Məhkəmə qərarları › İş №2(104)-5/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-5/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-5/2024 01.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh və digər cavabdehlərin hüquqi varisi Cavabdeh1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3580/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15.000,00 manat, 01 avqust 2014-cü il tarixli 440-14B-PK nömrəli kredit müqaviləsi əsasında 36 faizlə, 36 ay müddətinə 200 manat borc almışdır. 01 avqust 2014-cü il tarixli 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2 Yəhya oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5un, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətindəki Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 39 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınan 05 dekabr 2013-cü il tarixli çıxarışa əsasən Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 Yəhya oğlunun iddiaçıya 01 avqust 2014-cü il tarixli 440-14B nömrəli kredit müqaviləsi üzrə 13.399,05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018,92 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyul 2018-ci il tarixli, 9288 nömrəli ekspert rəyi ilə Cavabdeh1 01 avqust 2014cü il tarixli, 440-14B saylı kredit müqaviləsinə əsasən əsas borcu 13.397,22 manat, faiz borcu 989,16 manat, cəmi borcu 14.386,38 manat təşkil edir. Apellyasiya baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9600-9/9767 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 101.000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı2BOKT ASC-nin Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Yəhya oğlundan "xxxx" BOKT ASC-nin xeyrinə 01 avqust 2014-cü il tarixli 440-14B nömrəli kredit müqaviləsi üzrə 13.399,05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018,92 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, 01 avqust 2014-cü il tarixli, 440- 14B nömrəli kredit müqaviləsinin və 01 avqust 2014-cü il tarixli, 440-14B-PK nömrəli kredit müqaviləsinin hüquqi qüvvəsinə xitam verilməsi, ilkin satış qiyməti 25.000 manat olmaqla Bərdə rayonu, Hacallı kəndi, 0,24 ha torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 39,9 kv.m yardımçı, 108.9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və cəmi 131.5 kv.m tikintialtı sahədən ibarət ərazinin açıq hərracda satılması və borcun əvəzinə yönəldilməsi, Bərdə rayonu Hacallı kəndi, 0,24 ha torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 39,9 kv.m yardımçı, 108.9kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşayanlar- Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay ərzində tərk etmədikdə məcburi çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Yəhya oğlu keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15.000,00 manat, 01 avqust 2014- cü il tarixli 440- 14B-PK nömrəli kredit müqaviləsi əsasında 36 faizlə, 36 ay müddətinə 200 manat borc almışdır. Kredit müqaviləsinin təminatı olaraq 01 avqust 2014-cü il tarixli 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2 Yəhya oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5un, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətindəki AR ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 39 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınan 05 dekabr 2013-cü il tarixli çıxarışa əsasən Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. 30 may 2017-ci ilədək Cavabdeh1 İddiaçı2 BOKT ASC-yə 01 avqust 2014-cü il tarixli 440-14B nömrəli kredit müqaviləsi üzrə 13.399,05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018,92 manat borcu vardır. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətlərini bildirməmişlər. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3580/2021 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı2 BOKT ASCnin cavabdehlər Cavabdeh1 Yəhya oğluna, Cavabdeh2 Yəhya oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 Yəhya oğlundan 01 avqust 2014-cü il tarixli 440- 14B saylı kredit müqaviləsinə əsasən 13.397,22 AZN əsas, 989,16 AZN hesablanmış faiz, 614,18 manat dəbbə pulu, cəmi 15.000,56 manat (on beş min manat əlli altı qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin cavabdehlər Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2 Yəhya oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mülkiyyətində olan cavabdehlər birgə mülkiyyət hüququ ilə onlara məxsus olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşənn, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət əraziyə yönəldilməsi, 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “İddiaçı2 BOKT ASC-yə olan borcun ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasına və mərhum Cavabdeh8 və Cavabdeh4 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması, ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan "razılaşma" dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. "Qiymət” anlayışı ilə, "ilkin satış qiyməti anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edir ki, ipoteka predmetinə yerində baxış keçirilmədən, yalnız sənədlər əsasında qiymətləndirilməsi və ipoteka predmetinin orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinin tələbinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Atası Cavabdeh8 xx.xx.2021-ci ildə və bacısı Cavabdeh4 xx.xx.2019-cu ildə vəfat etmişlər. Lakin onların ölümü məhkəmə tərəfindən nəzərə alınmamış iddia tələbi onlara münasibətdə də təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 641/2022 saylı qərardadı ilə Cavabdeh1 Cavabdeh8 və Cavabdeh4 hüquqi varisi kimi tanınmışdır. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu Həmin qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apelyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3580/2021 saylı qətnaməsi «0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına “İddiaçı2 BOKT ASC-nə olan borc ödənilsin» hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İşin faktiki hallarından da göründüyü kimi, aralarındakı xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" ASC cavabdehə 36 ay müddətinə, illik 6 %-lə, 15000 manat məbləğində kredit və xx.xx.2014-cü il tarixli, 440-14B-PK nömrəli kredit müqaviləsi əsasında 36%-lə, 36 ay müddətinə 200 manat borc vermişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hissələrlə ödəməyi öhdəsinə götürmüş, öhdəliyini lazımınca icra etmədiyi təqdirdə cərimə ödəyəcəyini vəd etmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi cavabdehlər birgə mülkiyyət hüququ ilə onlara məxsus olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 25.000 manat müəyyən edilsə də, ilkin satış qiyməti razılaşdırılmamış və bu qiymət müqavilədə öz əksini tapmamışdır. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2017-ci il tarixə əsas borc üzrə 13.399,05 manat, müqavilə müddəti üçün hesablanmış faiz üzrə 7.005,69 manat, cərimə üzrə 10614.18 manat, ümumilikdə isə cəmi 31.018,92 manat kredit borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehlərə təklif etmiş, onlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsinin həmin hissəyə münasibətdə gəldiyi nəticə əsaslıdır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdurlar. Cavabdeh apellyasiya şikayətinin əsası kimi göstərmişdir ki, ipoteka predmetinə yerində baxış keçirilmədən, yalnız sənədlər əsasında qiymətləndirilməsi və ipoteka predmetinin orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi qətnamədə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilməmişdir. Hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə məhkəmə tərəfindən qeyd olunan fərdi yaşayış evinin likvid qiymətinin neçə manat təşkil etməsi ilə bağlı məhkəmə qiymətləndirmə ekspertizası təyin olunmuşdur. «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9600-9/9767 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 101.000 manat təşkil edir. Kollegiya bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 101.000 manat məbləğdə müəyyən edilməsi əsaslıdır. Çünki rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, atası Cavabdeh8 və bacısı Cavabdeh4 ölümləri məhkəmə tərəfindən nəzərə alınmamış iddia tələbi onlara münasibətdə də təmin edilmişdir. Məhkəmə kollegiyası həmin hissəyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 274.2-ci maddəsi nəzərə alınmaqla, girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə girov hüququ qüvvədə qalır. Girov qoyanın hüquq varisi girov qoyanın yerini tutur və əgər girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın bütün vəzifələrini daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3580/2021 saylı qətnaməsi «0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına “İddiaçı2 BOKT ASC-nə olan borc ödənilsin» hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin ilkin satış qiyməti (likvid dəyəri) 101.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına “İddiaçı2 BOKT ASC-nə olan borc ödənilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3580/2021 saylı qətnaməsi «0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına “İddiaçı2 BOKT ASC-nə olan borc ödənilsin» hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin ilkin satış qiyməti (likvid dəyəri) 101.000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı2 BOKT ASC-nə olan borc ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar