Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-550/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin X1nun hüquqi varisi Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcu, vərəsədən miras qoyanın borcunun alınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin X1nun hüquqi varisi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2(125)-1984/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2018-ci il tarixli, 3-xx.xx.2018-002949 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış kredit müqaviləsinə əsasən X6 iddiaçı tərəfindən istehlak məqsədi üçün 55 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2070 manat məbləğində kredit verilmişdir
2. AZ-İİ seriyalı 224397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə ölmüşdür.
3. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1542 saylı məktubundan görünür ki, X4 miras əmlakına dair Cavabdeh ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 8V-1179 reyestr nömrəli vərəsəlik işi açılmışdır, lakin vərəsəlik haqqında şəhadətnamə verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1nun hüquqi varisi Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 772,21 manat əsas, 5,84 manat faiz olmaqla cəmi 778,05 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə mərhum X7 arasında xx.xx.2018-ci il tarixli 3-xx.xx.2018-002949 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 2070 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1542 saylı məktubundan məlum olmuşdur ki, X4 miras əmlakına dair Cavabdeh ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 8V-1179 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Cavabdehlə mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.
6. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-294/2022 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, cavabdehin miras əmlakdan payı müəyyən olunmamış, cavabdeh bunun səbəbini digər vərəsə olan qardaşının miras əmlakda yaşamaqla notariat ofisinə müraciət etməməsi ilə əlaqələndirmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, miras əmlakın vərəsələr arasında payı müəyyən edilmədiyindən və onların hər birinin üzərinə düşən öhdəliyin həcmini müəyyən etmək mümkün olmadığından iddia əsassız olduğundan təmin olunmamalıdır.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1273, 1306-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2(125)-1984/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə əsas kimi Mülki Məcəllənin 1306-cı maddəsini əsas gətirmişdir. Məhkəmə mirasın digər vərəsə tərəfindən qəbuluna dair heç bir sübut olmasa da vərəsə kimi qəbul etmiş lakin həmin şəxsi mülki işə cəlb etməmişdir. Bu isə mülki prosessual qanunvericiliyin kobud pozulmasıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə əsasən vərəsə mirasın açıldığı yer notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılmışdır. Bununla da Cavabdeh mirası qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında şifahi olaraq atasından qalan mirası qəbul etmək üçün notariat ofisinə müraciət etdiyini və həmçinin qardaşının da həmin əmlakdan pay almaq hüququ olduğu üçün vərəsəlik haqqında şəhadətnamə ala bilmədiyini bildirmişdir. Vərəsələr arasında miras paylarının müəyyən edilmədiyini əsas gətirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin dedikləri ilə razılaşmış və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, Cavabdeh Gəncə “Asan xidmət” Mərkəzindəki Notariat ofisinə ərizə ilə müraciət edərək atası X4 vərəsəsi olduğunu bildirmiş, ona məxsus daşınar və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Belə olan halda borcalan mərhum X4 mirasını faktiki qəbul edən, eləcə də vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş edən oğlu Cavabdeh hazırki iş üzrə cavabdehdir. Qeyd edilən borc ondan tutularaq iddiaçı banka ödənilməlidir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə almadan iddianı təmin etməmişdir. Ona görə də Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2(125)-1984/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh sədrlik edənin sualına cavab olaraq atasından qalan mirası notariusa ərizə verməklə qəbul etdiyini və şəhadətnamə üçün müraciət etdiyini, ondan başqa vərəsənin qardaşı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Maddə 445.1. Öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır.
20. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.
22. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
24. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
25. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2(125)- 1984/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh 772,21 manat (yeddi yüz yetmiş iki manat iyirmi bir qəpik) əsas, 5,84 manat (beş manat səksən dörd qəpik) faiz olmaqla cəmi 778,05 manat (yeddi yüz yetmiş səkkiz manat beş qəpik) borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir.
39. Beləliklə, işin halları ondan ibarətdir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3-xx.xx.2018-002949 nömrəli kredit müqaviləsi ilə sonuncuya iddiaçı tərəfindən istehlak məqsədi üçün 55 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2070 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci ildə ölmüşdür. İşdən o da aydın olur ki, borcalanının oğlu Cavabdeh ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 8V-1179 reyestr nömrəli vərəsəlik işi açılmışdır, lakin vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. İddiaçı bank sözügedən kredit borcunun Cavabdeh oğlu kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 772,21 manat əsas, 5,84 manat faiz olmaqla cəmi 778,05 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, miras əmlakın vərəsələr arasında payı müəyyən edilmədiyindən və onların hər birinin üzərinə düşən öhdəliyin həcmini müəyyən etmək mümkün olmadığından iddia əsassız olduğundan təmin olunmamalıdır. Halbuki işin halı ondan ibarətdir ki, hazırki iş üzrə cavabdeh mirası qəbul edərək bununla bağlı notariusa ərizə verərək müraciət etmişdir. Belə olan halda sözügedən kredit borcunun ondan alınmasını tələb etməkdə iddiaçı bank haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş, tətbiq edilməli olan maddi hüquq normasını düzgün şərh etməmişdir.
40. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır.
41. Məhkəmə Kollegiyası qeyd edir ki, hazirkı iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 385, 386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2(125)-1984/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 772,21 manat (yeddi yüz yetmiş iki manat iyirmi bir qəpik) əsas, 5,84 manat (beş manat səksən dörd qəpik) faiz olmaqla cəmi 778,05 manat (yeddi yüz yetmiş səkkiz manat beş qəpik) borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq "xxxx" ASC-in xeyrinə ödənilsin. Bu qətnamə çıxarıldıgı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .