Məhkəmə qərarları › İş №2(104)-464/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-464/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-464/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-963/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borcun, 500 manat faiz və dəbbə borcunun, onun tyərəfindən ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 2500 manat borc pulun, 55 (əlli beş) manat dovlət rüsumunun, ərizəni hazırlamaq üçün 50 (əlli) manatın, yola çəkilən xərc kimi 100 (bir yüz) manat, kredit müqaviləsinə görə 100 (bir yüz) manatın və mənəvi ziyan kimi 100 (bir yüzi manat olmaqla, ümumilikdə 405 (dörd yüz beş) manat pulun cavabdehdən alınıb ona verilməsi baradə qətmamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-963/2022 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələbi təmin qismən edilərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun və 45 manat ödənilmiş dövlət rüsumunun dəyərinin (ödənilmiş tələbin məbləğinə münasib olaraq) tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-963/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bir kənddə yaşayırlar, onu yaxından tanıyır, həmişə də yaxşı münasibətləri olmuşdur. Cavabdeh 2021-ci ilin dekabr ayında ona yaxınlaşaraq təcili pula chtiyacı olduğunu, ona 2500 (iki min beş yüz) manat pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. O da onu yaxşı tanıdığından kömək etmak istəmişdir. Lakin cavabdehə notarius vasitəsi ilə pul verə biləcəyini demiş və onlar razılaşmışlar. 28 dekabr 2021-ci il tarixdə Gəncə səhər 3 saylı notariat ofisinə gedərək cavabdehlə kredit müqaviləsi bağlamışlar. Müqavilənin 1-ci bəndindən də görünür ki, cavabdeh ondan 2500 (iki min bes yüz) manat məbləğində pul borc almışdır. Müqavilənin 2-ci bəndindən görünür ki, borclu aldığı məbləği 28 fevral 2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, artıq 2022-ci ilin aprel ayıdır. Bu müddətdə cavabdeh ondan aldığı borcu hər dəfə qaytaracağına söz versə də qaytarmır. Müxtəlif bəhanələr gətirərək göturdüyü öhdəlikdan yayınır. Son vaxtlar isə heç telefonuna belə cavab vermir. Bir sözlə cavabdeh borcu könüllü qaytarmaq istəmir. Mülki iş materiallarında olan: İş materiallarında olan notarial qaydada bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqavilasindən görünür ki, iddiaçı cavabdehə 2500 manat məbləğində pul boru vermiş və cavabdeh xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür; İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı 2500 manat borc almışdır; İş materiallarında olan 24669 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddia tələbi üzrə 55 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə tam, hərtərəfli araşdırma aparmamış, səhv nəticəyə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bildirir ki, iddiaçıdan real olaraq pul almamışdır. Ondan tələb olunan pulu bacısı X1 iddiaçıdan almışdır. Bacısı isə hazırda CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçı görəndə ki, bacısı həbs olunur və pulun qayıtma imkanı yoxdur onu aldadaraq hazırki müqaviləni bağlamışdır. İddiaçı nəinki qeyd olunan məbləğdə, ümumiyyətlə ona pul verməmişdir. Bu günədək aralarında pul söhbəti olmamışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı ondan pul tələb edə bilməz. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutları nəzərə almışdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsasız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, cavabdeh özü ondan borc istəmiş, o isə notarial qaydada pulu verəcəyini bildirmiş, cavabdeh isə razılaşmışdır. Cavabdeh aldığı 2500 manat məbləğində borc pulu 2 ay müddətinə qaytarmalı idi. Prosessual məsələlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddiaçı ilə bacısı arasında olna pul haqq-hesabına onun heç bir aidiyyətinin olmamasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək, həmin müqaviləni ona zor tətbiq edilməklə imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 2500 manat məbləğində borc pul verilmiş və bu barədə tərəflər arasında 28 dekabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanaraq, Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiq edilmişdir. Cavabdeh həmin pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, müqavilə şərtlərinə əməl etməyərək, üzərlərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, iddiaçıdan aldığı borcu qaytarmamaqla, ona 2500 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh notarial qaydada iddiaçı ilə bağlamış olduğu 28 dekabr 2021-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının onu aldadaraq müqavilə bağlamasını, məhkəməyə ünvanladığı teleqramda isə iddiaçı tərəfindən ona zor tətbiq edilərək onun həmin müqaviləni bağlamağa məcbur edildiyini göstərmişdir ki, bu da cavabdehin öz dəlilləri arasında ziddiyyət yaratmaqla, onun qeyri-səmimi olduğunu göstərmişdir. Cavabdeh onun aldadılması və ya ona zor tətbiq edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh izahat verərək iddiaçıdan 2500 manat məbləğində borc pul almasının etiraf edilməsi barədə ərizə verərək, İddiaçı 2500 manat məbləğində borc almasını etiraf etmişdir. Lakin, apellyasiya şikayətinin dəlillərində müqavilənin formal olmasını, iddiaçının onu aldadaraq müqavilə bağlamasını iddia etmişdir ki, bununla da apellyasiya şikayətinin dəlilləri ilə onun birinci instansiya məhkəməsində verdiyi izahat ziddiyyətli olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan halların araşdırılması, həmçinin cavabdeh tərəfindən qeyd olunan hallara münasibət bildirilməsi məqsədi ilə məhkəmə iclaslası təxirə salsa da, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində müqavilə bağlanarkən ona 2500 manat pul verilmədiyini, müqavilənin formal olaraq bağlandığını göstərsə də, müqavilənin bağlanmasından hazırkı vaxta qədər həmin müqaviləni mübahisələndirməmiş, onun etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmamışdır. Həmin müqavilə hazırda qüvvədə olmaqla, tərəflər üçün hüquqi nəticələr doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmuş, birinci instansiya məhkəməsi də iddianı təmin etməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-963/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-963/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar