Məhkəmə qərarları › İş №2(104)-431/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-431/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-431/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat əsas borc, 7 ay ərzində hər ay üçün 200 manat olmaqla 1400 manat pulun cəmi 3400 manat pulun məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək 2000 manat pula ehtiyacı oldugunu və ona borc verməyini xahiş etmişdir. O da cavabdehin xahişini və pula ehtiyacı olmasını nəzərə alaraq Cavabdeh 2000 manat borc pulu eManat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə cavabdehin “Kapital Bank”-da olan 4****1373 nömrəli kart hesabına göndərmişdir. Cavabdehlə razılaşan zaman cavabdeh 2000 manat 01 aydan sonra qaytarmasa, 2000 manat qaytarana kimi hər ay 200 manat pul ödəyəcəyini bildirmişdir. Ancaq aradan 7 ay keçməsinə baxmayaraq, cavabdeh ondan borc aldığı 2000 manatı ona qaytarmamış və hər ay üçün 200 manat ödəməsi barədə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ondan borc aldığı 2000 manatı və 7 ay ərzində hər ay üçün ona 200 manat olmaqla, cəmi 3400 manat pul ödəməlidir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsi ilə (sədrlik edən Rafiq Məmmədov) iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd edilən arqumentlərlə əsaslandırılmışdır və apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsinin ləğv edilərək, ididanın təmin edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Eldarı tanımır və o, Eldardan borc pul istəməmişdir. O, məcburi köçkün olduğu üçün, onun kart hesabına çörək pulu ödənilir. Arif adlı tanışının 1993-cü ildən indiki vaxta qədər ona yığılıb qalmış çörək pulu borcu olmuşdur. Məhz iddiaçı Arifin xahişi ilə bu səbəbdən də 2000 manat pulu onun Kapital Bank”-da olan 4****1373 nömrəli kart hesabına göndərmiş və həmin pulun İddiaçı məxsus olduğunu bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh “Kapitalbank”da olan 4****1373 nömrəli kart hesabına eManat ödəniş terminalı vasitəsilə ümumilikdə 2000 manat pul köçürmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, e Manat ödəniş terminalı vasitəsilə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ümumilikdə 2000 manat pul köçürülmüş, lakin cavabdeh həmin borcunu qaytarmamışdır. Göründüyü kimi, tərəflər arasında pul verilməsi ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadan bağlanılır. 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə qarşı 2.000 manat məbləğində pul tələbində haqlı olmuşdur. Ona görə də, həmin məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin həmin pulun Arif adlı tanışının ona olan borcu hesabına iddiaçı tərəfindən göndərilməsinə dair izahatını inandırıcı və səmimi hesab etmir. İddianın 7 ay ərzində hər ay üçün 200 manat olmaqla, 1400 manat faiz pulu hissəsinə gəldikdə isə, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf cavabdeh ilə aralarında borcun faizlər ilə verilməsini şərtləşdirilməsinə dair heç bir mötəbər subut növünü təqdim etməmişdir.Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu iş üzrə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarıa uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2077/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar