Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-434/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8.800 (səkkiz min səkkiz yüz) manat, əldən çıxmış fayda şəklində 1.000 manat və ödənilmiş dövlət rüsumu 118 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Ticarət Mərkəzində qızıl alveri ilə məşğuldur. Hazırki iş üzrə cavabdeh X5 dostu Vahidin vasitəsilə əvvəldən tanımışdır. 2023-cü ilin aprel-iyun aylarında birinci dəfə özü gələrək 750 əyarlı, 4.300 manat dəyərində kişi saatı qolbağı ilə, ikinci dəfə onun göndərdiyi Elmidar və Mehriban adlı şəxslər gələrək 4.800 manat dəyərində sırğa, üzük və bilərzikdən ibarət komplekt qızıl, üçüncü dəfə yenə Elgizin göndərdiyi Əlvanə adlı şəxs gələrək 2.100 manat dəyərində sep nisyə götürüb aparmışdılar. Nisyə götürdüyü qızılların pulunu üç ay müddətində ödəyəcəyini söz versə də, bu günədək ümumlikdə 11.200 manat puldan cəmi 2.400 manat qaytarmışlar. Sonradan hər ay 1000 manat ödəyəcəyini öhdəsinə götürsə də, vədinə əməl etməmişdir. Dəfələrlə pulunu tam ödəməsini xahiş və tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsi ilə (sədrlik edən Gündüz Şirinov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinin qismən təmin edilməsi, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 118 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Ticarət Mərkəzində qızıl alveri ilə məşğul olan İddiaçı 2023-cü ilin yaz-yay aylarında (dəqiqliyini bilmirəm) əvvəlcə əlil arabasında aparılmaqla şəxsən özü gedərək 1 ədəd qızıl sep almış və pulunu nəğd vermişdir. Odur ki, Etibarla aralarında tanışlıq münasibəti yaranmışdır. Bir müddət sonra tanışı olan X3 qızıl sep almaq üçün Etibarın mağazasına göndərmiş, Əlvanə İddiaçı 1 ədəd qızıl sepi nisyə götürmüş, həmin sepə görə Etibara 300 manat göndərmiş, 500 manat borclu qalmışdır. Yenə 2023-cü ilin yayında tanışları X6 və X1 Etibarın yanına göndərmiş və zəng edərək Etibardan xahiş etmişdir ki, onlara Mehribanın zövqünə uyğun olan ağ qızıldan hazırlanmış briliyant qaşlı komplekt nisyə versin. Etibar onlara qiyməti 5300 manat olduğunu bildirərək 1 dəst qızıl-ziynət əşiyası vermişdir. Həmin qızıl-ziynət dəstinə görə Etibara 3100 manat verilmişdir. Daha sonra yenə də 2023- cü ilin yay aylarından birində şəxsən özüm əlil arabasında aparılmaqla gedərək Etibarın mağazasından 1 ədəd qızıl sepli qol saatını nisiyə götürmüş, saatı götürərkən onun qiymətinin 1500 manat olduğu bildirilmişdir. Sonradan İddiaçılə aralarında haqq-hesab edərkən onun ona ümumilikdə 8800 manat borcu olduğunu bildirmişdir. O, isə ona borcunun hətta onun təyin etdiyi qiymətlərlə 8800 manat deyil, 2400 manat olduğunu bildirmiş (800-300+3500-3100+1500=2400), bu səbəbdən aralarında narazılıq yaranmış, sözügedən qızıl-ziynət əşyalarının sertifikatlarını istəmiş və ona bildirmişdir ki, Əlvanəyə verdiyi sepin, Mehribana verdiyi komplektin və onun özünə verdiyi saatın pulunu onların sertifikat qiymətləri ilə və ya ekspertizanın, yaxud zərgər mütəxəssisinin təyin edəcəyi qiymətlərlə verəcək, çünki, həmin qızıl-ziynət əşyalarının qiyməti əslində bildirdiyi qiymətlərdən (müvafiq olaraq 2300,5300 və 3500 manat) 2 dəfə aşağıdır, həmin qızılziynət əşyalarını 2 qat baha qiymətə vermisən. Qətnamədən narazıdır və onu qismən, yəni 2400 manat həcmində qəbul edir.Məhkəmə qızıl əşyalarının həqiqi dəyərini müəyyən etnək üçün ekspertiza təyin etməmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Bərdə Rayon Ticarət Mərkəzində qızıl alveri ilə məşğuldur. Hazırki iş üzrə cavabdeh X5 dostu Vahidin vasitəsilə əvvəldən tanıyıb. 2023-cü ilin aprel-iyun aylarında birinci dəfə özü gələrək 750 əyarlı, 4.300 manat dəyərində kişi saatı qolbağısı ilə, ikinci dəfə onun göndərdiyi Elmidar və Mehriban adlı şəxslər gələrək 4.800 manat dəyərində sırğa, üzük və bilərzikdən ibarət komplekt qızıl, üçüncü dəfə yenə Elgizin göndərdiyi Əlvanə adlı şəxs gələrək 2.100 manat dəyərində sep nisyə götürüb aparmışdılar. Nisyə götürdüyü qızılların pulunu üç ay müddətində ödəyəcəyini söz versə də, bu günədək ümumlikdə 11.200 manat puldan cəmi 2.400 manat qaytarmışlar. Lakin cavabdeh aldığı qızıl əşyalarının dəyərini bu günədək ona ödəməmiş və 8.800 manat borcu qalmışdır. Cavabdeh həmçinin birinci instansiya məhkəməsində verdiyi izahatında ona 8700 manat borclu olmasını bildirmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissədində dəyişdirilməli, 8700 manat məbləğində pul və ödənilmiş 118 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlillərində görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirərək, ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki; Bərdə şəhəri B.Hacıyev küçəsi, yeni massivdə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək təxminən 1 il yarım əvvəl Elgiz adlı şəxslə tanış olması, Elgizin ondan qızıl alaraq pulunu verməsi, sonra onun inamından istifadə edərək özünə qızıl sepli saat, tanışları Əlvanə, Elmidar, Mehriban adlı şəxslərə inanmağını istəyərək ümumilikdə 8700 manat dəyərində qızıl-zinət əşyaları götürərək pulunu verməkdən boyun qaçırması, hal-hazırda həmin qızılların özlərində olubolmadığını və yaxud satdıqları barədə məlumatı olmadığını bildirmiş, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Müraciət Bərdə RPŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabında 1449-cu sırada qeydə alınaraq araşdırma aparılmışdır. -Aparılmış araşdırma zamanı Cavabdeh bildirmişdir ki, anadangəlmə olaraq əlilliyi var, müstəqil olaraq yeriyə və hərəkət edə bilmir, buna görə bəzi işlərlə bağlı tanışlarından xahiş edib göndərir, İddiaçı tanıyır, ondan müxtəlif vaxtlarda qızıl əşyaları almış, bəzilərinin pulunu vermiş, bəzilərinə görə borclu qalmışdır, 2023-cü ilin yaz aylarında İddiaçı qızıl mağazasına gedərək ondan qızıl sep almış, pulunu da vermişdir, bundan sonra İddiaçılə münasibətləri yaranmış, bir müddət sonra Əlvanə adlı tanışına zəng edərək qızıl sep almaq üçün onu təxminən 2023- cü ilin yay aylarında İddiaçı mağazasına göndərmiş, Əlvanə həmin vaxt İddiaçı qiyməti 2300 manat olan bir ədəd qızıl sep alaraq ona gətirib vermiş, o, həmin pulun 300 manatını göndərmiş, 2000 manatını isə borclu qalmışdır, bundan başqa, təxminən 2023-cü ilin yay aylarında tanışı Elmidarla Mehribanı həmin mağazaya göndərmiş ve Etibara zəng edib xahiş etmişdir ki, Mehribanın zövqünə uyğun olan ağ qızıldan olan brilyant qaşlı dəst versin, İddiaçı həmin vaxt onlara qiyməti 5300 manat olan qızıl dəst vermiş, Elmidar adlı tanışı isə həmin dəsti gətirib ona vermişdir, həmin puldan 3100 manat vermiş, 2200 manat borclu qalmışdır, bunlardan başqa, o, sonradan həmin mağazaya gedərək oradan 1 ədəd qızıl sepli saat götürüb 3500 manat borclu qalmışdır. Hazırda onun İddiaçı ümumilikdə 8700 manat borcu vardır, o, borcunu tam ödəyə bilmir, az-az ödəmək istəyir, lakin İddiaçı pulun hamısını birdən və ya ayda min manat olmaqla verilməsini istəyir. Daha sonra verilimiş suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, tanışları Əlvanənin, Mehribanın və Elmidarın özlərinin İddiaçı borclu olduqlarını bilmir, İddiaçı qeyd etdiyi qızıl eşyalarını o özü götürmüş, pulunu da özü ödəyəcək. -İddiaçı müraciəti əsasında toplanmış HK-1/1449 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı Cavabdeh, X7, X2 və X4 qarşı pul tələbi ilə bağlı olan xüsusatlarla əlaqədar xüsusi ittiham və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyasının nisyə alğı-satqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh qızıl satışı ilə məşğul olan iddiaçıdan 2023-cü ilin yaz aylarında nisyə boyunbağı, qızıl seplı saat, brilyant qaşlı dəst və qolbağı almış və onun dəyərini 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin sonradan aldığı əşyanın dəyərini tam ödəməmiş və 8700 manat borclu qalmışdır. İşin həmin halı Cavabdeh birinci instansiya məhkəməsində iclas protokolundan əksini tapmış izahatı ilə təsdiq edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 2023-cü ilin aprel-iyun aylarında qızıl-zinyət əşyalarının nisyə alqı satqısı olmuş və cavabdehin iddiaçıya ödənilməmiş 8700 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya 8700 manat dəyərində ödənilməmiş borcu qalsa da, birinci instansiya məhkəməsi iddia tələbini 8800 manat məbləğində təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına tam uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, 8700 manat məbləğində pul və ödənilmiş 118 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2031/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul, ödənilmiş 118 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-434/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-434/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver