Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-524/2024 19.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən onun vəsaiti hesabına əldə edilmiş “VAZ 21074” markalı **-BU-*** (hazırda **-ER-***) dövlət qeydiyyat nömrə nişanlı avtomobilin, özü olmadıqda isə dəyəri olan 5.000 manat pulun, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat pulun, cavabdehin yaşadığı evə sərf etdiyi enerjisinə görə yanamış borcun ödənilməsi üçün verilmiş 175 manat pul olmaqla cəmi 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun vəsaiti hesabına əldə edilmiş “Vaz 21074” markalı 60BU250 (hazırda 20ER692) dövlət qeydiyyat nömrə nişanlı avtomobilin, özü olmadıqda isə dəyəri olan 5000 manat pulun, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat pulun, cavabdehin yaşadığı evə sərf etdiyi enerjisinə görə yaranmış borcun ödənilməsi üçün verilmiş 175 manat pul olmaqla cəmi 5.855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilmiş, 5.855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 16 noyabr 2023-cü il tarixdə müddətin bərpasına dair ərizə ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilməsini və mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(023)-834/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(023)-834/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Qazax Rayon Məhkəməsinin 22(023)-834/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(023)-834/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 28 noyabr 2023- cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadının ləğv edilməsi barədə Vəkil2 şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 şikayət verərək Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(023)-834/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(023)-834/2023 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh Qazax Rayon Məhkəməsinin 2(023)-834/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qətnaməsinin surətini xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürməklə apellyasiya şikayəti, eyni prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş, birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Qazax Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(023)-834/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(023)-834/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Qazax Rayon Məhkəməsinin 22(023)- 834/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış sonradan Qazax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(023)-834/2023 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, lakin ötürülmüş müddətin bərpa edilməsinə dair hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əssən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan və məhkmənin prosessual müddətin bərpa edilməsindən imtina edilməsininə dair qərardadını ləğv etmiş olsa da, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdehin ərizəsini müzakirə etmədən apellyasiya şikayətini baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023cü il tarixli 2(023)-834/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin bərpası məsələsinə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-524/2024 saylı mülki iş Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Qazax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli iş üzrə qərardadı ləğv edilsin. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessul müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş ərizəyə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-524/2024 saylı mülki iş Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-524/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-524/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver