Məhkəmə qərarları › İş №2(104)-502/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-502/2023

10.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-502/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2022-ci il tarixdən Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 195 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(044)- 1874/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək ayda 300 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda oğullarının 6, 8 yaşları var. Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Oğlanları Ayxan və Sübhan orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Heç bir yerdən gəliri olmadığı üçün uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görədə o aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(044)-1874/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək X2 İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək X2 qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: AZ İİİ seriyalı, 689455 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 mart 2016-cı il tarixdə doğulmuş X3 atası Cavabdeh və anası İddiaçıdır. AZ İİİ seriyalı, 322321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 iyul 2014-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh və anası İddiaçıdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(044)- 1874/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 806/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər üşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ İV seriyalı, 766775 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 dekabr 2022-ci il tarixdə doğulmuş X5 atası Cavabdeh və anası X6r. AZ İV seriyalı, 602903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X7 atası Cavabdeh və anası X6r. Şəki-Zaqatal Regional Təhsil İdarəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli xx-xx-1247/10 saylı arayışdan görünür ki, Cavabdeh 2022-ci il tarixdən Qumlaq kənd orta məktəbində müəllim vəzifəsində işləyir və oinun aylıq əmək haqqı 486,11 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsinin ləğv edilməsini və tələbin bütövlükdə rədd olunması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, 07 oktyabr 2013-cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Ayxan və xx.xx.2016-cı il təvəllüdlü Sübhan adlı iki uşağı var. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(044)-4394/2017 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş Ayxan və Sübhan ananın himayəsinə verilmişdir. Bildirir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-806/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, ondan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilib. O, hal-hazırda Qumlaq kəndi tam orta məktəbində müəllim vəzifəsində işləyir və cari il üçün aylıq əmək haqqı 486.11 manat təşkil edir və əlavə heç bir gəlir yeri yoxdur. Bu hal iş üzrə sənədlərə əlavə olunmuş 14 noyabr 2022-ci il tarixli arayışla da sübut olunur. Həmçinin, o hal-hazırda evlidir, himayəsində azyaşlı uşağı var. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsi ilə 2(044)- 1874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək X2 qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilib. Gəncə Şəhər Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməli, iddiaçının iddiasının bütövlükdə rədd edilməsi ilə bağlı yeni qətnamə çıxarılmalıdır. Belə ki, o, hal-hazırda evlidir və himayəsində digər bir azyaşlı uşaq da var və yaxın vaxtda yenidən ata olmağa hazırlaşır. Belə olan halda o, hazırki maaşı olan 486 manatın 340 manatını aliment kimi ödəmək iqtidarında deyil. Şikayətçi ölkə üzrə müəyyən olunmuş 193 manata yaxın məbləğin uşaq sayı nəzərə alınmadan sabit aliment kimi qət edilməsini ədalətli hesab etmir. Əlavə edir ki, onların xərcləri digər bölgələrlə və paytaxtla müqayisədə daha aşağıdır. Digər tərəfdən iş üzrə sənədlər əlavə olunmuş 365541 saylı nikah və 602903 saylı doğum haqqında şəhadətnamədən görünür ki, hal-hazırda evlidir və 09 sentyabr 2021-ci il təvəllüdlü digər qızı Sara da onun himayəsindədir. Yenidən ata olmağa hazırlaşır. Lakin indiki halda onun maaşından Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2021-ci il tarixli aliment kimi müəyyən olunmuş 340 manat məbləğdən çıxdıqdan sonra geriyə qalan məbləğlə digər iki uşağı saxlamağı mümkün deyil. Aldığı əmək haqqı ilə bağlı sübutedici sənədi təqdim edə bilmək üçün məhkəmədən iclasın vaxtını təxirə salmağını xahiş etsə də Gəncə Şəhər Məhkəməsi onun bu vəsaitini təmin etməyib və işə onun iştirakı olmadan da baxmağı məqbul hesab edib. Məhkəmə vəsatəti nə üçün təmin etmədiyini qərarda əsaslandırmayıb. Digər tərəfdən birinci instansiya məhkəməsi sabit pul məbləğində olan alimenti artırarkən tərəflərin maddi vəziyyətini, şikayyətçinin himayəsində azyşalı uşağının olmasını, evli olmağını nəzərə almayıb. Gəncə Şəhər Məhkəməsi onun gəliri ilə bağlı sənəd təqdim etməklə çətinlik çəkdiyini bildiyi halda sorğu ilə müraciət edərək şikayətçinin nə qədər qazandığını gəlirinin aliment artırılmağına imkan veribvermədiyini müəyyən etməkdə maraqlı olmayıb. Qətnamədə alimentin artırılmağına əsas kimi hər hansı konkret fakt da göstərilməyib. Uşaqların minimum dolanacaq xərclərindən aşağı olmayan miqdarda maddi təminat almaq hüququnun olmağı ilə bağlı isə məhkəmə bunun hansı hissəsinin ana tərəfindən qarşılandığını, uşaqların həyat səviyyəsini, maddi təmiatın yalnız atadan alınması əsaslarını araşdırmaqla maraqlı olmayıb. Şikayətçi qeyd edir ki, uşaqların yaşlarının artması ilə birlikdə onların xərcləri də artır. Lakin məhkəmənin diqqətinə çatdırır ki, şikayətçinin usaqlarının yaşları bir-birinə yaxındır və hər ikisi ölkə paytaxtında və ya yaşayış xərclərinin çox yüksək olduğu bir ərazidə deyil, regionlarda yaşayırlar. Belə olan halda hesab edir ki, hər iki uşaq üzrə ümumi şəkildə müəyyən edilmiş bir məbləğlə, hər iki uşaq üçün bərabər miqdarda alimentin müəyyən edilməsi ədalətli deyil. Gəncə Şəhər Məhkəməsi iddiaya şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etsə də, faktiki olaraq, onun gəlirinin, ailə vəziyyətinin, eləcə də uşaq vəziyyətinin araşdırması ilə bağlı heç bir prosessual tədbir görməyib, texniki olaraq, ölkə üzrə yaşayış minimumunun artırıldığını qeyd etməklə kifayətlənib. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, əvvəllər işlədiyi iş yerində əmək haqqısı 700 manat civarında olmuşdur. Lakin, hazırda 486,11 manat əmək haqqı alır. Onun başqa nikahdan iki uşağı vardır. Məhkəmənini suallarına cavab olaraq isə bildirmişdir ki, hazırkı işlədiyi məktəbə yeni işə düzəldiyindən və tanınmadığından məktəbdən kənar əlavə olaraq şagird hazırlamamaqdadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh fərdi hazırlıq keçməklə kifayət qədər qazanc əldə edir. Özü isə əvvəllər satıcı işləsə də hazırda heç bir yerdə işləmir və gəliri yoxdur. Uşaqların bütün qayğıları onun üzərində olmaqla, cavadebh uşaqları ilə ümumiyyətlə maraqlanmır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsidəyişdirilmədən saxlanılmamışdır. Məhkəmə kollegiyası cavadebhin rəsmi olaraq aldığı 486,11 manat əmək haqqısından əlavə başqa gəlirinin olmaması ilə bağlı dəlilini inandırıcı hesab etməməklə yanaşı qeyd edir ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunduğu kimi uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə uşaqlar üçün 2022-ci il üzrə müəyyən edilmiş 193 manatlıq, 2023-cü il üzrə isə müəyyən edilmilş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, digər xərclərin də yaranması qaçılmazdır. Beləliklə, uşaqlar üçün 2022-ci il üzrə 193 manatlıq, 2023-cü il üzrə 220 manatlıq yaşayış minimumu məbləği müəyyən edilmişdir ki, yarana biləcək digər xərclərin, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin, uşağın himayəsində olduğu ananın üzərinə düşməsini nəzərə alaraq, məhkəmə kollegiyası cavadbehdən hər uşaq üçün 170 manat məbləğində aliment tutulmasını əsaslı hesab etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-1668/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar