Məhkəmə qərarları › İş №2(104)-466/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-466/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-466/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynov Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil X87 (sonuncu prosesdə iştirak etmir), Cavabdeh və vəkili X22 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-977/2022 saylı mülki iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan, İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz 80.000 (səksən min) manat məbləğində kredit vermişdir. Borcalan krediti xx.xx.2022-ci il tarixədək borcverənə qatarmağı öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X15 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsini 2000 (iki min) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcı X45 əvəzinə Cavabdeh, alıcı X34 əvəzinə isə X113 imzalamışlar.

3. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X114 və X9 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.8 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X29, X115, X100, X116 və X3 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsini 5000 (beş min) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

5. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X61, X89, X101 və X11 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.99 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

6. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X12 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsini 5000 (beş min) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcının əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

7. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X46, X62 və X6 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.8 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

8. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X117, X63 və X16 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.6 ha olan torpaq sahəsini 5100 (beş min yüz ) manata alıcı X17. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X23, X24, X4 Kəmalə Suliddin qızı və X2 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 1.2 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X64 və X1 rayonu Gönüyən kəndində yerləşən 4000 kv.m torpaq sahəsini 3000 (üç min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X118, X91 və X18 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

12. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X36, X37, X31, X38, X39 və X7 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 1.4 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

13. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X19 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsini 2000 (iki min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

14. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X51, X32, X26, X52 və X5 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 5.6325 ha olan torpaq sahəsini 5000 (beş min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

15. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X13 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.8 ha olan torpaq sahəsini 3000 (üç min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcının əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X78, X65 və X8 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 0.8 ha olan torpaq sahəsini 2000 (iki min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

17. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X78, X65 və X8 rayonu Gönüyən kəndində yerləşən ümumi sahəsi 3.755 ha olan torpaq sahəsini 5000 (beş min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X99 və X10 rayonu Azad kəndində yerləşən ümumi sahəsi 0.5062 ha olan torpaq sahəsini 5000 (beş min) manata alıcı X14. Həmin müqaviləni müvafiq etibarnamələr əsasında satıcıların əvəzinə Cavabdeh, alıcının əvəzinə isə X113 imzalamışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh notarial qaydada təsdiqlənmiş 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 80000 (səksən min) manat məbləğində pulun və 330 (üç yüz otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh ilə normal münasibəti yaranmışdır. Niyaməddin 2021-ci ilin noyabr ayında ona müraciət edərək pul lazım olduğunu və köməklik etməyini xahiş etmişdir. O, Cavabdeh 80,000 (səksən min) manat məbləğində notarial müqavilə əsasında borc pul vermiş və bu məqsədlə elə həmin tarixdə də kredit müqaviləsi bağlanmış və həmin müqavilə Gəncə şəhər 2 saylı Notarial kontorunda təsdiqlənmişdir. Sözügedən müqaviləyə əsasən Cavabdeh ondan aldığı pulu xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin ödəniş müddətinin bitmə tarixindən keçməsinə baxmayaraq cavabdeh könüllü şəkildə pulu ödəməmişdir. O, hələ də cavabdehə verdiyi pulu ala bilməmiş və məcbur qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X128 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmış və həmin müqavilə üzrə yaranmış öhdəlikləri cavabdeh icra etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh, həmçinin onun vəkili X54 iddia tələbini qəbul etməmiş və əlavə olaraq bildirmişlər ki, İddiaçı Cavabdeh 2021-ci ildə torpaq alqı-satqısında tanımışdır. Cavabdeh müqavilədə göstərilən 80000 (səksən min) manat məbləğində pulu almamışdır. Tərəflər arasında bağlanmış həmin müqavilə uydurma əqdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Goranboy Rayon Məhkəməsinin 2(045)-977/2022 saylı mülki iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim: T.Mustafayev) iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pul və ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)- 977/2022 saylı mülki iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlar obyektiv araşdırılmamış, iş üzrə faktiki hallara qərəzsiz hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, işə baxan məhkəmə iddiaçı ilə cavabdehin faktiki münasibətlərini araşdırmamışdır. Cavabdeh tərəf olaraq məhkəmədə şifahi vəsatət verərək iddiaçının onunla nə kimi münasibətləri olmuşdur ki, heç bir girov təminatı olmadan ona 80000 manat borc pul verməsi barədə araşdırma aparılmasını tələb etsədə, məhkəmə vəsatəti əsaslı hesab etməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, o, torpaq alqı-satqısı ilə bağlı xidmət göstərir və bu yolla ailəsini dolandırır. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsində polis zabiti işləyən Faiq Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Goranboy rayonu ərazisində torpaq sahələri almaqla məşğul olduğundan ona müraciət etmişdir. O da,onun istədiyi sahələrdən torpaq sahəsi alaraq sənədləri hazırlamış, torpaq sahələrinin sahiblərindən etibarnamələr alaraq alqı-satqı etmişdir. Hər dəfə torpaq sahəsi alanda pul ödəmək üçün X126 rayonuna gəlməli olduğundan bu onun işi ilə uzlaşmırdı. Bu səbəbdən özü polis zabiti olduğu üçün dostu İddiaçı adına sənədləşdirməklə ona 80 min manat pul vermişdir ki, hər dəfə pul ödəmək üçün gəlməsin. O da, həmin pulun müqabilində bağlanan müqavilələr üzrə ayrı-ayrı şəxslərə həmin pulları vermişdir. Bu haqda müqavilələri də məhkəməyə təqdim etmişdir. Ancaq məhkəmə sübutlara və işin faktiki hallarına obyektiv hüquqi qiymət verməyərək doğru olmayan nəticəyə gəlmiş, əqdin etibarsızlığına dair sübutların məhkəməyə təqdim edilməməsi qeyd edilməklə iddia əsaslı hesab edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, onun İddiaçılə heç bir şəxsi, işgüzar münaibətləri olmamış, polis zabiti Faiq Məmmədov torpaq sahəsi almaq üçün müraciət etdikdən sonra o, iddiaçını tanımışdır. Belə bir tanışlıq isə 80000 manat məbləğində pulun 3 ay müddətində heç bir girov təminatı olmadan borc verilməsinə əsas ola bilməz. Sonda apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X67 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, Göygöl rayon prokurorluğunda Cavabdeh müraciəti əsasında material toplanmışdır. Həmin materialdan da görünür ki, həmin şəxslər 80000 manat məbləğində pulu torpaq sahəsi almaq məqsədilə Cavabdeh vermişlər. Həmin pula torpaq alınması barədə alqı-satqı müqavilələri də işə əlavə olunmuşdur. Sonda apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı vəkili X128 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçıdan 80000 manat məbləğində pul aldığını cavabdehin özü də təsdiq edir. Həmin məbləğdə pul Notariusun depozit hesabına qoyulmuş, cavabdeh həmin pulu depozitdən götürmüşdür. Əgər həmin pulu başqa məqsədlə götürmüşdürsə, bu zaman həmin şəxslərə qarşı iddia qaldırmq hüququ istisna olunmur. Sonda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmiş, məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və eyri bardə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf, həmçinin məhkəmə kollegiyasının təşəbbüsü ilə üçüncü şəxs qismində cəlb edilmiş X79 və X113 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. Məhkəmə tərərfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilmiş X79 məhkəməyə gəlməmişdir. Onunla telefon əlaqəsi zamanı işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 31.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir 33.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 34.Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 35.Maddə 340.2 - Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

36. Maddə 777.1 Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

37. Maddə 777.2 - Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Prosessual hüquq normaları

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

38. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apellyasiya baxışının hədləri

42. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən əsassız sayılmalı və ləğv edilməlidir.

47. Belə ki, işin faktiki hallarından və iş materiallarından görünür ki, tərəflər arasında bağlanan müqavilə borc müqaviləsi kimi bağlansa da, əslində bu müqavilə tərəflərin iradə ifadəsinə uyğun olmamış, başqa bir əqdi pərdələmək niyyətilə bağlanmışdır.

48. Belə ki, mübahisənin düzgün həlli, işin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə kollegiyasının sorğusuna əsasən əldə olunmuş Cavabdeh müraciəti əsasında Göygöl rayon prokurorluğunda toplanmış 65-C-22 nömrəli materialda olan izahatlardan müəyyən olunur ki, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi vəzifəsində işləyən X113 hazırki iş üzrə Cavabdeh ilə 2019cu ilin sonlarında qohumu Qalib Hümbətov üçün meyvə bağı salmaq məqsədilə torpaq sahəsi alan zaman tanış olmuşdur. Belə ki, Cavabdeh həmin vaxt Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 110 hektar torpaq sahəsini almaqda onlara köməklik göstərmişdir. Daha sonra o, Cavabdeh qohumu Qaliblə tanış etmiş, onun sonuncular üçün torpaq sahəsi almaqda vasitəçilik etdiyini bildirmişdir. Niyaməddinlə aralarında olan razılaşmaya əsasən torpaq sahəsi almaqda vasitəçilik etdiyinə görə Qalib torpağın hər hektarına görə Niyaməddinə 500 manat pul ödəmişdir. 2021-ci ilin sonlarında o, Qaliblə danışan zaman sonuncu ona Goranboy rayonu Göynəyən kənd ərazisində yerləşən 30 hektar torpaq sahəsi almaq qərarına gəldiyini və bununla əlaqədar Niyaməddindən həmin torpaq sahəsini almaqda ona vasitəçilik etməsini istədiyini bildirmişdir. Daha sonra bu məsələ ilə əlaqədar Qaliblə danışan zaman Qalib ona Niyaməddinə həmin torpaq sahəsini almasına görə 80000 manat pul ödədiyini və həmin pulu ödəməsini rəsmiləşdirmək məqsədilə Niyaməddinlə sürücüsü İddiaçı arasında notarial qaydada müqavilə bağlatdırdığını demişdir. Bu söhbətdən 4 ay sonra, yəni 2022-ci ilin fevral ayında ona məlum olmuşdur ki, Niyaməddin 2022-ci ilin yanvar ayına qədər Qalibə torpaq sahəsi alıb verməli olduğu halda bunu etməmiş, Qalibdən aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir.

49. X79 da Prokurorluğa verdiyi izahatında Faiq Məmmədovun qeyd etdiklərini təsdiqləyərək Cavabdeh ona torpaq sahəsi almaq üçün vasitəçilik etməsini, torpaq sahəsi almaq məqsədilə ona 80000 manat məbləğində pul verdiyini, pulun verilməsini rəsmiləşdirmək istəyərkən işləri ilə əlaqədar başqa yerdə olduğundan müqaviləni sürücüsü İddiaçı imzaladığını bildirmişdir.

50. Göründüyü kimi əslində hazırki iş üzrə İddiaçı Cavabdeh borc pul verməmiş, sadəcə olaraq Qalib Hümmətovun göstərişinə əsasən Cavabdehlə iş materiallarında olan 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsəd isə Cavabdeh Qalib Hümmətov üçün alacağı torpaq sahələrinin müqabilində satıcılara ödəyəcəyi pulu rəsmiləşdirmək olmuşdur. Yəni, əslində burada hüquq münasibəti Cavabdehlə İddiaçı arasında deyil, Cavabdehlə Qalib Hümmətov arasında yaranmışdır ki, həmin münasibət isə borc müqaviləsindən deyil, tapşırıq müqaviləsindən irəli gələn münasibətdir. İddiaçılə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi isə notariat orqanında bağlanmasına baxmayaraq, etibarsız əqddir. Belə ki, işin məhkəmədə müəyyən olunan həqiqi faktiki halı ondan ibarətdir ki, X112 rayonu Göynüyən kəndi ərazisində 30 hektar torpaq sahəsi almaq üçün Cavabdeh tapşırıq vermiş və həmin torpaq sahələrini alarkən satıcılara vermək məqsədilə 80000 manat məbləğində pulu Cavabdeh vermişdir.

51. Belə ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.

52. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

53. Kollegiya onu da qeyd edir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir 54 Beləliklə iş materiallarına əsasən işin halları kimi müəyyən olunur ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X112 rayonu Göynüyən kəndi ərazisində 30 hektar torpaq sahəsi almaq üçün Cavabdeh tapşırıq vermiş və həmin torpaq sahələrini alarkən satıcılara vermək məqsədilə 80.000 manat məbləğində pulu Cavabdeh vermişdir. Sonuncunun isə öz üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib yetirmədiyi məsələləri hazirki məhkəmə araşdırmalarının predmetini təşkil etməsə də iş materiallarında olan bir neçə müqavilədən müəyyən olunur ki, Cavabdeh torpaq mülkiyyətçilərinin adından etibarnamə üzrə çıxış edərək Qalib Hümmətovla alqı-satqı müqaviləsi bağlamışdır. Ona görə də Cavabdeh etibarsız əqd əsasında Qalib Hümmətovdan aldığı pulun hansısa hissəsinin qaytarmalı olub olmaması məsələsi yenə də hazirki məhkəmə araşdırmalarının predmeti deyildir. Ona görə də bu məsələyə hazirki məhkəmə icraatında hüquqi qiymət verilə bilməz.

55. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir.

56. İrəli sürülən iddia əsassız olduğundan, məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən. məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-977/2022 saylı mülki iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq, irəli sürülən iddia təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar