Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-46/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Əlİddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Əlİddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri Cavadxan küçəsində ona məxsus 0,04 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində özünə yeni ev tikdirir. 2021-ci ilin yay ayında yeni tikdirdiyi həmin evdə Cahid adlı ustaya təmir işləri gördürmüş, həmin vaxt Cahid özündən başqa evinin təmir edilməsi üçün oğlu Rövşəni və baldızı oğlu Vüsalı da gətirmişdir. Cahid və oğlu Rövşən onun evində döşəmə işləri görmüş, Cahid ona demişdir ki, “biz döşəməni və tavanı vurub qutardıqdan sonra Vüsal gəlib divarda üzlük və astar işləri görər”. Bundan bir neçə gün sonra Cahid Bakı şəhərinə müalicəyə getmişdir. Həmin vaxt Vüsal ona demişdir ki, “ailəmizdə heç kəs işləmir,mənim pulumu qabaqcadan ver, mən öz işimi görəcəyəm”. O, da sözünə inanıb əvvəlcədən Cavabdeh 1150 manat pul vermişdir. Vüsal onun evində, cəmi 300 manatlıq iş gormüş, onun qalan pulunu mənimsəmişdir. Sonralar məlum olmuşdur ki, usta Cahid vəfat etmişdir. Bu səbəbdən evinin işləri dayanmışdır. Evinin açarı usta Cahidin ölümündən sonra onun oğlu Rövşən və Vüsalda olmuş, aldığı materialların bir hissəsi yoxa çıxmış, bu barədə Bərdə rayon polis şöbəsinə müraciət etmiş, şöbədə araşdırmalar aparılmış, oğurluq faktı sübuta yetirilməmiş, cinayət işinin başlanılması rədd edilmiş, məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bundan sonra Cavabdeh pulunu tələb etmiş, yəni verdiyi 1150 manat pulun 300 manatını təmirə çıxmış, həmin puldan Vüsalın anası 150 manat qaytarmış, 700 manat pulum isə hələ də qalmışdır. Dəfələrlə pulunu Vüsaldan tələb etsə də bir nəticəsi olmamışdır. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 550 (beş yüz əlli) manatın alınaraq İddiaçı ödənməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/774 saylı ekspertiza rəyindən görünür ki, Əlİddiaçı məxsus olan Bərdə şəhəri, Cavabdxan küçəsində yerləşən fərdi yaşayış evinin daxilində yerləşən alçı (şpatlyovka) vurulmuş tikilələrin sahəsi 155.8 kv.m təşkil etdiyi müəyyən eidilir. 1 kv.m yalnız (astar) vurulmasının xidmət haqqının dəyəri bazar qiymtələrinə uyğun olaraq, təqribən 2 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərk birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İddia tələbini qəbul etmir. Belə ki, o, usta kimi İddiaçı evində təmir işləri görmüşdür. İddiaçı evin təmiri üçün cəmi 1000 manat pul almışdır. Həmin evin təmiri üçün 1 aydan artıq işləmişdir. İddiaçı məxsus evdən oğurluq olmuşdur. İddiaçı həmin oğurluq hadisəsi ilə əlaqədar barəsində Bərdə Rayon Polis şöbəsinə şikayət etmişdir. Araşdırma zamanı həmin oğurluq faktı öz təsdiqini tapmadığından barəsində başlanmış cinayət işi rədd edilmişdir. Bundan sonra İddiaçı ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi izahatı sübut kimi qiymətləndirərək qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. İddiaçı barəsində polis şöbəsinə şikayət etdiyi üçün anası tərfindən ona 150 manat məbləğində pul ödənilmişdir. Hazırda onun İddiaçı heç bir borcu yoxdur. Məhkəmə iclasları onun iştirakı olmadan keçirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyətli olan faktlar tam araşdırılmamışdır. Belə ki, o, İddiaçı məxsus evdə 1 aydan artıq təmir işləri görmüşdür. Məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, İddiaçı məxsus evdə tərəfindən görülmüş təmir işləri yarımçıq qalmışdır. Halbu ki, İddiaçı məxsus evdə 1 aydan artıq təmir işləri görmüşdür. İddiaçı da özü etiraf etmişdir ki, ona məxsus evdə təmir işləri aparmışdır. Hesab edir ki, həmin görülən işlərin qiymətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilməli idi. Təssüflər olsun ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərəkən yuxarıda qeyd edilən hallar araşdırılmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə kollegiyasında iştirak edən edən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, evin bir kv.m üçün divar kağızı da vurulmaqla birlikdə iddiaçı ilə 5 manata razılaşmış, iddiaçının evində 250 kv.m yaxın yalnız alçı (şpaplovka) vurulması üzrə astar işini görmüşdür. Malyar işinin əsas və ən çətin hissəsi astar vurma sayılır ki, bir kv.m ümumi görülməli iş üçün razılaşdırılmış 5 manatın 2 manatı deyil, ən azından 3 manat hesablanmalıdır. Hesab edir ki, iş üzrə ekspertiza təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sullarına cavabında isə bildirmişdir ki, cavadbeh tərəfindən evində yalnız 156 kv.m divara alçı (şpaplovka) vurulması üzrə yalnız astar işini görmüşdür ki, həmin işin 1 kv.m əslində 1 manat olsa da o, 2 manatdan hesablamışdır ki, bununla da cavadbeh təxminən 300 manatlıq iş görmüş hesab olunur. Ekspertiza keçirilməsinə etirazı yoxdur. Belə ki, cavadbehin gördüyü işdən sonra evdə heç bir iş gördürməmişdir ki, ekspert evə baxsa neçə kv.m astar işinin görülməsini müəyyən edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin şikayətinin dəlili ondan ibarət olmuşdur ki, o, iddiaçıdan 1000 manat pul alsa da ona məxsus evdə 1 aydan artıq təmir işləri görmüşdür. Evin bir kv.m üçün divar kağızı da vurulmaqla birlikdə iddiaçı ilə 5 manata razılaşmış, iddiaçının evində 250 kv.m yaxın yalnız alçı (şpaplovka) vurulması üzrə yalnız astar işini görmüşdür. Malyar işinin əsas və ən çətin hissəsi astar vurma sayılır ki, bir kv.m ümumi görülməli iş üçün razılaşdırılmış 5 manatın 2 manatı deyil, ən azından 3 manat hesablanmalı olsa da birinci instansiya məhkəməsi bunu nəzərə almamışıdır. Məhkəmə kollegyası tərəfindən cavabdehin şikayətinin dəlillərinin araşdırılması ilə əlaqədar olaraq iş üzrə müvafiq ekspertiza təyin edilərək, ekspert qarşısında İddiaçı məxsus olan Bərdə şəhəri, Cavadxan küçəsində, 0,04 ha. torpaq sahəsində inşa edilmiş və təmir işləri görülməkdə olan fərdi yaşayış evinin neçə kv.m hissəsində alçı (şpaplyovka) vurulması üzrə astar işləri görülməsi və Bərdə şəhəri, o cümlədən həmin region üzrə 1 kv.m alçı işi üzrə astar vurulmasının xidmət haqqısı təxminən neçə manat təşkl etməsi ilə bağlı sual qoyulmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16- 16/2-10/774 saylı eksper rəyi ilə iddiaçı Əlİddiaçı məxsus olan Bərdə şəhəri, Cavabdxan küçəsində yerləşən fərdi yaşayış evinin daxilində yerləşən alçı (şpatlyovka) vurulmuş tikilələrin sahəsinin 155.8 kv.m və 1 kv.m yalnız (astar) vurulmasının xidmət haqqının dəyərinin bazar qiymtələrinə uyğun olaraq, təqribən 2 manat təşkil etməsi müəyyən edilmişdir ki, bununla da cavabdehin iddiaçının evində 250 kv.m sahədə alçı işini görməsi və görülmüş işin 1 kv.m üçün dəyərinin 3 manat olması, bununla daa iddiaçı üçün təxminən 750 manatlıq iş görməsi təsdiq olunmamaqla, iddiaçı ilə bağladığı podrat müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməsi sübut olunmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1752/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.