Məhkəmə qərarları › İş №2(104)-499/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-499/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-499/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 nömrəli qətnaməsi ilə (hakim K.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, iş üzrə hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 700 (yeddi yüz) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(104)- 1036/2023 saylı qətnaməsi ilə (hakimlər F.Mehdiyev (məruzəçi) R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(076)-178/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azətbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4058/2023 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (məruzəçi), V.Həsənov və İ.Şəfiyev) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(104)-1036/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərar alınmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək 3.000.000 (üç milyon) Rus rublu məbləğində pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsi, 340 (üç yüz qırx) manat dövlət rüsmunun və hüquqi xidmətə görə ödənilmiş 1000 (bir min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası vətəndaşı olsa da, faktiki olaraq ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh mərhum əri X1 qardaşı oğludur. O, cavabdehi mərhum ərimə görə tanımışdır. Rusiyada yaşadıqları müddətdə o, cavabdehlə danışıb Şəmkir şəhərində daşınmaz əmlak əldə etmək fikirlərinin olduğunu bildirmiş, bu işdə cavabdehin ona kömək etməsini xahiş etmişdir. Bu səbəbdən də o, Şəmkir şəhərində bir neçə yerdə həyətyanı torpaq sahəsi və ev ilə maraqlanmış və həmin daşmmaz əmlakları almaq qərarına gəlmişdir. Cavabdehlə danışıqlarına görə o, ona Rusiyadan pul göndərmiş və cavabdeh də həmin əmlakları o, Rusiyada olduğu üçün alqı-satqı yolu ilə öz adına rəsmi qeydə aldırdı. Danışıqlarına görə cavabdeh həmin əmlakları onun adına qeydə aldıracaqdı. Əldə etdikləri əmlaklar faktiki olaraq onun və ailə üzvülərinin faktiki istifadəsində olmasına baxmayaraq, cavabdehin adına qeydə alınıb. 2021-ci ildə əri qəflətən vəfat etdi. Ərinin vəfatından sonra o, cavabdehdən onun Rusiya Federasiyasmdan bank vasitəsi ilə göndərmiş olduğu iri məbləğli pul vəsaiti əsasında öz adına qeydə aldırmış olduğu əmlakları onun (iddiaçının) adına qeydə aldırmasını xahiş etmiş, cavabdeh əvvəlcə həmin əmlakları onun adına rəsmi qeydə aldıracağını vəd versə də, sonradan həmin əmlakları adına qeydə aldırmaqdan imtina etdi. Buna görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, onun Rusiya Federasiyasmdan bank vasitəsi ilə cavabdehin adına göndərmiş olduğu 3.000.000 (üç milyon) rus pulu cavabdeh özünə qaytarsın. Eyni zamanda hesab edir ki, cavabdehlərin qanunsuz ıərəkəti nəticəsində o, maddi ziyan çəkmişdir və cavabdeh həmin maddi ziyanı da ödməlidir: məsələn: vəkil xidmətindən stifadə etmişdir, etibarnamə verib rüsum ödəmişdir, eyni zamanda iddia tələbilə bağlı olaraq məhkəməyə dövlət rüsumu ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, onlar arasındakı münasibət tapşırıq müqaviləsindən yaranmış olsa da məhkəmə borc müqaviləsinə dair normalara istinad etmişdir. İddiaçının iddiasına görə cavabdehə əmisi tərəfindən daşınmaz əmlakın alınması tapşırığı vermişdir, əgər belədirsə mütləqdir ki, notarial qaydada təsdiqlənmiş etibarnamə verilsin. Bundan başqa təqdim edilən sənədlərlə sübut olunmuşdur ki, iddiaçının əri Eyyub Musayev həqiqətən baş etibarnamə vermişdir ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman onu təmsil etsin. Cavabdeh 2018-ci ildə ünvan 2 ünvanında yerləşən evi və Şəmkir şəhərində 0.06 ha torpaq sahəsinin alınmasında Eyyub Musayevi təmsil etmiş və onun adından müqavilə bağlanmışdır. Bundan sonra Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş, həmin əmlakları görmüş, öyrənmiş və əmlakla alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur. İddiaçının adından göndərilmiş pullar da mərhum ərinin tapşırıqlarının icrası ilə bağlı olmuşdur. İddiaçı iddia tələbinə dair mötəbər sübut təqdim etmədiyi halda birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak etsə də, özü gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, iddiaçı onun mərhum əmisi X1 həyat yoldaşı olmuşdur. Əmisi Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olmuşdur və 2021-ci ilin noyabr ayında vəfat etmişdir. İddiaçı isə əmisinin ölümündən sonra Şəmkirdən olan başqa birisinə ərə getmişdir. Mərhum əmisi Şəmkir şəhərində də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün daşınmaz əmlaklar almaq istədiyini, ona görə də adına pullar göndərəcəyini bildirmiş, pullar müxtəlif vaxtlarda və məbləğlərdə həm əmisinin adından, həm də əmisinin tapşırığı ilə iddiaçının adından göndərilmişdir. Əmisi adına daşınmaz əmlak alması üçün adından ona etibarnamə də vermişdir. O, əmisinin verdiyi etibarnamə əsasında onun adına Şəmkir şəhəri İsgəndər Aznaurov küçəsində bir yaşayış otağı, hamamı, mətbəxi, 70-80 baş iri buynuzlu heyvan saxlanması üçün tövləsi və yem tədarükü otağı olan 0,05 ha torpaq sahəsini verginin az ödənilməsi üçün 4.800 manata sənədləşdirilsə də 40.000 manata almışdır. Yenə də həmin torpaq sahəsinin yanında əmisinin adına 18.000 manata 0.05 ha boş torpaq sahəsi, həmin küçənin ayaq hissəsində isə məhlə almış, mövcud olan evi də təmir etməklə onunla yanaşı böyük ev tikdirmiş, torpaq sahəsinin əks tərəfində isə sahibkarlıqla məşğul olmaq üçün çörək bişirmək üçün iki təndir və soba tikdirmiş, təmir etdirərək istifadəyə hazır vəziyyətə gətirmişdir. Əmisinin sağlıqında göndərilmiş pullar həmin obyektlərin alğısatqısına, tikintisinə və təmirinə xərclənmişdir. əmisi göndərilmiş pulların hansı qaydada xərclənməsi ilə həmişə maraqlanmış, o, da gördüyü işlər barədə əmisinə məlumat vermiş, aparılmış tikintilərə əmisi hər dəfə gələndə baxmış, görüləcək işlərlə bağlı göstərişlərini vermişdir. Qaldı ki, əmisinin ölümündən sonra göndərilmiş məbləğlərə həmin pullar əmisinin yas mərasiminə və əmisinin qəbrinin üstünün düzəldilməsinə xərclənmişdir. İddiaçının kassasiya şikayətində ərinin yas mərasiminin xərcini özü çəkməsi və qəbirüstünün düzəldilməsi ilə bağlı işləri özü gördürməsinə dair göstərdiyi həqiqətə uyğun deyil. Doğrudur həmin işlər üçün pulu o vermişdir, lakin işləri iddiaçı yox, o, özü gördürmüşdür, həmin faktı iddiaçı ilə olan WatsApp danışıqları təsdiq edir, hansı ki surətini məhkəməyə təqdim etmişdir. Təkcə əmisinin qəbirüstünün düzəldilməsi, baş daşı və digər işlər nəzərə alınmaqla 6000 (altı min) manata başa gəlmişdir. Hesab edir ki, iddiaçının onda heç bir istifadə olunmamış pulu qalmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, Cavabdeh İddiaçı göndərmiş olduğu pullarla özü üçün əmlak almış, lakin həmin əmlakları iddiaçının adına keçirməkdən imtina edir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Verilmiş suala cavab olaraq iddiaçı faktiki istifadələrində olsa da, cavabdehin onun adına keçirməkdən imtina etdiyi əmlakların hansı əmlak olduğunu izah edə bilməmiş, istifadəsində olan əmlakların mərhum ərinin adına olduğunu bildirmişdir. Eyni zmanda iddiaçının adına göndərilmiş pulların borc kimi yox, daşınmaz əmlaklar alınması üçün göndərildiyini, mərhum ərinin qəbrinin üstünün düzəldilməsi üçün çəkilmiş xərcin onun göndərdiyi pullar hesabına olduğunu, yas mərasimlərinin xərcini də özü çəkdiyini bildirmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdeh tərəfin, həmin şikayətin təmin edilməməsi barədə iddiaçı tərəfin izahatlarını dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş kassa qəbzindən görünür ki, Eyyub Musayev tərəfindən Cavabdeh hesabına xx.xx.2016-cı ildə 444338.00 (dörd yüz qırx dörd min üç yüz otuz səkkiz) Rus rublu məbləğində pul vəsaiti göndərilmişdir. İş materiallarına əlavə edilmiş pul vəsaitinin göndərilməsinə dair sənədlərdən görünür ki, 2015-2021-ci illərdə İddiaçı adından Cavabdeh adına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 2.125.897 Rus rublu və 2000 AZN məbləğində pul göndərilmiş, o cümlədən həmin pullardan 600.000 Rus rublu iddiaçının ərinin ölümündən sonra 2021-ci ilin noyabr -dekabr aylarında göndərilmişdir. İş materiallarına əlavə olunmuş 18 sentyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X1 nümayəndəsi kimi (xx.xx.2017-ci il tarixli 26209 reyestr nömrəli etibarnaməyə əsasən) 5000 (beş min) manat məbləğində 0.06 ha torpaq sahəsi almışdır. İş materiallarına əlavə olunmuş 31 oktyabr 2018-ci il tarixli, 1S-8516-nömrəli reyestrdə qeyd edilmiş etibarnaməyə əsasən, X2 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklar üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 31 oktyabr 2028-ci il tarixədək qüvvədə olmaqla qardaşı oğlu Cavabdeh adına etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş 08 noyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X1 əvəzinə 4800 (dörd min səkkiz yüz) manat məbləğində 0.06 ha torpaq sahəsi almışdır. İş materiallarına əlavə olunmuş 31 oktyabr 2018-ci il tarixli, 4Ə-2147 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Şəmkir şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı 0,07 ha torpaq sahəsi X1 adına satın alınmış və bu barədə sonuncunun adına 05 noyabr 2018-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İddiaçı tərəfindən təqdim edolərək iş materiallarına əlavə edilmiş video diskdən görünür ki, cavabdeh tərəfindən iddiaçının adına alınmış torpaq sahələrində yaşayış evi tikilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaradılmışdır (kiçik çörəkbişirmə sexi hazırlanmışdır), digər torpaq sahəsində isə 70-80 baş heyvan saxlanması üçün tövlə, heyvanlara qulluq edəçək şəxslər üçün yaşayış otağı, yem tədarükü üçün otaq vardır. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, mərhum X1 qəbirüstü daşı qara mərmərdən götürülmüş və orada müasir qaydada abadlıq işləri görülmüşdür. Kassasiya instansiyası məhkəməsinin yuxarıda istinad olunan qərarında göstərilmişdir ki, cavabdeh iddiaçıdan əmisi Eyyub Musayevin ölümündən sonra 2021-ci ilin noyabr, dekabr aylarında altı dəfəyə, hər dəfə 100.000 Rus rublu olmaqla,cəmi 600.000 Rus rublu aldığını etiraf edir, lakin həmin pul vəsaitini əmisi Eyyub Musayevin yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərclədiyini bildirir. Belə olan halda həmin halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən məhkəmə nkollegiyasının iclasında təqdim olunmuş qaiməfaktura və 4 nömrəli satış qəbzindən görünür ki, qəbirüstü abidənin düzəldilməsi üçün Cavabdeh tərəfindən Sakit Məmmədova 6.000 (altı min) manat pul ödənilmişdir. Cavabdeh iddiaçı tərəfindən göndərilmiş 600.000 Rus rublunun qalan hissəsini, yəni 294.000 Rus rublu hissəsini əmisinin yas mərasimi ilə bağlı xərclədiyini bildirsə də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim edə bilmədi. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin xx.xx.2021-ci ildə vəfat etmiş əmisi Eyyub Musayevin həyat yoldaşı olmuşdur. İddiaçının mərhum əri Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, müəyyən obyektləri olmuş, Şəmkir rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün daşınmaz əmlaklar – ev və torpaq sahəsi almaq qərarına gəlmiş, özü Rusiyada yaşadığına görə bu işi qardaşı oğlu olan cavabdehə həvalə etmiş ona görə də həm özü öz adından, həm də onun tapşırığı ilə arvadı İddiaçı adından Cavabdeh adına 2015-ci ildən başlayaraq dəfələrlə, müxtəlif məbləğlərdə pullar göndərilmişdir. İşdə olan pul göndərişini təsdiq edən sənədlərə görə İddiaçı adından Cavabdeh adına 1.528.897 Rus rublu pul göndərildiyi aydın şəkildə görünsə də xx.xx.2021-ci il tarixdə cəmi 408.000 Rus rublunun göndərilməsinə dair qəbzlərdən həmin pulların kim tərəfindən və kimə göndərildiyi bilinmədiyinə, iddiaçı isə həmin halla bağlı məhkəməyə digər mötəbər sübut təqdim etmədiyinə görə ərinin ölümünə qədər göndərilən məbləği 1.528.897 Rus rublu və 2000 AZN kimi, ölümündən sonra göndərilmiş məbləği isə 600.000 Rus rublu kimi qəbul edir. Cavabdeh əmisinin sağlığında göndərilmiş pulların hesabına üç yerdə torpaq sahəsi almışdır ki, həmin torpaq sahələrinindən ikisinin üzərində sahibkarlıq obyekti və yaşayış evi, digəri isə boş torpaq sahəsi olmuşdur. Fərdi yaşayış evi olan torpaq sahəsində əlavə tikililər inşa edilmiş və ev yaşayış üçün hazır vəziyyətə gətirilmiş, sağlığında əmisi tərəfindən cavabdehə qarşı etirazın olduğu məhkəmə iclasında müəyyən olunmamışdır. Əmisiin ölümündən sonra iddiaçı tərəfindən göndərilmiş 600.000 Rus rublu məbləğində pul vəsaitinə gəldikdə cavabdeh həmin puldan 6000 manatını əmisinin qəbirüstünün abadlaşdırılıması, baş daşının düzəldilməsi və s. üçün xərlədiyinə dair sübut kimi qəbul olunan sənədlər təqdim etmiş olsa da, məhkəməyə həmin pulun 6000 manatdan artıq hissəsinin hara xərclənməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmiş qəbzlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı cavabdehin hesabına 3.000.000 Rus rublu göndərdiyini iddia etsə də, onun tərəfindən cavabdehin hesabına ümumilikdə 2.397.896 Rus rublu, mərhum Eyyub Musayev tərəfindən isə cavabdehin hesabına 444.338 Rus rublu göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında qəbzlərdə olan vəsait hesabına mərhum Eyyub Musayevin adına əmlaklar aldığını iddia etmiş olsa da, həmin əmlakların iddiaçı tərəfindən göndərilmiş vəsaitlər hesabına deyil, mərhum Eyyub Musayevin özü tərəfindən göndərilmiş vəsait hesabına alınması mülki iş materiallarında olan sənədlərlə öz təsdiqi tapır. Ona görə də məhkəmə, cavabdehin məhkəmə iclasında göstərdiklərini onun iddiaçı qarşısında götürmüş olduğu öhdəliklərdən yayınması cəhdi kimi qiymətləndirir və onun iddiaçı tərəfindən göndərilmiş pul vəsaitlərini tikinti işlərinə sərf etməsi ilə bağlı iddiasına tənqidi yanaşır və özünü müdafiə xarakterli izahat kimi qəbul edərək onu mötəbər sübut kimi qəbul etmir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında sadə yazılı formada etibarlı borc müqaviləsi bağlanmışdır. Bu səbəbdən də həmin münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə, tərəflərin təqdim etdikləri sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, cavabdeh mərhum Eyyub Musayevin adına almış olduğu daşınmaz əmlakın təmiri üçün vəsait şərh etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə qarşılıqlı iddia təqdim etməmişdir. Ona görə də cavabdehin tikinti işlərinə sərf edilmiş vəsaitlə bağlı məhkəmə iclasında qeyd etdiklərinə hər hansı hüquqi qiymət verilməsi əsaslı sayıla bilməz. Bununla bağlı cavabdehə məhkəmə iclasında qeyd etdikləri, yəni tikinti işlərinə sərf edilmiş vəsaitlə bağlı iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə, işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehdən 2.397.896 Rus rubl ödəniş vaxtı milli manata məzənnədə, göstərilmiş hüquqi yardıma görə 700 manat, ödənilmiş dövlət rüsumuna görə 200 manat tutulub iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında qəbzlərdə olan vəsait hesabına mərhum Eyyub Musayevin adına əmlaklar aldığını iddia etmiş olsa da, həmin əmlakların iddiaçı tərəfindən göndərilmiş vəsaitlər hesabına deyil, mərhum Eyyub Musayevin özü tərəfindən göndərilmiş vəsait hesabına alınması mülki iş materiallarında olan sənədlərlə öz təsdiqi tapır. Kollegiya birinci instansiya məhkəməsinin bu kimi əsaslandırması ilə razılaşmır. Ona görə ki, iddiaçı özü iddia ərizəsində göstərir ki, göndərdikləri pullarla cavabdeh onlar üçün daşınmaz əmlaklar almışdır və həmin əmlaklar onların faktiki istifadəsində olsa da, cavabdeh həmin əmlakları onun adına keçirməkdən imtina edir. Göründüyü kimi iddiaçının özü iddia ərizəsində cavabdeh tərəfindən onlar üçün əmlakların alındığını və həmin əmlakların faktiki istifadələrində olduğunu göstərmişdir. Lakin bununla belə cavabdeh əmisinin ölümündən sonra iddiaçının onun adına göndərdiyi 600.000 Rus rublunun 6000 manatdan artıq hissəsinin, 294.000 Rus rublunun hara və nəyə xərclənməsi ilə bağlı məhkəmə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlər tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Birinci instansiya məhkəməsi isə tərəflər arasındakı münasibətlərə borc müqaviləsindən irəli gələn münasibətlər kimi qiymət verərək maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Cavabdeh iddiaçı tərəfin, daha doğrusu iddiaçının ərinin tapşırığı və pul vəsaiti ilə onun üçün daşınmaz əmlaklar əldə etmiş, orada təmir işləri gördürmüş, iddiaçının ərinin ölümündən sonra isə yas mərasimi və iddiaçının ərinin qıbrinin üstünün düzəldilməsi ilə bağlı iddiaçı tərəfindən göndərilmiş pul vəsaitinin bir hissəsinin (6000 manat hissısinin) təyinatı üzrə xərclədiyini təsdiq edən sübut təqdim etmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri də məhz iddiaçının verdiyi 600.000 Rus rublu mərhum Eyyub Musayevin yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərcləməsinə dair işin hallarınının araşdırılması olub. Bununla bağlı araşdırma aparılmış və cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli satış qəbzi ilə müəyyən olunmuşdur ki, Cavabdeh əmisinin qəbrinin üstünün düzəldilməsi üçün 6000 manat məbləğində pul xərcləmişdir. Məhkəmə kollegiyasının qeyd edir ki, məhkəmə iclasında iddiaçının verdiyi 600.000 Rus rublunun 6000 manat hissəsinin Cavabdeh mərhum əmisi X1 qəbrinin üstünün düzəldilməsinə sərf etdiyi müəyyən olunduğundan və bundan başqa sübut təqdim etmədiyindən, iddiaçının iddia etdiyi 600.000 Rus rublundan 6000 manat (306.000 Rus rublu) çıxılmalı yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İşdəki ödəniş sənədindən görünür ki, iddiaçı hüquqi yardıma görə Şəmkir Vəkil bürosunun hesabına 1100 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası hüquqi yardımla bağlı çəkilmiş xərcləri, işin konkret hallarını və təqdim edilmiş məlumatları qiymətləndirilməklə hüquqi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 500 manat miqdarında pul vəsaiti tutulmasını ağlabatan hesab edir. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilərək və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 294.000 (iki yüz doxsan dörd min) Rus rublu icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə, həmçinin hüquqi yardıma görə çəkilmiş xərc kimi 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(076)-178/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 294.000 (iki yüz doxsan dörd min) Rus rublu qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə, hüquqi yardıma görə 500 (beş yüz) manat, dövlət rüsumu əvəzi olaraq 76 (yetmiş altı) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar