Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-45/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddiası ilə bağlı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(044)-1143/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 157314-CNS-190001 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu əsas borc üzrə 4511.02 manat, faiz borcu üzrə 1150.23 manat, cərimə 267.60 manat, cəmi 5928.85 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 60 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 (qırx iki min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan pul məbləğinin bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına və satışdan əldə edilmiş vəsait hesabına Bank VTB (Azərbaycan) ASC-nə ödənilməsinə, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(044)- 1143/2020 saylı qətnaməsi ilə qətnaməsi ilə (hakim G.Şirinov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 əsas borc üzrə 4511.02 manat, faiz borcu üzrə 1150.23 manat, cərimə 5 manat, cəmi 5666.25 (beş min altı yüz altmış altı manat iyirmi beş qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 60 manat dövlət rüsumunun tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, ilkin satış qiymətinin 37000 (otuz yeddi min) manat məbləğində müəyyən edilmiş ünvan 2 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilin açıq hərracdan satışından əldə olunmuş vəsait hesabına banka olan cəmi 5666.25 (beş min altı yüz altmış altı manat iyirmi beş qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 30 manat pulun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, ünvan 3 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil satıldıqdan sonra cavabdehlər tərəfindən 1 ay müddətinə boşaldılması, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin icraatında olduğu müddətdə iddiaçı Cavabdeh1 nümayəndəsi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək onunla Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış ipoteka müqaviləsini Gəncə şəhəri Nizami rayon Məhkəməsində mübahisələndirdiyini, ona görə də hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(104)-1268/2021 saylı qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı Cavabdeh1 cavabdehlər Bank VTB (Azərbaycan) ASC-yə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1206/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Bank VTB (Azərbaycan) ASC-yə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3087/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 07 may 2022-ci il tarixli qəradadı ilə həmin iş üzrə icraat təzələnmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi vəsatəti üzrə ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin qiymətləndirilmənin keçirilməsi üçün cavabdeh tərəfindən müvafiq mütəxəssis xərcinin ödənilmıəsindən imtina edildiyinə görə iş üzrə icraat təzələnərək, məhkəmə baxışına təyin edilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 12600 manat məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil xx.xx.2015ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınza icra etməmiş və nəticədə cavabdehin banka 5928.85 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsinə dair ərizəsində Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 157314-CNS-190001 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu əsas borc üzrə 4511.02 manat, faiz borcu üzrə 1150.23 manat, cərimə 267.60 manat, cəmi 5928.85 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 60 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 37000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməklə cavabdeh Cavabdeh1 tutulmalı olan pul məbləğinin bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına və satışdan əldə edilmiş vəsait hesabına Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, qətnamənin çıxarılmasından xəbəri olmamış, işə onun iştirakı olmadan baxılmışdır. O, həqiqətən də özünə məxsus olan mənzili ipoteka qoymaqla kredit götürmüş və ilk vaxtlarda kredit borcunu lazımi qaydada ödəmişdir. Lakin sonradan maliyyə vəziyyəti pisləşdiyinə görə ödəmələrində çətinlik yaranmışdır. banka müraciət edərək ona güzəşt edilməsini xahiş etmiş, bank isə müəyyən vədlər versə də heç bir güzəşt etməmiş, əksinə etdiyi ödənişləri də ancaq faizə silmişdir. Kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq restrukturizasiya edilərək icraata xitam verilməli olduğu halda edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən tələb olunan məbləğ şişirdilmiş məbləğdir, ipoteka predmeti olan mənzilinin isə dəyəri qat-qat aşağı hesablanmış, iddia tələbini qismən təmin etmiş məhkəmə isə həmin halları araşdırmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş şəxslərdən iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra o, kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 157314-CNS-19001 saylı Girovlu İstehlak Krediti müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC-ti tərəfindən Cavabdeh1 60 ay müddətinə 12600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus ünvan 4 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvan Bank VTB (Azərbaycan) ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvan Cavabdeh1 adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvan 42000 manat təşkil edir. İş materiallarında olan arayışdan görünür ki, Bank VTB (Azərbaycan) ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 157314-CNS19001 saylı Girovlu İstehlak Krediti müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka daxil olmuş siyahılarda Cavabdeh1 adı akşar edilməmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 Bank VTB (Azərbaycan) ASC-yə olan borcu xx.xx.2020-ci il tarixə əsas borc 4511.02 manat, faiz borcu 1150.23 manat, cərimə 267.60 manat, cəmi 5928.85 manat təşkil edir İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh2 Cavabdeh1 məxsus ünvan 1 ünvanın Bank VTB (Azərbaycan) ASC-nin hesabına ipoteka ilə yüklü edilməsinə heç bir etirazı olmamış, razıdır. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Bu ərizə yuxarıda göstərilən yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da həmçinin bank qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərinin icrasının təmin olunması üçün onun həmin yaşayış evinin ipotekasına dair razılığını ifadə edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvanın xx.xx.2020-ci il tarixə olan Likvid dəyəri 37000 manat təşkil edir, bazar dəyəri 42000 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 12600 manat məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınza icra etməmiş və nəticədə cavabdehin banka əsas borc üzrə 4511.02 manat, faiz borcu üzrə 1150.23 manat, cərimə 267.60 manat, cəmi 5928.85 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Qətnamədən göründüyü kimi məhkəmə tələb olunan cərimə hissəsində iddianı qismən təmin etmiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə müraciət etməkdə, məhkəmə isə iddia tələbini kredit borcu hissəsində yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən birincisi işə onun iştirakı olmadan baxılmasıdır ki, kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. belə ki, işdən göründüyü kimi Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılanda xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iştirak edərək ödənilməmiş borcunun qaldığını və ona müəyyən vaxt verilərsə borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonrakı məhkəmə iclasları ilə bağlı ona məhkəmə bildirişi göndərilmiş olsa da, məhkəmə iclaslarına gəlməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili kredit borcunun məlum Fərmana uyğun olaraq restrukturizasiya olunması ilə bağlıdır. Cavabdehin həmin dəlilinə münasibət bildirmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ünvanladığı ərizəsində göstərmişdir ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı, hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği, hər bir fiziki şəzs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləği və həmin şəxslərin siyahısıbank tərəfindən deyil, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banka daxil olmuş siyahıda Cavabdeh1 adı aşkar edilməmişdir. İşdəki Problemli kreditlərin kompensasiyasına dair sənəddən görünür ki, Cavabdeh1 "xxxx" QSC-də olan kredit borcu kompensasiya edilmişdir. odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsi ilə bağlı kollegiya qeyd edir ki, şikayətin həmin dəlili də əsassızdır. Çünki əvvəla birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə təyin edilərək alınmış rəy işə əlavə edilmişdir. İkincisi cavabdehin nümayəndəsinin vəsatəri təmin edilərək yenidən qiymətləndirmə təyin edilmiş olsa da, cavabdeh qiymətləndirmə üçün müvafiq şərait yaratmamışdır. Əksinə əsassız iddia qaldırmaqla və vəsatət verməklə işə baxılmasının yubadılamsına nail olmuşdur. Odur ki. kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(044)-1143/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(044)- 1143/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-45/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-45/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver