Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-572/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(058)-940/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7000 manat və dövlət rüsumu kimi ödənilmiş 90 manatın alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(058)-940/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 7000 manat pul və 90 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavadbeh apellyasiya şikayəti verərək iddianın təmin olunmuş hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflər mübahisənin barışıq yolu ilə həll olunması barədə razılığa gəldiklərini, bu barədə aralarında şərtləri dəqiqləşdirməklə barışıq sazişi bağladıqlarını bildirmiş və məhkəmə kollegiyasından həmin sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmaq hüququ, bunun prosessual qaydaları və hüquqi nəticələri qanunvericiliklə tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin apellyasiya icraatı mərhələsində barışıq sazişi ilə bağlı prosessual məsələləri tənzimləyən 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Tərəflərin təqdim etdiyi və imzaladıqları barışıq sazişində göstərilir ki: Cavabdeh iddiaçıya 6400 (altı min dörd yüz) manat pul borcu vardır. Hazırda iddiaçının tələb etdiyi pul məbləğindən 1500 (bir min beş yüz) manat məbləğində pulu 30 mart 2023-cü il tarixdə, qalan 4900 (dörd min doqquz yüz) manat hissəsini isə hər ay 250 manat olmaqla 19 ay müddətinə, yerdə qalan 150 manat məbləğində pulu isə sonuncu ay ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyasının iclasında tərəflərə barışıq sazişinin hüquqi nəticələri müfəssəl izah olunaraq bildirilmişdir ki, barışıq sazişi məhkəmə kollegiyası tərəfindən təsdiq edilərsə qətnamə ləğv olunaraq iş üzrə icraata xitam veriləcək və barışıq sazişi ilə nəzərdə tutulmuş şərtlər onlar üçün məcburi olacaqdır. Həmçinin tərəflərin eyni əsaslarla və eyni predmet barədə yenidən məhkəməyə müraciəti yolverilməz hesab ediləcəkdir. Tərəflər barışıq sazişini heç bir kənar təsir olmadan bağladıqlarını, həmin şərtlərin onların mənafelərinə və istəyinə uyğun olduğunu bildirmiş və barışıq sazişini təsdiq etməklə işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələbinə görə məhkəmə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eyni zamanda həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası barışıq sazişinin şərtlərini təhlil edərək bu qənaətə gəlmişdir ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir, onların iradə ifadəsinə əsaslanır və hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası barışıq sazişini təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263-264, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh X1 İddiaçı 6400 (altı min dörd yüz) manat pul borcu vardır. Hazırda iddiaçının tələb etdiyi pul məbləğindən 1500 (bir min beş yüz) manat məbləğində pulu 30 mart 2023-cü il tarixdə, qalan 4900 (dörd min doqquz yüz) manat hissəsini isə hər ay 250 manat olmaqla 19 ay müddətinə, yerdə qalan 150 manat məbləğində pulu isə sonuncu ay İddiaçı ödəməyi öhdəsinə götürür.
2. İddiaçı barışıq sazişinin bağlanması ilə əlaqədar iddiasından imtina etməyi öhdəsinə götürür. Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(058)-940/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.