Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-446/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə rayonu Göyüşlü bələdiyyəsinə qаrşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsinə gediş-gəliş yolu açılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiаçı İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə rayonu Göyüşlü bələdiyyəsinə qаrşı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 2(02*)-*82/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları *. Azərbaycan Respubllikası ƏMDK yanında DƏDRX-nin *82203*663 qeydiyyat nömrəli 26.0*.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və A927586 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayonu Bala Göyüşlü kəndində İddiaçı xüsusi mülkiyyətində 0.*56 ha torpaq sahəsi vardır;
2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(02*)-**27/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh2 qarşı “yolun açılması və maneəçiliyə qadağan qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir;
3. Bərdə Rayon Məhkəməsinin 20.05.202*-ci il tarixli 2(02*)-*329/202* saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşı “qonşuluq hüququnun pozulmasına və həyətə gediş-gəliş yolunun açılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *82203*663 qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.*56 ha həyətyanı torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsindən verildiyi üçün, gediş-gəliş yolu hazırda mövcud deyildir. İlkin torpaq islahatı zamanı JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində normadan artıq istifadə olunan *2*BB nömrə ilə 0.02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su axarı mövcud olduğundan həmin hissədən (iddia edilən ərazidən) gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Cavabdeh2 iddia olunan mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsindən bağ salaraq istifadə edilməsi qeyd edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh*nə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiаçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Göyüşlü kəndində 0.*56 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpağa dair qeydiyyat nömrəsi *82203*663 qeydiyyat tarixi 26.0*.2023-cü il olan çıxarış da almışdır. Torpaq sahəsi onun mülkiyyətində olaraq sahibliyində və istifadəsində olsa da, lakin problemlərlə üzləşmişdir. Belə ki, onun torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Baxmayaraq bələdiyyə mülkiyyətində olan yol onun torpaq sahəsinin yanından keçir, həmin yola çıxışı yoxdur. Belə ki, onun qonşuluğunda olan və yaşayan Bərdə rayon bala Göyüşlü kənd sakini Cavabdeh2 yolun açılmasına mane yaradır. Hətta hədə-qorxu gələrək onu təhdid edərək əməllərindən əl çəkmir.
7. Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 2(02*)-*82/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbinin təmin edilməsi; İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə su arxı mövcud olan və bələdiyyə mülkiyyətində olmaqla Cavabdeh2 bağ sahəsi salmaq üçün istifadəsinə verilmiş və hazırda bağ olan yerdən ağacların seyrək (az) olduğu hissədən 3 metr enində giriş-çıxış yolu açılması; Cavabdeh2 iddiaçının torpaq sahəsinə açılacaq olan gediş-gəliş yoluna maneə törətməsi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması; Ödənilmiş *00 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının *3 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.5 və *57.4cü maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 49.*, 55, 66.*, 82, 84.* və ***-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. *0. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən həyətyanı torpaq sahəsinə bitişik olmaqla kənd bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha torpaq sahəsində salınmış çəkil bağının qorunması və qulluq edilməsi bələdiyyə tərəfindən 0* oktyabr 202*-ci il tarixli akt əsasında ona həvalə edilmişdir. Vətəndaş və təbiətsevər bir insan kimi 4 ildən çoxdur ki, təmannasız olaraq həmin bağı mühafizə edir, orada əkilmiş *00-dən çox çəkil (tut), sərf, qoz və heyva ağaclarına qulluq edərək onları suvarır, bu məqsədlə öz vəsaiti hesabına bağa kolxoz vaxtından çəkilmiş su arxını vaxtaşırı təmizlədir, arxın içərisinə qoruma zolağı kimi sıra ilə sərv ağacları da əkmişdir. 0,04 ha torpaqdakı çəkil və digər ağacların budanmasını edir, zərurət olduqda öz vəsaiti hesabına ziyanvericilərə qarşı dərmanlama işləri də aparır, yeni ağac tingləri də əkir və s. Sözügedən 0,04 ha torpaq sahəsindən mübahisənin predmeti olan yolun açılması tələbinə dair 2020-2022-ci illərdə Bərdə rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 4 qətnaməsi olmuşdur və həmin qətnamələrlə iddiaçıların iddia tələbləri rədd edilmişdir. İddiaçı yol açılmamasını tələb etdiyi 0,*56 ha torpaq sahəsi həmin mülki işlər üzrə iddiaçılar X5 və X2 (İddiaçı valideyinləri) yol açılmasını tələb etdikləri 0,28 ha torpaq sahəsinin 0,*56 ha hissəsidir. Bərdə rayon Böyük Göyüşlü bələdiyyəsi öz mülkiyyətində olan, qorunmasını və qulluq edilməsini ona tapşırdığı 0,04 ha çəkil bağının içərisindən keçməklə İddiaçı həyətyanı torpaq sahəsinə yol açılmasına israrla razı deyildir. Azərbaycan Respublikası Prezidentinin 27.**.20*7-ci il tarixli 3406 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 20*8-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqramda baramaçılığın və ipəkçiliyin inkişafı üçün yeganə xammal mənbəyi olan mövcud çəkil (tut) ağaclarının qorunması və yeni çəkil (tut) bağlarının salınmasının zəruriliyi ön plana çəkilmiş, bu işlə məşğul olan sahibkar və fiziki şəxslərin həvəsləndirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması, çəkil (tut) ağaclarını kəsən və ya məhv edən şəxslərin qanunun bütün ciddiliyi ilə məsuliyyətə cəlb edilmələrinin təmin olunması dövlət və hakimiyyət orqanlarının qarşısında vəzifə olaraq qoyulmuşdur. Hazırda mübahisələndirilən qətnamə icra olunduğu təqdirdə Bərdə rayonu Böyük Göyüşlü bələdiyyəsinin 0*.*0.202*- ci il tarixli aktı ilə qorunması və qulluq edilməsi ona tapşırılmış 0,04 ha çəkil bağında ən azı *0-*5 ədəd çoxillik və məhsuldar çəkil ağacı kəsilməlidir. Bu isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş sözügedən Dövlət Proqramına və bilavasitə Sərəncama ziddir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri **. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları *2. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının yol açılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə tərəfindən tut ağacları əkib-becərmək üçün ona istifadəyə verilmişdir. O da həmin sahədə ağaclar əkmişdir. Əslində, iddiaçının evindən ümumi istifadə də olan yola başqa giriş çıxışı vardır. Lakin, iddiaçının yol açılmasını tələb etdiyi yerdə əkilmiş ağacların kəsilməsi qanunsuzdur. Çünki, həmin ağaclar Azərbaycan Respublikası Prezidentinin 27.**.20*7-ci il tarixli 3406 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 20*8-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində əkilmiş ağaclardır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, 30 ilə yaxındır Bərdə rayonu Bala Göyüşlü kəndində yaşayır. İddiaçının mübahisə açdığı torpaq sahəsi isə akt əsasında ona təhvil verilmişdir. Su arxının ona düşən hissəsində ağac əkmişdir. Həmin torpaq sahəsi sadəcə akt əsasında onun istifadəsinə verilmişdir, çünki həmin ərazi su arxının qorunma zonasıdır. İddiaçının ümumi istifadədə olan yola başqa yerdən də çıxışı var, onun hazırki iddianı hansı məqsədlə irəli sürməsini anlamır. İddiaçı və valideynləri artıq 5 ildir ki, onu məhkəməyə verirlər. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. *3. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 20*8-ci ildə atası mübahisəli əırazidən yol açmaq istəyəndə orada heç bir ağac əkilməmişdi. Cavabdeh 2020-ci ildə texnika gətirərək o ərazidə ağaclar əkdi. Onun isə ümumi istifadədə olan yola çıxış üçün başqa yolu yoxdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, ona məxsus 0,*56 ha torpaq sahəsi valideynlərinə məxsus 0.28 ha torpaq sahəsinin bir hissəsidir. Valideynləri əvvəllər mübahisəli ərazidən yol kimi istifadə etməmişlər. Onun yol açmaq istədiyi ərazi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Yol açmaq istədiyim yerdə 2020-ci ilə qədər ağac əkilməmişdir, yol açmaq istəyəndə gətirib ora ağac əkmişlər. Valideylərinə məxsus 0.28 ha torpaq sahəsinin sonunculara qalan hissəsindən (sol tərəfdən) ümumi yola çıxış var, lakin onun payına düşən 0.*5 ha torpağın ümumi yola çıxışı yoxdur. Orada ev tikmək istəyir, lakin texnika, avtomobil yol olmadığından torpaq sahəsinə keçə bilmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. *4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh* nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi *5. Maddə *8.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir. *6. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. *7. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. *8. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi *9. Maddə *57.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 2*. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə *24.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
25. Maddə 2*7.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.*.*. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 3*. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası MPM-nin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı Bərdə rayonu Göyüşlü bələdiyyəsinin mülkiyyətində olan və digər Cavabdeh2 faktiki sahiblik və istifadəsində olan torpaq sahəsi üzərindən ona məxsus torpaq sahəsinə gediş gəliş yolu açılması, habelə yolun açılmasına mane olan hərəkətlərə qadağa qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Məsələnin hərtərəfli və obyektiv həlli üçün ilk növbədə iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmaması, əgər nəzərdə tutulmuşdursa həmin yolun cavabdehlərə məxsus sahədən keçib-keçməməsi araşdırılmalıdır. Göstərilən halların araşdırılması da bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Bu isə MPM-nin 97.*-ci maddəsinə əsasən, işə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
35. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *82203*663 qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.*56 ha həyətyanı torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsindən verildiyi üçün, gediş-gəliş yolu hazırda mövcud deyildir. İlkin torpaq islahatı zamanı JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində normadan artıq istifadə olunan *2*BB nömrə ilə 0.02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su axarı mövcud olduğundan həmin hissədən (iddia edilən ərazidən) gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Cavabdeh2 iddia olunan mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsindən bağ salaraq istifadə edir.
36. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
37. Həmin Məcəllənin *0*.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
39. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.*56 ha həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-53A saylı şəhadətnamə ilə onun valideynlərinin mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsinin bir hissəsidir. İlkin torpaq islahatı zamanı JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Lakin, iddiaçıya məxsus 0.*56 ha torpaq sahəsi JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsinin hüdudlarından ayrılmış sahə olduğu üçün həmin torpağa gediş-gəliş yolu hazırda mövcud deyildir. Bununla belə, JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində *2*BB nömrə ilə 0.02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su axarı mövcud olduğundan həmin hissədən (iddia edilən ərazidən) gediş-gəliş yolu nəzərdə tutulmamışdır.
40. Göründüyü kimi, iddiaçının yol açılmasını tələb etdiyi sahədən ümumiyyətlə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 4* Hazırkı halda iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün hər hansı qanuni əsas olmamışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
43. İşdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri *00 (bir yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri *00 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 2(02*)-*82/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə rayonu Göyüşlü bələdiyyəsinə qаrşı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olan *00 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN *70032662* X*, KOD 2*0005 VÖEN *40*55507* m\h AZ4*NABZ0*360*0000********** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.