Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-455/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vurulmuş ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 2842/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyun 2002-ci il tarixli, 10 saylı müqavilənin surətindən görünür ki, Qaraqoyunlu bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı qərarı ilə 5 hektar torpaq sahəsi 99 il müddətinə İddiaçı icarəsinə verilmişdir.
2. "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi. 1 ha torpaq sahəsindən 1 il müddətində 400 bağ yonca kipi əldə edilə bilər. 1. 2012-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2012-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 2. 2013-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2013cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 3. 2014-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2014-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 4. 2015-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2015-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat- 1800 manat=2200 manat. 5. 2016-cı il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2016-cı il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 6. 2017-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2017-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x 2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 7. 2018-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2018-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=4000 manat, 3000 manat-1800 manat=2200 manat. 8. 2019-cu il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2019-cu il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 9. 2020-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2020-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat- 2400 manat=2600 manat. 10. 2021-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2800 manat. 2021-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx3 manat=6000 manat, 6000 manat-2800 manat=3200 manat. Ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxarıldıqdan sonra cəmi dəyəri 22600 AZN. Beləliklə cavabdehlər öz qanunsuz hərəkətləri nəticəsində ona dəyən ziyan ümumilikdə 22600 manat qiymətləndirilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(104)-1475/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 14 fevral 2021-ci il tarixli, 2(021)-72/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-72/2022 nömrəli qətnaməsi ilə iddianın tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iğlundan 3487 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəməs Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş ümumi sahəsi 864.7 kv.m olan daşınmaz əmlak və 0.09675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçı xüsusi mülkiyyətinə verilmiş ümumi sahəsi 864.7 kv.m olan daşınmaz əmlak və 0.09675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütöv şəkildə zəbt edilmişdir, İddiaçı Bərdə rayonu, Qaraqoyunlu Bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı iclas protokoluna və 10 iyun 2022-ci il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə verilmiş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən zəbt olunaraq istifadə edilir, İddiaçı Bərdə rayonu, Qaraqoyunlu Bələdiyyəsinin 10 iyun 2022-ci il tarixli 10 saylı iclas protokoluna və 10 iyun 2022-ci il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə verilmiş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu bütöv şəkildə istifadə edilir.
5. 05.08.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 158 manat dövlət rüsumu ödəmişdir.
6. Qaraqoyunlu bələdiyyəsinin 10 iyun 2002-ci il tarixli 10 saylı qərarı ilə bələdiyyə mülkiyyətindən Qaraqoyunlu kəndində yaşayan İddiaçı kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 99 il müddətinə icarəyə verilməsi nəzərdə tutulan 5.0 ha torpaq sahəsinə tərtib olunan sənədlər barədə xx.xx.2007-ci il tarixli 327 nömrəli rəydə göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi Qaraqoyunlu bələdiyyəsinin mülkiyyətindən kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 5.0 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə və müvafiq sənəd hazırlanmasına etiraz etmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 22600 manat pulun, 157.80 manat dövlət rüsumunun alınıb ona verilməsi, 5 ha torpaq sahəsindən qeyri-qanuni istifadə etmələrinin qadağan edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona məxsus 5 ha torpaq sahəsini mənimsəyərək əkdiyi yonca sahəsinin 1 ildə 4 dəfə biçilməklə ona 2012-ci ildən bu günə kimi 22600 manat dəyərində ziyan vurmuşlar. O, dəfələrlə bu barədə şikayət etsə də cavabdehlər əhəmiyyət verməmiş, mülki məsələ kimi rədd edilərək, məhkəməyə verməsi bildirilmişdir. Cavabdehlər özlərinə təsərrüfat saxlamaqla ona ziyan vurmuşlar. Belə ki, o, illərdir 5 ha torpağından və orda olan əmlakından istifadə edə bilmir. Bununla bağlı olaraq mütəxəssis rəyində ona vurulmuş ziyan aşağıdakı şəkildə qiymətləndirilmişdir: 5 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi. 1 ha torpaq sahəsindən 1 il müddətində 400 bağ yonca kipi əldə edilə bilər. 1. 2012-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2012-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 2. 2013-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2013-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx1.5 manat=3000 manat, 3000 manat- 1200 manat=1800 manat. 3. 2014-cü il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1200 manat. 2014-cü il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=3000 manat, 3000 manat-1200 manat=1800 manat. 4. 2015-ci il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2015-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 5. 2016-cı il tarixdə 5 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2016-cı il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 6. 2017-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2017-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x 2 manat=4000 manat, 4000 manat-1800 manat=2200 manat. 7. 2018-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 1800 manat. 2018-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x1.5 manat=4000 manat, 3000 manat-1800 manat=2200 manat. 8. 2019-cu il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2019-cu il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx2.5 manat=5000 manat, 5000 manat-2400 manat=2600 manat. 9. 2020-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2400 manat. 2020-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kip x2.5 manat=5000 manat, 5000 manat- 2400 manat=2600 manat. 10. 2021-ci il tarixdə 1 ha torpaq sahəsindən əldə edilən 2000 yonca kipinin xərci 2800 manat. 2021-ci il tarixdə 1 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2000 kipx3 manat=6000 manat, 6000 manat-2800 manat=3200 manat. Ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxarıldıqdan sonra cəmi dəyəri 22600 AZN. Beləliklə cavabdehlər öz qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 22600 (iyirmi iki min altı yüz) manat ziyan vurmuşlar. O, da həmin pulun ödənilməsi və qanunsuz hərəkətlərinin qadağan edilməsinə dair məhkəməyə müraciət etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(021)-2842/2022 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22600 (iyirmi iki min altı yüz) manatın və 158 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və iddiaçının mülkiyyətində olan 5 ha torpaq sahəsindən cavabdehlərin qeyri-qanuni istifadə etmələrinin qadağan edilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd edilən nəticəyə gələrkən qeyd etmişdir ki, İddiaçı məxsus olan Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 5.0 ha pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir, torpaqdan istifadə etməklə iddiaçıya mütəxəxssis rəyi ilə müəyyən olunmuş məbləğdə ziyan vurmuşlar.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 385.1, 386.1, 1097.1, 1114.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(021)-2842/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamışdır. Belə ki, iddiaçı onun torpaq sahəsinin zəbt edilməsinə dair əsaslı sübut təqdim edilməmişdir. İş üzrə heç bir sorğu verilməmiş, ekspertiza təyin edilməmişdir. Bundan başqa, iddiaçının cavabdehin zəbt etməsini iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən heç bir mötəbər sübut yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, guya o və digər Cavabdeh2 İddiaçı Məhərrəm oğlunun özünə məxsus olduğunu iddia etdiyi 5 ha torpaq sahəsindən istifadə edirlər. Onlar Laçın rayonundan məcburi köçkündürlər. Köçkün düşəndən orada yaşayırlar. Qətnamə çıxarılarkən sözügedən torpağın hansı konturda yerləşməsi, kimə məxsus olması və istifadə hüququnun kimə aid olması müəyyən edilməmişdir. Mənşəyi bəlli olmayan "xxxx" MMC adında bir qurumun hazırladığı rəyə istinadən, işin halları araşdırılmadan ziyan tutulması qət edilmişdir. Onlar torpaq sahəsini zəbt etməmişlər. Özlərinə aid torpaq sahəsindən istifadə edirlər. Ona görə də qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, guya o və digər Cavabdeh1 İddiaçı özünə məxsus olduğunu iddia etdiyi 5 ha torpaq sahəsindən istifadə edirlər. Onlar Laçın rayonundan məcburi köçkündürlər. Köçkün düşəndən orada yaşayırlar. Qətnamə çıxarılarkən sözügedən torpağın hansı konturda yerləşməsi, kimə məxsus olması və istifadə hüququnun kimə aid olması müəyyən edilməmişdir. Mənşəyi bəlli olmayan "xxxx" MMC adında bir qurumun hazırladığı rəyə istinadən, işin halları araşdırılmadan ziyan tutulması qət edilmişdir. Onlar torpaq sahəsini zəbt etməmişlər. Özlərinə aid torpaq sahəsindən istifadə edirlər. Ona görə də qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 5 ha torpaq sahəsini mənimsəyərək əkdiyi yonca sahəsinin 1 ildə 4 dəfə biçilməklə ona 2012-ci ildən bu günə kimi 22600 manat dəyərində ziyan vurmuşlar. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi icarə müqaviləsinə əsasən ona məxsusdur, həmin icarə müqaviləsi əsasında çıxarış almamışdır, cavabdehlərin həmin torpaq sahəsini zəbt etmələrinə dair onda hər hansı bir başqa sübut yoxdur, özü həmin torpaq sahəsini heç vaxtı əkməmişdir, vurulan zərərin məbləği isə təqdim etdiyi rəylə sübut olunur.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389.Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(021)- 2842/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Beləliklə, iddiaçının iddiasına görə ona məxsus olan Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 5.0 ha pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir, onlar torpaqdan istifadə etməklə iddiaçıya mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə ziyan vurmuşlar. İddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyinə istinad etmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddia tələbi vurulmuş zərərin ödənilməsi və qeyriqanuni istifadənin qadağan edilməsindən ibarətdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilsədə, keçən müddət ərzində həmin torpaq sahəsi müqavilə bağlanmasından sonra qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini və 2012-ci ildən istifadə edilərək ona 22600 manat məbləğində zərər vurulduğunu bildirsə də buna dair əsaslı sübut təqdim etməmişdir. Başqa cür desək, torpağın cavabdehlər tərəfindən zəbt edilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, əgər həmin torpaq sahəsi 10 ildən artıq müddətdir cavabdehlər tərəfindən zəbt edilmişdirsə iddiaçının ötən illər ərzində iddia ərizəsi ilə müraciət etməməsi ağlabatan deyildir. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı isə kollegiya qeyd edir ki, qətnamə ilə müəyyən edilmiş məbləğ zəbt edildiyi iddia edilən torpaq iddiaçının özünün qanuni istifadəsində olacağı təqdirdə orada yonca bitkisinin əkilməsi ilə əldə edilməsi ehtimal edilən məbləğdir. Cavabdehlər tərəfindən ziyan vurulması sübut olunmaması halında ehtimala əsaslanan ziyan məbləğinin onlardan tutulmasını qət edən birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyi ilə kifayətlənmiş, işin hallarını müəyyən etməmişdir. Halbuki, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır.
29. Məhkəmə kollegiyası bu məqamda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçının tələbini təsdiq edən sübutlar nə birinci nə də apellyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı təqdim edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlərin ona ziyan vurmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(021)-2842/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.