Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-473/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil X2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-784/2022 saylı iş üzrə 20 oktyabr 2022ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan sadə yazılı formada yazılmış əqddən görünür ki, Cavabdeh1 özünə məxsus torpaq sahəsini və evini İddiaçı ******* manata satmışdır.
2. İş materiallarında olan X6 tərəfindən Cavabdeh1 Qazax rayonunun Cəfərli kəndində 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 29.75 kvm olan yaşayış evi verilmişdir.
3. İş materiallarında olan, Qazax rayon Dövlət Arxivinin 21 fevral 2022-ci il tarixli arxiv arayışında Qazax rayonunun Cəfərli kənd İcra Nümayəndəliyi üzrə 1996- 2000-ci illərə aid təsərrüfat başı kitabında Cavabdeh1 Qazax rayonunun Cəfərli kəndində 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən təsərrüfatında Cavabdeh2 ailə üzvü kimi qeyd edilmişdir.
4. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 27 avqust 2022-ci il tarixdə vəfat etmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2022-ci il tarixli 7/745-9/4904 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X4 Bitkiçilik sektorunun baş məsləhətçisi Şahin Mustafayevin rəyinə əsasən 0.15 ha həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və həmin ərazidə 2007-ci ildə əkilmiş cəmi 91 ədəd müxtəlif növ meyvə ağacının olması müəyyən edilmişdir. Həmin ağaclar 28 ədəd gilənar ağacı hər birinin məhsuldarlığı təxminən 10 kq olmaqla 28x10 kq=280 kq məhsul, 9 ədəd alma ağacı hər birnin məhsuldarlığı təxminən 12 kq olmaqla 9x12kq=108 kq məhsul, 5 ədəd armud ağacı hər birinin məhsuldarlığı təxminən 8 kq olmaqla 5x8 kq=40 kq məhsul, 8 ədəd fındıq ağacı hər birinin məhsuldarlığı təxminən 7 kq olmaqla 8x7 kq=56 kq məhsul, 4 ədəd qoz ağacı hər birinin məhsuldarlığı təxminən 15 kq olmaqla 4x15 kq=60 kq məhsul, 5 ədəd göyəm ağacı hər birinin məhsuldarlığı təxminən 5 kq olmaqla 5x5 kq=25 kq məhsul, 3 ədəd ərik ağacı hər birinin məhsuldarlığı təxminən 10 kq olmaqla 5x10 kq=30 kq məhsul, 3 ədəd əncir ağacı hər birinin məhsuldarlığı təxminən 12 kq olmaqla 3x12 kq=36 kq məhsul, 9 ədəd tut ağacı hər birinin məhsuldarlığı təxminən 15 kq olmaqla 9x15 kq=135 kq məhsul, 3 ədəd heyva ağacı hər birinin məhsuldarlığı təxminən 8 kq olmaqla 3x8 kq=24 kq məhsul, 2 ədəd nar ağacı hər birinin məhsuldarlığı təxminən 8 kq olmaqla 2x8 kq=16 kq məhsul, 1 ədəd əzgil ağacı hər birinin məhsuldarlığı təxminən 2 kq olmaqla 1x2 kq=2 kq məhsul, 1 ədəd zoğal ağacı hər birinin məhsuldarlığı təxminən 3 kq olmaqla 1x3 kq=3 kq məhsul, 10 ədəd üzüm kolunun hər birinin məhsuldarlığı təxminən 4 kq olmaqla 10x4 kq=40 kq məhsul olmaqla cəmi 91 ədəd ağac və kolun olması müəyyən edilmiş və rəyin biloji tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X4 Bitkiçilik sektorunun baş məsləhətçisi Şahin Mustafayev tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 0.15 ha həyətyanı torpaq sahəsinə 2007-ci ildə əkilmiş 91 ədəd meyvə ağaclarına çəkilmiş xərc-5180 manat, bir ildə əldə edilən gəlir 1326.10 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin alınması üçün onlara ödədiyi 1.300.000 manatın əvəzi olaraq 260,0 manat məbləğində pul, əsassız varlanma nəticəsində ona vurduğu zərərin əvəzi olaraq 5180,0 manat məbləğində pul, əldən çıxmış faydaya görə 1318,0 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 88,0 manat dövlət rüsumunun, ümumilikdə 6846,0 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ona və Cavabdeh1 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edib, İddiaçı evlərinin sökülməsinə görə 14500 (on dörd min beş yüz) manat və 15 ədəd meyvə ağacının kəsilib məhv edilməsinə görə 500 manatın və 135 manat dövlət rüsumunun ödənilməsinə görə ümumilikdə 15135 (on beş min bir yüz otuz beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Cavabdeh1 ilə əldə etdikləri razılaşmaya əsasən Cavabdeh1 özünə məxsus, Qazax rayonu, Cəfərli kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yaşayış evini həmin vaxt dövriyyədə olan pulla 1.300.000 (bir milyon üç yüz min) manata ona satmışdır. Cavabdeh bu barədə qəbz yazaraq göstərilən halları təsdiq etmişdir. Həmin qəbz tərəflərin və iki nəfər kənd sakinlərinin imzası ilə təsdiq edilmişdir. O həmin vaxtdan qeyd olunan torpaq sahəsindən öz əmlakı kimi istifadə və sahiblik etmişdir. O, 2007-ci ildən başlayaraq orada şəxsi vəsaiti hesabına ümumilikdə 91 ədəd 28 ədəd gilənar, 9 ədəd alma, 5 ədəd armud, 8 ədəd fəndıq, 4 ədəd qoz, 5 ədəd göyəm, 3 ədəd ərik, 3 ədəd əncir, 9 ədəd tut, 3 ədəd heyva, 2 ədəd nar, 1 ədəd əzgil, 1 ədəd zoğal, 10 ədəd üzüm ağacları olmaqla ağaclar əkərək becərmişdir. İndiyədək həmin ağacların əkilibbecərilməsinə, o cümlədən onlara qulluq olunmasına, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunmasına, bərpa edilməsinə və s. bu kimi tədbirlərin görülməsinə ümumilikdə 4570,0 (dörd min beş yüz yetmiş) manat məbləğində xərc çəkmişdir. Qeyd olunan torpaq sahəsinin suvarılması məqsədi ilə həmin əraziyə su borusunun çəkilməsinə, habelə içməli suyun çəkilməsinə, ərazinin çəpərə alınması üçün 90 metr ölçüdə dəmir torun alınıb çəkdirilməsinə ümumilikdə 610 (altı yüz on) manat xərc çəkmişdir. Qeyd olunan torpaq sahəsində salınmış bağa 30 ilə yaxın müddət ərzində kifayət qədər əmək sərf etmişdir. Ərazidə olan ağacların hər biri yüksək məhsuldarlığa qadirdir. Həmin ağacların bəhər verdiyi məhsulların satışından ildə təxminən 1318.0 manat məbləğində gəlir əldə edir. Hazırda isə Cavabdeh2 sözügedən torpaq sahəsinə daxil olaraq, onun həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Cavabdeh1 torpaq sahəsini ona satmış və bu barədə qəbz yazmış olsa da belə, hazırkı vəziyyətdə satmadığını bildirir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərir ki, guya Cavabdeh1 mübahisəli 0.15 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini müvəqqəti olaraq baxılmasının və qorunmasının əvəzinə ona müvəqqəti istifadə etməyə verdiyini bildirmişdir. Eyni zamanda göstərir ki, onun tərəfindən qanunsuz olaraq mübahisəli torpaq sahəsində yerləşən yaşayış evləri sökülmüş və həmin torpaq sahəsindəki 15 ədəd meyvə ağacları kəsilmişdir. Cavabdeh2 bu barədə göstərdikləri tamailə əsassızdır və heç bir mötəbər sübuta söykənmir. Həmçinin hesab edir ki, onun 1993-cü ildə torpaq sahəsinə görə mərhum Cavabdeh1 verdiyi 1.300.000 (bir milyon üç yüz min) manat pul indeksasiya yolu ilə hesablansa hazırkı dövrdə olan pulla 260,0 manata bərabər tutulur. Həmin torpaq sahəsinin hal-hazırkı bazar qiyməti onun tərəfindən torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan meyvə bağı səbəbindən cavabdehin istifadəsində olan illərə münasibətdə xeyli miqdarda artaraq yüksəlmişdir. Belə olduğu halda onun cavabdehlərdən torpaq sahəsinin alınması üçün ödədiyi 1.300.000 manatın əvəzi olaraq 260,0 manat, əsassız varlanma nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 5180,0 manat və əldən çıxmış faydada görə 1318,0 manat məbləğində pulun cavabdehlərdən tutularaq, ona verilməsini istəyir.
9. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 adıgedən 15 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini məvəqqəti olaraq baxılmasının və qorunmasının əvəzinə İddiaçı bir müddətlik istifadə etməyə vermişdir. Təxminən noyabr-dekabr aylarında Qazax rayonu, Cəfərli kəndinə gəldikdə ev və bağda ağacların olmadığını görmüşlər. Ev sökülərək materialları aparılmış və bağda olan 15 ədəd meyvə ağacları kəsilərək məhv edilmişdir. Bununla da Barat Vəliyv onlara ziyan vurmuşdur.
10. Qazax Rayon Məhkəməsinin 2(023)-784/2022 saylı iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) ilk iddianın təmin edilməsi, ilk iddia üzrə Cavabdeh2 (eyni zamanda Cavabdeh1 hüquqi varisi) 1.300.000 manatın əvəzi olaraq 260,0 manat məbləğində pul, əsassız varlanma nəticəsində ona vurduğu zərərin əvəzi olaraq 5180,0 manat məbləğində pul, əldən çıxmış faydaya görə 1318,0 manat məbləğində pul və ödənilmiş 88,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6846,0 manat pulun tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, İddiaçı 100 manat ekspertiza tədqiqatının dəyərinin alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-784/2022 saylı iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ev ilk iddia üzrə İddiaçı tərəfindən sökülmüşdür. Bununla da onlara 145000 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmin torpaq sahəsində 15 ağacın kəsilərək məhv edilməsinə görə isə ona 500 manat məbləğində zərər dəymişdir. Məhkəmə isə qətnamə qəbul edərkən göstərilən halları araşdırmamışdır. Bundan başqa, iddia ərizəsində göstərilən 91 ədəd ağacın ilk iddia üzrə İddiaçı tərəfindən əkilməsinə dair heç bir sübut olmamasına baxmayaraq, məhkəmə həmin hissədə qətnamə qəbul edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qeyd edilən torpaq sahəsində 70 ədəd ağacı özü əkmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, bildirdi ki, Cavabdeh1 ilə rəsmi nikahda olan ər-arvad olmuşlar. Uşaqlarının xəstəliyi ilə Bakı şəhərinə getmişlər. 1993-cü ildən mübahisəli torpaq sahəsini müvəqqəti istifadə üçün İddiaçı vermişlər. Bir müddət Bakıda qalmış və 2021-ci ilin dekabr ayında geri qayıtdıqdan sonra evinin söküldüyünü görmüşdür. Təxminən 2021-ci ilin dekabr ayından həmin torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Orada cəmi 71 ədəd ağac vardır ki, onların da çox hissəsini əvəllər özləri əkmişlər. 1993-cü ildən 2021-ci ilin dekabr ayınadək olan dövr ərzində bağa İddiaçı baxmışdır. Sökülmüş evin yerində heç bir iş görülməmiş, həmin yerdə ağac əkilməmişdir. Sonda apellyator şikayətin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil X3 apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, göstərdi ki, qeyd edilən torpağı və evi Cavabdeh1 1993-cü ildə İddiaçı almış və həmin vaxt orada köhnə tikili mövcud olmuşdur. İddiaçı həmin tikilini sökməmişdir, tikili ya öz-özünə uçmuş, yaxud da ki, onu qarşı tərəf özü uçurmuşdur. 1993-cü ildən 2021-ci ilin sonunadək olan dövr ərzində qeyd eilən torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. Sonda nümayəndə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
18. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
20. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa
21. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
22. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, işin müəyyən olunmuş faktik hallarına görə, mərhum Cavabdeh1 X6 tərəfindən Qazax rayonunun Cəfərli kəndində 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 29.75 kvm olan yaşayış evi verilmişdir. Mərhum Cavabdeh1 sözügedən torpaq sahəsini 1993-cü sadə yazılı formada yazılmış əqd əsasında İddiaçı həmin vaxt dövriyyədə olan pulla 1.300.000 manata satmışdır. Bundan sonra İddiaçı sözügedən torpaq sahəsinin suvarılması məqsədi ilə həmin əraziyə su borusunun çəkilməsini, habelə içməli suyun çəkilməsini, ərazinin çəpərə alınması üçün 90 metr ölçüdə dəmir torun alınıb çəkilməsini şəxsi vəsaiti hesabına təmin etmişdir. İddiaçı həmin torpaq sahəsində salınmış bağa 30 ilə yaxın müddət ərzində kifayət qədər əmək sərf etmişdir. Ərazidə olan ağacların hər birinin yüksək məhsuldarlığa gətirilib çıxarılmasına nail olmuşdur. Həmin torpaq sahəsinin halhazırkı bazar qiyməti iddiaçı tərəfindən torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan meyvə bağı səbəbindən cavabdehin istifadəsində olan illərə münasibətdə xeyli miqdarda artaraq yüksəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 12 avqust 2022-ci il tarixli 7/745-9/4904 saylı rəyindən də görünür ki, 0.15 ha həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, həmin ərazidə 2007-ci ildə əkilmiş cəmi 91 ədəd müxtəlif növ meyvə ağacının olması və rəyin biloji tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X4 Bitkiçilik sektorunun baş məsləhətçisi Şahin Mustafayev tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 0.15 ha həyətyanı torpaq sahəsinə 2007-ci ildə əkilmiş 91 ədəd meyvə ağaclarına çəkilmiş xərcin 5180 manat, bir ildə əldə edilən gəlirin 1326.10 manat olması müəyyən edilmişdir.
33. Hazırda mübahisəli torpaq sahəsi mərhum Cavabdeh1 arvadı Cavabdeh2 sahibliyində olmaqla, onun ilk iddia üzrə İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermədiyindən və maneə yaratdığından birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etmişdir.
34. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və göstərir ki, Cavabdeh2 izahati və onun irəli sürdüyü dəlillər işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbuledilən deyildir.
35. Kollegiya qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlarişin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmışdigər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Belə ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı tərəfindən 2007-ci ildə əkilmiş cəmi 91 ədəd bar verən müxtəlif növ meyvə ağacının olması, həmin ağaclara çəkilmiş xərcin 5180 manat, həmin ağaclardan bir ildə əldə edilən gəlirin 1326.10 manat olması barədə iddiaçının məhkəməyə bildirdikləri işə birinci insansiya məhkəməsində baxlarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 12 avqust 2022-ci il tarixli 7/745-9/4904 saylı rəyi ilə də öz təsdiqini tapmışdır. Həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.
37. Təxminən 28 il ərzində mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsi olmayan Cavabdeh2 həmin torpaq sahəsi üzərində olan meyvə ağaclarının bir hissəsinin onlar tərəfindən əkilmiş ağaclar olduğu barədə dəlilləri əsaslı dəlillər kimi qəbuledilən deyildir. Hətta, Cavabdeh2 tərəfindən 2022-ci ildə həmin torpaq sahəsi üzərində 70 ədəd meyvə ağaclarının əkilməsi fakt kimi təsdiq olunsa belə, həmin ağaclar bar verən ağaclar ola bilməz.
38. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən İddiaçı evlərinin sökülməsinə görə 14500 (on dörd min beş yüz) manat və 15 ədəd meyvə ağacının kəsilib məhv edilməsinə görə 500 manatın və 135 manat dövlət rüsumunun ödənilməsinə görə ümumilikdə 15135 (on beş min bir yüz otuz beş) manatın alınıb, ona verilməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə qarşılıqlı iddia tələbinin rədd etmişdir.
39. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində göstərdiyi-mübahisəli torpaq sahəsi üzərində 1993-cü ildə mövcud olmuş evin məhz İddiaçı tərəfindən söküldüyünü təsdiq edə bilən mötəbər sübut növünü məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu halla bağli yalnız Cavabdeh2 özünün izahatı mövcuddur. Cavabdeh2 özünün izahatında göstərdiyi xüsusatlar başqa, əlaqəli mötəbər sübutlarla təsdiq olunmadığından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 izahatı mübahisəli torpaq sahəsi üzərində 1993-cü ildə mövcud olmuş evin məhz İddiaçı tərəfindən söküldüyünün işin faktiki halı kimi müəyyən edilməsində mötəbər sübut növü kimi qəbuledilən deyildir.
40. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlir ki, Cavabdeh2 mərhum əri Cavabdeh1 tərəfindən 1993-cü ildə etibarsız əqd əsasında İddiaçı satılmış, bundan sonra İddiaçı özünün əmlakı hesab edərək, onun tərərfindən 2007-ci ildə əkilmiş, hazırda bar verən 91 ədəd müxtəlif növ meyvə ağacının oluğu torpaq sahəsini İddiaçı ğeri almaqla Cavabdeh2 əsassız varlanmışdır. Cavabdeh2 həmin torpaq sahəsi üzərində hüquqlarının olması iş materialları ilə təsdiq olunur. İddiaçı isə Cavabdeh2 maddi ziyan vurması isə iş materialları ilə təsdiq olunmur. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən ilk iddianı təmin edib, qarşılqlı iddianı təmin etməməkdə birinci insansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-784/2022 saylı iş üzrə 20 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.