Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-525/2025 27.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi (oğlu) Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 5600 (beş min altı yüz) manat pulun və 76 (yetmiş altı) manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşayır və gözəllik salonunda işləyir. Cavabdeh X3 ilə 17 ildir tanışdırlar. Belə ki, onun işlətdiyi gözəllik salonu Gülnarə Əliyevanın yaşadığı evin yanında yerləşir. Gülnarə Əliyeva ilə münasibətləri normal olmuşdur. Aralarında ədavətləri və narazılıqları olmamışdır. X2 Əliyevlə birlikdə ona 2023-cü ilin dekabr ayında müraciət edərək, işinin dəyişməsi üçün pul lazım olduğunu və buna görə onlara qızıl əşyaları tapmasını bildirmişlər. O da tanışından 1 ədəd 30 qram çəkidə, 585 əyarlı qızıl saat, 1 ədəd 18.5 qram çəkidə, 585 əyarlı kral toxunuşlu qızıl boyunbağı, 1 ədəd 18.2 qram zəncir formalı, 585 əyarlı qızıl qolbağı, 1 ədəd 12.90 qram çəkidə, 585 əyarlı, zəncir formalı qızıl qolbağıdan ibarət qızıl əşyalarını onlara nisyə satmışdır. Cavabdehlərin ona ümumilikdə 6450 manat borcu yaranmışdır. Cavabdehlər ondan nisyə aldıqları qızıl əşyalarının dəyərini 1-2 ay müddətində ödəyəcəklərinə vəd vermişlər. Lakin, cavabdehlər ondan qızıl əşyalarını aldıqdan sonra 2024-cü ilin aprel ayına kimi hissə-hissə 850 manat ödəniş etdilər. Hazırda cavabdehlərin ona 5600 manat borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona olan borclarını ödəməkdən imtina etmişlər. O, məcbur olub Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdehlərlə aralarında olan mübahisə mülki xarakterli olduğundan, onların barəsində cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də o, hazırda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsi ilə (sədrlik edən Ədil Məmmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5600 (beş min altı yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi kimi 76 (yetmiş altı) manat məbləğində alınıb, İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlərlə bağlı, yəni iddiaçının tanışından 1 ədəd 30 qram çəkidə, 585 əyarlı qızıl saat, 1 ədəd 18.5 qram çəkidə, 585 əyarlı kral toxunuşlu qızıl boyunbağı, 1 ədəd 18.2 qram zəncir formalı, 585 əyarlı qızıl qolbağı, 1 ədəd 12.90 qram çəkidə, 585 əyarlı, zəncir formalı qızıl qolbağıdan ibarət qızıl əşyalarını onlara satmasını təsdiq edən sübutları, həmçinin həmin qızıl əşyalarının qiyməti barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən onların ona ümumilikdə 6450 manat borcumuzun yaranması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi (oğlu) Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, onlar iddiaçıdan sələmi hesablanmaqla qızıl əşyaları almış, cəmi 4800 manat dəyərində borcu almış və 4 ay cəmi 2400 manat ödəniş etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq göstərdi ki, 4 ay 600 manatdan ödəniş etmiş, əvvəlki borcu 1800 manat, sonrakı borcu isə 3000 manatdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehlər 2023-cü ilin dekabr ayında ondan iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları almış və 6450 manat borcları yaranmışdır. Cavabdehlər alıdıqları borcdan bu günədək hissə-hissə olmaqla, cəmi 850 manat ödəniş etmiş və 5.600 manat borcu qalmışdır. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 4819/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildridi ki, vootsap yazışmalarında olan 4800 manat borc yazması cavabvdehlərin sonuncu dəfə götürdükləri qızıl əşyalarına görə yaranmış borclarıdır. Cavabdehlərin əvvəldən aldıqları qızıl əşyalarına görə 1800 manat borcları qalmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, 3950 manat məbləğində pul və ödənilmiş 76 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, qızıl alqı-satqısı ilə məşğul olur. Barəsində şikayət etdiyi Cavabdeh2 Gəncə şəhərində işləyən polis əməkdaşıdır. Onun anası X3 onunla qonşuluqda yaşayır. Gülnarə Əliyeva bildirmişdir ki, oğlu Elturanın işini dəyişmək məqsədilə ondan qızıl istəmiş və onu lombarda qoyaraq lombarddan pul götürəcəklərini bildirmişlər. O da Elturan və anasına 2023-cü ilin dekabr ayında ümumi qiyməti 6450 manat dəyərində qızıl alaraq vermiş və bildirmişlər ki, həmin pulu 1 ay müddətində qaytaracaqdır. Lakin onlar həmin vaxtdan bu yana yalnız 850 manat pulu geri qaytarmış və onların ümumilikdə 5600 manat borcu qalmışdır. Cavabdeh2 isə, izahatında iddiaçıdan 4800 manat məbləğində qızıl-zinyət əşyaları götürməsini, 4 dəfə 600 manatdan olmaqla, cəmi 2400 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında işə məhkəmədə baxılarkən hər iki tərəfin birinci instansiya mıəhkəməsinə təqdim etdiyi səs yazıları dinlənilmişdir. Təqdim edilən səs yazılarında aralarında sələm münasibətlərinin olması təsdiq edilir. Həmçinin Cavabdeh2 bildirir ki, 4 ay 600 manatdan ödəniş etmiş, əvvəlki borcu 1800 manat, sonrakı borcu isə 3000 manatdır. Anası onun verdiyi ödənişləri vermiş və anasının da, deməsinə görə 4800 manat borcu qalmışdır. Səs yazılarında cavabdehlərin qalıq borcunun 5600 manat olmasını etiraf etməsi təsdiq edilmir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında qızıl-zinət əşyasının nisyə alğı-satqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdehlər qızıl satışı ilə məşğul olan iddiaçıdan 2023-cü ildə qızıl zinət əşyaları alaraq, ümumilikdə 4800 manat borcu yaranmışdır. Belə ki, əvvəlki qızıl alış verişinə görə 1800 manat, sonuncu borcuna görə isə 3000 manat borcu yaranmış, iddiaçının etirafına görə həmin borcdan 850 manat pulu qaytarmışlar. İşin 25-ci vəərəqəsinə əlavə edilmiş tərəflər arasında olan vootsap yazışmalarında iddiaçının yazılarında:” 100 m 10 m sələm”, “4800 m” və s. kimi ifadələr işlədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçı Etibar Nuriyev ilə cavabdeh Elgiz Pənahlı arasında 2023-cü ilin dekabr ayında qızıl-zinyət əşyalarının nisyə alqı satqısı olmuş və cavabdehlərin iddiaçıya ödənilməmiş 3950 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Cavabdeh iddiaçıdan nisyə aldığı qızıl-zinyət əşyalarına görə 4800 manat borcu olmasını, iddiaçı isə cavabdehlərin 850 manat ödəniş etmələrini təsdiq etmişlər. İdidaçı tərəf cavabdehlərin 5600 manat borcları qalmasını, cavabdeh tərəf isə cəmi 2400 manat ödəniş etdiklərinik göstərsələr də, bununla bağlı, məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya 3950 manat dəyərində ödənilməmiş borcu qalsa da, birinci instansiya məhkəməsi iddia tələbini 5600 manat məbləğində təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; Məhkəmə koılılegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına qismən uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3950 manat məbləğində pul və ödənilmiş 76 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4819/2024 saylı qətnaməsi dəyişdirilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3950 (üç min doqquz yüz əlli ) manat məbləğində pul, ödənilmiş 76 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-525/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-525/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver