Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-459/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər X9, X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X10, X3 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər X10, X3 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onunla yalan və uydurma, həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlamaları nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq mənzilin satılması müqabilində onlara ödədiyi 4500 (dörd min beş yüz) manat pulun və həmin mənzildə yaşadığı müddətdə mənzilin təmiri üçün çəkdiyi xərclərin əvəzi olaraq 1500 (min beş yüz) manat pulun, ümumilikdə 6000 (altı min) manat pulun, habelə dövlət rüsumu kimi məhkəmənin hesabına ödədiyi 80 (səksən) manat və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər X12, onun arvadı X4 və Cavabdeh1 bibisi Cavabdeh3 Cümşad qızını xx.xx.2022-ci il tarixdə makler Binnət vasitəsi ilə tanımışdır. Belə ki, o, binadan mənzil almaq istədiyini maklerə bildirmiş o isə cavabdehlərin mənzil satdıqlarını bildirmişdir. Ona görə də Binnətlə birlikdə onların yaşadığı ünvan 1 ünvanına getmişdir. Binnətin yanında aralarında olan şifahi razılaşmaya əsasən onlar yaşadıqları mənzili onun adına keçirməli və o, isə bunun müqabilində onlara 4500 manat pul verməli olmuşdur. Şərtlərinə uyğun olaraq 27 yanvar 2022-ci il tarixdə X11, X4 və Cavabdeh3 Tərtər rayon Notariat Ofisinə gəlmişlər. Orada vəd etdiyi 4500 manat pulu onlara vermişdir. Onlar Notariusda ona notarius tərəfindən təsdiq edilmiş bir sənəd vermiş və mənzili ona satdıqlarını bildirmişlər. Onlara inanmış və birlikdə gəlib, mənzilin açarını almışdır. Bundan sonra qızı Fidanla birlikdə həmin evdə yaşamağa başlamışlar. Mənzili özününkü olduğunu hesab edib Namiq və Əbülcahan adlı tanıdığı ustalara mənzili təmir etdirmiş, bu məqsədlə 1500 manat pul xərcləmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları Tərtər rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə yaşadığı mənzilə gələrək mənzilin ona qeyri-qanuni satıldığını və onun həmin mənzildə qeyri-qanuni yaşadığını bildirmişlər. Bu barədə müvafiq akt tərtib etmişlər. Həmin vaxtdan qısa bir müddət ərzində isə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən onun həmin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin vaxt başa düşmüşdür ki, cavabdehlər onu yalan və uydurma əqd adı ilə aldatmışlar, yəni ona mənzili satmamış, yalnız onun mənzildə qeydiyyata düşməsi barədə notariusda razılıq ərizəsi yazmışlar. Belə olan halda o, cavabdehlərin onunla yalan və uydurma, həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlamaları nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq mənzilin satılması müqabilində onlara ödədiyi 4500 manat pulun və həmin mənzildə yaşadığı müddətdə mənzilin təmiri üçün çəkdiyi xərclərin əvəzi olaraq 1500 manat pulun, cəmi 6000 manat pulun onlardan tələb etməyə başlamışdır. Lakin cavabdehlər onun tələbini yerinə yetirməkdən imtina etmişlər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddia qismən təmin edilərək, cavabdehlər X7, X1 və Cavabdeh3 4500 (dörd min beş yüz) manat pul vəsaiti və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 ərizəsində İddiaçı mənzildə qaldığı hər ayın 200 manatdan kirayə pulunu hesablamaqla 4500 manat çıxılmasını və qalan pulu ona verəcəyini bildirmişdir. Tərtər rayon Notariat Ofisin tərəfindən təsdiqlənmiş (**********423) saylı ərizənin surətindən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı qeydiyyata düşməsinə razı olduğunu etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 702 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 ondan ötəri ki, o, həqiqətən Laçın rayon Ərikli kənd məcburi köçkünüdür. Tərtər rayon “Yeni Qəsəbə”-də bina 07, mənzil 14-də müvəqqəti qeydiyyatdadır. Apellyasiya şikayətinin dəlilləri: Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh X11 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-891/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuna zidd olaraq qəbul edildiyi üçün narazıdır. Hakim ona qarşı qərəzli mövqe tutmuşdur. Məhkəmə iclasları zamanı İddiaçı tamamilə yanlış məlumat verərək iddianın qismən təmin olunmasına səbəb olmuşdur. İddiaçı tələb etdiyi 4500 manat pulu Cavabdeh3 vermiş, iddia etdiyi evi də həmin şəxsdən almışdır. Cavabdeh3 uzun müddət ünvan 3 ünvanında yaşamışdır. Onların adlarına həmin ünvanda heç bir ev və ya mənzil olmamışdır. O, heç bir sənədə imza etməmiş, heç bir ev almamış və satmamışdır. İddiaçının heç bir sübutu olmadığı halda qanunsuzluq edilmiş və qətnamə qəbul edilmişdir. Notariusda olan sənədlər isə onların imzaları olmadan tərtib edilmişdir. Orada olan imzalar onlara məxsus deyildir. Bunun üçündə xəttşünaslıq ekspertizasının təyin edilməsini və imzaların onlara aid olmadığını sübut etmək istəyir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, Mülayim onun bibisi olmaqla, bəzi vaxtlarda onunla, bəzi vaxtlarda isə başqa qohumları ilə birlikdə yaşamaqdadır. O, iddiaçıdan pulu alıb Mülayimə vermişdir. Onun alqı-satqıda başqa heç bir rolu olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahat verib bildirmişdir ki, ev onun razılığı ilə iddiaçıya verilmiş, pulu isə ona cavabdeh X11 vermişdir. Rafiqin bu işdə heç bir cavabdehliyi yoxdur. Məhkəmənin sullarına cavabında isə bildirmişdir ki, iddiaçını birinci dəfə Tərtər Rayon Məhkəməsində görmüşdür. Veilmiş pulu isə dərmanlarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 izahat verib bildirmişdir ki, o və Rafiq iddiaçıya ev satmamışdır. Ev satılan zaman Cavabdeh3 maşında olmuşdur. Pulu isə iddiaçı Rafiqə vermiş, Rafiq də Mülayimə vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, o, Cavabdeh3 birinci dəfə Tərtər Rayon Məhkəməsində görmüşdür. Ona evi aldadıb satan Rafiq və arvadı Nüşabə olmuşdur. Belə ki, Rafiq bibisi Mülayimin evi olduğunu, tək olduğunu, onlarla birlikdə yaşadığını, buna görə də evə ehtiyacının olmadığını bildirib satdıqlarını bildirmişdir. Cavabdehlər Nüşabə və Rafiq onu inandırmağa çalışmışlar ki, bu məcburi köçkün evi olsa da heç bir problem olmadan evi onun adına sənədləşdirəcəklər. Mənzil İstismar Sahəsinin müdürünün onların qohumu olduğunu və məsələni həll edəcəklərini bildirmişlər. Lakin, həmin müdir işdən çıxarıldıqdan sonra yeni müdir ona izah etmişdir ki, onun aldığı evə heç bir hüququ yaranmamış və ona evi aldadıb satmışlar. Cavabdehlər Nüşabə və Rafiq Mülayimin qocalığından istifadə edərək, indi də məsuliyyətdən kənarda qalmaq istəyir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Mülki Məcəlləsi: 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh X9 apellyasiya şikayəti üzrə yoxlanmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada daşınmaz əmlaka dair əhəmiyyətsiz müqavilə bağlanmış və cavabdeh X11 iddiaçıdan 4500 manat pul almışdır. Cavabdeh X11 alqı-satqı müqaviləsinin iddiaçı ilə digər Cavabdeh3 arasında bağlandığını iddia etsə də bu hal məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 bir-birlərini ilk dəfə Tərtər Rayon Məhkəməsində görmüşlər. Onlar arasında hər hansı bir razılaşma olmamış, razılaşma iddiaçı ilə cavabdeh X11 arasında baş tutmuş, iddiaçı tərəfindən pul məbləği də məhz cavabdeh X10 verilmişdir. Şifahi bağlanmış əhəmiyyətsiz müqavilənin Cavabdeh3 adından X11 bağlanması qəbul edildiyi təqdirdə belə, müqavilənin əhəmiyyətsizliyi həmin müqavilənin notarial qaydasında bağlanmaması, o cümlədən səlahiyyətsiz şəxs tərəfindən bağlanması ilə müəyyən olunmaqdadır. Bundan başqa müəyyən olunmuşdur ki, mübahisəli mənzil məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsi olmaqla, Cavabdeh3 mənzilin mülkiyyətçisi olmamışdır ki, onun da həmin əmlak üzərində sərəncam vermək hüququ olmamışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi də halqı olaraq cavabdeh X10 münasibətdə iddianı təmin etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(061)-891/2023 saylı qətnaməsi cavabdeh X9 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.