Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-480/2024 12.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: çəkilmiş xərcin əvəzinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1, eləcədə onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(076)- 458/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020–ci il tarixli 2(076)–652/2020 nömrəli qətnaməsindən görünür ki, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X12ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 nömrəli ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2020-ci il tarixli 2(104)-3255/2020 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)-652/2020 nömnrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2(102)-3567/2021 nömrəli qəərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2020-ci il tarixli 2(104)– 3255/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
4. Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(076)-2166/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı uşaqları ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 nömrəli ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(104)-2871/2022 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(076)-2166/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
6. Məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(102)-1239/2023 nömrəli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(104)-2871/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və digərlərinə qarşı ünvan 2 ünvanda (yeni qaydalarla: ünvan 3q sahəsindən çıxarılma barədə tələbi rədd edilmişdir.
7. Şəmkir Bələdiyyəsinin 13 iyul 2022-ci il tarixli arayışından görünür ki, 2017ci ildən 2022-ci ilədək ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin əmlak və torpaq vergisini İddiaçı bələdiyyə büdcəsinə ödəmişdir.
8. “Azəriqaz” İB-nin X13 İstismarı İdarəsinin 18 iyul 2022-ci il tarixli arayışından görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yaşayan İddiaçı X12 2008-ci ilin iyun ayından abonent kimi qeydiyyatda olmuşdur.
9. X4 18 iyul 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı X12 2009-cu ilin fevral ayından X5 qeydiyyatdadır və ********** saylı sayğac onun istifadəsindədir.
10. Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsinin 23 avqust 2022ci il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 nömrəli ünvanda yerləşən evdə yaşayır. İddiaçı və ailə üzvləri 1990-cı ildən bugünə qədər həmin ünvanda yaşamış və qeyd olunan ünvanda onlardan başqa heç kim yaşamamışdır.
11. Şəmkir rayon Dövlət Notariat ofisinin 05 yanvar 2022-ci il tarixli arayışından görünür ki, mərhum X2 qalmış miras əmalak dair 27 yanavr 2020-ci il tarixdə 8V-75 nömrəli reyesterdə qeydə alınmış vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyən edilmişdir. Lakin mərhum X2 qalmış miras əmalaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkəti həyata keçirilməmişdir.
12. Qaimə fakturalardan görünür ki, müxtəlif tarixlərdə tikinti materialları alınmışdır.
13. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 iyun 2022-ci il tarixli ********** Çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0878 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 10/6381 nömrəli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi məbləği 70735 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli 10/2882 nömrəli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi məbləği 60770 manat müəyyən edilmişdir.
a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 8 ünvanda yerləşən evin təmir-tikintisinə çəkilmiş 70800 manat xərcin və ödənilmiş 303 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun baldızıdır. 1990cı il tarixdə cavabdehin qardaşı İlqar Ruhullayevlə faktiki olaraq ailə qurmuşlar. 22 aprel 1992-ci il tarixdə nikahlarını rəmiləşdirmişlər. Ailə qurduqları ilk gündən mübahisəli fərdi yaşayış evində yaşamışlar və uşaqları da həmin evdə doğulmuşlar. Fərdi yaşayış evi 1967-1987-ci illərdə inşa edilmiş, ümumi sahəsi 129 kv.m, yaşayış sahəsi 3 otaqdan ibarət olmaqla 70,0 kv.m, köməkçi sahəsi 59,0 kv.m-dir. Qayınatası vəfat etdikdən sonra mübahisəli mülk 1993-cü il tarixdə vərəsələr arasında bölünmüş, yəni 17/25 hissə Cavabdeh1, 2/25 hissə digər baldızı Cavabdeh3, 2/25 hissə qayını Cavabdeh2, 2/25 hissə qayını Əli Ruhullayevin və 2/25 hissə X12in paylı mülkiyyətinə verilmişdir. Buna baxmayaraq 30 ildən artıqdır ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır. X12 23 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Ərinin sağlığında və onun ölümündən sonra mübahisəli evdə daima təmirtikinti işləri aparmış, evin həyətində naves düzəltdirmiş, otaqları, mətbəxi, hamamı əsaslı təmir etdirmişlər. Baldızlarının və qayınlarının başqa evləri olduğuna görə mübahisəli evdə yaşamamışlar və evin təmir-bərpasına xərc çəkməmişlər. Təmirbərpa işlərinə 70000 manat xərc çəkmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)-652/2020 nömrəli qətnaməsi ilə baldızları Cavabdeh1, Cavabdeh3, qayınları Cavabdeh2 və Əli Ruhullayevin ona və uşaqlarına qarşı “ünvan 9 ünvanda yerləşən evin qiymətləndirilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X12ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 nömrəli ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir. Mübahisəli ev hərracda Cavabdeh1 tərəfindən alınmışdır. Mərhum ərinin vərəsəsi kimi ona və uşaqlarına evin pulundan 2/25 hissə çatacaqdır, lakin həmin məbləğ onun uzun illər evə çəkdiyi xərcin cüzi hissəsini belə ödəmir. Ona görə də mübahisəli evə çəkdiyi xərcin əvəzinin cavabdehdən alınmasına dair iddia qaldırmışdır.
18. Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(076)- 2148/2022 nömrəli qərardadı ilə Cavabdeh2 və Cavabdeh3 münasibətdə baxılmamış saxlanılmışdır.
19. Şəmkir Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(076)-548/2023 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 30385 (otuz min üç yüz səksən beş) manat məbləğində pul alınıb İddiaçı verilməsi; Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi; Cavabdeh1 303 (üç yüz üç) manat məbləğində pul alınıb İddiaçı verilməsi; İddia qalan hissədə təmin edilməməsi; İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1, 214.3, 214.4, 217.1, 217.2, 217.3, 217.4, 223.3, 225.1 maddələri, Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3, maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 117, 213, 216-220, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, əmlak 1993-cü il tarixdən bölünmüş və çox hissəsi onun payına düşmüşdür. Bundan sonra o və onun yaxınları iddiaçı və onun əri tərəfindən evdən çıxardılmışlar. Mülkiyyətçilərin razılığı olmadan iddiaçı qapıları açmış və həmin evdə olan digər otaqlardan istifadə etməyə başlamışdır. Aralarında mübahisələr baş vermiş iddiaçı tərəf onu və onun yaxınlarını evdə yaşamasına imkan verməmişdir. Həmçinin iddiaçının evdə təmir işləri aparması da məqsədli şəkildə olmuşdur ki, evi bütünlükdə ələ keçirsin. Halbu ki, iddiaçı digər mülkiyyətçilərin razılığı ilə təmir işlərini aparmalıydı. Bir halda onun tərəfindən aparıla bilərdi ki, həmin mənzilə olan payları digər mülkiyyətçilərin payından çox olsun. Lakin iddiaçının payı payından dəfələrlə az olmuşdur. İddiaçının vermiş olduğu izahatdan da məqsədləri aydın olur ki, mənzildən onlara düşəcək payın məbləği cüzi olduğundan onun çəkdiyi xərcin cüzi hissəsini əvəz edə bilər. Ekspertin rəyinə diqqət yetirdikdə müəyyən olur ki, guya şəxs ora çəkdiyi xərclərin məblği 70000 manat, sonrakı ekspetiza isə çəklimiş xərcin 60000 manat olmasını qeyd etmişdir. İddiaçıya həmin mənzilin yalnız bir otağı məxsus olduğu halda ona aid olmayan digər otaqları nə üçün təmir etmişdir. Həmçinin iddiaçı təmirə xərclədiyi vəsait hesabına özünə başqa əmlak ala bilərdi. İfadə vermiş şahidlər və ekspert təmir işlərinin hansı vaxtda aparılmasını dəqiq qeyd etməmişdir. İşdə olan şahid ifadəsindən görünür ki, iddiaçı gəlin köçdükdən sonra, yəni 1990-cı ildə təmir işləri aparılmış, bundan başqa 2 il əvvəldə iddaçı tərəfindən təmir işləri görülmüşdür. Belə olan halda sual olunur 2020-ci ildə iddiaçının evdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi və mənzil bütünlükdə cavabdeh tərəfindən hərracda alındığı halda onda nədən evdə təmir işləri aparmışdır. Göründüyü kimi, iddiaçının məqsədi mənzili ələ keçirməkdir. Ekspert rəyi isə qeyri müəyyəndir və işlənmiş materialların markası tam olaraq göstərilməmidir. Belə olan halda çəkilən xərcin dəqiq miqdarını müəyyən etmək də mümkün deyil. Evin dam hissəsi Şəmkir şəhərində aparılan abadlıq işləri zamanı vurlmuş, lakin bununla bağlı sorğunun alınmasını təmin edilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 nömrəli ünvanda yerləşən ev əvvəllər atasına məxsus olmuşdur. İddiaçı 1990-cı ildə həmin evə gəlin gəlmiş, 2000-ci ilədək orada yaşamışdır. Sonradan məhkıəmə qətnaməsinə əsasən evə köçürülmüşdür. Evə dair vərəsəlik açılmış, anası payını ona vermiş, qalan hissə isə vərəsələr arasında bölünmüş və nəticədə 17/25 hissə onun mülkiyyətindədir. Ev hərraca çıxarılmış və ikinci satışda 117000 manata evi almışdır. Evin dam örütüyü əvvəllər dövlət tərəfindən təmir edilmiş, digər təmir işləri aparılan zaman isə paylı mülkiyyətçilərdən razılıq alınmamışdır. Evin qarşısında Ddəmir konstruksiyadan çardaq (naves) inşa olunsada, əslində həmin çardaq fərdi yaşayış evinə düşən günün və havalanmanın qarşısını alır. Ona görədə çardağın iddiaçı tərəfindən sökülüb götürülməsini istəyir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin həmin hisədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin həmin hisədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2009-cu ildə əri ilə birlikdə evi təmir etdirmişdir. Əri 2019-cu ildə vəfat etmişdir 2002-ci ildən fərdi yaşayış evində ərinin payı 2/25 olmuşdur. Təmir işi aparılan zaman paylı mülkiyyətçilərin heç birindən razılıq almamışlar. Fərdi yaşayış evindən bütövlükdə onlar istifadə etmişlər. Digər mülkiyyətçilər özlərinə məxsus evdə yaşamışdır. Əri həmin evi özünükü bilib təmir etdirmişdir. 1992-ci ildə hamam, 2018-ci ildə naves inşa etdirmişlər. Ayaqyolunu da əri tikdirmiş, eləcədə otaqların hamısını təmir etmişlər. Əri öləndən sonrada təmir işləri gördürmüş, həyətə beton tökdürmüş və barı çəkdirmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
30. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
31. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
32. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
33. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
34. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
35. Maddə 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.
36. Maddə 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.
37. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.
38. Maddə 217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.
39. Maddə 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.
40. Maddə 217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər.
41. Maddə 217.5. Əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
50. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
55. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)-652/2020 nömrəli qətnaməsinə əsasən 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X12ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində mübahisəli fərdi yaşayış evində 17/25 payı olan Cavabdeh1 almış və Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli ********** nömrəli çıxarış əsasında ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi, eləcədə evin yerləşdiyi 0,0878 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(076)-2166/2022 nəmrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X9, X6 və X8 qarşı cavabdehlərin ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,0878 ha torpaq sahəsindən çıxarılma tələbi təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(104)-2871/2022 nömrəli qətnaməsi ilə, Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(076)-2166/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsada, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(102)-1239/2023 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(104)-2871/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və digərlərinə qarşı ünvan 2 ünvanda (yeni qaydalarla: ünvan 3q sahəsindən çıxarılma barədə tələbi rədd edilmişdir. İddiaçı mərhum X12lə yaşadıqları müddətdə, eləcədə onun ölümündən sonra ünvan 2 evdə təmir-bərpa işlərinə 70800 manat xərc çəkdiklərini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
56. İşə əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(076)-652/2020 nömrəli qətnaməsinin surətindən (qanuni qüvvəsini almış) müəyyən olunur ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi 261 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ruhullayev İlqar, Əli, Rəna və Vəli Oruc uşaqlarının adlarına hər birinə 2/25 hissə, Cavabdeh1 adına 17/25 hissə olmaqla verilmiş sonuncu qeydiyyat vəsiqəsi 3 saylı “Qeydiyyat vəsiqələrinin” qeydiyyatı kitabının 74-cü səhifəsində 3129 nömrədə 25 oktyabr 1993-cü ildə qeydiyyata alınmışdır. Göründüyü kimi Şəmkir şəhəri, S.Vurğun küçəsi 261 ünvanda yerləşən fərdi yaşayış evinin hər birinin payı bəlli olmaqla ümumi paylı mülkiyyətdə olmasından hər bir payçı, o cümlədən hazırkı iş üzrə iddiaçının əri, yəni 23 yanvar 1919-cu ildə ölmüş X3 da məlumatı olmuşdur. Buna baxmayaraq X1, eləcədə onun ölümündən sonra arvadı, yəni hazırkı iş üzrə İddiaçı fərdi yaşayış evində onlara düşən payın 2/25 hissə olmasını bildikləri halda, ümumi paylı əmlakda təmir bərpa işlərinin aparılmasına nə kimi zərurətin yaranması və bu zərurətin öz vəsaitləri hesabına aradan qaldırılması barədə paylı mülkiyyətin digər mülkiyyətçilərinə məlumat vermədən, eləcədə işlərin görülməsinə onların razılığı alınmadan təmir işləri gördürmüşlər. Şəmkir şəhəri, S.Vurğun küçəsi 261 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alındığından İddiaçı Cavabdeh1 çəkilmiş xərci tələb etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.
57. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
58. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilmir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına əmlakı yaxşılaşdıra bilər. Paylı mülkiyyətdə ümumi mülkiyyətçilərin razılığı olmadan yaxşılaşdırma aparan mülkiyyətçi ayrıla bilən əlavələri özünün mülkiyyətinə daxil edə bilər.
59. İşə əlavə olunmuş texniki pasportdan müəyyən olunur ki, “C” literli ayaqyolu və “İ” literli çardaq 2018-ci ildə inşa olunmuşdur. Eləcədə ekspert rəyində əks olunmuş fotoşəkillərdən görünür ki, çardaq dəmir konstruksiyalı olmaqla üstü şiferlə örtülmüş və fərdi yaşayış evinə giriş hissənin qarşısında inşa edilmişdir. Dəmir konstruksiyalı həmin çardağın fərdi yaşayış evinə heç bir zərər vurmadan ayrılması mümkündür. Belə olan təqdirdə kollegiya hesab edir ki, dəmir konstruksiyadan inşa olunmuş çardağın iddiaçı tərəfindən sökülüb götürül bilər İş üzrə Cavabdeh1 da apellyasiya icratı zamanı dəmir konstruksiyadan inşa olunmuş çardağın fərdi yaşayış evinə düşən günün və havalanmanın qarşısını aldığını bildirərək iddiaçı tərəfindən sökülüb götürülməsini göstərmişdir.
60. Görülən digər təmir-bərpa işlərinə münasibətdə isə kollegiya hesab edir ki, həmin işlər ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilmədən aparıldığı üçün, işlərin görülməsi üçün çəkilən xərcin əvəzi hazırkı iş üzrə cavabdehdən, yəni ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisindən tələb olunması özlüyündə istisna olunur.
61. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(076)-458/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 30385 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh1 303 manat məbləğində pul alınıb İddiaçı verilməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, eləcədə ödənilmiş 303 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(076)-458/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 30385 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh1 303 manat məbləğində pul alınıb İddiaçı verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Ödənilmiş 303 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.