Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-546/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X5, X9 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan AZ-T seriyalı 222055 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Rafayil qızı xx.xx.1965-ci il tarixdə Şəmkir şəhərindən doğulmuş, ata qrafasında X6, ana qrafasında X3 yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 323717 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə kardiogen şok səbəbindən Şəmkir şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 323718 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2019-ci il tarixdə kəskin miokard infarkt səbəbindən Şəmkir şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mərhum atası X2 məxsus fərdi yaşayış evi və onun torpaq sahəsinə dair çıxarışln verilməsi ilə bağlı ərizənin icrası zamanı mütəxəssis tərəfindən ölçü işləri aparılarkən mübahisə yaranmış və ölçü işlərinin aparılmasına qardaşı və ailə üzvlər tərəfindən maneə yaradıldığı üçün ərizənin icrası mümkün olmamışdır. İşdə olan arayışlardan görünür ki, İddiaçı Rafayil qızı, Cavabdeh1 Rafayil oğlu, X10, X13 və Cavabdeh2 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evində yeni ölçmə işlərinin aparılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi və daha sonra iddianın dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh1, X10, X13 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşıdır. O mərhum anası ilə birlikdə qardaşı Arzu və onun həyat yoldaşı Laləzara məhkəmə qaydasında ev və torpaq sahəsi vermişlər. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası və anasına məxsus olan və onlardan miras qalan evdir. O valideynlərinin qanun üzrə vərəsəsi olmaqla notarial qaydada onlardan miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin cavabdeh qardaşı onun, evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçdürülməyinə maneə yaradırlar. Cavabdehlər evin üçüncü şəxs tərəfindən ölçülməsinə icazə vermirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2435/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: H.Məhəmmədi) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, X10, X13 və Cavabdeh2 tərəfindən ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin dövlət qeydiyyatınaa alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamdədn Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və irəli sürülən iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, sübutları düzgün qiymətləndirməmiş, nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Qeyd olunan yaşayış evində uzun illərdir ki həyat yoldaşı Cavabdeh1 və övladları yaşamaqdadır. Həyat yoldaşı Cavabdeh1 İ qrup əlildir. İddiaçı mübahisə olunan evdən heç bir hüququ yoxdur. İddiaçı 30 ildə artıqdır ki həmin evdə yaşamır. İddiaçının başqa yayayış evi var. Hesab edir ki, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak еtmiş İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X10, X13 və maraqlı şəxs DƏDKR 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. . Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.3. dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Artıq yuxarıda qeyd edildiyi kimi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2435/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: H.Məhəmmədi) iddianın təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni belə əsaslandırmışdır ki, İddiaçı mərhum atasından miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X10, X13 və Cavabdeh2 tərəfindən icazə verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Cavabdehlər Cavabdeh1, X4, X8 və Cavabdeh2 hərəkətləri iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia təmin edilməli və Cavabdeh1, X10, X13 və Cavabdeh2 tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 06 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Göründüyü kimi, İddiaçı mərhum atasından miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X10, X13 və Cavabdeh2 tərəfindən icazə verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Cavabdehlər Cavabdeh1, X4, X8 və Cavabdeh2 hərəkətləri iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia təmin edilməli və Cavabdeh1, X10, X13 və Cavabdeh2 tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1., 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2435/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-546/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-546/2024
02.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver