Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-540/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban оğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibаrət tərkibdə, X3 kаtibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qərardadından cavabdeh X5 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Tovuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 8560 manat borc və ödənilmiş 106 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması; İddianın qalan hissəsi təmin edilməməsi qət olunmuşdur. Tovuz Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qətnaməsində buraxılmış yalnışlıq düzədilməsi və qətnamənin nəticə hissəsi aşağıdakı kimi oxunması: İddia qismən təmin edilməsi; X1 8560 manat borc və ödənilmilş 106 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh X5 qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə, eləcədə apellyasiya şikayəti vermişdir. Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli (hakim Z.Hünmətov) qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi; Tovuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh X5 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir..... . Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, Tovuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qətnaməsinin surəti 29 aprel 2022-ci il tarixli müşaiətedici məktubla cavabdeh X2 yaşadığı ünvana göndərilmiş və həmin ünvanda poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 17 iyun 2022-ci il tarixdə Ələkbər adlı şəxs imza edərək qəbul etmişdir. Cavabdeh Cəmilə Yunisova qətnamədən icra şöbəsində məlumatı olmnasını qeyd etsədə, prosessual müddətin bərpasına dair ərizəyə baxılarkən qətnamənin surətini rus millətindən olan qonşusu tərəfindən qəbul edilməsini və mahiyyətini başa düşmədiyindən qəbul etdiyi poçt göndərişini (qətnamənin surətini) ona gec təqdim etməsini bildirmişdir. Halbu ki, bundan əvvəldə qeyd olunduğu kimi qətnamənin surəti cavabdehin faktiki olaraq yaşadığı Tovuz rayonu Abulbəyli kəndinə göndərilmiş və həmin ünvanda Ələkbər adlı şəxs tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, 18 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Cəmilə Yunisova iştirak etmiş, həmin gün qətnamə elan olunmuş, eləcədə qətnamədən şikayət verilməsi qaydası və müddəti sonuncuya izah olunmuşdur. Buna baxmayaraq cavabdeh Cəmilə Yunisova prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qətnamədən apellyasiya şikayəti verməmiş, eləcədə ötürülmüş prosessual müddətin üzürlü olması barədə hər hansı möhtəbər subutu məhkəməyə təqdim edilməmişdir. Ona görədə kollegiya hesab edir ki, ərizənitəmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 133, 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(062)-667/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-540/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-540/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver