddia üzrə 7500 (yeddi min beş yüz) manatın İddiaçı alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilməsi hökm edilmişdir.
2. 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********038 nömrəli ərizədən görünür ki, Cavabdeh bildirmişdir ki, X6 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Gələcəkdə də heç bir şikyət və tələbi olmayacaqdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərər çəkmiş şəxs X4 atası olduğundan onun hüquqi varisi və cinayət prosesinin iştirakçısı qismində tanınmağını xahiş etmişdir.
4. “Zərər çəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində iştirakına xitam verilməsi və yeni hüquqi varis təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X4 arvadı X7 onun hüquqi varisi və cinayət prosesinin iştirakçısı qismində tanınması, cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Cavabdeh ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində cinayət prosesində iştirakına xitam verilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 7500 manat məbləğində pul və ödənilmiş 95 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 7595 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində Daşkəsən rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi “Qaz 53B Yük” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən sola dönmək istəyən zaman qarşı tərəfdən gələn X4 idarə etdiyi VAZ-21074 markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar, hadisə nəticəsində VAZ-21074 markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hadisə yerində vəfat etmişdir, hadisədən sonra barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlamış və cinayət işinin istintaqının aparılması Göygöl rayon Polis Şöbəsinə həvalə edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı mərhum X4 atası hazırki iş üzrə cavabdeh olan Cavabdeh zərərçəkmişin hüquqi varisi kimi tanınmışdır. Bundan sonra, işin istintaqı ilə məşğul olan müstəntiq tərəfindən Cavabdeh oğlu X4 vəfatı ilə əlaqədar olaraq ona dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Hadisənin günahkarı özü olduğundan bununla razılaşmış və zərərçəkmişlə görüşmüşdür. Görüş zamanı dəymiş ziyanın 7500 manat olması tələb edilmiş, o isə həmin məbləğin ödənilməsi ilə razılaşmış və onlar 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getmişlər. Orada cavabdeh **********038 nömrəli ərizə verərək ondan heç bir şikayətinin olmamasını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını yazılı formada ifadə etmişdir. Həmin ərizə onun tərəfindən istintaq orqanına təqdim olunmuşdur və hazırda iş materiallarında da saxlanılır. Bundan sonra, işin istintaqı yekunlaşmış və iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsində cinayət işinə baxılan zaman mərhum X4 arvadı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. O, isə buna çox təəccüblənmiş və dəymiş ziyanın istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınmış cavabdehə ödədiyini bildirmişdir. Lakin, buna baxmayaraq məhkəmə mülki iddianın verilməsinin əsaslı və qanuni olması qənaətinə gəlmişdir. Nəhayət, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmə cəzasına məhkum edilmiş və mülki iddia üzrə 7500 manat pul ondan alımaraq X3 verilməsinə qərar verilmişdir. Həm məhkəmə istintaq zamanı, həm də məhkəmə hökmünün qəbul olunmasından sonra cavabdehə dəfələrlə müraciət edərək, ona vermiş olduğu 7500 manat vəsaitin onun gəlini Aytən Nəsibovaya verilməsi üçün geri qaytarılmasını tələb etmişdir. Lakin, o bunu etməkdən imtina etmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3996/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov), iddianın təmin edilməsi, Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı, 7500 manat məbləğində pulu mərhumun dəfni və yas mərasimi üçün çəkilməli xərcin əvəzi olaraq zərərçəkmişin hüquqi varisi kimi cavabdehə vermiş, lakin sonradan bu əsas aradan qalxmış, həmin ziyanın əvəzinin verilməli olduğu şəxs zərərçəkmişin hüquqi varisi kimi, onun arvadı X7 müəyyən edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 7500 manat məbləğində pul vəsaitinin mərhumun dəfn və yas mərasimi xərci olduğunu inkar etməmişdir. Belə halda, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də, iddia təmin edilməlidir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3996/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə sadalanan maddi hüquq normanın mübahisə ilə bağlı tətbiq etməklə səhvə yol vermişdir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Belə ki, iş materallarında olan hökmündən və iddiaçının izahatından da görünür ki, ibtidai istintaq zamanı mən qanuni əsaslarla zərərçəkmiş şəxsin hüquqi varisi tanınmışdır. Ona dəfn üçün ödənilən 7500 manat iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, iddiaçı tərəfindən ona oğlunun dəfn xərcləri üçün ödədiyi 7500 manat qanuni əsası olmuşdur və bu hal məhkəmə tərəfindən əsassız varlanma kimi qiymətləndirməsi qanuni olmamışdır. Hazırda iddiaçının ona dəymiş ziyan kimi ödənilmş 7500 manat pulun geri tələb etməsi heç bir hüquqi əsası yoxdur. Əlavə olaraq qeyd edir ki, İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün mülki iddianın təmin olunduğu hissəsindən yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ vardır. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-34/2023 nömrəli hökmdən görünür ki, təqsirləndirilən şəxs (hazırda iddiaçı) oğlunun dəfnində qohum-əqrabası iştirak etmiş və kömək kimi ibtidai istintaq zamanı hüquqi varis qismindən tanınan zərərçəkmiş şəxsin hüquqi varisinə, yəni ona 7500 manat pul vermişdir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçı həmin pulu kömək üçün verdiyini göstəmişdir. Bu hal qanuni qüvvəyə minmiş hökmdə öz əksini tapmışdır və məhkəmə üçün preyudisial əməmiyyəti vardır. Hökmdə göstərilən digər hala görə, yəni eyni məbləğdə mülki iddianın təmin edilməsi və 7500 manat pulun ondan tutularaq X3 verilməsi hissəsinə gəldikdə isə, bildirir ki, iddiaçı bu halı bilirdi lakin hökmün həmin hissəsini mübahisələndirməmişdir. Buna görə qeyd edir ki, İddiaçı ona qarşı mülki iddianın təmin edilməsi onun üçün qanuni əsaslarla ona ödədiyi pulun geri tələb etməsi hüququ yaranır. Hesab edir ki, bu prosessual huquq normanı pozan məhkəmə sübutların düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, məhkəmə Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-34/2023 nömrəli hökmünü tam araşdırmamışdır. Həmin hökmdə müəyyən olunmuş 7500 manat pulun verilməsi əsaslarını tam müəyyən etməmiş, həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, ibtidai istintaq zamanı qanuni əsaslarla zərərçəkmiş şəxsin hüquqi varisi tanınmışdır. Ona dəfn üçün 7500 manat iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, iddiaçı tərəfindən ona oğlunun dəfn xərcləri üçün ödədiyi 7500 manatı həmin işlərə xərcləmişdir. O, bu barədə notarat qaydada ərizə yazıb vermişdir. Hazırda iddiaçının ona dəymiş ziyan kimi ödənilmiş 7500 manat pulun geri tələb etməsi heç bir hüquqi əsası yoxdur. O, iddiaçının pulu ilə əsassız varlanmamışdır. Həmin pula qeyd olunan dəfn işləri (yas mərasimi keçirilmiş, qəbirüstü götürülməsi) görmüşdür. İddiaçı Alıyev X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün mülki iddianın təmin olunduğu hissəsindən narazıdırsa yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ibtidai istintaq zamanı qanuni əsaslarla zərərçəkmiş şəxsin mərhum oğlunun hüquqi varisi tanınmışdır. Ona dəfn üçün 7500 manat iddiaçı tərəfindən ödənilmişdir. Dəfn xərcləri üçün ödənilmiş 7500 manatı cavabdeh həmin işlərə xərcləmişdir. Cavabdeh bu barədə notarat qaydada ərizə yazıb müstəntiqə vermişdir. Həmin ərizə cinayət işinə əlavə edilmişdir. Hazırda iddiaçının cavabdehə dəymiş ziyan kimi ödənilmiş 7500 manat pulun geri tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh iddiaçının pulu ilə əsassız varlanmamışdır. Həmin pula qeyd olunan dəfn işləri görmüşdür. İddiaçı Alıyev X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün mülki iddianın təmin olunduğu hissəsindən narazıdırsa yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi (anası) X1 izahatında göstərmişdir ki, X10 onun qızı Aytənin həyat yoldaşı olmuş, onların iki uşaqları vardır. Hazırda qızı uşaqları ilə onun yanında yaşayır. Ruslanın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı cinayət işi olmuş, əvvəlcə ölən şəxsin atası olan Cavabdeh onun hüquq varisi kimi tanınmış, sonradan isə Cavabdeh hüquq varisliyinə xitam verilmiş, zərərçəkmişin hüquq varisi qismində qızı Aytən tanınmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
17. İş üzrə üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
21. Maddə 87.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.
22. Maddə 87.2. Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir.
23. Maddə 106.1. Hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır.
24. Maddə 106.3. Zərər çəkmiş şəxsin qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.
25. Maddə 106.4. Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində zərər çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin qohumu olan hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.
26. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.5. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
38. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
39. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
40. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
46. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
47. İddia tələbi cinayət işi üzrə zərərçəkmişin hüquq varisinə ödənilən zərərin geri istənilməsi barədədir. İşin müəyyən edilmiş hallarına görə X4 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı cinayət işi olmuş, əvvəlcə ölən şəxsin atası olan Cavabdeh müstəntiqin qərarı ilə zərərçəkmişin hüquq varisi kimi tanınmış, sonradan Cavabdeh hüquq varisliyinə xitam verilmiş, zərərçəkmişin hüquq varisi qismində arvadı, yəni hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs olan X7 tanınmışdır. Cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquq varisi qismində arvadının tanınmasına qədər olan müddət ərzində cinayət işi üzrə təqsirləndirilən şəxs olan iddiaçı ilkin olaraq hüquq varisi kimi tanınmış Cavabdeh 7.500 manat maddi ziyan pulu vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-34/2023 nömrəli hökmü ilə, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 gün həbsdə saxlanılması nəzərə alınaraq ona qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə mülki iddia üzrə 7500 (yeddi min beş yüz) manatın İddiaçı alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilməsi qərara alınmışdır. Hazırda iddiaçı zərərçəkmiş şəxsin birinci hüquqi varisindən pulun alınıb sonuncu hüquqi varisə verilməsi üçün pulunu geri istəyir.
48. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
49. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən pul tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
50. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
51. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı, 7500 manat məbləğində pulu mərhumun dəfni və yas mərasimi üçün çəkilməli xərcin əvəzi olaraq maddi ziyan olaraq zərərçəkmişin hüquqi varisi kimi cavabdehə vermiş, lakin sonradan bu əsas aradan qalxmış, həmin ziyanın əvəzinin verilməli olduğu şəxs zərərçəkmişin hüquqi varisi kimi, onun arvadı X7 müəyyən edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 7500 manat məbləğində pul vəsaitinin mərhumun dəfn və yas mərasimi xərci olduğunu inkar etməmişdir. Belə halda, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də, iddia təmin edilməlidir.
52. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
53. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
54. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
55. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
56. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
57. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
58. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
59. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
60. İşin faktiki hallarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı mərhum X4 atası hazırki iş üzrə cavabdeh olan Cavabdeh zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Bundan sonra, ibtidai istintaq dövründə Cavabdeh oğlu X4 vəfatı ilə əlaqədar olaraq ona dəymiş ziyanın əvəzində maddi ziyan kimi 7.500 manat ödəniş edilməsi barədə razılıq əldə edilmiş, cavabdeh bu barədə 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş **********038 nömrəli ərizə verərək, təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmamasını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını yazılı formada ifadə etmişdir. Daha sonra ibtidai istintaq dövründə zərər çəkmiş şəxsin hüquqi varisi (arvadı) X7 tanınmış və sonradan cavabdehin hüquqi varisliyinə xitam verilmişdir.
61. Məhkəmə kollegiyası hazırki mübahisəyə tam və obyektiv araşdırılması üçün iddiaçının təqsiləndirilməsinə dair Göygöl Rayon Məhkəməsinin 1(066)-34/2023 nömrəli cinayət işinə baxış keçirilmişdir.
62. Belə ki, cinayət işində olan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərər çəkmiş şəxs X4 atası olduğundan onun hüquqi varisi və cinayət prosesinin iştirakçısı qismində tanınmağını xahiş etmişdir.
63. “Zərər çəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində iştirakına xitam verilməsi və yeni hüquqi varis təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X4 arvadı X7 onun hüquqi varisi və cinayət prosesinin iştirakçısı qismində tanınması, cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Cavabdeh ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində cinayət prosesində iştirakına xitam verilməsi qərara alınmışdır.
64. Məhkəməsi kollegiyası qeyd edir ki, Cavabdeh ibtidai istintaq dövründə qanuni əsaslarla zərər çəkmiş şəxsin atası olduğundan hüquqi varisi qismində tanınmış və cinayət işi üzrə təqsirləndirilən şəxs olan İddiaçı dəymiş ziyana və barışığın əldə edilməsi üçün 7.500 manat məbləğində cavabdehə ödəniş etmiş, buna görə də sonuncu bu barədə notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi vermişdir. Göründüyü kimi, həmin zaman cavabdeh oğlunun hüquqi varisi qismində tanınmış və oğlu yol-nəqliyyat hadisəsində öldüyündən iddiaçı tərəfindən dəymiş maddi zərərlərin qarşılanması (dəfn xərcləri, yas mərasiminin təşkilinə sərf edilən xərclər, və s) üçün pul almışdır. Və həmin məqsədlər üçün istifadə etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, baxılan üş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Çünki, iddiaçı tərəfindən cavabdehə oğlunun dəfn xərcləri və s. üçün ödənilən 7500 manat qanuni əsası olmuşdur və bu hal birinci instansiya məhkəməsi tərəfindən əsassız varlanma kimi qiymətləndirməsi düzgün olmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, hazırda iddiaçının cavabdehə dəymiş ziyan kimi zərəçəkmişin hüquqi varisi olmaqla ona ödənilmiş 7500 manat pulun geri tələb etməsinin heç bir hüquqi əsası yoxdur.
65. Bundan əlavə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)- 34/2023 nömrəli hökmü ilə, mülki iddia üzrə 7500 (yeddi min beş yüz) manatın təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilməsi hökm edilmişdir.
66. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının cinayət işi üzrə zərər çəkmiş şəxsin ilkin hüquqi varisindən alınaraq sonuncu hüquqi varisinə verilməsi barədə tələbi əsaslı deyildir. Çünki, iddiaçı birinci instansiya məhkəməsinin hökmündən şikayət verməmiş və hökmün ondan pul tutulması hissəsini mübahisələndirməmişdir. Hazırda isə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-34/2023 nömrəli hökmü qanuni qüvvəsini almışdır.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
68. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
69. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
70. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
71. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
72. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
73. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
76. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
77. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
78. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3996/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 95 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.