Məhkəmə qərarları › İş №2(104)-538/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-538/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-538/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(062)-1230/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 28 fevral 2019-cu il tarixli, 016L**********47 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. 04 mart 2019-cu il tarixli, 016R********** saylı kredit razılaşmasından görünür ki, 28 fevral 2019-cu il tarixli 016L**********47 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir. 04 mart 2019-cu il tarixli, 016S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, zamin kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 13 mart 2020-ci il tarixli, 016R**********S saylı və 13 may 2020-ci il tarixli 016R**********SA saylı sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış həmin kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. 01 mart 2019-cu il tarixli, 3M-44 sayl ipoteka müqaviləsindən görünür ki, 28 fevral 2019-cu il tarixli, 016L**********47 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X4 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən, X1 mülkiyyətində olan Tovuz rayonu, Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 24000 (iyirmi dörd min) manat müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, 28 fevral 2019-cu il tarixli 016L**********47 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, X1 mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin 27 fevral 2019-cu il tarixli, 867 saylı arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən ev mülkiyyət hüququ ilə X3 məxsusdur və həmin evdə oğlu Cavabdeh2, gəlini Cavabdeh1 və nəvəsi Cavabdeh3 qeydiyyatdadırlar. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 notarial qaydada tərtib etdikləri ərizədən görünür ki, onlar X1 mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsini İddiaçı QSC-yə ipoteka qoyulmasına etiraz etməmişlər və əmlaka tutma yönəldiyi təqdirdə əmlakı qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürdüklərini bildirmişlər. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin 25 yanvar 2022-ci il tarixli, 09 saylı arayışından görünür ki, X4 20 oktyabr 2019-cu il tarixdə vəfat etdikdən sonra mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,101 ha həyətyanı torpaq sahəsindən hal-hazırda oğlu Cavabdeh2, gəlini Cavabdeh1 və nəvəsi Cavabdeh3 istifadə edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2019-cu il tarixli 016R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 016R********** saylı kredit razılaşması üzrə 25426,63 manat əsas, 8722,57 manat faiz borcu və 15767,87 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 49917,07 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239,75 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin mərhum X1 mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi və evin hərracda satılması və ümumilikdə 49917,07 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239,75 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun satışdan əldə edilən vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2019-cu il tarixli 016L**********47 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 04 mart 2019-cu il tarixli 016R********** saylı kredit razılaşmasına əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Tərətlər arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 016R**********S saylı və 13 may 2020-ci il tarixli, 016R**********SA saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X4 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən, X1 mülkiyyətində olan Tovuz rayonu, Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 794 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə X4 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kedit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə kredit müqaviləsinin şərtləri pozulmuşdur. İpoteka qoyan X4 20 oktyabr 2019-cu il tarixdə vəfat etmiş və mərhumun vəfatından sonra ondan Tovuz rayonu Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsi miras həmin ünvanda pasport qeydiyyatında olan oğlu Cavabdeh2, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadəsində olmuş, onlar həmin əmlaka sahiblik edərək faktiki olaraq əmlakı idarə edirlər. Buna dair Tovuz Rayon iHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən 25 yanvar 2022-ci il tarixdə, 09 saylı arayış tərtib edilmişdir. Ona görə də İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2019-cu il tarixli 016R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 016R********** saylı kredit razılaşması üzrə 25426,63 manat əsas, 8722,57 manat faiz borcu və 15767,87 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 49917,07 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239,75 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin mərhum X1 mülkiyyətində olan Tovuz rayonu, Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi və evin hərracda satılması və ümumilikdə 49917,07 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239,75 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun satışdan əldə edilən vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Tovuz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(062)-1230/2022 nömrəli qətnaməsi (hakim Qafil Baxşıyev) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2019-cu il tarixli 016R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 016R********** saylı kredit razılaşması üzrə 25426,63 manat əsas, 8722,57 manat faiz borcu, 315,34 manat məbləğində cərimə borcu olmaqla cəmi 34464,54 (otuz dörd min dörd yüz altmış dörd manat əlli dörd qəpik) manat məbləğində pul, 193,39 (bir yüz doxsan üç manat otuz doqquz qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənimiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqlarının alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutma mərhum X2 mülkiyyətində olan və cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan Tovuz rayonu Qovlar şəhəri 1 ünvanında yerləşən ümumi sahəsi 79,4 kv.metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,101 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 24000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq həracda satılması, əmlakın satışından əldə edilən məbləğ hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, evin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə kredit müqaviləsinin şərtləri pozulmuşdur. İpoteka qoyan X4 20 oktyabr 2019-cu il tarixdə vəfat etmiş və mərhumun vəfatında sonra ondan miras qalmış Tovuz rayonu Qovlar şəhəri 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi həmin ünvanda qeydiyyatda olan oğlu Cavabdeh2, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadəsində olmuş, onlar həmin əmlaka sahiblik edərək faktiki olaraq əmlakı idarə edirlər. Bu hala dair Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən 25 yanvar 2022-ci il tarixdə 09 saylı arayış tərtib edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 439, 458.1, 467, 739, 1243.2, 1243.3, 1255-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1, 59.3, 59.3.1, 59.3.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini (tutmanın mərhum X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 79,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi hissəsində və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində) və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc götürmüş şəxslərin işsiz qalması səbəbindən gecikmələr yaranmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehlər hərəkət və davranış vasitəsi ilə özlərinin miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etmişlər, miras qoyanın varisi olmasına bu yol ilə razılığını bildirmişlər, MM-də müəyyən edilmiş qeyri-rəsmi üsulla, yəni miras əmlakı faktiki idarə etməklə həyata keçiriblər. Halbuki həmin şəxslərdən başqa digər vərəsələrin mövcudluğuna hüquqi qiymət verilməmişdir. Yalnız həmin əmlak üzrə faktiki qəbul etməklə ipotekaqoyanın digər 8 övladının hüquqlarını məhdudlaşdırılmışdır. Bu cür mövqe yalnız bir vərəsənin miras əmlakına yiyələnməsinə zəmin yaradır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, mərhum Zərinə Həsənova öldükdən sonra ipoteka predmeti olan fərdi yaşayış evində yalnız o və digər cavabdehlər yaşayıblar. Bundan başqa, apellyasiya şikayətində ilkin satış qiyməti mübahisə edilsə də hazırda həmin qiymətlə razılaşır və nə ipoteka predmetinin ilkin satış qiymətini, nə də hesablanmış faizləri mübahisələndirmir. O, götürülmüş pulun qaytarılmasını təmin edəcəkdir sadəcə bir az vaxt verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiacıya və digər cavabdehlərə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ipoteka qoyanla ipoteka saxlayan arasına razılığa əsasən 24000 manat olması müəyyən edilmişdir. Cavadbeh tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti birinci instansiya məhkəməsinə mübahisələndirilməmiş, hazırki apellyasiya icraatı zamanı da verdiyi izahatda qiymətlə razı olduğunu bildirmişdir. Bundan başqa qeyd olunan qiymətlə bağlı apellyasiya şikayətində və ya verdiyi izahatda hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübutu məhkəməyə təqdim etməmidşir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində işsiz olduqlarına görə gecikmənin olmasını əsas gətirsə də borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır ki, məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Apellyasiya şikayətinin digər dəlili fərdi yaşayış evi mərhum Z.Həsənovanın mülkiyyətində olmaqla həmin əmlak üzrə digər vərəsələrin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlardan görünür ki, həmin fərdi yaşayış evi cavabdehlərin sahibliyində və istifadəsindədir. Digər vərəsələrin həmin fərdi yaşayış evi ilə bağlı mirası qəbul etməsinə dair sübut nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edlilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(062)-1230/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Fikrət Mehtiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar