Məhkəmə qərarları › İş №2(104)-460/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-460/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-460/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2236/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2236/2023 saylı qətnaməsi ilə (hakim M.Nifəliyev) iddianın əsaslı olduğundan təmin edilməsi, Cavabdeh 5935 (beş min doqquz yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumu əvəzində 80 (səksən) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(013)-2236/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin hallarına uyğun yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı 5935 (beş min doqquz yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumu əvəzində 80 (səksən) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edən hərbi qulluqçu kimi tanımış və aralarında normal münasibət olmuşdur. Cavabdeh ondan xx.xx.2023-cü ildə 5000 manat borc alaraq qısa müddət ərzində qaytaracağını bildirmiş və bu barədə aralarında yazılı müqavilə bağlanmışdır. Bundan əlavə Fuadın 416974******5561 nömrəli kartına xx.xx.2023-cü ildə saat 19:03-də özünə məxsus 416973******5428 saylı kartla 600 manat, xx.xx.2023-cü ildə saat 18:51-də Fuadın 416974******5561 saylı kartına özünün 676867******4480 nömrəli kartından 500 manat borc pul göndərmişdir. Fuad ona 165 manat vermiş, qalan 5935 manat məbləği isə qaytarmamışdır. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyi icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Belə ki, o, hərbiçidir və hərbi hissənin Daxili Nizam və İntizam qaydalarına əsasən hərbi hissəni istənilən vaxt tərk edə bilmir. Bunun üçün məhkəmə tərəfindən hərbi hissəyə məlumat verilməlidir və hərbi hissənin komandanlığı tərəfindən icazə verilməlidir. Onun məhkəmədə iştirakı təmin edilmədiyindən ona qarşı qaldırılmış pul tələbinə dair iddiaya öz etirazlarını təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi 5000 manat borc verməsinə dair müqavilə həqiqətə uyğun deyil. O, İddiaçı 5000 manat borc almamış, cəmi İddiaçı mənə nağd 600 manat, köçürmə vasitəsi ilə də kartına 500 manat göndərib. Bundan başqa onun üzərinə yazdığı 5000 manat borcu sələm kimi hesablayıb. Bir daha qeyd etmişdir ki, məcburi köçkün kimi Ağcabədi rayonu, Minəxorlu kəndində yaşamış, 2017-ci ildən Ağcabədi rayon Minəxorlu kəndində N nömrəli hərbi hissədə xidmət edir. Ona görə də məhkəmə iclasının vaxtı və keçirilməsi haqqında ona heç bir rəsmi məlumat verilmədiyindən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək göstərmişdir ki, əsəbi halda olaraq apellyasiya şikayətində iddiaçının ondan 5000 manat faiz yüklədiyini yazmış, o borcundan 4935 manatını 2 dəfə olmaqla iddiaçıya ödəmiş, hazırda 1000 manat borcu qalmışdır, onu da 1 ay müddətinə ödəyəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh 5935 manat borcundan xx.xx.2024-cü il tarixdə 2 dəfə olmaqla 4935 manat hissəsini ödədiyini, hal-hazırda 1000 manat borcu qaldığını göstərdi. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin qismən təmin edilməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan pulun məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 5000 manat borc almış, aldığı məbləği isə borcverənin tələb etdiyi vaxt qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh 416974******5561 nömrəli kartına xx.xx.2023-cü ildə saat 19:03-də İddiaçı özünə məxsus 416973******5428 saylı kartla 600 manat, xx.xx.2023-cü ildə saat 18:51-də isə Cavabdeh 416974******5561 saylı kartına İddiaçı özünün 676867******4480 nömrəli kartından 500 manat pul göndərmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü ildə 5000 manat borc alaraq qısa müddət ərzində qaytaracağını bildirmiş və bu barədə aralarında yazılı müqavilə bağlanmışdır. Bundan əlavə Fuadın 416974******5561 nömrəli kartına xx.xx.2023-cü ildə saat 19:03-də özünə məxsus 416973******5428 saylı kartla 600 manat, xx.xx.2023-cü ildə saat 18:51-də Fuadın 416974******5561 saylı kartına özünün 676867******4480 nömrəli kartından 500 manat borc pul göndərmişdir. Fuad ona 165 manat vermiş, qalan 5935 manat məbləği isə qaytarmamış, lakin iş materialları apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə cavabdeh borcundan daha 4935 manatını qaytarmış, beləliklə də onun iddiaçıya ödənilməmiş borcu 1000 (bir min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasındakı münasibət borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Kredit müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. İşdə olan iddiaçı və cavabdeh tərəfin xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdikləri teleqramlardan görünür ki, Cavabdeh İddiaçı 5935 manat borcdan 4935 manat hissəsini ödəmiş, 1000 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da cavabdehin ona hazırda ödənilməmiş borcunun 1000 (bir min) manat təşkil etdiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Cavabdeh İddiaçı 5935 manat borcdan 4935 manat hissəsini ödədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və 1000 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdehnin məhkəmə kollegiyasına göndərdiyi teleqramdan, həmçinin məhkəmə iclasında iştirak edən iddiaçının izahatından göründüyü kimi cavabdeh ona olan 5935 manat borcdan 4935 manat hissəsini xx.xx.2024-cü il tarixdə ödəmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin onun iddiaçıya borcunun olmamasına dair dəlilini əsassız sayır. Apellyasiya şikayətinin işə ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədən baxıldığına dair dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı bildiriş və xəbərnamələrdən göründüyü kimi cavabdehə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2236/2023 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2236/2023 saylı qətnaməsi – Cavabdeh 5935 (beş min doqquz yüz otuz beş) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 1000 (bir min) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar