Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-516/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2070/2016 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2070/2016 nömrəli qərardadı ilə (hakim Ə.Məmmədov) iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 2(62)-2070/2016 saylı xx.xx.2016-cı il tarixli “ərizənin baxılmamış saxlanılması haqqında” qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ləğv (iflas) prosesində olan BOKT "xxxx" MMC (Kreditor) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış LD********** nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əldə edilən və 04 dekabr 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni Kreditor BOKT "xxxx" ASC-yə keçmişdir (güzəşt edilmişdir). İş üzrə iddiaçı olaraq, hüquqi ünvanın dəyişməsi səbəbindən məhkəmə iclası barədə məlumat ala bilməmişlər və bu səbəbdən üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2070/2016 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2070/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi əsas götürülməklə məhkəmə ərizəni baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-2070/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri xx.xx.2016-cı il tarixdə həmin işin baxılması iddia icraatına keçirilmiş, həmin tarixdə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə, xx.xx.2016-cı il tarixdə isə məhkəmə baxışının vaxtı və yeri barədə tərəflərə, o cümlədən Bakı şəhəri, S.Rəhimov/S.Vurgun küçəsi, kəsişməsi 309-cu məhəllə X1 ünvanında yerləşən BOKT "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Göründüyü kimi, bütün prosessual hərəkətlər məhkəmə tərəfindən həyata keçirilmiş və BOKT "xxxx" MMC-nin hüquqları isə BOKT "xxxx" ASC-yə 04 dekabr 2019-cu il tarixdə keçmişdir. Lakin, məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin həmin vaxt hüquqları əldə edilməmişdir. Buna görə də, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.6ci maddəsinə əsasən 2(62)-2070/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadla məhkəmə ərizəni baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2070/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-2070/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-516/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-516/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver