Məhkəmə qərarları › İş №2(104)-505/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-505/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-505/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Nümayəndə1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyan tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampan zavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttində yerləşən ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almış və aldığı xəsarətlər nəticəsində sol qolu amputasiya edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X16 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X6 və X16 Təchizatı və Satışı İdarəsinin Şəmkir X3 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X7 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə adları qeyd olunan şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də həmin hökmlə qismən, yəni 30565 manat maddi, 25000 manat isə mənəvi zərər təmin edilmişdir. “X9” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədindən görünür ki, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyyən olunmuş, ona Almanya istehsalı olan 89090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində Bebionic Hand 3 Bioniv Transradial protez tətbiq olunması təyin olunmuş, uyğun götürülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və s.) nəzərə alınaraq təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin məhkəmə sorğusuna əsasən təqdim etdiyi 6 may 2025-ci il tarixli, 3-17-4/2-11385/2025 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən reabilitasiya vasitələri ilətəmin edilmə tibbi göstərişlər olduğu halda Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyalarının qərarı əsasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Həmin Qərara müvafiq olaraq ətrafını müxtəlif səviyyədə itirmiş və xüsusi səbəbdən, habelə, terror hadisəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mərkəz tərəfindən dövlət vəsaiti hesabına yüksək texnologiyalı protezlərlə təmin olunması həyata keçirilir. Yuxarı ətrafları amputasiya olunmuş şəxslər üçün nəzərdə tutulmuş Bebionic Hand yüksək texnologiyalı yuxarı ətraf protezləri Mərkəz tərəfindən istehsal edilmir.Bebionic Hand 3 Bioniv Transradial reabilitasiya vasitəsinin Mərkəz tərəfindən hazırlanması həyata keçirilmədiyi üçün həmin protezlərin texniki xüsusiyyətlərini təsvir etmək və maliyyə xərclərini müəyyənləşdirərək satış qiyməti barədə rəsmi məlumat vermək mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı qanuni nümayəndəsi Nümayəndə1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı protez qoyulması üçün tələb edilən maddi ziyana görə 89090 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənqac oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvtluq Şampanzavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər- Cəyir hava xəttindən qidalanan ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunun yüksək gərginlikli elektrik cəryanı vurması nəticəsində sol yuxarı ətrafın 4- cü dərəcəli yanığı və kürək nahiyyəsinin elektrik yaraları xəsarətləri almışdır və onun sol qolu amputasiya edilmişdir. Bununla bağlı X16 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X6 və X16 Təchizatı və Satışı İdarəsinin Şəmkir X3 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X7 CM-314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsi tərəfindən 18 oktyabr 2019-cu il tarixdə ittiham hökmü çıxarılmışdır. Həmin hökmlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də qismən təmin edilmişdir. Cavabde "xxxx" Açıq Səhmdar Cəmiyyətindəm həm maddi, həm də mənəvi ziyana görə 787560 manat pul tələb etsədə məhkəmə iddianı qismən, yəni uşaq 13 yaşa çatanadək sol qolun protezləşməsinə görə 24780 manat, müalicə və dərmanların alınması ilə birlikdə 30565 manat maddi, 25000 manat isə mənəvi zərər təmin etmişdir. Hazırda uşağın 14 yaşı var və ona protez qoyulması zəruridir. Ona görə də, cavabdehdən 89090 manat tutularaq ona ödənilməlidir. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Maddi ziyanın cavabdeh tərəfindən 13 yaşa qədər olan hissəsi iddiaçıya ödənilmiş, lakin 13 yaşdan sonra yenidən protezləşdirmə üçün maddi ziyanın əvəzi ödənilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin üçüncü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.9, 157.4, 170.1, 170.2, 171.1, 171.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.3, 14.2, 77.1, 81, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Məhkəmə İddiaçı əlillik dərəcəsi təyin edildiyindən protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməli olması ilə bağlı cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin törətdiyi əmələ görə cəzasını çəkməsi və maddi ziyanın hadisə olan vaxta olan münasibətdə ödəhilməsi onu heç də cinayət əməli ilə bağlı gələcəkdə yaranacaq maddi ziyanın ödənilməsindən kənarda qoya bilməz. Cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Çünki işin faktiki halları ilə sübut olunur ki, İddiaçı Elman oğlunun almış olduğu xəsarətlər nəticəsində hal-hazırkı vəziyyətə görə yenidən protezləşdirilmə həyata keçirilməsi zəruridir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reablitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilir. Əlil olmuş şəxslərin dövlət hesabına reablitasiya vasitləri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X8 (sədrlik edən və məruzəçi), X4 və X2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sağlamlığına ağır zərər vurulması, yəni sol qolun amputasiya olunması bilavasitə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsirli (qanuna zidd) hərəkətləri nəticəsində baş vermişdir. Belə olan təqdirdə xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı bebionic əlin, mexaniki dirsək oynağının, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün qoyulması üçün çəkiləcək xərc cavabdeh tərəfindən ödənilməlidir. Apellyasiya şikayətinin “maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə çıxarılması, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsinin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilməsi və əlil olmuş şəxslərin dövlət hesabına reabilitasiya vasitələri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsasların mövcud olması” dəlilinə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, şikayətin həmin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” PHŞ tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3-1734/2-11176/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, yüksək texnologiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri həm xüsusi, həm də ümumi səbəbdən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır. Göründüyü kimi Azərbaycan Respublikasında yalnız yüksək texnologiyalı olmayan protezlər dövlət hesabına hazırlanır. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı hazırlanmalı olan “Bebionic hand 3 bionik transradial” protez isə (tərkibi bir ədəd bebionic əl, bir ədəd mexanik dirsək oynağı və bir ədəd yumşaq içlikli karbon soket və silikon kosmetik əl örtüyündən ibarət) yüksək texnologiyalı olmaqla, ölkəmizə xaricdən idxal olunur. Bu da onu deməyə əsas verir ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı zəruri ehtiyacını təmin edən yüksək texnologiyalı (hazırkı halda Almaniya istehsalı olan) bebionic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün ölkə daxilində hazırlanmır. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh (vəkil X5) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyasında icraat: Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3311/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən Ə.Nurməmmədov, hakimlər A.Abbasov, M.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-158/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan İddiaçı hal-hazırkı vəziyyətinə görə yenidən protezlə təmin olunmasının zəruriliyi, bebionic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyündən ibarət yüksək texnologiyalı həmin protezin ölkə xaricində, yəni Almaniyada istehsal olunması, bu səbəbdən də protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla protezləşdirmə cavabdeh müəssisənin vəsaiti hesabına təmin olunmalıdır, cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. İddiaçının yüksək texnologiyalı Almanya istehsalı olan yuxarı ətraf protezinə ehtiyacının olması qənaətinə gələn apellyasiya məhkəməsi “X9” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədinə əsaslanmış, bu zaman həmin sahə üzrə ixtisaslaşmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin fəaliyyət göstərməsini, iddia ərizəsində qaldırılan məsələnin, o cümlədən reabilitasiya vasitəsinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, bu vasitənin ölkədə hazırlanması, yaxud da idxalının mümükünlüyü, reabilitasiya vasitəsinin istifadəsi, təminatı, hazırlanması, təmiri və ya dəyişdirilməsi müddətlərinin müəyyən olunmasının düzgün həlli üçün həmin Agentliyin verdiyi rəyin daha mötəbər ola bilicəyəni nəzərə almamış, cavabdeh tərəfin bu barədə verdiyi vəsatəti də Agentliyin “Protez-ortopedik istehsalat və reabilitasiya mərkəzi” PHŞnin direktor müvainin 23 aprel 2024-cü il tarixli məktubuna əsaslanmaqla təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, oğlu qolunun olmaması ilə bağlı psixoloji sarsıntı keçirir. Yoldaşları ilə oynaya bilmir və özünə qapanmış vəziyyətdədir. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Maddə 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün nəticəyə gəlinmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttində yerləşən ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almış və aldığı xəsarətlər nəticəsində sol qolu amputasiya edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X16 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X6 və X16 Təchizatı və Satışı İdarəsinin Şəmkir X3 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X7 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə adları qeyd olunan şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də həmin hökmlə qismən, yəni 30565 manat maddi, 25000 manat isə mənəvi zərər təmin edilmişdir. Müəyyən olunduğu kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (25-26&). 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (27&). Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (28&). Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur (29&). Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Maddi ziyanın cavabdeh tərəfindən 13 yaşa qədər olan hissəsi iddiaçıya ödənilmiş, lakin 13 yaşdan sonra yenidən protezləşmə üçün maddi ziyanın əvəzi ödənilməmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-120/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ağır xəsarət aldığına görə müalicə olunması, dərman alınması ilə bağlı 5785 manat və amputasiya olunmuş sol qolunun protrezləşdirilməsinə görə isə ilkin olaraq 13 yaşa qədər 24780 manat, cəmi 30565 manat məbləğində maddi zərərə məruz qalmış, zərərçəkmişin sol qolunun əvəzinə ilk olaraq myoelektronik 2 kanallı əl protezi+mexaniki dirsək üstü protezin 13 yaşa qədər qoyulması nəzərdə tutulmuşdur. Eyni zamanda, İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş, ona bazu onyağı səviyyəsində travmatik amputasiya, sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyyəsində yanıqlar. Sol çiyin oynağının tam dezartikulyasiyası əməliyyatından sonrakı vəziyyət. Sol qolun bazu səviyyəsində amputasiyası diaqnozu ilə xx.xx.2027-ci il tarixədək ümumi xəstəlik əsası ilə təyinat verilmişdir. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı (xx.xx.2009-cu il təvəlllüdlü) 13 yaşı tamam olmuş və İddiaçı böyümüş, nəticədə artıq ona qoyulmuş protez bədən ölçülərinə uyğun gəlmədiyindən, yəni protezləşdirilmənin aparılması zərurəti yaranmışdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi olan şəxslər (burada: "xxxx" ASC) zərərin qarşısıalınmaz qüvvə və ya zərərçəkənin qəsdi nəticəsində olmadığını sübuta yetirmədikcə mütləq (obyektiv) məsuliyyət daşıyır. Bu işdə transformator — texniki xarakteri baxımından — açıq şəkildə yüksək təhlükə mənbəyidir. ASC bu obyekti nəzarətsiz vəziyyətdə saxlayaraq hüquqa zidd hərəkətsizlik nümayiş etdirmişdir. Transformatorun qapısı açıq olmuş, qoruyucu tədbirlər olmamışdır (nə mühafizə çəpəri, nə də xəbərdarlıq lövhəsi). Belə vəziyyətdə delikt məsuliyyəti formalaşmışdır: zərərin (əməliyyat amputasiyası və protez ehtiyacı) baş verməsi, hadisə ilə zərər arasında səbəb-nəticə əlaqəsinin olması və hüquqa zidd hərəkət sübuta yetirilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097 və 1108.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsə vurulan zərərin əvəzi onu vuran şəxs tərəfindən tam ödənilməlidir. Transformator elektrik cərəyanı ilə təchiz olunan yüksək təhlükə mənbəyi olmaqla, onun sahibi və ya istifadəyə cavabdeh olan hüquqi şəxs "xxxx" ASC yüksək təhlükə mənbəyinə nəzarət və təhlükəsizlik öhdəliyini yerinə yetirməmişdir və həmin mənbədən törəyən zərərə görə obyektiv qaydada məsuliyyət daşıyır. Delikt məsuliyyətinin formalaşması üçün tələb olunan hüquqa zidd əməl, zərərin olması və zərər ilə əməl arasında səbəb-nəticə əlaqəsi bu işdə tam şəkildə sübuta yetirilmişdir. ASC-nin məsuliyyəti üçün təqsirin olması şərt deyil – məsuliyyət yüksək təhlükə mənbəyi əsasında obyektiv xarakter daşıyır. Beynəlxalq hüquqda bu prinsip “strict liability” və ya “responsabilité sans faute” (təqsirsiz məsuliyyət) anlayışı ilə ifadə olunur və Almaniya, İsveçrə kimi hüquq sistemlərində, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında geniş tətbiq edilir. Bu kontekstdə “Öneryıldız v. Turkey” və “Budayeva v. Russia” kimi presedentlərə əsasən, dövlətin və dövlətə bağlı qurumların təhlükə mənbəyi üzərində səlahiyyətsizliyi zərərçəkənin hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. İş materiallarından aydın olur ki, əvvəlki kompensasiya 13 yaşa qədər olan ehtiyaclara uyğun olaraq ödənilmiş, lakin İddiaçı fiziki inkişafı nəticəsində əvvəlki protez uyğunluğunu itirmiş və yenidən protezləşmə zərurəti yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən, zərərçəkənin gələcəkdə sağlamlığının bərpası üçün çəkəcəyi zəruri xərclər də cavabdeh tərəfindən ödənilməlidir. Hüquq yalnız “baş vermiş hadisəyə” deyil, hadisənin fəsadlarına da cavabdehliyi əhatə edir. Zərərin dinamik, yəni zamanla dəyişən və inkişaf edən xarakteri, müasir hüquq nəzəriyyəsində proqressiv zərər (“growing damage”) anlayışı ilə tanınır. Belə ki, zərərin nəticəsi təkcə bir vaxt üçün deyil, zamanla inkişaf edərək davam edə bilər. Bu yanaşma həm yerli qanunvericilikdə, həm də AİHM təcrübəsində tətbiq edilir. AİHM-in “Keenan v. the United Kingdom” işində qeyd olunmuşdur ki, zərərin davamlı təzahürləri hüquqi baxımdan yeni qiymətləndirmə tələb edə bilər və əvvəlki ödəniş zərərin bütün nəticələrini əhatə etmir. İddiaçı yüksək texnologiyalı Almanya istehsalı olan yuxarı ətraf protezinə ehtiyacının olmasını və bununla bağlı sübut qismində təqdim etdiyi “X9” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 410 nömrəli təklif sənədindən görünür ki, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyyən olunmuş, ona Almaniya istehsalı olan 89090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində Bebionic Hand 3 Bionik Transradial protez tətbiq olunması təyin olunmuş, uyğun görülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və.) nəzərə alınaraq təyin olunmuşdur. Cavabdeh "xxxx" ASC isə iddia tələbinə etiraz edərək, arqument olaraq protezləşmənin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq iddia ərizəsində qaldırılan məsələnin, o cümlədən reabilitasiya vasitəsinin verilməsinə dair tibbi göstərişlər, əksgöstərişlər, bu vasitənin ölkədə hazırlanması, yaxud da idxalının mümkünlüyü, reabilitasiya vasitəsinin istifadəsi, təminatı, hazırlanması, təmiri və ya dəyişdirilməsi müddətlərinin müəyyən olunması üçün həmin sahə üzrə ixtisaslaşmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinə müvafiq sorğu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na görə ümumi səbəbdən əlil olmuş şəxslərin yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmaqla və ya olunmamaqla) ilə təmin olunmasının dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulmasa da, həmin Qaydalara görə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətlərinin müəyyən olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə həyata keçirilir, yəni əlillərin texnologiyalı yuxarı ətraf protezi ilə təmin olunması Azərbaycan Respublikasında da mümkündür, bu protezin ölkədə hazırlanması, yaxud da idxalı yolu həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin məhkəmə sorğusuna əsasən təqdim etdiyi 6 may 2025-ci il tarixli, 3-17-4/2-11385/2025 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən reabilitasiya vasitələri ilətəmin edilmə tibbi göstərişlər olduğu halda Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Həmin Qərara müvafiq olaraq ətrafını müxtəlif səviyyədə itirmiş və xüsusi səbəbdən, habelə, terror hadisəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mərkəz tərəfindən dövlət vəsaiti hesabına yüksək texnologiyalı protezlərlə təmin olunması həyata keçirilir. Yuxarı ətrafları amputasiya olunmuş şəxslər üçün nəzərdə tutulmuş Bebionic Hand yüksək texnologiyalı yuxarı ətraf protezləri Mərkəz tərəfindən istehsal edilmir.Bebionic Hand 3 Bioniv Transradial reabilitasiya vasitəsinin Mərkəz tərəfindən hazırlanması həyata keçirilmədiyi üçün həmin protezlərin texniki xüsusiyyətlərini təsvir etmək və maliyyə xərclərini müəyyənləşdirərək satış qiyməti barədə rəsmi məlumat vermək mümkün deyildir. Bebionic Hand 3 Bioniv Transradial yuxarı ətraf protezlərinin əldə olunması ilə bağlı Mərkəzinin istehsalçı ölkələrin kampaniyaları ilə müqaviləsi olmadığına görə sözügedən vasitəsilə ilə bağlı istehsalı, maliyyə və təminat şərtləri barədə məlumatların Mərkəz tərəfindən təqdim olunması mümkün deyildir. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Protez- Ortopedik Mərkəzin bu iş üzrə məhkəmə sorğusuna verdiyi rəsmi cavabda açıq şəkildə qeyd etmişdir ki, “Bebionic Hand 3 Bionic Transradial” tipli yüksək texnologiyalı reabilitasiya vasitələri nə istehsal olunur, nə də Mərkəz tərəfindən dövlət vəsaiti hesabına təmin edilir. Bu, tələb olunan protezin dövlət təminatı çərçivəsinə daxil olmadığını təsdiqləyir. Yalnız, xüsusi səbəblərdən əlil olan şəxslərə dövlət tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunmasının həyata keçirilməsi qeyd edilmişdir. Azyaşlı uşaqda (iddiaçı) isə əlillik xüsusi deyil, ümumi səbəblərdən yaranmışdır. Qeyd olunmalıdır ki, şəxsin əlilliyi ümumi (ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar) və xüsusi səbəblərdən (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar) müəyyən edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı cavabdehin əməkdaşlarının vəzifə fuksiyalarına səhlənkar yanaşması nəticəsində baş vermiş və bununla bağlı cavabdehlərin əməkdaşları cinayət məsuliyyətinə cəlb edilmişlər. Cavab məktubunda eyni zamanda qeyd edilmişdir ki, sözügedən protezin texniki göstəriciləri, istehsal xərcləri və satış qiyməti ilə bağlı da Mərkəzdə məlumat yoxdur. Bu fakt göstərir ki, protez yalnız texniki deyil, hüquqi baxımdan da dövlətin mövcud təminat sistemində mövcud deyildir və bu səbəbdən onun maliyyələşdirilməsi delikt hüququ çərçivəsində qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, dövlət sosial təminat sistemi yalnız ümumi və bazal ehtiyacları qarşılamaq məqsədi daşıyır. Eyni zamanda, yuxarıda göstərilən qərara müvafiq olaraq ətrafını müxtəlif səviyyədə itirmiş və xüsusi səbəblərdən əlilliyi olan şəxslərə yalnız dövlət tərəfindən yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunur. Lakin, bu iş üzrə tələb olunan yüksək texnologiyalı reabilitasiya vasitəsi belə təminatın əhatə dairəsindən kənarda qalır. Bu baxımdan delikt məsuliyyəti tam şəkildə delikti törətmiş təşkilata aid edilməlidir. Belə olan halda İddiaçı münasibətdə cavabdehin mülki hüquqi məsuliyyəti delikt nəticəsində yaranmışdır ki, cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (yüksək gərginlikli elektrik enerjisindən) nəticəsində fiziki şəxsi sağlanmlığına dəyən zərərin əvəzi tam həcmdə zərərvuran tərəfindən ödənilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan şəxsi toxunulmazlıq, reabilitasiya və sosial iştirak hüquqları yalnız formal təminatla deyil, zərərçəkmişin real ehtiyaclarını qarşılayan vasitələrlə həyata keçirilə bilər. Bu səbəbdən, sözügedən protezin təmin edilməməsi zərərin faktiki aradan qaldırılmadığını göstərir və cavabdeh tərəfin əlavə məsuliyyətini doğurur. Beləliklə, cavabdeh "xxxx" ASC-nin istinad etdiyi arqument – yəni protezləşmənin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalı olduğu – hüquqi əsasdan məhrumdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Protez-Ortopedik Mərkəz tərəfindən verilmiş rəsmi cavaba əsasən, “Bebionic Hand 3” markalı yüksək texnologiyalı protez dövlət tərəfindən nə istehsal olunur, nə də təmin edilir. Belə olan halda, iddiaçının həmin protezə olan ehtiyacı dövlət təminatı ilə ödənilmədiyindən, məsuliyyət tam olaraq delikti törətmiş cavabdeh təşkilatın – "xxxx" ASC-nin üzərinə düşür. Bununla belə, delikt hüququnda əsas prinsip budur ki, əgər dövlət bu ehtiyacı ödəmir və ya ödəyə bilmirsə, bu halda məsuliyyət zərəri törətmiş hüquqi şəxsin üzərinə keçir. Bu məsələ həm də BMT-nin Uşaq Hüquqları Konvensiyasının 23-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əlilliyi olan uşaqların reabilitasiyası və sosial iştirak imkanları dövlət və ya digər məsul tərəflər tərəfindən təmin edilməlidir. Lakin Konvensiya, zərərin konkret səbəbkarı olduğu halda bu məsuliyyəti dövlətin ümumi sosial təminat funksiyasına ötürməyi nəzərdə tutmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77 və 86-cı maddələrinə əsasən, hər bir tərəf iddiasını və etirazını əsaslandırmaq üçün sübutlar təqdim etmək hüququna malikdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 410 nömrəli təklif sənədi, mübahisəyə əsas verən tibbi cihazın (protezin) texniki xüsusiyyətləri, funksionallığı və maliyyə dəyərini əhatə edən sənəd olmaqla, sübutetmə yükü çərçivəsində təqdim olunmuş etibarlı yazılı sübut hesab edilir. “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aidiyyəti üzrə bu məsələyə dair konkret rəy bildirməməsi, həmin Agentliyin bu protez barədə texniki məlumata malik olmaması ilə izah olunmalıdır. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilmiş ixtisaslaşmış tibbi qurumun təklifi sübutların məcmusuna daxil edilərək alternativi olmayan texniki və maliyyə sənədi kimi hüquqi baxımdan yetərli və mötəbər hesab edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş 410 nömrəli təklif sənədi, müvafiq protezin markası, texniki parametrləri, istifadəyə yararlılığı, istehsal ölkəsi və qiyməti barədə bilavasitə və obyektiv məlumatlar ehtiva edir. Belə sənədlər tibbi və texniki xarakter daşıdığı üçün, onların hazırlanması üçün kommersiya təşkilatının müvafiq ixtisaslaşması kifayət edir və bu sənəd sübut kimi qəbul edilməsinə hər hansı hüquqi əngəl yoxdur. Mülki Prosessual Məcəllənin 86.1-ci maddəsində sübutların dəyəri onların məzmunu, forması və mənbəyinə görə müəyyən olunur. “X9” MMC, fəaliyyət sahəsi üzrə qeydiyyatdan keçmiş, ixtisaslaşmış və protez sahəsində texniki təchizat və məsləhət xidmətləri göstərən kommersiya qurumu olmaqla, bu təklif sənədini təqdim etməyə hüquqi və texniki səlahiyyətə malikdir. Belə sənədlər praktik məhkəmə təcrübəsində dəqiq qiymət və funksional texniki göstəricilərin sübutu kimi qəbul olunur. Lakin, cavabdeh tərəf qeyd olunan yüksək texnologiyalı protezin dövlət hesabına təmin edilməli olduğunu bildirir. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa tələb olunan məbləğin ağlabatanlığı ilə bağlı qeyd edilməlidir ki, protezin alınması ilə bağlı tələb olunan məbləğ ağlabatandır və reallığı əks etdirir. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzin PHŞ-nin məhkənin sorğularına cavablarından müəyyən edildiyi kimi, yuxarı ətraf protezi mexaniki dirsək oynağı ilə 133.500 manat, elektron dirsək oynağı ilə 236.300 manat təşkil edir. Eyni zamanda iddia tərəfinin almaq istədiyi yuxarı ətrafları amputasiya olunmuş şəxslər üçün nəzərdə tutulmuş Bebionic Hand yüksək texnologiyalı yuxarı ətraf protezləri Mərkəz tərəfindən istehsal edilmir və dəyəri barədə mərkəzdə məlumat mövcud deyildir. Göründüyü kimi, Azərbaycan Respublikasında istehsal olunan yuxarı ətraf protezinin dəyəri iddia tərəfinin tələb etdyi dəyərdən azdır və cavabdeh ölkə daxilində istehsal olunan protezin alınması üçün daha böyük məbləğ sərf etməlidir. Bundan başqa, paralel hüquqi yanaşma baxımından Əmək qanunvericiliyində də analoji hüquqi yanaşma mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 247-ci maddəsinə əsasən, işəgötürənin səhlənkarlığı nəticəsində xəsarət almış işçiyə daimi müavinət təyin edilə bilər. Digər tərəfdən, qeyd olunan öhdəlik sosial təminatla deyil, təqsirli hüquqi şəxsin məsuliyyəti ilə bağlıdır. Hüquqi sistemin bu yanaşması göstərir ki, təhlükəsizliyi təmin etməli olan subyekt – istər işəgötürən, istərsə də transformatorun sahibi – zərərin davam edən nəticələrinə görə də maliyyə və hüquqi məsuliyyət daşıyır. Bu məsuliyyət yalnız ilkin zərəri deyil, zərərin uzunmüddətli nəticələrini də əhatə edir. Bu kontekstdə İddiaçı halı daha ağır qiymətləndirilməlidir. Çünki o, işçi deyil, azyaşlı məktəblidir və dövlətin qoruyucu məsuliyyəti altında olan həssas sosial qrupun nümayəndəsidir. Ona qarşı ehtiyatsız davranışa görə məsuliyyət yalnız ilkin mərhələ ilə məhdudlaşa bilməz. Əgər, qanun işçiyə qarşı bu cür məsuliyyəti tanıyırsa, təhlükəli obyekt sahibinə qarşı məsuliyyət daha yüksək səviyyədə tətbiq olunmalıdır. Bu, hüquqi bərabərlik və ədalət prinsiplərinin birbaşa tələblərindəndir. Əmək qanunvericiliyində əməyin mühafizəsi normalarının pozulması nəticəsində zərər çəkmiş işçiyə işəgötürənin müntəzəm olaraq müavinət ödəməsi nəzərdə tutulduğu kimi, burada da delikti törətmiş hüquqi şəxsin, "xxxx" ASC-nin zərərçəkmiş şəxsin sağlamlığının bərpası üçün çəkəcəyi xərcləri qarşılaması hüquqi və məntiqi zərurətdir. Hüquq yalnız statik zərərləri deyil, zərərin inkişaf edən - dinamik - xarakterini də nəzərə almalı və ona uyğun hüquqi müdafiə təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, hər bir şəxs məhkəmə müdafiəsinə və hüquqlarının bərpasına təminat almaq hüququna malikdir. Konstitusiyanın 38-ci maddəsi isə sağlamlığın bərpası və reabilitasiya hüququnu tanıyır. Bu işdə tələb olunan protez yalnız estetik deyil, funksional və sosial inteqrasiyaya imkan verən reabilitasiya vasitəsi kimi həyati əhəmiyyət daşıyır. Həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi həyat və fiziki toxunulmazlıq hüququ) və 13-cü maddəsi (effektiv müdafiə hüququ) baxımından da zərərçəkənin iddiası hüquqla müdafiə olunur. Avropa Şurası və BMT-nin normativ yanaşmalarına əsasən, hüquq sistemi zərərçəkənin yalnız minimum səviyyədə deyil, layiqli şəkildə bərpa olunmasını təmin etməlidir. Bu prinsip “human dignity” və “effective remedy” anlayışları ilə beynəlxalq hüquqda tanınır. Avropa İnsan Hüquqları Konvensiyasının 2, 8 və 13-cü maddələri və AİHM-in “Öneryıldız v. Turkey” və “Budayeva v. Russia” presedentləri göstərir ki, dövlətin öhdəliyi yalnız cəzalandırmaq deyil, eyni zamanda risklərin qarşısını almaq və şəxsiyyətin layiqli həyatını təmin etməkdir. Yuxarıda göstərilən yerli və beynəlxalq hüquqi, normativ və praktiki əsaslara görə, İddiaçı zərəri dinamik, davam edən və funksional xarakterlidir. Dövlət sosial təminatı bu ehtiyacı ödəyə bilmədiyindən, məsuliyyət tam şəkildə "xxxx" ASC-yə aiddir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb olunan zərərin əvəzinin ödənilməsi, yalnız qanuni deyil, həm də ədalətli, proporsional və hüquq dövlətinin prinsiplərinə tam uyğun bir qərardır. Bunlardan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzin PHŞ-nin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanan müraciətində göstərilmişdir ki, yüksək texnologiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri həm xüsusi, həm də ümumi səbəbdən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı zərər vuran cavabdehdən yüksək texnologiyalı protezin dəyərini tələb etməkdə haqlıdır. Belə ki, dövlət vəsaiti hesabına hazırlanan modul tipli protezlərin funsionallığı yüksək texnologiya əsasında hazırlanmış protezlərdən daha aşağıdır. Eyni zamanda iddiaçının əlilliyi onun özünün təqsirli hərəkətləri və ya özünün hər hansı hərəkətləri ilə bağlı yaranmamışdır. İddiaçının əlilliyi cavabdehin əməkdaşlarının təqsirli və qanuna zidd hərəkətlərləri nəticəsində yaranmışdır ki, iddia tərəfi daha yaxşı olan yüksən texnologiyalı protezi tələb etməkdə haqlıdır. Eyni zamanda zərərçəkənin inkişaf dövründə olması onun həmyaşıdlarından geri qalmamasını tələb edir və onun yüksən texnologiyalı protezlə təmin olunması cəmiyyətə inteqrasiyası baxımından da məqsədə müvafiqdir ki, onun üçün daha əlverişli olan protezi zərərvurandan tələb etmək zərərçəkənin hüququdur. Əks yanaşma bu cür halların baş verəcəyi təqdirdə zərərçəkənlərin daha üstün təminat almaq hüquqlarına müdaxilə təşkil etməklə yanaşı zərərvuranların mülki məsliyyətdən kənarda qalmalarına imkan yaratmış olar. Belə ki, zərərvuranların məsul olduqları sahələr üzrə məsuliyyətsizliklərinə görə dövlət büdcəsi zərər görməməli və zərər məhz zərərvuranlar tərəfindən qarşılanmalıdır. Dövlət istər Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun, istərsə də Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın tələbləri baxımından üzərinə götürdüyü öhdəlikləri icra edir, standar və minimum şərtləri müəyyən edir. Zərərçəkənlərin ağlabatan maksimal tələblərinin isə zərərvuranlar tərəfindən qarşılanması mülki qanunvericiliyin tələbləri olaraq çıxış edir və mülki dövriyyənin iştirakçılarının hərəkətlərinə görə dövlət məsuliyyət daşımır ki, vurulmuş zərərə görə zərərvuran məsliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən zərər vuran şəxs zərər çəkənin sağlamlığının pozulması ilə bağlı çəkilən əlavə xərclərin əvəzini ödəməyə borcludur. Lakin bunun üçün iki şərtin mövcud olması tələb edilir. Birinci şərt ondan ibarətdir ki, sağlamlığın pozulması ilə bağlı əlavə xərclərin çəkilməsi əsaslı olmalı, təsdiq edilməli və sübuta yetməlidir. İkinci şərt isə həmin yardım və qulluq növlərinin zərərçəkənin qeyd edilən protezi pulsuz alınması hüququnun olmamasının sübut edilməsindən və müəyyənləşdirilməsindən ibarətdir. Hazırki halda mübahisənin qanuni əsası olan maddi normanın dispoziya şərtləri ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar