Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-472/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə, X10 xx.xx.2021-ci il tarixdə doğulmuşlar.
2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1141/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 24 oktyabr 2022-ci il tarixdən başlayaraq, 20 avqust 2020-ci il doğum tarixli X5 və 15 noyabr 2021-ci il doğum tarixli X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.
3. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə etdiyi sorğudan görünür ki, Cavabdeh "xxxx" MMC-də odadavamlı işlər üzrə fəhlə işləyir və 873 manat əmək haqqı alır. Həmçinin, ƏG - 2-ci qrup pensiya növü üzrə 393,31 manat pensiya alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2020-ci il doğum tarixli X9 və xx.xx.2021-ci il doğum tarixli X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində bir uşağa görə 235 manat, hər iki uşağa görə cəmi 470 manat məbləğində təyin edilməsi və ödənilmiş dövlət rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2019-cu ildə qeyri-rəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Cavabdehlə birgə münasibətindən xx.xx.2020-ci il doğum tarixli X11 və xx.xx.2021-ci il doğum tarixli X10 adında iki övladları doğulmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1141/2022 saylı qətnaməsi ilə X5 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 150 manat olmaqla hər iki uşağa görə 300 manat aliment təyin edilmişdir. Hal-hazırda Gədəbəy Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Özü heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur. Cavabdeh isə Gəncə şəhərində Aliminum zavodda işləyir, aylıq gəliri və maddi durumu çox yaxşıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1141/2022 saylı qətnaməsi ilə 20 avqust 2020-ci il təvəllüdlü X5 və 15 noyabr 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 150 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 32 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, alimentin yeni miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşaq üçün müəyyən edilmiş 150 manat alimentin artırılaraq 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab etmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnаməsinin ləğv еdilməsini və iddiа tələbinin rədd edilməsinə dаir yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə 2019-cu il tarixdə qeyri-rəsmi ailə qurmuşdur. Birgə yaşadığı dövrdə xx.xx.2020-ci il doğum tarixli X9 və xx.xx.2021-ci il doğum tarixli X10 adında iki övladı doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 1141/2022 saylı qətnaməsi ilə övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat, cəmi 300 manat alimentin ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Övladları hal-hazırda anasının himayəsindədir. İddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq bir uşq üçün 200 manat olmaqla iki uşaq üçün cəmi 400 manat məbləğində müəyyən edilmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh Gəncə şəhərində Alüminium zavodunda işləyir, aylıq gəliri və maddi durumu çox yaxşıdır. Lakin qeyd edir ki, o, 2022-ci ildə də aliment təyin edilən vaxt Gəncə şəhərində Alüminium zavodunda işləyirdi və həmin vaxt da, eyni əmək haqqınını, yəni 600 manat əmək haqqı alırdı. O, 2011-ci ildən həmin işdə işləyir. Əmək haqqı hal-hazırda vergilər, sosial və sığorta öənişləri çıxılmadan 727 manat təşkil edir, həmin xərclər çıxıldıqdan sonra isə əmək haqqı kartına köçən məbləğ 600 manat olur. Hal-hazırda da, həmin əmək haqqını alır və maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Həmçinin qeyd edir ki, o, iddiaçıdan əvvəl, yəni 2017-ci ildə X7 ilə ailə qurmuş, həmin ailədən xx.xx.2019-cu il tarixdə X8 adında bir övladı olmuşdur. Şəhla ilə ayrılmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4031/2019 saylı qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alimentin ondan alınaraq X4 verilməsi qət edilmişdir. Buna baxmayaraq məhkəmə hazırki iddia tələbi üzrə alimentin miqdarını artırarkən onun maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olmadığını, eləcə də nə iddiaçının, nə də, onun ailə vəziyyətində heç bir dəyişikliyin olmamasını nəzərə almamış, tərəflərin maddi vəziyyətini hərtərəfli araşdırmamış, eləcə də digər övladı X1 üçün hər ay 160 manat aliment ödədiyini və aylıq əmək haqqının 600 manat olduğunu nəzərə almamış, bununla da məhkəmə alimentin miqdarını artırmaqla qanuni və əsaslı olmayan qətnamə çıxarımışdır. Həmçinin, bildirir ki, o, 150 manat alimenti belə ödəməyə çətinlik çəkir. Bundan əlavə bildirir ki, o, 2023-cü ilin əvvəlində İddiaçı ilə barışmış və bir ailədə yaşamağa davam etmişdir. Bu səbəbdən Gülşən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ərizə verərək onunla barışdığını bildirmiş və 2023-cü ilin yanvar ayı da, daxil olmaqla uşaqları üçün nəzərdə tutulmuş alimentin ödənildiyini, buna görə də, icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra, o, ailəni dolandırmaq üçün, eləcə də Gülşəni müalicə etdirmək üçün, öz gözünü müalicə etdirmək üçün 2023-cü ilin may ayının 12-də 4400 manat kredit götürmüş, həmin kreditdən həmçinin uşaqlarının ehtiyaclarını ödəmişdir. Lakin 2023-cü ilin iyul ayının 13də o, işdə olan vaxt Gülşənin valideynləri onun Gəncə şəhərində faktiki yaşadığı evə gələrək xərçəng xəstəsi olan anası Qənirə Alıyevaya və asma xəstəsi olan atası Sərdar Alıyevə təzyiq göstərərək və anası Qənirə Alıyevanı döyərək Gülşəni evdən çıxarıb aparmışlar. Gülşəni aparmaqlarının səbəbi kimi onun xəstə olmasını göstərmişlər. Bir sözlə Gülşənin valideynləri onların bir ailə kimi dolanmaqlarına imkan verməmişlər. Gülşən aparılan gün o, polisə şikayət etmiş, polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş və Gülşən, öz valideynləri və onun valideynləri birlikdə Gəncə şəhər Polis İdarəsinə getmişdir. Orada araşdırma aparılmış, izahatları alınmışdır. Gülşən və onun valiydenləri izahatılarında bildirmişdir ki, guya Gülşən xəstədir, onu mülaicəyə aparmaq üçün evdən çıxarmışlar. Bunları deməkdə məqsədi odur ki, onun ailəsinin dağılmasına səbəb Gülşənin valideynləri və qardaşıdır və o, öz uşaqlarını özü saxlamaq istədiyi halda onlar buna imkan verməyərək məhz aliment almaq üçün bu qədər ailə münaqişəsinin yaranmasına səbəb olmuşlar. Məhkəmə alimentin miqdarının artırılması barədə qətnamə qəbul edərkən bu halları da nəzərə almamışdır. İş üzrə təqdim etdiyi yeni sübut onun əmək haqqı barədə arayışıdır. Həmin arayışı ona görə məhkəməyə təqdim edə bilməmişəmdir ki, o, faktiki olaraq Gəncə şəhərində yaşayır. Qeydiyyat ünvanı isə Gədəbəy rayonu, İnəkboğan kəndidir. Ona göndərilən məhkəmə bildirişləri İnəkboğan kəndinə göndərilmiş, həmin ünvanda yaşamadığından bildirişlər ona çatmamış, bu səbəbdən məhkəmə proseslərində iştirak edə bilməmiş və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də qeyd etdiyi səbəbdən Gülşənlə birgə yaşadığı dövrdə götürdüyü kreditin sənədlərini və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4031/2019 saylı qətnaməsini məhkəməyə sübut olaraq təqdim edə bilmədiyindən həmin sübutları da indi təqdim edir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, aldığı aliment azdır. Uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Onun özünün maddi imkanı aşağıdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
20. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
21. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
22. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
29. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
31. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.
38. Belə ki, ilk növbədə məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, iki uşağa görə aylıq cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair işin həqiqi hallarına uyğun olan məqsədəmüvafiq nəticəyə gəlmişdir.
39. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
40. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasına dəvət olunmaması, maddi imkanının aşağı olması, himayəsində əlavə bir uşağınında olması, alimentin miqdarını artırarkən onun maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu Gədəbəy rayonu İnəkboğan kəndindəki ünvanına göndərilmiş və müvafiq reyestr iş materiallarına əlavə edilmişdir. Cavabdehə məhkəmə iclasına gəlmədiyi halda iştirakı olmadan işə baxılacağı barədə xəbərdarlıq edilmişdir. Maddi imkanının aşağı olması, alimentin miqdarını artırarkən onun maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olmaması apellyasiya şikayəti üzrə alimentin məbləğinin artırılmamasına əsas vermir. Bununla belə, məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini nəzərə alan, birinci instansiya məhkəməsinin aliment məbləğini hər uşaq üçün 50 manat həddində artırmasını məqsədəmüvafiq hesab edir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh hazırda "xxxx" MMC-də odadavamlı işlər üzrə fəhlə işləyir və 873 manat əmək haqqı alır. Həmçinin, ƏG - 2-ci qrup pensiya növü üzrə 393,31 manat pensiya alır.
41. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, mübahisənin maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi 20 avqust 2020-ci il tarixdə anadan olmuş X5 və 15 noyabr 2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilməsi hissəsində dəyişdirilməli, 20 avqust 2020-ci il tarixdə anadan olmuş X5 və 15 noyabr 2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
43. Mübahisələndirilən hissə bir uşağa görə 50 manat olmaqla, iki uşağa görə il ərzində 1200 manatdır. ((50x2)x12=1200)
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi 20 avqust 2020-ci il tarixdə anadan olmuş X5 və 15 noyabr 2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilməsi hissəsində dəyişdirilsin. 20 avqust 2020-ci il tarixdə anadan olmuş X5 və 15 noyabr 2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.