Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-515/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Rafiq oğlu və Ələkbər Rabil Elçin oğlunun kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-579/2024 saylı qətnaməsindən Cavabdeh1 Rafiq oğlu tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 13821,10 manat əsas, 1334,63 manat faiz olmaqla cəmi 15155,73 manat kredit borcunun və ödənilmiş 135,87 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(040)-579/2024 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13821,10 manat (on üç min səkkiz yüz iyirmi bir manat 10 qəpik) əsas, 1308,50 manat (min üç yüz səkkiz manat 50 qəpik) faiz olmaqla, cəmi 15129,6 manat (on beş min yüz iyirmi doqquz manat 60 qəpik) kredit borcunun və ödənilmiş 135,38 manat (yüz otuz beş manat 38 qəpik) dövlət rüsumunun pul əvəzinin birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin “Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1: KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE**********0002088501” nömrəli hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Rafiq oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-579/2024 saylı qətnaməsi Cavabdeh1 Rafiq oğlunun iş materiallarında olan, özünün də apellyasiya şikayətində göstərdiyi “ünvan 1 ünvanda yaşamır” qeydi edilərək, Poçt idarəsinin möhrü ilə geri qaytarılmışdır. Bunda sonra məhkəmə qətnaməni çatdırılması üçün qeydiyyatda olduğu ərazi üzrə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının İstibulaq kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinə göndərmiş və 04 noyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin: 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, qətnamə xx.xx.2024-cü il tarixdə artıq cavabdehə çatdırılmış hesab edilsə də, Cavabdeh1 Rafiq oğlu qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğununu tam yoxlamamışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-579/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab edilməsi qərara alınsa da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPMnin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-579/2024 saylı qətnaməsindən Cavabdeh1 Rafiq oğlunun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-579/2024 saylı qətnaməsindən Cavabdeh1 Rafiq oğlunun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-515/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-515/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver